Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə209/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   205   206   207   208   209   210   211   212   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



396 

 

Kurikulumla  hazırlanmış  Azərbaycan  dili  dərsliklərində  yazı  bacarıqlarının  yaradılması  və  inkişafı 



üzrə çalışmalar əsasən “Yazı” başlığı altında verilmişdir. Bu da eyniadlı məzmun xəttinin,onun müvafiq əsas 

və  alt  standartlarının  reallaşdırılmasına  yönəldilmişdir.  Bu  tipli  çalışmaların  digərlərindən  fərqi,  səciyyəvi 

xüsusiyyəti  və  əhəmiyyəti  ondadır  ki,bu  çalışmalar  şagirdlərin  yazı  vərdişlərinin,  orfoqrafik  bacarıqlarının 

inkişafına  yönəldilmişdir.  Beşinci  sinif  Azərbaycan  dili  dərsliyində  yazı  bacarıqlarının  yaradılması  və 

inkişafı üzrə ilk yazı ilə bağlı çalışma bir neçə mətndən sonra gələn “Təcili qan axtarılır” mətnindən sonra 

qruplarla iş şəklində verilmiş və mətn üzərində qurulmuşdur. “Rəmzə çevrilmiş adlar” mətnindən sonra isə 

şagirdlərdən oxucunu mətni oxumağa sövq edəcək giriş yazmaq və mətndən çıxan nəticəni bir neçə cümlə ilə 

ifadə  etmək  tələb  olunur.  “Bilirdim  ki,gələcəksən”  mətnindən sonra  “Yazı”  başlığı  altında  belə  bir  çalışma 

verilmişdir: “Təsəvvür edin ki, qardaşınız cəbhədədir. Ona məktub yazın.” 

Bəzi  çalışmalar  isə  şagirdlərin  yazı  bacarıqlarını  inkişaf  etdirməklə  yanaşı,onlarda  təfəkkürün 

canlanmasına, eyni zamanda, mənalı, məntiqi və yaradıcı təfəkkürün də inkişafına yönəlmişdir. “İki limon 

ağacı” mətnindən sonra şagirdlərdən təmsildəki ağac və çiçək obrazlarını insan obrazları ilə əvəz etmək tələb 

olunur ki, bu da qeyd edilən fikrə uyğun gəlir. 

Yazı başlıqlı çalışmalar içərisində,xüsusilə,inşa yazılar diqqəti cəlb edir. Beşinci sinif Azərbaycan dili 

dərsliyində bu mövzularda inşa yazmaq tələb olunur: “İnsan daim yeniliyə can atmalıdır”, “Tikdim ki, izim 

qala”, “Kiçik yaşda olanlar da,xeyirxah işlər görə bilərlər” və s. 

Müasir  Azərbaycan  dili  dərslərində  yazı  bacarıqlarının  yaradılması  və  inkişafı  olduqca  əhəmiyyətli 

proses olsa da, kurikulumla hazırlanmış mövcud beşinci sinif Azərbaycan dili dərsliyinə bu istiqamət üzrə 

çalışmalara kifayət qədər yer verilməmişdir.  

 

 

AUSENTİK MATERİALLARDAN İSTİFADƏ ETMƏYİN XEYİRLİ TƏRƏFLƏRİ 

 

Şərifzadə G.S. 

Bakı Slavyan Universiteti 

 

Ausentik  materiallardan  istifadə  etməyin  kommunikasiyanın  inkişafında  böyük  rolu  vardır.  Ausentik 

materiallar dedikdə bunun ancaq qəzet ve jurnal məqalələrindən ibarət olduğu ehtimal edilir. Lakin bu daha 

geniş ifadə olub, mahnılar, internet səhifələrindəki məlumatlar, radio və televiziya yayımları ve öyrəndiyimiz 

dildə demək olar ki bütün h ə yatdan götürülmüş məlumat və materialları ehtiva edir. 

Kommunikasiyanın  öyrədilməsi  və  öyrənilməsi  prosesində  ən  əsas  prinsip    kommunikativ 

kompetensiyaya yiyələnməkdir. Kommunkativ metod 4 kompetensiyanın hər birinin vacibliyini vurğulayır. 

Müəllimin  dərs  prosesində  müxtəlif  materiallardan  istifadə  etməsi  tələbələri  ruhlandırır,  onların  dərsə 

marağının artmasına səbəb olur. Ausentik materiallar müasir müəllimlər üçün elə mənbələr təqdim və təmin 

edir  ki,  tələbələr  nəinki  sinifdaxili,  hətta  sinifdənxaric  və  real  həyatla  əlaqəli  məlumatlar  əldə  edirlər.  Biz 

ausentik materialların köməkliyi ilə sözügedən materialı real, həqiqi kontekstdə başa düşürük. Burada əsas  

diqqət dilin formasında deyil, onun mənasında mərkəzləşir. 

Ausentik  materiallardan  istifadə  etmənin  bir  sıra  xeyirli  tərəfləri  var.  Birincisi  və  ən  vacibi  ondan 

ibarətdir  ki,  bu  materiallardan  istifadə  tələbələrdə  özgüvən  hissini  formalaşdırır.  Çünki  bu  materiallar 

tələbələrə real həyat situasiyalarında öyrəndiklərini tətbiq etməyə imkan verir. 

Digər  bir  səbəb  isə  ausentik  materialların  tələbələrə  öyrəndikləri  dilin  dövlət  dili  hesab  olunduğu 

ölkələrdə  mövcud  mədəni  mühiti  öyrənmələrinə  imkan  verir.  Həmin  dövlətlərin  sosial,  iqtisadi,  siyasi, 

mədəni mühiti ilə bir növ tanış olur. 

Öyrənmə və  öyrətmə prosesində ausentik materiallardan istifadə etmək tələbələrin öyrənmə ehtiyacını 

təmin  edir,  onlara  daha  səriştəli  olmağı  təklif  edir,  onların  daxili  motivasiyasını  yüksəldir,  sözlərin  daha 

aydın və tam şəkildə qavranılmasına kömək edir. 

 

 



 


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



397 

 

AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNDƏKİ MƏTNLƏRDƏ 



MULTİKULTURAL DƏYƏRLƏR 

 

Şirəliyeva G.Ə. 

Bakı Slavyan Universiteti 

 

Şagirdlərin  dünyagörüşlərinin  yüksəlməsində,  mənəvi  keyfiyyətlərinin  inkişafında  Azərbaycan  dili 

dərslikləri  özünəməxsus  yer  tutur.  Bu  dərsliklərdə  yer  alan  mətnlərin  təsiri,  xüsusilə,    danılmazdır.  Burada 

nitq  mədəniyyətinə  xidmət  edən,    xeyirxahlıq,  humanizm  və  s.  əxlaqi  keyfiyyətlər  aşılayan,  həmçinin  də, 

multikultural dəyərlərə söykənən mətnlər yer almaqdadır.  

Bildiyimiz  kimi,  multikulturalizm  bizim  xalqımızın  həyat  tərzidir.  Dünyada  bu,  yeni  məfhum  hesab 

olunsa da, Azərbaycanda qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan xalqı multikultural dəyərlər içində 

yaşamış, bunu bir həyat tərzi olaraq qəbul etmişdir. Bu, xalqımızın humanist, xeyirxah, qonaqpərvər bir xalq 

olmasından irəli gəlir. Xalqımız  hər zaman digər xalqlarla qonşuluq şəraitində yaşamış, gözəl münasibətdə 

olmuş,  onlar  arasında  ayrı-seçkilik  olmamışdır.  Bunlar    mənəvi  keyfiyyət  göstəriciləridir.  Və  belə  mənəvi 

keyfiyyətlər övladlarımıza kiçik yaşlarından aşılanmalıdır. Bu prosesdə Azərbaycan dili dərslikləri də az rol 

oynamır. Burada bir çox xalqlara məxsus nağıllar, xarici yazıçıların hekayələri yer almaqdadır ki, bunlar da 

şagirdlərə multikultural dəyərləri aşılayan faktorlardandır.  

1-ci siniflər üçün Azərbaycan dili dərsliyində buna kifayət qədər yer verilib. Ümumiyyətlə, hərtərəfli 

mənəvi keyfiyyətlərlə zəngin mətnlərlə tərtib olunmuş dərslikdə kifayət qədər müxtəlif xalqlara, müəlliflərə 

məxsus  mətnlər  də  yer  alıb.  Buna  nümunə  olaraq,  Litva  nağılı  “Nə  üçün  pişik  yeməkdən  sonra  yuyunur”, 

Meksika nağılı “Nəzakətli dovşan”, rus xalq nağılı “Ayı və kəndli”, serb nağılı “Niyə ayın paltarı yoxdur”, 

mordva xalq nağılı “İtlə insan necə dost oldular” kimi maraqlı, düşündürücü, eyni zamanda, şagirdlərə nitq 

mədəniyyəti, əxlaq və digər mənəvi keyfiyyətlər aşılayan nağıllardır. Təbii ki, müəllim hər bir xalq haqqında 

qısaca məlumat verir. 

2-ci  sinif  dərsliyində  B.Leonidovanın  eyniadlı  əsərinin  motivləri  əsasında  “İki  güzgü”,  Sergey 

Mixalkovun “İki gonbul və dovşan”, “Dostlar səfərdə”, V.Oseyevanın eyniadlı hekayəsi əsasında işlənilmiş 

“Sehrli  söz”,  Lev  Tolstoyun  “Xilaskar  it”  əsərləri  şagirdlərə  sədaqət,  əxlaq,  dostluq  və  s.  keyfiyyətlər 

aşılayan multikultural mətnlərdəndir. 

3-cü  sinif  üçün  “Azərbaycan  dili”  dərsliyində  isə  İngiltərədə  cərəyan  edən  hadisələri  əks  etdirən 

“Şahzadə və dilənçi”, Makedoniya hökmdarı Filipin oğlu, “dünyanın fatehi” adlandırılan sərkərdədən bəhs 

edən  “Makedoniyalı  İsgəndər”,  Astrid  Lindqrenin  “Balaca  və  Karlson”,  3-cü  sinif  üçün  “Türkce” 

dərsliyindən  götürülmüş  “Atatürk  niyə  ağladı”  mətnləri  şagirdlərdə  müxtəlif  xalqların  məişəti,  adət  və 

ənənələri, mənəvi dəyərləri haqqında təsəvvür oyatmaqla yanaşı, həmin xalqlara rəğbət hissi oyadır. 

Lakin  Viktor  Hüqonun  “Səfillər”  romanından  “Qavroş”  mətni  şagirdlərin  yaş  və  bilik  səviyyəsinə 

uyğun deyil. 

4-cü  sinif  üçün  “Azərbaycan  dili”  dərsliyində  Şərq  dünyasının  ən  məhşur  şəxsiyyətlərindən  olan 

Rumiden bəhs edən “Ruminin məsləhəti” rəvayəti, Mark Tvenin “Tom Soyerin macəraları” əsərindən “Tom 

özünü fəda edir” kimi başqa xalqlara məxsus bədii əsərlərlə şagirdlər digər mədəniyyətlərlə də tanış olur, bu 

da onların dünyagörüşünün inkişafına müsbət təsir edir. 

Müasir  dərsliklərin  mənəvi  keyfiyyətlər  aşılayan,  multikultural  dəyərlərə  söykənən  mətnlərlə  zəngin 

olması onların dəyərini yüksəldir, şagirdlərin dünyagörüşünün inkişafı üçün zəmin yaradır. 

 

 

SƏMƏD VURĞUNUN “ AZƏRBAYCAN” ŞEİRİNİN  

MÜASİR METOD VƏ ÜSULLARLA TƏHLİLİ 

 

Şirinova M.C. 

Sumqayıt Dövlət Universiteti 

 

Azərbaycanın  xalq  şairi  S.  Vurğunun  bioqrafiyasına  nəzər  salsaq,  şairin  yaradıcılıq  nümunələri 

ümumtəhsil  məktəbinin  dörd  sinifində:  V  sinifdə  (“Ceyran”),  VI  sinifində    (“Azərbaycan”),  IX  sinifində 

(“Mən tələsmirəm”), nəhayət,  XI sinifində (“ Muğam”poeması) həmin əsərlərin öyrədilməsi tələb olunur.  

V, V və IX siniflərdə şair  haqqında qısa məlumat verilir.   



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə