M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə23/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   19   20   21   22   23   24   25   26   ...   157

 

60 


lәri), yaxın vә әn yaxın qohum dillәr (oğuz, qıpçaq, karluq, qırğız-yenisey 

türk  dillәri  yarımqrupları  ilә)  sәviyyәlәrindә  konfrontativ-tutuşdurmalı 

yöntәmlәrlә  öyrәnilmәlidir.  Sözügedәn  araşdırma-öyrәnilmә  aurasında 

keçmişә  görә  retrospektiv,  indiyә  görә  prospektiv,  gәlәcәyә  görә  pers-

pektiv  vә  “milli-mәnәvi  özә  söykәnәn  interospektiv”  (Добровольский 

1998) linqvistik yönümlәri

*

 әsas olaraq götürülmәlidir.  



                                                           

*

 



Frazeoloji vahidlәrin ayrı-ayrı növlәri vә yarımnövlәrinә vә digәr kateqoriyalara dair dil 

vahidlәri  koqnitiv-konseptual  olaraq  gәlәcәyә  görә  perspektiv,  indiyә  görә  prospektiv, 

tarixi keçmişә görә isә retrospektiv aspektlәrdә araşdırılmaqdadır. Sosial elmlәrdә konkret 

hadisә  vә  predmetlәr,  tarixi  gedişatlar  bütövlükdә  retprosperspektivel  vә  ayrılıqda 

interospektivel  bir  müstәvidә  dyәrlәndirilәrәk  kompleksiv  bir  şәkildә  birlәşdirilmәkddir. 

Belә  bir  kontekstdә  frazeologizmlәrin  ayrıca  bir  növü    “müqayisәsiz  sәciyyәli”  özbәöz 

olan milli mentalitetә, etnoqrafiyaya, demoqrafiyaya, folklora, mifologiyaya vә s. görә, hәr 

şeydәn  öncә,  interospektiv  aspektdә    öyrәnilmәkdәdir.  Yuxarıda  göstәrilәn  aspektlәrin 

bütününә  görә  isә  frazeologiyada  yeni  bir  araşdırma-öyrәnilmә  konteksti 

formaşdırılmaqdadır:  prospektiv,  retrospektiv,  perspektiv  və  interospektiv  müstəvi. 

Sözügedәn  yönüm  koqnitiv  dilçiliyin  әsas  linqvistik  prinsiplәrindn  biri  olaraq  da 

qiymәtlәndirilә bilәr( Musaoğlu 2002: 319-320; Musaoğlu, Hasanova 2006b). 



 Sosial  elmlərin  intellektual  kontekstin  mahiyyətini  dillә  әks  etdirәn  dәrk  etmәyә 

(idraka), şüura vә tәfәkkürә әsasәn tәdricәn dәyişdiyi, inkişaf etdiyi vә getdikcә dә hәmin 

prosesdә  bir-biri  ilә  qovuşduğu  müasir  elmşünaslıqda  müşahidә  olunmaqdadır.  Müasir 

dilçiliyin  әsas  inkişaf  meyli  isә  milli-mәnәvi  dәyәrlәrә  vә  canlı  vә  cansız  alәmә  dair 

faktorlara  görә  müxtәlif  üst  vә  alt  qavramların  vә  kateqoriyaların  yeni  bir  konseptual-

kateqorial kontekstdә bir-biri ilә bağlı olaraq qavramlaşdırılması vә kateqoriyalaşdırılması 

ilә müәyyәnlәşir. Hәmin qavramlaşdırmalar vә kateqoriyalaşdırmalar müasir elmşünaslıq-

da  böyük  tәkamül  dәyişikliklәri  keçirdәn  vә  artıq  bütövlükdә    koqnitiv  xarakterli  sosial 

elmlәrin  ayrı-ayrı  sahәlәrinә  dair  inkişaf  etdirilәn  vә  formalaşdırılan  yeni  elmi-tәtbiqi 

metodlarla  aparılır.  Şübhәsiz  ki,  yeni  bir  konseptual-kateqorial  kontekstdә  gerçәklәşәn 

bütün qavramlaşmalar vә kateqoriyalaşmalar, hәr şeydәn öncә, tәbii insan dilindә öz әks-

sәdasını  tapır,  yәni  sözün  әsl  mәnasında  dildә  simvollaşır,  sistemlәşir,  mücәrrәdlәşir  vә 

konkretlәşir. Buna görә dә dәyişәn, yenilәşәn sosial elmlәrin başında, bizcә, dilçilik gәlir. 

Dilçilik  elminin  isә  bu  gün  tәdqiq  vә  tәdbiq  olunan  sahәlәri  getdikcә  genişlәnir.  Daha 



doğrusu, həmin  elm  sahəsinin  yuxarıda göstərilən  retrospektiv,  prospektiv,  perspektiv  və 

interospektiv araşdırma aspektləri orijinal konseptual-semantik yönümləri və informasiya 

texnologiyaları  və  kompüter  dilçiliyi  proqram  təminatları  sistemləri  ilə  ortaya  çıxır. 

Ümumi  müqayisəli  dilçiliyin  bu  gün  həmin  sistemlərlə  təkmilləşdirilən  müqayisəli-

qarşılaşdırmalı və -tutuşdurmalı yöntəmləri isə  yenidən müəyyənləşdirilir. 

Frazeoloji vahidlәrin yaranma prinsiplәri hәm ayrı-ayrı konkret dillәrin, hәm dә 

müqayisә  olunan  müxtәlif  sistemli  dillәrin  materialları  ilә  müәyyәnlәşdirilmәkdәdir. 

Müxtәlif  sistemli  dillәrin  frazeologiyasının  leksik-semantik  vә  sintaktik  eyniliklәri, 

fәrqliliklәr vә universallıqlar sistemlәri hәm müqyisәli-qarşılaşdırmalı (kontrastiv), hәm dә 

müqayisәli-tutuşdurmalı  (konfrontativ)  yöntәmlәrlә  öyrәnilmәkdәdir.  Bu  gün  müqayisәli 

dilçilikdә  prospektiv+retrospektiv=perspektiv+inrerospektiv  sәciyyәli  binar  aspektlәr  vә 



 

61 


Mәsәlәn,  “Canı sulu  olmaq,  Araz  aşığındandır, kür  topuğundan, 

Adı  it  dəftərində  də  yoxdur,  qanı  qaralmaq”  kimi  frazeologizmlәr 

Azәrbaycan  türkcәsindә  işlәnilmәkdәdir.  Bunların  etimologiyası  da 

“Azәrbaycançılıq  konteksti”ndә  yaşanmış  olan  konkret  hәyat  tәcrübәlәri 

ilә interospektiv  yönümdә  müәyyәnlәşdirilә  bilәr.  Çünki  hәmin  frazeolo-

gizmlәrә  Azәrbaycan  türkcәsi  ilә  müqayisәli-tutuşdurmalı  kontekstdә 

öyrәnilәn  Türkiyә  türkçәsindә  belә  tәsadüf  olunmur.  Bunlar  Azәrbaycan 

türkcәsinә görә müәyyәnlәşdirilә bilәn interospektiv vә inrerstrat sәciyyәli 

dil vahidlәridir. 

 Bu  kontekstdә  Azәrbaycan  vә  türk  әdәbi  dillәrindә  işlәnilәn 

frazeologizmlәr konkret olaraq iki ayrı qrupda kateqoriyalaşdırılır: 

1.  Hәr  iki  әdәbi  dildә  sadәcә  bәzi  fonetik-orfoqrafik  fәrqliliklәri 

ilә  eyni  vә  müәyyәn  linqvistik  variantları  ilә  oxşar  olan  frazeologizmlәr 

vardır.  Bunlar  hәmin  әdәbi  dillәrdә  tәqribәn  yüzdә  yetmişlik  vә  ya 

sәksәnlik bir әksәriyyәti tәşkil edir. 

2.  Hәr  iki  әdәbi  dildә  varlığı  türk  dillәri  vә  dialektlәrinin  tarixi 

inkişafı,  areal-coğrafi  dәyişimәlәri  vә  funksional-işlәnilmә  xarakterli 

müәyyәnlәşmә  normları  ilә  şәrtlәnәn  fәrqli  frazeologizmlәrә  dә  tәsadüf 

olunur. Bunlar söügedәn dillәrdә  tәqribәn yüzdә on beşlik vә ya iyirmilik 

bir  hissәni  tәşkil  edir.  Yuxarıda  göstәrilәn  interospektiv-interstrat  sәciy-

yәli  frazeologizmlәr  dә  bu  qrupda  yer  tutur  vә  digәr  fәrqli  deyimlәrdәn 

leksik tәrkibi vә semantik prototiplәrinin orijinallığı ilә seçilir.  

Mәlum  olduğu  kimi,  dünyanın  qavramlar  xәritәsi  dillә  dәrk  olu-

nur. Dillә dәrk olunan bütün mәlumatlar, eşidilәnlәr, bilinmәlәr, görünmә-

lәr, görmәlәr, ön vә son sezmәlәr, hәr cür tәhtәlşüur hiss etmәlәr insan ha-

fizәsindә yığılır, orada bilik, fikir, düşüncә kimi işlәnilir vә tәfәkkürdә әks 

olunur.  Bu  baxımdan  Azәrbaycan  vә  türk  dillәrindә  işlәnilәn  frazeolo-

                                                                                                                                    

ya  artıq  iyerarxik  xarakterli  tәk  bir  araşdırma-öyrәnilmә  istiqamәti  ortaya  çıxmaqdadır. 

Hәmin  istiqamәtdә  sinxronik-diaxronik  sәciyyәli  tәdqiqatların  davam  etdirilmәsi  tarixi-

müqayisәli  vә  ya  müqayisәli-tarixi  dilçiliyin  pro-,  protodil  dil  sәviyyәlәrinin 

canlandırılması işlәrinin nәticәlәndirilmәsinә gәtirib çıxardacaqdır.  

Belәliklә, türkologiyada tarixi-müqayisәli vә ya müqayisәli-tarixi dilçilik bu gün 

artıq  ümumi  bir  prospektiv+retrospektiv=perspektiv+interospektiv  aspektdә  müqayisәli-

qarşılaşdırmalı vә -tutuşdurmalı linqvistik yönümü ilә konseptual olaraq müәyyәnlәşdirilә 

bilmәkdәdir.  Frazeologizmlәr  konseptual-kateqorial  xarakterli  qavramlaşdırmaların  vә 

kateqoriyalaşdırmaların  ümumi  vә  xüsusi  prinsiplәrinә  görә  sinxronik-prospektiv, 

diaxronik-retrospektiv  vә  diaxronik-interospektiv  sәviyyәlәrdә  tәsniflәndirilmәkdәdir 

(Musaoğlu, Hәsәnova 2006a). 

 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə