Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə203/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   199   200   201   202   203   204   205   206   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



384 

 

Thanks,  Sizi  görməyimə  şadam-  Glad  to  meet  you  Glad  to  see  you,  Görüşənədek-  See  you  soon.Allah  



qorusun  sizi-God  bless  you,Uğur  olsun-Good  luck  ,Uğur  olsun-Happy  journey.Gecəniz  xeyrə  qalsın-Good 

night,Zəhmət olmasa- Please,Xoşdur-İt is a pleasure. 

Azərbaycan  dilində  nitq  etiketləri:Görüşmə  və  salamlaşma  etiketləri  Salam,  Sabahınız  xeyir, 

Axşamınız xeyir, Xoş gəlmisiniz. 

Ayrılma və sağollaşma etiketləri:Xudahafiz ,Əlvida, Salamat qalın ,Allah 

amanında,Görüşənədək,Yaxşı yol. 

Xahiş etiketləri: Zehmət olmasa, Buyurun,Bağışlayın,İcazənizlə,Mümkünsə,Xahis edirem. 

Xestelik etiketləri: Keçmiş olsun ,Allah şefanızı versin. 



 

LEKSİKANIN ÖYRƏDİLMƏSİNDƏ LEKSİK TAPŞIRIQLARIN ROLU 

 

Mamedova A.V. 

Bakı  Slavyan Universiteti 

 

İnteraktivlik  metodu  dilin  çocx  vacib  fundamental  özülü  sayılır.İstənilən  tip  mövzuda  düzgün 

öyrəndiyimiz  dildən  asılı  olmadan  leksika  yəni  söz  bazası  hər  bir  dilin  ən  vacib  komponentidir.Dil 

bacarıqlarımızın hər biri leksikamıza əsaslanaraq inkişaf etdiririk. Leksika hər bir öyrəncinin bilik fondunun 

vacib komponenti sırasına daxildir. Hər hansısa bir dildə danışmaq üçün leksik bazanın olması çox vacibdir. 

Ola  bilər  ki  hər  hansısa  bir  öyrəncinin  qrammatik  bazası  olmasın,amma  leksik  bazanın  olmaması 

mümkünsüzdür,çünki belə olsa onlar müəyyən bir dildə fikirlərini ifadə edə yaxud da hər hansısa bir  fikir 

yürüdə bilməzlər. 

Bəs  biz  nə  üçün  leksika  ilə  interaktivliyi  paralel  şəkildə  aparmalıyıq?Məlum  məsələdir  ki,leksikanı 

öyrəncilərdə  formalaşdırmağın  ən  asan  yolu  mümkün  qədər  interaktiv  metodlardan    istifadə  etmək 

lazımdır.Bacardığımız  qədər  ənənəvio  metodlardan  qaçmalı,  dərs  prosesində  mümkün  qədər  interaktiv 

usullardan  istifadə  etmək  lazımdır.Bu  yolla  həm  dərs  prosesi  öyrəncilərə  maraqalı  olar  həm  də  onlarda 

müəyyən bir dilin  fərq etməz ,leksikasına,qrammatikasına qarşı həvəs oyatmış olarıq. 

Ümumiyyətlə öyrəncilərdə leksikanı bazanın  formalaşdırmağın ən asand yolu mümkün qədər leksik 

tapşırıqlardan çox istifadə etmək lazımdır.Bu leksik tapşırıqlar istənilən tipdə ola bilər.Əsas olan odur ki,bu 

tapşırıqlar vasitəsilə öyrəncilər dilin əsas özülü sayılan leksikanı mənimsəyə bilsinlər. 

Bir neçə leksik tapşırıqlara nəzər yetirək: 

Match the begining of sentence on the left with its ending on the right. 

1)Thios large fish                                                     a)   is heard here. 

2)Houses                                                                   b) are made in Japan. 

3)The work                                                               c) is spoken in most countries. 

4)The cat                                                                   d) are invited to the party. 

5)Not a sound                                                            e) are not often read. 

6)English                                                                   f) is caught in this river 

7)These computers                                                     g) is finished in time 

8)A lot of guest                                                           h) is locked in the kitchen 

9)The books                                                                i) is used for making butter 

10)Milk                                                                        j) are built ever year 

1.g   2.j   3.h   4.i  5.a   6.c   7.b  8.d   9.e  10.f 

Cümlənin  strukturu  üzərində  qurulmuş  bu  tipli  leksik  tapşırıqlar  dilin  eyni  zamanda  leksikanın 

öyrənilməsində  çox  vacib  əhəmiyyət  kəsb  edir.Bu  kimi  tapşırıqlar  nəinki  onların  leksik  bazasısın 

formalaşmasında eyni zamanda bütövlükdə dilin leksikasın mənimsənilməsində əhəmiyyətli rol oynayır. 

2)Match the word on the left with opposite in the right-hand column: 

1.cheerful                                              a)interesting 

2.approach                                             b)modern 

3.ancient                                                 c)disappear 

4.appear                                                 d)sad 

5.dull                                                      e)avoid 

1.d   2.e    3.b   4.c  5.a 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



385 

 

Əksmənalı sözlərə əsaslanan bu tipli leksik tapşırıqlar da dildə dildə böyük  əhəmiyyət kəsb edir.Bir 



tapşırıqla eyni zamanda bir sözün həm özünü həm də ona əks mənası olan sözü öyrətməklə öyrəncilərdə dilik 

leksik bazasına aid kifayət qədər söz toplanmış olur. 



 

  

FƏAL TƏLİM METODLARININ MAHİYYƏTİ VƏ MƏZMUNU 

 

Mehtiyeva N.N. 

Odlar Yurdu Universiteti 

 

Fəal təlimdə şagird və müəllim eyni dərəcədə tamhüquqludurlar, hər iki tərəf eyni dərəcədə nəticənin 

müəllifidir  və  ona  görə  məsuliyyət  daşıyırlar.  Fəaliyyətinə  görə  şagirdlər,  iki  qrupa  bölünürlər:  passiv  və 

aktiv. Passivlik və aktivlik daim müqayisə olunur. Şagird fəallığı və aktivliyi müəllim fəaliyyətinin məqsədli 

olmasından asılıdır. Məqsədsiz fəaliyyət isə şagirdin passivliyini müəyyən edir. Passiv fəaliyyət bəzi hallarda 

aktivləşə bilir və ya əksinə. 

Şagirddə  aktivliyin,  fəallığın  özünü  göstərməsi  üçün,  əsas  şərt  mühitin  təşkil  olunmasıdır.  Mühitin 

təşkil olunması nə qədər yüksəkdirsə bir o qədər şagirdin fəallığı artır. Çünki belə mühitdə şagirdə elementar 

bacarıqlar aşılamaq daha rahat olur. Mühitin təşkili zamanı passiv xüsusiyyətli aktivliyə də çevirmək olar. 

Müasir dövrdə şagirdlərin təlim-tərbiyə prosesində fəallığı, sərbəst və yaradıcı işini inkişaf etdirməyin 

imkan  və  vasitələrinə,  təlimin  fəal  metodlarından istifadə  edilməsinə  xüsusi əhəmiyyət  verilir. Təlim  hansı 

formada təşkil edilməsindən asılı olmayaraq o, maraqlı, cəlbedici, məzmunlu xarakter daşımalı, şagirdlərin 

fəallığını  təmin  etməlidir.  Elementar  bacarıqları  aşılamaq  və  qavrayışı  fəallaşdırmaq  üçün  müəllim  əyani 

vəsaitdən  istifadə  etməklə  yanaşı,  şagirdlərin  daha  fəal  olması  üçün  şəkil  çəkməsinə,  bu  hissələri  şəxsən 

hazırlamasına,  model  düzəltməsinə  xüsusi  diqqət  yetirməlidir.  Belə  halda  praktik  işlə  əlaqədar  şagirdlərdə 

qavrayışın fəallığı inkişaf edə bilər. 

Müəllim  şagirdlərin  müvafiq  bilik  və  bacarıqlara  yiyələnməsində,  fəaliyyətin  müvəffəqiyyəti  üçün, 

təlim prosesində şagirdin əməkdaşlıq prinsipinə necə uyğunlaşdığını, fəallığına təsir edən motivləri müəyyən 

etməli  və  öyrənməlidir.  Təlim  prosesi  iki  tərəfin:  müəllim  və  şagirdin  qarşılıqlı  əməkdaşlığı  şəraitində  baş 

verməlidir.  Ənənəvi  təlimə  nəzər  yetirsək,  bu  təlim  prosesində  müəllim  və  şagird  arasında  qarşılıqlı 

əməkdaşlıq yaradılmır, bu da təhsil islahatları prinsiplərinin pozulması ilə nəticələnir. Əməkdaşlıq prinsipinə 

əsaslanan təlim prosesində müəllim də, şagird də subyekt olaraq tərəf müqabili kimi çıxış edirlər və bunun 

sayəsində  dərsin  fəal,  dinamik  keçməsinə  şərait  yaradırlar.  Belə  dərs  şəraitində  şagirdin  özünə  inamı  artır, 

sərbəst  sual  verir,  çəkinmədən  öz  fikrini  çatdırır.  Əməkdaşlıq    prinsipi  bir  sıra  üstün  cəhətlərə  malikdir. 

Şagirdlərin  məntiqi  təfəkkür  və  anlama  bacarıqları  təkminləşir,  şagirdlər  özlərini  sərbəst  hiss  edir,  həm 

kollektivin, və həm də öz işinin nəticəsi üçün məsuliyyət daşıyır.  

Şagirdlərin bir biri ilə münasibətlərində hər bir şagird öz yeri ilə seçilir. Məsələn, şagirdlər yoldaşları 

ilə birgə öyrənmək, birgə problemləri araşdırmaq münasibətinə yiyələnirlər. Bu planda kollektiv halda təşkil 

edilən təlim-idrak fəaliyyəti şagirdlərin qabiliyyətlərini formalaşdırmada, öz təcrübələrini və biliklərini təhlil 

etmək qabiliyyətinə böyük imkanlar açır. 

Təlim  fəaliyyətinin  motivlərinə  görə  formalaşması    bu  təlimin  fəal,  həvəslə,  könüllü  şəkildə,  ciddi 

cəhdlə  və  məqsədli  yerinə  yetirilməsini  göstərir.  Məzmunsuz  olduqda  isə  təlim  passiv  və  məqsədsiz  icra 

edilir. 

                    



İNFORMATİKA DƏRSLƏRİNDƏ FƏNDAXİLİ İNTEQRASİYA 

  

Məhərrəmova M.Ə. 

Mingəçevir Dövlət Universiteti 

 

Mövcud  dünya  təcrübəsi  göstərir  ki,  təlim  prosesində  müxtəlif  inteqrasiya  üsullarından  istifadə 

etmədən  heç  bir  fənnin  tədrisisində  istənilən  nəticəni  əldə  etmək  mümkün  deyil.  Eləcə  də,  informatika 

fənninin tədrisində inteqrasiyanın böyük əhəmiyyəti var. Ümumiyyətlə, inteqrasiya dedikdə təlim prosesində 

şagirdlərin  təfəkküründə  ətraf  aləmin  tam  və  vahid  obrazını  formalaşdırmaq  üçün  təlimin  məzmun 

komponentlərinin struktur əlaqələr əsasında sistemləşdirilməsi başa düşülür.  

Təhsil  sahəsində  inteqrasiyanın  bir  neçə  növü  tətbiq  edilir.  Fəndaxili  inteqrasiya-  eyni  bir  fənnə  aid 

olan anlayış, bilik və bacarıqların əlaqələndirilməsini nəzərdə tutur. Mahiyyətcə fəndaxili inteqrasiya (əlaqə) 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə