Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə210/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   206   207   208   209   210   211   212   213   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



398 

 

VI  sinifdə  tədris  oluna  “Azərbaycan”  şeiri  müəllimin  dərsdə  yaradıcı  fəallığı  üçün  geniş  imkanlar 



yaratmaq gücünə malikdir. Belə ki, ilk olaraq dərs bölgüsü aşağıdakı şəkildə bölürəm:  

MÖVZU: “Səməd Vurğunun “Azərbaycan” şeirinin təhlili” 

İŞ FORMASI: Qruplarla iş, kollektiv iş 

İŞ ÜSULU: Suallar, müsahibə, diskussiya, əqli hücum. 

MƏQSƏD: “Azərbaycan” şeirinin fonunda şagirdlərə vətənə məhəbbət hisslərini formalaşdırmaq. 

BİLİKLƏR:  1.  Əsərin  ideasını  şagirdlərə  çatdırmaq,  2.  Şeirin  dili  ilə  vətənimizi  bir  daha  şagirdlərə 

tanıtmaq 

BACARIQLAR: Əsərdəki ən vacib məqamları işıqlandırmaq. 

İNKİŞAF: Şagirdlər əsərin təhlili ilə bağlı suallar verəcək. 

İNTEQRASIYA: Tarix, musiqi, coğrafiya 

TƏCHİZAT:  şeir  dair  çəkilmiş  klip,  PowerPoint  proqramında  hazırlanmış  təqdimat,  Azərbaycan 

Respublikasının  xəritəsi,  dərslik,  kompüter,  proyektor,  Zeynəb  Xanlarovun  ifasında  “Azərbaycan”  şeirinə 

həsr olunmuş musiqi parçası. 

Dərsin  gedişi:  Şagirdlər  “Muğam”  “Vaqif”  “Aygün”  “İnsan”  adlı  4  qrupa  bölünür.  Qrup  liderləri 

özlərin təqdim edirlər. 

Dərsin  birinci  mərhələsində  şagirdlərlə  oyun  keçirirəm.  Belə  ki,  sinifdəki  bütün  şagirdlər  dairəvi 

şəkildə düzülürlər. Və mən şagirdin birinə “Azərbaycan” şeirinin ilk bəndin söyləməyi tapşırıram, daha sonra  

saat  əqrəbi  istiqamətində  müxtəlif  şagirdlər  şeirin  bütün  bəndlərini  səsləndirirlər.  Şeir  bitəndən  sonra  isə 

şairin həyat və yaradıcılığı haqqında məlumatlarda sadalanır.  

Dərsin ikinci mərhələsində isə, tədqiqatın aparılması və informasıya mübadiləsi aparılır. 

Tədqiqat sualı: Tədqiqat suallını vermək üçün  öncə PowerPoint proqramında  hazırladığım təqdimatı 

göstərirəm.  Orda  qeyd  olunan  suallara  hansı  qrup  birinci  bayraq  qaldırdısa  o  da  cavab  verir.  Həmçinin 

müxtəlif cavabı olan qrupları da dinləyirik. Şagirdlərə hazırladığım suallar aşağıdakılardır: 

1. S.Vurğun nə vaxt və harda anadan olub? 

2. O, ilk təhsilini harda alıb? 

3. S. Vurğunun hansı əsərlərinin adını çəkə bilərsiniz? 

4. Azərbaycan şeirində hansı bölgələri adı çəkilir və tərənnüm edilir? 

5. Çox keçmişəm bu dağlardan 

durna gözlü bulaqlardan 

eşitmişəm uzaqlardan 

sakit axan arazları 

sınamışam dostu,yarı 

Bəndində şair “Durna gözlü bulaqlardan” misrası ilə nə demək istəyir? Azərbaycanın hansı bölgəsində 

yerləşən çayların bulaqlarin adını bilirsiniz? 

6. Muğam beşiyi haradır? Hansı muğam ustaların taniyirsiniz? 

7. Dağlarının başı qardır 

ağ örpəyin buludlardır 

böyük bir keçmişin vardır 

bilinməyir yaşın sənin 

nələr çəkmiş başın sənin. 

Bəndində  şair  “Böyük  bir    keçmişin  vardır”,  “Nələr  çəkmiş  başın  sənin”  misralarındakı  mənanı  öz 

düşüncələrinizlə izah edin. Azərbaycanin keçmişi, tarixi haqqınada nələr bilirsiniz? 

Dərsin  üçüncü  mərhələsində  şagirdlər  əlavə  fikirlərini  bölüşür  və  qruplar  bir-birilərinə  suallarla 

müraciyət edirlər. 

Daha  sonra  Zeynəb  Xanlarovun  ifasında  “Azərbaycan”  şeirinə  həsr  olunmuş  musiqi  parçasına  qulaq 

asıb dərsimiz sonlandırırq. 

 

 



 

 


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



399 

 

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ V VƏ IX SİNİFLƏRİN AZƏRBAYCAN TARİXİ 



KURSLARINDA FƏNDAXİLİ ƏLAQƏLƏRDƏN İSTİFADƏ ÜZRƏ İŞİN SİSTEMİ 

 

Şükürova S.F. 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 

Azərbaycan  tarixi  kursunda  fəndaxili  əlaqədən  istifadə  edilməsi  olduqca  mürəkkəb  quruluşa  malik 

olsa  da,  eyni  zamanda  şagirdlərin  mənimsəmə  gücünün  artırılmasına,  idrak  hafizəsinin  də  güclənməsinə 

şərait  yaradır.  Hər  hansı  bir  növbəti  mövzuya  keçid  baş  verdikdə  müəllim  bunun  üçün  keçmiş  mövzu  ilə 

zəncirvari  əlaqə  saxlamağı  bacarmalıdır.  Şübhəsiz  ki,  bu,  tarix  müəllimindən  pedaqoji  təcrübə  və  taktiki 

ustalıq tələb edir.  

Sinfi  təşkil  edən  şagirdlərin  hamısının  düşüncə  tərzi,  psixoloji  durumu  və  mənimsəmək  qabiliyyəti 

eyni  olmadığına  görə  müəllim  hər  bir  şagirdə  xüsusi  bir  fərd  kimi  yanaşmalıdır.  Buna  görədir  ki,  təkcə 

Azərbaycan  tarixi  kursunda  deyil,  Ümumi  tarix  kusunda  da  fəndaxili  əlaqədən  istifadə  edilməsi, 

mövzulararası səyahət edilməsi zəruri hal kimi nəzərə alınmalıdır. Məsələn: Azərbaycan tarixinin Xanlıqlar 

dövrünün yaranmasına qədər olan mərhələ, yəni Nadir şahın Azərbaycanda hakimiyyəti ələ alması və özünü 

1736-cı ildə Suqovuşan qurultayında şah elan etməsi mövzuları bir-biriləri ilə kəskin surətdə əlaqədədir. Sual 

oluna  bilər  ki,  Nadir  şaha  qarşı  XVIII  əsrin  əvvəllərində  baş  verən  üsyanlar  nəyə  görə  bir-birinin  ardınca 

sürətli  formada  həyata  keçirdi?  Cavab  olaraq  deyilə  bilər  ki,  çünki  Nadir  şah  uzaq  səfərlərə  çıxdığı  üçün 

uzun  müddət  Azərbaycan  ərazsində  tam  hakimiyyətini  səfərbər  edə  bilməmişdir.  Və  növbəti  elə  bir  sual 

meydana çıxa bilər. Nadir şaha qarşı XVIII əsrin əvvəllərində Azərbaycanda baş verən üsyanların xarakterik 

xüsusiyyətləri  nədən  ibarətdir?  Əgər  şagird  ardıcıl  olaraq  əvvəlki  mövzulardan xəbərdardırsa,  haqlı  olaraq 

belə bir cavab verəcəkdir. Çünki Nadir şaha qarşı XVIII əsrin əvvəllərində Azərbaycanda baş verən üsyanlar 

bütövlükdə eyni vaxt çərçivəsində həyata keçmişdir. Buna görə də Nadir şah bütün bu üsyanların qarşısını 

almaqda çətinlik çəkirdi. Bu mövzunun ardı kimi XVIII əsrin I yarsından etibarən Azərbaycanda Xanlıqlar 

sisteminin yaranmasını götürmək olar. Çünki Azərbaycanda mövcud olan natural təsərrüfatın hakim olması, 

ərazilər arasında istər iqtisadi, istərsə də mədəni əlaqələrin olduqca zəif olması Azərbaycanda Nadir şahdan 

hakimiyyətin  azad  olunmasından  sonra  növbəti  mərhələnin  ayrı-ayrı  xanlıqlar  quruluşu  formasında  qədəm 

qoymasına şərait yaratdı.  

Beləliklə  fənlərarası  əlaqədən  istifadə  olunması  şagirddə  təkrara  meyillilik  və  maraq  yaratmaqla 

yanaşı, onun mövzular üzrə səbəb-nəticə əlaqələrini açıb göstərməsinə, ümumiləşdirmə aparmasına, habelə 

mövzunu analiz-sintez etməsinə gətirib çıxarır. Doğrudan da Azərbaycan tarixi kursu üzrə fəndaxili əlaqədən 

istifadə  edilməsi  məsələsinə  kurikulum  sistemində  çox  həssas  yanaşılmışdır.  Fəndaxili  əlaqədən  istifadə 

edilməsi  mövzu  üzrə  təkrar  aparılmasa  belə,  şagirdin  keçmiş  mövzu  ilə  bağlı  olan  bilgilərinin  yenidən 

hafizəsinə qayıtmasına şərait yaradır.  

 

“CƏLİL MƏMMƏDQULUZADƏ VƏ MOLLA NƏSRƏDDİNÇİLƏR”  

ORTA MƏKTƏBDƏ TƏDRİSİ 

 

Tağıyeva G.X. 

Odlar Yurdu Universiteti  



 

Dahi  sənətkar  publisist,  yazıçı,  dramaturq  və  ən  nəhayətində  Azərbaycan  ədəbiyyatının  novotor 

sənətkarı Cəlil   Məəmmədqluzadə təkcə öz dövrünün deyil, eyni zamanda, bütün dövrlərin əlçatmazıdır. XX 

əsr Azərbaycan   ədəbiyyatı bir çox  sənətkarlarınını məhz bu dövrdə yetişdirmişdir. Onlardan biridə Cəlil 

Məmmədquluzadə 1866-ci ildə bəzi mənbələrdə isə 1869-cu ildə Naxçıvan şəhərində kiçik dükançı ailəsində 

anadan olmuşdur.  Atası Cənubi Azərbaycanın Xoy şəhərindən Naxçıvan şəhərinə gəlmiş və burada inşaat 

ustası olaraq çalışmağa başlamışdır.  

Özünün təbirincə desək “gözümü birinci dəfə açan kimi dünyanı qaranlıq gördüm”, ilk təhsilini 1873-

1879-cu  il  Mollaxanada  alan  Cəlil  burada  “Quran”  oxumaqla  yanaşı  ərəb  və  fars  dillərini  öyrənməyə 

müvəffəq olmuşdur. Daha sonra 1879-cu ildə Naxçıvanda açılan üç sinifli Rus məktəbində təhsil almış və 

onun  həyatının  dönüş  nöqtəsi  olmuşdur.1882-ci  ildə  üç  sinifli  rus  məktəbini  bitirib,  Qori  Müəllimlər 

seminariyasının Azərbaycan şöbəsinə daxil olur.  

Gülüşə  ehtiyacın  artdığı  belə  bir  şəraitin  məhsulu  olmaq  etibarilə  “Molla  Nəsrəddin  ”  Azərbaycan 

ədəbiyyatında  böyük  keçmişi,  gözəl  ənənələri  olan  satiranı  yenidən  oyadıb  ədəbiyyata    gətirirdi.  Böyük 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə