M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə8/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   4   5   6   7   8   9   10   11   ...   157

 

22 


ildә hәyata keçirilәn siyahıya alınmasına görә cәmi 12.297 nәfәr omuşdur. 

Bu gün hәmәn rәqәm  yәqin ki dәyişmişdir. Sözügedәn dil dә ümumtürk 

dilinin bir dialekti kimi qiymәtlәndirilә bilәr. 

1.2.5.  Fu-yü  qırğızcası  Çinin  Mançurya  bölgәsindә  danışıq  dili 

sәviyyәsindә  işlәnilir.  Müxtәlif  mәnbәlәrә  görә  Fu-yü  qırğızlarının  sayı 

min  nәfәrdәn  ibarәtdir.  Sözügedәn  dil  dә  ümumtürk  dilinin  vә  ya  qırğız-

canın bir dialekti olaraq qiymәtlәndirilә bilәr. 



1.3. Tuva qrupu 

1.3.1  Tuva  dili  və  ya  türkcəsi  Rusiya  Federasiyasının  Tuva 

Muxtar Respublikasında danışıq vә әdәbi dil sәviyyәlәrindә işlәdilir.  Bu 

dildә 200 min 929 nәfәr danışır. 

1.3.2. Tofalar və ya karaqas dili Rusiya Federasiyasının İrkutsk 

bölgәsindә  işlәnilir.  Sözügedәn  dili  danışanların  sayı  731  nәfәrdәn 

ibarәtdir. 314 nәfәr şәxs tofalar dilini özlәrinin ana dili hesab edir. 1989-

cu  ildәn  bәri  hәmin  dilin  yazısı  yaradılmışdır.  Tofalar  dili  ibtidai 

mәktәblәrdә dәrs kimi keçilir.  

 

2. Yakut dili qrupu 

2.1. Yakut/saha dili və ya türkcəsində danışanların sayı әhalinin 

1989-cu  ildә  keçirilәn  siyahıya  alınmasına  görә  382  min  nәfәrdәn  ibarәt 

olmuşdur.  Sözügedәn  dil  Rusiya  Federasiyasının  Yakut  (Saha)  Muxtar 

Respublikasında danışıq vә әdәbi dil sәviyyәlәrindә işlәdilir vә türk dillәri 

içәrisindә әn çov tuva dilinә yaxındaır. Yakut dili ilә tuva dili arasındakı 

bir-birini  başa  düşmә  faizi  yüzdә  sıfıra  bәrabәrdir  (Tekin,  Ölmez  2003: 

68). Buna görә dә hәmin dilin digәr türk dillәri ilә yaxınlığı yaxın vә әn 

yaxın  dil  qohumluğu  miqyaslarında  deyil,  qohum  bir  türk  dili 

sәviyyәsindә tәsniflәndirilir. 

2.2.  Dolqan  dili  və  ya  türkcəsi  Rusiya  Federasiyasının  Krasno-

yarsk  bölgәsindә  vә  Yakut  (Saha)  Muxtar  Respublikasında  danışıq  dili 

sәviyyәsindә cәmi 7 min nәfәr tәrәfindәn işlәdilir. Buna görә hәmin dil dә 

ümumtürk dilinin vә ya yakutcanın bir dialekti kimi qiymәtlәndirilә bilәr. 



 

3. Bulqar qrupu 

3.1. Çuvaş dili və ya türkcəsi Rusiya Federasiyasının Çuvaşıstan 

Muxtar  Respublikasıda  danışıq  vә  әdәbi  dil  sәviyyәlәrindә  işlәnilir. 

Keçmiş  SSRİ-dә  Çuvaş  dilindә  danışanların  sayı  әhalinin  1989-cu  ildә 

keçirilәn siyahıya alınmasına görә 1 milyon 839 min nәfәr olmuşdur. Bu 

gün hәmin rәqәm yәqin ki dәyişmişdir.  



 

23 


4.  Urum/rum  dili  və  ya  urumca  Ukraynanın  cәnubunda  Azov 

dәnizi sahillәrindә milliyyәtcә yunan-xristian dininә mәnsub olan türkdilli 

xalq  tәrәfindәn  ana  dili  kimi  danışılır.    Sözügedәn  dil  oğuz  vә  qıpçaq 

elementlәrindәn tәşkil olunur (Сравнительно-историческая грамматика 

тюркских  языков    2002:  5).  Buna  görә  dә  dә  ayrıca  öyrәnilir  (Языки 

Mира 1997: 160-523). 



 

B. Mühacir türk danışıq dilləri və dialektləri  

Bunlar  әsas  etibarilә  Qәrbi  Avropada,  Cәnubi  Afrikada,  Cәnubi 

Amerikada  vә  Avstraliyada  evdә  ana  dili,  ikidilli  vә  çoxdilli  ortamlarda 

isә ikinci vә üçüncü dil kimi işlәnilir. Sözügedәn sosyolinqvistik ortamlar-

da indiyә qәdәr әn çox Türkiyә, Azәrbaycan, tatar vә uyğur türkcәlәrinin 

işlәnildiyini demәk mümkündür. Bununla bәrabәr, digәr türk әdәbi dillәri 

vә  dialektlәrinin  dә  özәlliklә  Sovet  İttifaqının  süqutundan  sonra  mühcir 

sәciyyәli  danışıq  dillәri  olaraq  işlәnilmә-yayılma  sahәlәrinin  getdikcә 

genişlәndiyi müşahidә olunur (Musaoğlu 2007: 22-27). 

 

2.  Koqnitiv  və  kompüter-mühəndis

*

  dilçiliyi  yönümləri  və 

yöntəmləri    

XX yüzilin sonlarından başlayaraq dilә dair elmin әsas tәsisatları 

yenilәnmәkdәdir. Hәmin tәsisatların dәyişim proseslәrindәn indi paradiq-

matik vә sintaqmatik sıralanmaların yenilәnmsi kimi dә bәhs olunur. Artıq 

dil  digәr  intellektual  fәaliyyәt  formaları  ilә  birlikdә  öyrәnilmәkdә  vә 

dilçiliyin  tәdqiqat  obyekti  dә  buna  uyğun  olaraq  dәyişmәkdәdir.  Araşdı-

rıcıların  diqqәti  dil  daşıyıcılarının  şüurlu  dil  fәaliyәti  üzәrindә  mәrkәz-

lәşmәkdә,  dilin  özü  isә  әsas  dәrketmә  mәnbәyi  kimi  göstәrilmәkdәdir. 



Koqnitiv və kompüter-mühəndis və ya informasiya texnologiyaları dilçiliyi 

yönümləri və yöntəmləri də həmin kontekstdə müəyyənləşdirilməkdədir.  

İnsan biliyi vә ya bilik sәviyyәsi sistemi necә qurulmuşdur, hansı 

formalarda  vә  mexanizmlәrlә  işlәyir?  Bütün  bunları  vә  varlıq  simvolları 

dәyişimlәrinә  dair  fakt  vә  hadisәlәrin  vә  duyğuların  yaratdığı  biliklәrin 

dәrketmә  proseslәrinin  tәfәkkürdә  әks  olunmasını  günümüzdә  koqnitiv 

dilçilik öyrәnir.  Dil vasitəsilə insan beynində əks olunan bilik sisteminin 

alt  və  üst  səviyyələri  ilə  qavramlaşdırılması  vә  kateqoriyalaşdırılması 

koqnitiv dilçiliyin araşdırma prinsiplərinin cəmi kimi dərk edilir. Elektro-

                                                           

*

  Kompüter-mühәndis  dilçiliyi  anlayışı  Azәrbaycan  dilindә  informasiya  texnologiyaları 



dilçiliyi kimi dә ifadә oluna bilәr. 


 

24 


nik  vә  kompüter  texnologiyalarının  inkişafı  әsasında  insan  biliyinin  dil 

vasitәsilә  modellәşdirilmәsini  isә  informasiya  texnologiyaları  dilçiliyi 

yerinә yetirir (Bilgisayar Destekli Dil Bilimi Çalıştayı Bildirileri 2006). 

Dilçiliyin  kateqoriyalara  dayalı  elmi  әsası  gözlә  görünәn  bir 

şәkildә  genişlәnmişdir.  Hәll  edilәcәk  problemlәr  araşdırıcılardan  sadәcә 

dilçiliyi vә uyğun sahәlәrini deyil, fәlsәfә, dәrketmә nәzәriyyәsi, mifolo-

giya, folklor, tarix, psixologiya, antropologiya kimi digәr sosial elmlәri dә 

bilmәyi  tәlәb  edir.  Buna  görә  dә,  müxtәlif  dillәrә  dair  ontoloji  sәciyyәli 

araşdırmalarda  tәtbiq  olunan  әn  yeni  linqvistik  yöntәmlәr  konseptual 

olaraq formalaşdırılır vә koqnitiv diiçiliyin tәtbiqi sahәlәri  dә buna bağlı 

olaraq genişlәndirilir (Маслова 2004; Андреева 2004).  

Günümüzdә  çağdaş izahı ilә insan intellektinә  vә  bir  bütün  kimi 

dәrk edilәn tәcrübәsinә dair mücәrrәd vә konkret qavramların birlәşdirilә 

bilәn alt kateqoriyalarla fәrqli açıqlamalardakı tәsviri işini koqnitiv dilçi-

lik  yerinә  yetirir.  Belә  ki,  insana  mәxsus  sitəm  və  ya  giley-güzar  etmək, 

təəssüf,  niyyət,  istək,  səbəb,  məqsəd,  dəyərləndirmə,  sevgi,  sevinc  kimi 

semantik  sahәlәr  gerçәk  prototiplәri  ilә  müәyyәnlәşdirilir.  Hәmin  kon-

tekstdә  mәhәbbәt-acıma  vә  ya  sevgi-nifrәt  kimi  linqvistik  qavramlar 

konkret diskursiv variantları ilә dә göstәrilir.  

Mәlum  olduğu  kimi,  dünyanın  konkret  vә  mücәrrәd  obrazları 

(mәsәlәn,  su  pәrisi,  tәpәgöz,  kentavr  kimi)  insan  şüurunda  dünyanın  dil 

xәritәsi  kimi  koqnitiv-konseptual  xarakterli  görmə,  hiss  etmə,  dadma, 

eşitmə  və  oxuma  dәrketmә  vasitәlәri  ilә  әks  olunur.  Bütün  bunlar  insan 

şüurunda  vә  tәfәkkürdә  ilk  mәrhәlәdә  tәhtәlşüur  olaraq  müәyyәnlәşir. 

Hәmin obrazlarla dünyanın ümumi dil xәritәsi vә konkret dil kateqoriya-

ları arasındakı iyerarxik әlaqәlәr isә günümüzdә koqnitiv dilçilikdә araş-

dırılır.  Daha  doğrusu,  sәs,  morfem,  söz,  deyim  vә  mәtn  komponentlәri 

sıralanmaları  dil-danışıq  vahidlәri  olaraq  fonetik,  morfoloji,  sintaktik, 

leksik vә frazeoloji sәviyyәlәri ilә yenidәn kateqoriyalaşdırılır. Bunun nә-

ticәsindә toplum, fәrd-danışan, verilәn-informasiya vә yozumlayıcı-dinlә-

yәn kimi diskurs faktorları ilә gerçәklәşәn konseptual sxemlər dә bu gün 

artıq  konkret  dil  faktları  ilә  qurulur.  Hәtta  daha  geniş  bir  “konseptual 

müstәvi”dә  subyektivlik//obyektivlik  dәyәrlәri  müqayisә  edilir.  Subyek-

tivliklә  әlaqәdar  ayrıca  bir  dil  mərkəzçiliyi  vә  ya  “eqoizmi”,  bir  başqa 

sözlә hadisә vә faktların dәyәrlәndirilmәsindә  mәzmun vә ifadә baxımın-

dan digәr sosial әsaslarla müqayisәdә “dil daşıyıcısı”na dayalılıq nәzәriy-

yәsi yaradılır (Мурясов, Самигуллина, Федорова 2004). 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə