Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə211/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   207   208   209   210   211   212   213   214   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



400 

 

demokrat yazıçı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin redaktorluğu ilə iyirmi beş il ərzində 



fəaliyyətini  Tiflisdə, Təbrizdə  və  Bakıda  davam  etdirən  məşhur “Molla  Nəsrəddin” jurnalı ilə  Azərbaycan 

milli  satirik  mıtbuat  və  tənqidi-realist  ədəbiyyatın  əsası  qoyulmuşdur.  Geniş  mənada  türk  –müsəlman 

dünyasının  birinci  satirik  jurnalı  kimi  “Molla  Nəsrəddin”  Şərq  aləmində  satirik  mətbuatın  və  ədəbiyyatın 

demokratik  ictimai  fikrin  inkişafına  ciddi  təkan  vermişdir.  Şərq  dünyasına  satirk  günəşi  ilk  dəfə  “Molla 

Nəsrəddindən” doğmuşdur. Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə 

bu jurnal vasitəsi ilə başlamışdır..  

Azərbaycan  ədəbiyyatının  və  mətbuatının  tarixində  “Molla  Nəsrəddin”  jurnalı  xüsusi  ədəbi  məktəb 

yaratmış  ilk  mətbuat  orqanıdır.  Digər  ədəbi  məktəblərdən  fərqli  olaraq    “Molla Nəsrəddin”  ədəbi  məktəbi 

əksər  yaradıcıllıq  istiqamətlərini  və  janrları  ictimai  fikri,  hətta  rəssamlıq  sənətinidə  özündə  cəmləşdirir. 

Özündən əvvəl və sonra yaranmış heç bir ədəbi məktəb “Molla Nəsrəddin” jurnalı qədər yazıçını, şairi və 

rəssamı öz ətrafında birləşdirş bilməmişdir. Cəlil Məmmədquluzadənin ardıcıl və böyük səyi sayəsində XX 

əsrrin əvvələrində Azərbaycan yaradıcı ziyalılarının “Molla Nəsrəddin” ordusu formalaşmışdır. Bu mübariz 

demokratik  ziyalı  ordusunun  başçısı  görkəmli  yazıçı,  publisist  Mirzə  Cəlil  Məmmədquluzadə  idi.  Böyük 

mollanəsrrəddinçi Əbdülrəhin bəy Haqverdiyevin vaxtiylə etiraf etdiyi kimi, bu ədəbi  cəbhədə təb və istedad 

yaradıcı qüvvəni özlərinə məxsus olsa da, “mövzu verən və yol göstərən” Cəlil Məmmədquluzadə və “Molla 

Nəsrəddin” jurnalı idi. Geniş mənada “Molla Nəsrəddin” jurnalı tənqidi-realist ədəbiyyatın möhkəm ədəbi 

cəbhəsi , mollanəsrəddinçi ədiblərin əsərlərinin çoxcildli külliyətidir. 

 “Molla Nəsrəddin”in timsalında ilk dəfə idi ki, konkret bir mətbuat orqanın əsasında müstəqil ədəbi 

məktəb  formalaşmışdı.  Bu,  təkcə  Azərbaycanın  deyil,  ümumən  türk-müsəlman  dünyasında  ayrıca  bir 

mətbuat  orqanının  adı  ilə  əlaqədar  olan  birinci  məktəb  idi.  “Molla  Nəsrəddin”  jurnalı  “Füyuzat”  ədəbi 

məktəbinin  də  meydana  çıxmasında  ədəbiyyat  və  mətbuat  dünyasındakı rəqabət  zəmnində  formalaşmışdır. 

Heç  şübhəsiz,  “Molla  Nəsrəddin”  ədəbi  məktəb  mərhələsinə  çatdırılması  bu  jurnalın  yaradıcısı  Cəlil 

Məmmədquluzadənin  təşkilatçılıq  bacarığın  və  xüsusi  ədəbi  məharətin  nəticəsində  mümkün  olmuşdur. 

Əslində, Cəlil Məmmədquluzadə Azərbaycandakı Şərq yönlü milli inkişaf meyilləri ilə Qərb maarifçiliyini 

sintez halında yeni tipli ədəbiyyat və mətbuat yaratmağa müvəffəq olmuşdur. Dahi sənətkar tez bir zamanda 

ətrafına  çoxlu  istedadlı  insanları  cəm  etmişdir.ilk  növbədə  böyük  demokrat  ədib  Cəlil  Məmmədquluzadə 

“Molla Nəsrədin” jurnalın proqramını hazırlamaqla Azərbaycan ədəbiyyatının və mətbuatının konsepsiyasını 

hazırlamışdır.  “Molla  Nəsrəddin”  jurnalının  ilk  sayında  gedən  əsərlərin  yeni  ədəbi  məktəbin  əsas 

prinsiplərini özündə cəmləşdirən proqram xarakterinə malik olan sənət örnəklərindir. Bu sayda baş məqalə 

kimi təqdim olunan əsər “Sizi deyil gəlmişəm” , “Molla Nəsrəddin” ədəbi məktəbi üçün manifest olmuşdur. 

Cəlil  Məmmədquluzadə  “həqiqi  Molla  Nəsrədddin”  şairi  axtarmaq  üçün  çap  edirdiyi  “Lisan  bəlası”  şeiri 

sanki  “Molla  Nəsrəddin”  şeir  məktəbi  üçün  müsabiqə  xarakterli  elannamə  idi.  Vaxtilə,  Cəlil 

Məmmədquluzadənin yazdığı kimi “Lisan bəlası” şeiri “bir nümunə idi ki, bunu birinci nömrədə çap etməklə 

bir  həqiqi  “Molla  Nəsrəddin”  şairini  axtarırdıq.  Biz  Sabir  və  Məşədi  Sicimqulu  axtarırıdıq.  Bir  tərəfdən 

birnci  nömrəmizi  şeir  babətindən  yarımçıq  buraxmaq  istəmirdik.  Bir  tərəfdəndə  Sabir  və  Məşədi 

Sicimqulunun dünyada varlığında xəbərdar deyildik.” 

Jurnalın  ümümillikdə  karikaturalari  ilə  də  məşhur  idi  və  jurnalı  digərlərindən  fərqləndirən  əsas 

xüsusiyyətlərindən idi. Jurnalin ilk sayında Cəlil Məmmədqulluzadənin sifarişi ilə Oskar Şmerlinq tərəfindən 

“Müsəlman  dünyasının  oyanışı”  üçün  çəkilmiş  karikatura jurnala  böyük  bir  uğur  gətirmişdir.  Ilk  sayından 

etibarən  yol  göstərmək,  istiqamət  vermək,  təsvir  etmək  üçün  düşünülüb  tapılmış,  kəşf  edilmiş,  “Molla 

Nəsrəddin”in teleqramları, “atalar sözləri”, “poçt qutusu”, “bilməli xəbərlər” kimi yeni janrlar sonralar uzun 

illər boyu mollanəsrəddinçi publisistikasının əsas,aparıcı janrlarına çevrilmişdir. Cəlil Məmmədquluzadənin 

“Dəllək”  adlı  kiçik  hekayəsi  bir  daha  yeni  nəsr  modelinə  örnək  kimi  diqqətə  çatdırmışdır.  Eyni  zamanda 

“Poçt  qutusu”  hekayəsi  ilə  Cəlil  Məmmədquluzadə  ədəbi  qüvvələri  yönləndirmişdir.  Böyük  ədib  “Poçt 

qutusu” yazılarında gələcək mollanəsrəddinçiləri yeni ədəbi nəslin müəllimi səviyyəsində çıxış edir.  “Poçt 

qutusu”  bölməsində  təlimat  xarakterli  tapşırıqlar  və  tövsiyələr  “Molla  Nəsrəddin”  ədəbi  məktəbinin  ədəbi 

dərsləridir.  Müşahidə  olunan  cəhətlərdən  biridə  bundan  ibarətdir  ki,  Cəlil  Məmmədquluzadə 

mollanəsrəddinçi  ədəbiyyatın  formalaşdırılması  prosesində  hətta  tanınmış,  təcrübəli  yazıçılara,  “Molla 

Nəsrddinin” dostları və köməkçilərinə də güzəştə getməmiş,həmişə tələbkar münasibət bəsləmişdir. Jurnalın 

“Poçt qutusu” mətnlərində adları çəkilən XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tanınmış yaradıcılları 

Əbülnasir  Şeybani-  Mirzə  Ələkbər  Sabir,  Dabanıçatlaq-Əli  Razi  Şəmsizadə,  Yetim  cücə-Əli  Məhzum, 

Şairimiz-Əli Nəzmi, Cüvəllağı- Əliqulu Qəmküsar, Millət dostları-Əbdülrəhim bəy Haqverdiyev, Palanduz-

Salman Mümtaz, Yeni səlnaməçi-Məhəmmədəli Sabit idi. 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə