40
1960-cı illәrdәn başlayaraq dilin semantikasına, funksiyasına,
quruluşuna, antropologiyasına vә işlәnilmәsinә dair yuxarıda göstәrilәn
dilçilik mәktәblәrindә bir-birindәn fәrqli fikirlәr irәli sürülmüşdür. Sözü-
gedәn mübahisәlәr bu vә ya digәr şәkildә günümüzә qәdәr davam etmәk-
dәdir. Ancaq bugünkü metalinqvistik açıqlanma mәrhәlәsindә yeni bir
dönәmә girilmişdir. Belә ki, hәm birinci mәktbә daxil olan işlәrin, hәm dә
ikinci qrupda yer alan nәzәri vә praktik dilçilik araşdırmalarının bir yerdә
tәtbiq oluna bilәn funksional-konseptual cәhәtlәri üzәrindә durulmaqda-
dır. Bizim “Türkoloji dilçilik kursu”muzda da mәhz hәmin cәhәtlәrdәn
hәrәkәt edilmәkdәdir.
Belәliklә, konseptual-funksional qrammatika anlayışının konsep-
tual qisminin örnәklәrlә açıqlanmasına keçmәdәn öncә, klassik “funk-
sional qrammatika” qavramının әsas parametrlәri vә prinsiplәrinin nә
olduğunun sadә cümlәnin aktual üzvlәnmәsi timsalında qısaca olaraq bir
daha aydınlaşdırılmasının faydalı olduğunu düşünürük.
1.2.2.1.1. Sadə cümlənin qrammatik və aktual üzvlənməsi
Cümlәdә vә mәtndә söz qrupları vә cümlә üzvlәri indiyә qәdәr
әnәnәvi olaraq nitq hissәlәrinә vә cümlә komponentlәrinin arasındakı
sintaktik әlaqәlәrә görә öyrәnilmişdir. “Mübtәda, tәyin, tamamlıq, zәrflik
vә xәbәr vә ya baş cümlә-budaq cümlә” әnәnәvi-qrammatik üzvlәnmәsi
tәdris sistemindә әsas rol oynamışdır. Sözügedәn sintaktik vahidlәrin
semantik-funksional parçalar olaraq öyrәnilmәsi isә 1970-ci illәrdәn baş-
layaraq tәdris vә tәhsil sistemindә getdikcә daha geniş yer tutmuşdur.
Sintaktik vahidlәr cümlә üzvlәrinin aktual üzvlәnmәsinә görә yeni
linqvistik terminlәrlә adlandırılmışdır: tema (thema: yun. verilmiş, bәlli
olan) vә rema (rhema. yun. kәlmә, söylәnilәn, diqqәtә aldırılan). Müasir
funksional qrammatikada sintaksis vә mәtn bölümlәrinin tәrtib olunma-
sının әsas prinsilәrindәn biri cümlәnin vә ya mәtn komponentlәrinin
konkret bir sintaqmatik sistem tәşkil etmәsi ilә bağlıdır. Belәliklә, dilin vә
ya dillәrin sintaqmatik olaraq işlәnilmәsinә görә funksional bir
qrammatikanın hazırlanması dilçilikdә 1960-cı illәrdә ortaya çıxmış,
1970-ci illәrdә isә tәdbiq olunmuışdur. Sadә cümlә әsasında ümumtürk
dilinin hәm әnәnәvi-paradiqmatik, hәm dә yeni sintaqmatik araşdırma-
öyrәnilmә mәrhәlәlәri aşağdakı sxemdә göstәrildiyi şәkildә müәyyәn-
lәşdirilә bilәr.
41
SXEM 1
T R
Tәlәbә//kitabı oxudu
Paradiqmatik
1. Morfologiyaya görә:
2. Sintaksisә görә:
İ
1
M
İ
4
T
F
X
Sintaqmatik
3. Semantikaya görә:
4. Semantik-funksional
üzvlәnmәyә görә
S
T
O
P
R
“Tələbə kitabı oxudu” cümlәsindә morfologiyaya görә model-
lәşdirmәdә isimlәrin, yәni adların hansı hal şәkilçilәri ilә işlәnildiyi
“Nom. ‘adlıq’ + Gen. ‘yiyәlik’ +Dat. ‘yönlük’+ Akk. ‘tәsirlik’ +Lok.
‘yerlik’+Abl. ‘çıxışlıq’ sırası ilә işarәlәnmişdir:
İ
1
-adlıq halı;
İ
4
-tәsirlik halı;
F-feil.
Sonraki modellәşdirmәlәrdә isә M- mübtәdanı, T-tamamlığı, X-
xәbәri; S-subyektii, O-obyekti, P-predikatı; T-temanı, R-remanı göstәrir.
Sözügedәn birinci vә ikinci modellәşdirmәlәr hәr hanısı bir dilin sintaktik
sisteminin paradiqmatik olaraq gerçәklәşәn semantik vә semantik-
funksional mәrhәlәlәrinin әsasını tәşkil edir. Birinci vә ikinci modellәşdir-
mәlәr dilin konkret quruluşunu, üçüncü vә dördüncü modellәşdirmәlәr isә
onun semantik vә funksional işlәnilmә mahiyyәtini ehtiva edir. Sözün tam
mәnasınada türkcәnin funksional qrammatikası birincilәrdәn ikincilәrә vә
ikincilәrdәn birincilәrә keçidlәrlә yerinә yetirilә bilәr.
Funksional-konseptual vә ya konseptual-funksional qrammatika
anlayışı bәlli qavramlardan semantik-funksional sahәlәrә, oradan da dilin
fonetik-fonoloji, morfoloji-sintaktik, leksik-leksikoloji, lekskoqrafik-fra-
zeoloji sistemlәrinә iyerarxik keçişlәrlә bağlı olaraq açıqlanmalıdır. Daha
doğrusu, hәr hansı bir dilin konseptulal-funksional qrammatikası günü-
müzdә vә gәlәcәkdә koqnitv vә kompüter-mühәndis dilçiliyi yönümlәri vә
yöntәmlәrinin tәtbiq olunması ilә hazırlana bilәr.
Ümumtürk dilinin Türkiyә türkcәsi әsasındakı yeni bir cümlә
üzvlәri tәsniflәndirmәsi isә atalar sözlәrimizin sintaktik-mәtnlinqvistik
özәlliklәrindәn hәrәkәtlә sadә cümlә örnәyindә mümkün ola bilәn bir
semantik-funksional sıralanma ilә formullaşdırıla bilәr.
42
SXEM 2
M+T/Z+X=(M=T+Z+X; Z+T=M+X; T=Z+X; Z=T+X vә s..)
M=mübtəda
T= tamamlıq
Z=zərflik
X=xəbər
T (M) R (TZX)
1.
Dost = acı söyler (Türk.)
Süyji dil =ýylanı hininden çykarar (Türkmәn.)
Aqil = bozorda sotilmaydi (Özbәk.)
T(ZT) R(MX)
2.
Sürüden ayrılan koyunu = kurt kapar (Türk.)
Sürüdәn ayrılan qoyunu =qurd yeyәr (Azәrb.)
Sürüden azaşan goynu =gurd alar (Türkmәn.)
Podadan ayrilgan qo’yni =bo’ri yer (Özbәk.)
Bölingendi =böri ceydi(Qazax.)
T(T) R(ZX)
3.
Ayağını = yorganına göre uzat (Türk.)
Ayağını = yorğanına görә uzat (Azәrb.)
T(Z) R(TX)
Yorgana görä = ayak uzat (Türkmen.)
Körpängä karap = ayak uzat (Özbәk.)
Körpeňe qaray = ayağıňdı kösil (Qazax.)
Göründüyü kimi, sözügedәn cümlә-mәtnlәrdә vә ümumiyyәtlә
dilin sintaktik sistemindә söylәnilәn bәlli olan–bilinәn (tema) vә bәlli
edilәn–yeni söylәnәn (rema) semantik-funksional parçalar vә ya sintaqm-
lar olaraq müәyyәnlәşdirilir. Belә bir araşdırma-öyrәnilmә yönümü vә
yöntәmi cümlә üzvlәrinin әnәnәvi tәsniflәndirmәsindәn fәrqlidir. Belә ki,
yuxarıda gәtirilәn birinci müqayisәli atalar sözü kontekstindә “tamam-
lıq/zәrflik/xәbәr qrupu” xәbәrliklә vә ya bәlli edilәnlә (rema ilә) işlәnilir.
İkinci müqayisәli atalar sözü kontekstindә mübtәda xәbәrlә birlikdә xә-
bәrlik vә ya bәlli edilәn (rema) qrupunu tәşkil edir. Üçüncü müqayisәli
atalar sözü kontekstindә isә sadә cümlә parçalarının sintaktik kontekstdәki