M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə11/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   7   8   9   10   11   12   13   14   ...   157

 

31 


Нoвoе  в  зaрубежнoй  лингвистикe  1988,  вып.  XXIII, 

когнитивные аспекты языка, Москва, “Прогресс”, с. 281-309.  

Сeливeрстoвa  О.  Н.  2002,  Когнитивная  семантика  на  фоне 



общего развития лингвистической науки. –Вопросы Языкознания, № 

6, с. 12-26.  



Сравнительно-историческая  грамматика  тюркских  языков 

2002, Региональные реконструкции, Москва  “Наука”.  

Tekin,  Talat,  Ölmez,  Mehmet  2003,  Türk  Dilleri.  Giriş.  Yıldız. 

Dil ve Edebiyat 2, İstanbul, 195 s. 

 Вoркaчoв  С.  Г.  2001,  Концепт  счастья:  понятийный  и 

образный  компоненты.  –Известия  АН.  Серия  Литературы  и  Языка, 

том 60, № 6, с. 47-58. 

Языки  mира  1997,  Тюркские  языки,  Издательский  Дoм 

“Кыргызыстан” Бишкек, 542 s. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

32 


I HİSSƏ 

 

TÜRKOLOJİ DİLÇİLİYİN TARİXİ VƏ BU GÜNÜ: 



PROBLEMLƏR,  PERSPEKTİVLƏR,  YENİLİKLƏR,  

YÖNÜM VƏ YÖNTƏMLƏR 

 

1.

 

Türkoloji dilçiliyin tarixi inkişaf yolu 

 Hәmin yol indiyә qәdәr әsas etibarilә “XI-XVIII yüzillərdəki və 



ya  V.Radlovdan  öncəki  və  XIX  yüzildən  və  ya  V.Radlovdan  sonrakı 

türkologiya”  ümumi  tezisi  ilә  öyrәnilmişdir.  Ancaq  türkoloyada  әsas 

önәmli  dәyişikliklәr  ya  Birinci  Türkoloji  Qurultaya  qәdәr,  ya  da  Birinci 

Türkoloji  Qurultaydan  sonra  baş  vermişdir.  Belә  ki,  BirinciTürkoloji 

Qurultaya  qәdәr  türk  dillәri  vә  dialektlәrinin  ilk  lüğәtlәri  tәrtib  olunmuş, 

bәzi  qrammatika  kitabları  yazılmış  vә  qәdim  yazılı  abidәlәrimiz 

oxunmuşdur. Birinci Türkoloji Qurultaydan sonra isә türk ədəbi dillərinin 



yeni qrammatika kitabları yazılmış, ədəbi dil normaları müəyyənləşdiril-

miş və latın əsaslı əlifbalara keçilmişdir. Buna görә dә, türkoloji dilçiliyin 

ümumi  tarixi  inkişafı  Birinci  Türkoloji  Qurultaydan  öncәki  vә  sonrakı 

mәrhәlәlәri ilә dövrlәşdirilәrәk öyrәnilmәkdәdir: 

 

1.1. I mərhələ 

Hәmin  mәrhәlәdә  türk  dillәri  vә  dialektlәri  bütövlükdә  Hind-

Avropa  vә  ayrılıqda  әrәb  dilçilik  mәktәblәri  әnәnәlәrinә  әsasәn  öyrәnil-

mişdir.  Belә  ki,  XI-XVIII  yüzillәrdә  türk  dillәri  vә  dialektlәrinә  dair 

araşdırmalar  әsas  etibarilә  әrәb  dilçilik  mәktәbi  әnәnәlәrinә  görә  aparıl-

mışdır. XIX yüzildәn etibarәn isә mövcud araşdırmalar ümumilikdә Hind-

Avropa dillәri qaydalarına görә aparılsa da, әrәb dilçiliyi әnәnәlәri dә bu 

vә ya digәr şәkildә XX yüzilin әvvәllәrinә qәdәr özünü göstәrmişdir. XX 

yüzilin  әvvәllәrindәn  başlayaraq  isә  türkoloji  dilçilikdә  Hind-Avropa 

dilçiliyi  әnәnәlәrinin  әsas  rol  oynadığı  müşahidә  olunur.  Bu  baxımdan 

Hüseyin Cahitin “Türkçe Sarf ve Nahiv”i (2000) hәmin anlayışla türk di-

lindә  yazılmış  ilk  qrammatika  kitablarından  biri  kimi  uyğun  sahәdә  qay-

naqlıq  etmişdir  (2000:  9).  Belәliklә,  türk  dillәri  vә  dialektlәrinә  dair 

aparılan araşdırmalarda XI-XVIII  yüzillәrdә әrәb, XIX  yüzildәn etibarәn 

isә  Hind-Avropa  dilçiliyi  әnәnәlәri  tәsirli  olmuşdur.  Birinci  Türkoloji 

Qurultaydan әvvәlki mәrhәlә iki tarixi dövrә bölünür. 

 



 

33 


1.1.1.  XI-XVIII  yüzillərdə  türkoloji  dilçilik:  ilk  lüğətlər  və 

qrammatika kitabları 

XI-XVIII  yüzillәrdә  klassik  türk  ədəbi  dillərinə  dair  yazılan 



lüğətlər  və  qrammatika  kitabları  “Sanskrit”in  öyrәnilmәsi  ilә  sürәtlәnәn 

Hind-Avrupa  dilçiliyi  әnәnәlәri  ilә  bu  vә  ya  digәr  şәkildә  әlaqәdardır. 

Ancaq  lüğәtlәrlә  birlikdә  hazırlanan  qrammatika  kitabları  isim, feil,  ədat 

nitq hissələri təsnifləndirməsinə әsasәn yazılmış olduğundan әrәb dilçiliyi 

әnәnәlәrinә bağlıdır. Belә ki, hәmin dövrdә türk dillәrinә dair hazırlanan 

20-yә qәdәr qrammatika kitabı әrәb soylu vә ya İslam mәdәniyyәtini mә-

nimsәmiş  filoloqlar  tәrәfindәn  yazılmışdır  (Мелиоранский  1900:  4; 

Kaydarov  1999:  19-22;  Татарская  грамматика  1993:  43).  Bu  baxımdan 

P. M. Melioranskinin “Ərәb filoloqu türk dili haqqında” (1900) adlı әsәri 

dә başlanğıcda müәllifi mәlum olmayan “Türk qammatikası” kitabları

*

 ilә 



әlaqәdar olaraq qәlәmә  alınmışdır. 

Türkoloji dilçiliyə dair  ərəb dilçilik məktəbi ənənələrinə görә 

yazılmış  ilk  qrammatika  kitabı  Mahmud  Qaşqarlının  әlimizә  gәlib 

çatmayan “Kitabü cevahirü’l nahv fi lûgati’t-Türk” adlı әsәridir. Mahmud 

Qaşqarlının XI yüzildә qәlәmә aldığı vә bizә gәlib çatan “Divanü Lüğәt-

it-Türk”  (1998)  adlı  digәr  әsәri  ilә  dә  türk  dillәrinin  fonetik,  qrammatik, 

leksik  vә  leksikoqrafik  quruluşunun  öyrәnilmәsinә  zәmin  hazırlanmışdır 

(Демирчизаде  1972).  Türkoloji  dilçiliyә  aid    “Codex  Cumanıcus, 

Kitâbü’l-idrâk  li  Lisâni’l-etrak,  İbn-i  Mühennâ  Lugati,  Mukaddimetü’l-

Edeb”  kimi  әsәrlәr  isә  Qıpçaq,  Oğuz,  Karluq-Uyğur  türk  dillәri  vә 

dialektlәri  ilә  әlaqәdar  olaraq  yazılmışdır  (Caferoğlu  1984:192-193; 

Hacıeminoğlu  1997:  15-19).  Bu  kitablar  fonetika,  qrammatika  bölüm-

lərindən,  lüğətlərdən  və  bəzən  də  mətnlərdən  ibarət  olub  xaricilərə  türk 

dilini öyrətmək məqsədilə hazırlanmıştır. Hәmin kitablarda türk dillәri vә 

dialektlәrinin әrәb vә fars dillәrindәn fәrqlәnәn özәlliklәri dә göstәrilmiş-

                                                           

*

 P. M. Melioranski  İbni-Mühәnnanın  “Türk  dili  haqqında”  adlı  әsәrinin  Oksfortdakı  (3), 



Parisdәki (1) vә Berlinәdәki (1) әl yazması nüsxәlәrini araşdırmışdır. O, hәmin mövzu ilә 

әlaqәdar  yazdığı  “Ərәb  filoloqu  türk  dili  haqqında”  adlı  әsәrini  doktorluq  dissertasiyası 

kimi  müdafiә  etmişdir.  Ancaq  P.M.Melioranski  haqqında  yazdığı    әsәrin  kimә  mәxsus 

olduğunu  bilmәmişdir.  Buna  görә  dә,  onun  bilinmәyәn  әrәb  soylu  birisinә  aid  olduğunu 

güman edәrәk әsәrә “Ərәb filoloqu türk dili haqqında” adını vermişdir. 1920-ci ildә Kilisli 

Rüfәt  әsәrin  6-cı  nüsxәsinin  әl  yazmasını  İstanbul  Dövlәt  Muzeyinin  Kitabxanasında 

taparaq onun İbni-Mühәnnaya aid olduğunu tәsbit etmişdir (Малов 1928).   

 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə