M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə13/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   9   10   11   12   13   14   15   16   ...   157

 

36 


dilçilik yönümlәri vә uyğun yöntәmlәri ilә günümüzә qәdәr dә bu vә ya 

digәr şәkildә aparılmaqdadır.  

Xarici  dillәrdә  türk  dillәrinin  fonetikası  vә  qrammatikasına  dair 

yazılan  bәzi  kitablar  monoqrafik  sәciyyә  daşıyır  vә  türkoloji  dilçilikdә 

hәlә dә әsas fundamental elmi mәnbәlәr kimi sayılmaqdadır. Hәmin kitab-

lar  әsas  etibarilә  tarixi-nüqayisәli  dilçilik  kontekstindә  klassik  sәciyyәli 

tәsviri dilçilik metodları ilә yazılmışdır. Bu kitablara dair aşağıdakı әsәrlәr 

örnәk  olaraq  göstәrilә  bilәr  (Deny  1921;  Дыренкова  1941;  Дмитриев 

1948;  Brockelman  1954;  Koнoнoв  1956;  Пoкрoвскaя  1964;  Тeнишeв 

1976 vә s.).   

Rus  dilindә  vә  müxtәlif  türk  dillәrindә  әsas  etibarilә  müqayisәli-

tarixi  vә  tәsviri-normativ  xarakterli  dilçilik  yöntәmlәri  ilә  türk  dillәrinin 

müqayisәli  fonetikasına  vә  qrammatikasına  dair  yazılmış  kitablar  isә  әn 

çox elmi kollektivlәr tәrәfindәn hazırlanmışdır. Sözügedәn elmi işlәrә dair 

hazırlanmış  aşağıdakı  kitablar  diqqәti  çәkmәkdәdir  (Исследования  по 

сравнительной грамматике тюркских языков 1955; 1956; 1961; 1962; 

Häzirki zaman Türkmen dili 1962; Сравнительно-историческая грамма-

тика  тюркских  языков  1984;  1986;  1988;  1997;  2002;    2006;  Oğuz 

qrupu türk dillәrinin müqayisәli qrammatikası 2002 vә s.).  

Belә  kitablar  fәrqli  müәlliflәr  tәrәfindәn  dә  yazılmışdır  (Emre 

1949; Hıdırow 1959: 113-156; Azımov, Baylıev 1961;  Tekin 1968; Ergin 

1972;  Hüseynzadә  1973;  Тенишев  1976;  Sızdıkova  1984;  Ахметянов 

1989; Mirzәzadә 1990;  Karahan 1995; Banguoğlu 1998; Türkmen diliniñ 

grammatikası 1999; Korkmaz 2003 vә s.). 

Qeyd olunmalıdır ki, “Phılologıae Turcıcae Fundamenta” (1959) 

  “Türk  dilləri”  (1966)  vә  “Türk  dillərinin  müqayisəli-tarixi 



qrammatikası” (1984; 1986; 1988; 1997; 2002; 2006) kimi ümumilәşdiri-

ci  qaynaqlar  fәrqli  elmi  heyәtlәr  tәrәfindәn  hazırlanmışdır.  Buna  baxma-

yaraq,  “Phılologıae  Turcıcae  Fundamenta”  (1959)  vә  “Türk  dilləri” 

(1966)  әsәrlәrinin  hәr  ikisi  tәsviri-normativ  vә  tarixi-müqayisәli,  “Türk 



dillərinin  müqayisəli-tarixi  qrammatikası”  (1984;  1986;  1988;  1997; 

2002;  2006)  qaynağı  isә  sırf  müqayisәli-tarixi  dilçilik  yöntәmlәri  ilә 

yazılmışdır.  Birincilәrdә  türk  әdәbi  dillәrinin  hәr  birinin  fonetik,  qram-

matik, leksik, dialektoloji vә s. özәlliklәrinә dair linqvistik xarakterli açıq-

lamalar,  yazılı  mәtnlәrindәn  örnәklәr  verilmişdir.  İkincilәrdә  isә  bir-biri 

ilә  yaxın  vә  әn  yaxın  sәviyyәlәrdә  qohum  olan  türk  dillәri  vә  dialektlә-

rinin diaxronik inkişafı izlәnilmәklә pro- vә protodil layları müәyyәnlәş-

dirilmişdir.  




 

37 


1.2.2. XX yüzilin sonu və XXI yüzil: yeni linqvistik yönümlər 

və yöntəmlər   

Türkoloji  dilçilikdә  yeni  linqvistik  yönümlәr  vә  yöntәmlәrlә 



dəyişim  səciyyəli  araşdırmaların  aparılması  işi  XX  yüzilin  70-ci  illәrindәn 

bәri  sürәtlәnmişdir.  Bu  araşdırmaların  ümumi  türkoloji  kontekstin  nәzәrә 

alınmaqla  yazılanları  әsas  etibarilә  türk  әdәbi  dillәrinin  qrammatikası  vә 

semantikasına aiddir. Bununla yanaşı, türk  әdәbi dillәrinә dair tәrcümә  vә 

çevirmә  (bir  türk  dilindәn  digәrinә  әdәbi  mәtn  uyğunlaşdırması)  nәzәriy-

yәsi; informasiya texnologiyaları dilçiliyi; sosyolinqvistika vә mәtn dilçiliyi 

mәsәlәlәrinә dә hәmin araşdırmalarda bu vә ya digәr şәkildә toxunulmuşdur 

(Cavadov 1975; Ахматов 1983; Бердалиев 1989; Nurmanov... 1992; Uzun 

1995;  Языки  мира.  Тюркские  языки  1997:  160-525;  Abdullayev  1999;  

Uğurlu 2004; Musaoğlu 2003; 2006; Kazımov 2004: 428-457 vә s.).  



XX  yüzilin  70-ci  illərindən  bəri  türk  ədəbi  dillərinin  ümumi 

türkoloji  kontekstdə  öyrənilməsi  işi  yenidən  formalaşmaqdadır.  Həmin 

yönüm  həm  dilçilikdəki  mövcud  klassik  ənənədən,  həm  də  ən  yeni 

linqvistik  təmayüldən  fərqlənir.  Birincidən  yeni  linqvistik  yöntəmlərin 

türkoloji dilçilik araşdırmalarında sistematik olaraq tətbiqi, ikincidən isə 

həmin  araşdırma  prosesində  türk  dilləri  və  dialektlərinin  diaxronik-

sinxronik mahiyyətinin bütövlükdə dərk olunması ilə seçilir. 

Mәlumdur ki, müqayisәli-tarixi vә ya tarixi-müqayisәli vә tәsviri-

normativ  xarakterli  әnәnәvi  dilçilik  araşdırmalarında  yeni  linqvistik 

yöntәmlәrin  tәtbiq  olunması  sistematik  xarakter  daşımır.  Müasir  türk 

әdәbi dillәrinә dair konkret dil hadisәlәrini vә faktlarını sadәcә çağdaş dil-

çilik  axınları  kontekstindә  öyrәnәn  araşdırmalarda  isә  ümumi  türkoloji 

kontekst çox vaxt unudulur. Mәsәlәn, ümumtürk dilinә dair sabit söz sıralı 

simmetrik  sıra  vә  inversiya,  ellipsis  vә  s.  özәllikli  asimmetrik-sintaktik 

qavramlaşdırması  vә  uyğun  kateqoriyalasdırılması  prinsiplәri  flektiv 

sәciyyәli  Hind-Avropa  dillәri  sintaksisinin  sıralanması  qaydaları  ilә 

müәyyәnlәşdirilir (Эргуванлы 1987; Юхансон 1987; Uzun 2000 vb.) 

Fikrimizcә,  türk  әdәbi  dillәrinә  dair  indiyә  qәdәr  yeni  linqvistik 

yönümlәrlә vә yöntәmlәrlә aparılan araşdırmaların mәqsәdyönlü nәticәlә-

rinin  ümumilәşdirilmәsi  bundan  sonra türkoloji  dilçilikdә  әsas iş  olmalı-

dır.  Әnənəvi,  yeni  və  ən  yeni  araşdırma  yönümləri  və  yöntəmləri  siste-

matik  bir  bağlılıqla  birlәşdirilmәlidr.  Bununla  da  türk  әdәbi  dillәrinin 

öyrәnilmәsinә dair konseptual-struktur xarakterli qavramlaşdırma vә kate-

qoriyalaşdırma  prinsiplәrinin  düzgün  müәyyәnlәşdirilmәsi  işi  tәmin  edilә 

bilәr. 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə