M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə12/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   8   9   10   11   12   13   14   15   ...   157

 

34 


dir.  Belә  ki,  ayrılıqda  türkcә  sözlәrә,  atalar  sözlәrinә  vә  deyimlәrә  geniş 

yer  verilmişdir.  Ancaq  bütövlükdә  ümumtürk  dilinin  morfologiyası  әrәb 

qrammatikası  әnәnәlәrinә  әsasәn  feil//ad//ədat  tәsniflәndirmәsi  ilә  öyrә-

nilmişdir.  Bәzi  sintaktik  özәlliklәr  dә  elә  eyni  bölümdә  izah  olunmuşdur 

(Kitâb-ı  Mecmû-ı  Tercümân-ı  Türkî  ve  Acemî  ve  Muğalî  2000;  Kadri: 

2002  vә  s.).  Bunlardan  Osmanlı  türkcәsinә  dair  ilk  olaraq  yazılanı 

Beqramalı Kadrinin “Müyessiretü’l-Ulûm” (2002) әsәridir. 

 

1.1.2.  XIX-XX  yüzillərdə  təsviri  və  tarixi-müqayisəli 



araşdırmalar 

Türkoloji dilçilikdә Hind-Avropa  dilçilik  ənənələrinə  görә türk 

dillәri  vә  dialektlәrinә  dair  әsәrlәr  sistemli  olaraq  XIX  yüzildәn  etibarәn 

yazılmışdır.  Bununla  yanaşı,  XVII-XVIII  yüzillәrdә  dә  dövrün  Hind-



Avropa  dilləri  qaydaları  ilə  xarici  dillәrdә  türk  dilinә  dair  yazılan 

qrammatika kitablarına tәsadüf olunur. Avropada 1612-ci ildә türk dilinә 

dair  ilk  qrammatika  kitabını  Hieronymus  Megiser  adında  Stuttgartlı  bir 

alman latın dilindә yazmışdır. Nitq hissәlәri hәmin kitabda әrәb dilçiliyinә 

әsasәn  müәyyәnlәşdirilәn  feil//ad//ədat  tәsniflәndirmәsi  ilә  deyil,  isim, 

sifət, say, əvəzlik, fel, zərf, ədat, qoşma, bağlayıcı, nida sistemli struktur-

funksional  kateqoriyalaşdırma  ilә  öyrәnilmişdir.  Qrammatika  kitabında 

220 türk atalar sözü vә deyim verilmişdir (Megiser 1612). 

XIX  yüzil  və  XX  yüzilin  əvvəllərində  türk  dilləri  və  dialekt-

lərinə  dair  Avropada,  Osmanlı  İmperatorluğunda,  Çar  Rusiyasında  әrәb 

vә latın mәnşәli dilçilik mәktәblәri әnәnәlәrinә әsasәn hazırlanmış müxtә-

lif  araşdırmalar  paralel  olaraq  davam  etdirilmişdir.  Türk  yazılı  abidәlәri 

oxunmuşdur  (Кононов  1982:  12-108).  Renesansdan  sonra  filologiyada 

gerçәklәşәn  yeni  dilçilik  axınlarının  tәsiri  ilә türk  dillәri  vә  dialektlәrinә 

dair rus, fransız vә alman dillәrindә yazılmış irihәcmli lüğәtlәr, qramma-

tika kitabları vә digәr araşdırmalar çoxalmışdır (Radloff 1882; Ашмаринь 

1903; Deny 1921 vә s.). 

 Sözügedәn  araşdırma  vә  qrammatika  kitablarında  fonem  vә 

morfemlәrin, söz birlәşmәsi vә cümlә quruluşlarının fonetik, morfoloji vә 

sintaktik özәlliklәri göstәrilmişdir. Ümumtürk dilinin tarixi sәciyyәli lüğәt 

tәrkibini vә danışılan dilin canlı söz varlığını tәşkil edәn leksemlәrin, de-

yim vә atalar sözlәrinin leksik-leksikoqrafik tәsviri aparılmışdır. Belәliklә, 

türkologiyada әnәnәvi xarakterli dilçilik yönümü formalaşdırılmışdır. Bir 

başqa  ifadә  ilә  tarixi-müqayisәli  vә  ya  müqayisәli-tarixi  dilçilik  vә  onun 

uyğun  araşdırma  yöntәmlәri  müәyyәnlәşdirilmişdir.  Bu  yöntәmlәrin 




 

35 


müәyyәnlәşdirildiyi  araşdırmalara  aşağıdakı  fundamental  әsәrlәr  örnәk 

olaraq göstәrilә bilәr (КАЗЫМ-БЕК 1846; Böhтlingk 1851; Граммати-



ка  Алтайского  языка  1869;  Radloff  1882; Мелиоранский  1900;  Deny 

1921vә s.). 



 

 1.2. II mərhələ 

Klassik dilçilik  әnәnәlәri kontekstindә tarixi-müqyisәli vә müqa-

yisәli-tarixi pillәlәri ilә müәyyәnlәşәn ümumi-müqayisәli (komparativisti-

ka) vә tәsviri-normativ xarakterli filoloji yöntәmlәr türkoloji dilçiliyin hә-

min inkişaf mәrhәlәsindә tәtbiq olunmuşdur. Ümumi-müqayisәli dilçiliyin 

türk dillәrinә dair tarixi-müqayisәli yönümü vә yöntәmlәri ilә hәr hansı bir 

türk әdәbi dilinin vә ya dialektinin dil özәlliklәri türkoloji kontekstdә  qә-

dim türk dili vә әcdad dillә müqayisәdә öyrәnilir. Burada yeri gәldikcә di-

gәr türk dillәrinin dil faktaları da müqayisәyә cәlb olunur. Mәsәlәn, yuxa-

rıda  Mirzә  Kazımbәyin  (1846),  Böthlinqkin  (1851)  vә  Melioranskinin 

(1900) adı çәkilәn әsәrlәri tarixi-müqayisәli yönüm vә yöntәmlәrlә yazıl-

mışdır.  Müqayisәli-tarixi  dilçiliyin  yönümü  vә  yöntәmlәri  ilә  isә    hәr 

hansı bir türk dili deyil, bütövlükdә türk dillәri vә ayrılıqda bir neçә vә ya 

qrup  türk  dillәrinin  hәr  cür  dil sәviyyәlәri  öyrәnilir. Burada  әsas  mәqsәd 

әcdad  dilin  rekonstruksiyasının  aparılmasıdır.  Türkoloji  dilçilikdә  sözü-

gedәn yönüm vә yöntәmlәrlә yazılmış әsәrlәrә әn tipik örnәk olaraq aşağı-

da adı çәkilәn vә 6 cilddәn ibarәt olan “Türk dillərinin müqayisəli-tarixi 

qrammatikası” (1984-2006) kitabı göstәrilә bilәr. 

Belәliklә  Birinci  Türkoloji  Qurultaydan  keçәn  müddәtdә  göstә-

rilәn  dilçilik  yöntәmlәri  ilә  aparılan  araşdırmalar  XX  yüzilin  sonlarına 

qәdәr intensiv olaraq davam etdirilmişdir. Bununla yanaşı, XX yüzilin 70-



ci  illərindən  başlayaraq  ya  ümumi  türkoloji  kontekstdə,  ya  da  sadəcə 

çağdaş  dilçilik  axınları  yönümlərində  türk  ədəbi  dillərinə  dair  yeni 

linqvistik yöntəmlərlə də araşdırmalar aparılmaqdadır. 

 

1.2.1.  XX  yüzil:  təsviri-normativ  və  müqayisəli-tarixi 



araşdırmalar   

Türkoloji dlçilikdә indiyә qәdәr әn çox dialektologiya, dil tarixi, 

әdәbi dil vә söz yaradıcılığı; leksikologiya, leksikoqrafiya vә frazeologi-

ya;  fonetika,  fonologiya  vә  qrammatika  fәnlәrinin  öyrәnilmәsi  әsas  yer 

tutmuşdur. Hәmin fәnlәrә dair aparılan araşdırmalar Birinci Türkoloji Qu-

rultaydan bәri hәm ümumi-müqayisәli, hәm dә tәsviri-normativ xarakterli 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə