Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
398
VI sinifdə tədris oluna “Azərbaycan” şeiri müəllimin dərsdə yaradıcı fəallığı üçün geniş imkanlar
yaratmaq gücünə malikdir. Belə ki, ilk olaraq dərs bölgüsü aşağıdakı şəkildə bölürəm:
MÖVZU: “Səməd Vurğunun “Azərbaycan” şeirinin təhlili”
İŞ FORMASI: Qruplarla iş, kollektiv iş
İŞ ÜSULU: Suallar, müsahibə, diskussiya, əqli hücum.
MƏQSƏD: “Azərbaycan” şeirinin fonunda şagirdlərə vətənə məhəbbət hisslərini formalaşdırmaq.
BİLİKLƏR: 1. Əsərin ideasını şagirdlərə çatdırmaq, 2. Şeirin dili ilə vətənimizi bir daha şagirdlərə
tanıtmaq
BACARIQLAR: Əsərdəki ən vacib məqamları işıqlandırmaq.
İNKİŞAF: Şagirdlər əsərin təhlili ilə bağlı suallar verəcək.
İNTEQRASIYA: Tarix, musiqi, coğrafiya
TƏCHİZAT: şeir dair çəkilmiş klip, PowerPoint proqramında hazırlanmış təqdimat, Azərbaycan
Respublikasının xəritəsi, dərslik, kompüter, proyektor, Zeynəb Xanlarovun ifasında “Azərbaycan” şeirinə
həsr olunmuş musiqi parçası.
Dərsin gedişi: Şagirdlər “Muğam” “Vaqif” “Aygün” “İnsan” adlı 4 qrupa bölünür. Qrup liderləri
özlərin təqdim edirlər.
Dərsin birinci mərhələsində şagirdlərlə oyun keçirirəm. Belə ki, sinifdəki bütün şagirdlər dairəvi
şəkildə düzülürlər. Və mən şagirdin birinə “Azərbaycan” şeirinin ilk bəndin söyləməyi tapşırıram, daha sonra
saat əqrəbi istiqamətində müxtəlif şagirdlər şeirin bütün bəndlərini səsləndirirlər. Şeir bitəndən sonra isə
şairin həyat və yaradıcılığı haqqında məlumatlarda sadalanır.
Dərsin ikinci mərhələsində isə, tədqiqatın aparılması və informasıya mübadiləsi aparılır.
Tədqiqat sualı: Tədqiqat suallını vermək üçün öncə PowerPoint proqramında hazırladığım təqdimatı
göstərirəm. Orda qeyd olunan suallara hansı qrup birinci bayraq qaldırdısa o da cavab verir. Həmçinin
müxtəlif cavabı olan qrupları da dinləyirik. Şagirdlərə hazırladığım suallar aşağıdakılardır:
1. S.Vurğun nə vaxt və harda anadan olub?
2. O, ilk təhsilini harda alıb?
3. S. Vurğunun hansı əsərlərinin adını çəkə bilərsiniz?
4. Azərbaycan şeirində hansı bölgələri adı çəkilir və tərənnüm edilir?
5. Çox keçmişəm bu dağlardan
durna gözlü bulaqlardan
eşitmişəm uzaqlardan
sakit axan arazları
sınamışam dostu,yarı
Bəndində şair “Durna gözlü bulaqlardan” misrası ilə nə demək istəyir? Azərbaycanın hansı bölgəsində
yerləşən çayların bulaqlarin adını bilirsiniz?
6. Muğam beşiyi haradır? Hansı muğam ustaların taniyirsiniz?
7. Dağlarının başı qardır
ağ örpəyin buludlardır
böyük bir keçmişin vardır
bilinməyir yaşın sənin
nələr çəkmiş başın sənin.
Bəndində şair “Böyük bir keçmişin vardır”, “Nələr çəkmiş başın sənin” misralarındakı mənanı öz
düşüncələrinizlə izah edin. Azərbaycanin keçmişi, tarixi haqqınada nələr bilirsiniz?
Dərsin üçüncü mərhələsində şagirdlər əlavə fikirlərini bölüşür və qruplar bir-birilərinə suallarla
müraciyət edirlər.
Daha sonra Zeynəb Xanlarovun ifasında “Azərbaycan” şeirinə həsr olunmuş musiqi parçasına qulaq
asıb dərsimiz sonlandırırq.
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
399
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ V VƏ IX SİNİFLƏRİN AZƏRBAYCAN TARİXİ
KURSLARINDA FƏNDAXİLİ ƏLAQƏLƏRDƏN İSTİFADƏ ÜZRƏ İŞİN SİSTEMİ
Şükürova S.F.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan tarixi kursunda fəndaxili əlaqədən istifadə edilməsi olduqca mürəkkəb quruluşa malik
olsa da, eyni zamanda şagirdlərin mənimsəmə gücünün artırılmasına, idrak hafizəsinin də güclənməsinə
şərait yaradır. Hər hansı bir növbəti mövzuya keçid baş verdikdə müəllim bunun üçün keçmiş mövzu ilə
zəncirvari əlaqə saxlamağı bacarmalıdır. Şübhəsiz ki, bu, tarix müəllimindən pedaqoji təcrübə və taktiki
ustalıq tələb edir.
Sinfi təşkil edən şagirdlərin hamısının düşüncə tərzi, psixoloji durumu və mənimsəmək qabiliyyəti
eyni olmadığına görə müəllim hər bir şagirdə xüsusi bir fərd kimi yanaşmalıdır. Buna görədir ki, təkcə
Azərbaycan tarixi kursunda deyil, Ümumi tarix kusunda da fəndaxili əlaqədən istifadə edilməsi,
mövzulararası səyahət edilməsi zəruri hal kimi nəzərə alınmalıdır. Məsələn: Azərbaycan tarixinin Xanlıqlar
dövrünün yaranmasına qədər olan mərhələ, yəni Nadir şahın Azərbaycanda hakimiyyəti ələ alması və özünü
1736-cı ildə Suqovuşan qurultayında şah elan etməsi mövzuları bir-biriləri ilə kəskin surətdə əlaqədədir. Sual
oluna bilər ki, Nadir şaha qarşı XVIII əsrin əvvəllərində baş verən üsyanlar nəyə görə bir-birinin ardınca
sürətli formada həyata keçirdi? Cavab olaraq deyilə bilər ki, çünki Nadir şah uzaq səfərlərə çıxdığı üçün
uzun müddət Azərbaycan ərazsində tam hakimiyyətini səfərbər edə bilməmişdir. Və növbəti elə bir sual
meydana çıxa bilər. Nadir şaha qarşı XVIII əsrin əvvəllərində Azərbaycanda baş verən üsyanların xarakterik
xüsusiyyətləri nədən ibarətdir? Əgər şagird ardıcıl olaraq əvvəlki mövzulardan xəbərdardırsa, haqlı olaraq
belə bir cavab verəcəkdir. Çünki Nadir şaha qarşı XVIII əsrin əvvəllərində Azərbaycanda baş verən üsyanlar
bütövlükdə eyni vaxt çərçivəsində həyata keçmişdir. Buna görə də Nadir şah bütün bu üsyanların qarşısını
almaqda çətinlik çəkirdi. Bu mövzunun ardı kimi XVIII əsrin I yarsından etibarən Azərbaycanda Xanlıqlar
sisteminin yaranmasını götürmək olar. Çünki Azərbaycanda mövcud olan natural təsərrüfatın hakim olması,
ərazilər arasında istər iqtisadi, istərsə də mədəni əlaqələrin olduqca zəif olması Azərbaycanda Nadir şahdan
hakimiyyətin azad olunmasından sonra növbəti mərhələnin ayrı-ayrı xanlıqlar quruluşu formasında qədəm
qoymasına şərait yaratdı.
Beləliklə fənlərarası əlaqədən istifadə olunması şagirddə təkrara meyillilik və maraq yaratmaqla
yanaşı, onun mövzular üzrə səbəb-nəticə əlaqələrini açıb göstərməsinə, ümumiləşdirmə aparmasına, habelə
mövzunu analiz-sintez etməsinə gətirib çıxarır. Doğrudan da Azərbaycan tarixi kursu üzrə fəndaxili əlaqədən
istifadə edilməsi məsələsinə kurikulum sistemində çox həssas yanaşılmışdır. Fəndaxili əlaqədən istifadə
edilməsi mövzu üzrə təkrar aparılmasa belə, şagirdin keçmiş mövzu ilə bağlı olan bilgilərinin yenidən
hafizəsinə qayıtmasına şərait yaradır.
“CƏLİL MƏMMƏDQULUZADƏ VƏ MOLLA NƏSRƏDDİNÇİLƏR”
ORTA MƏKTƏBDƏ TƏDRİSİ
Tağıyeva G.X.
Odlar Yurdu Universiteti
Dahi sənətkar publisist, yazıçı, dramaturq və ən nəhayətində Azərbaycan ədəbiyyatının novotor
sənətkarı Cəlil Məəmmədqluzadə təkcə öz dövrünün deyil, eyni zamanda, bütün dövrlərin əlçatmazıdır. XX
əsr Azərbaycan ədəbiyyatı bir çox sənətkarlarınını məhz bu dövrdə yetişdirmişdir. Onlardan biridə Cəlil
Məmmədquluzadə 1866-ci ildə bəzi mənbələrdə isə 1869-cu ildə Naxçıvan şəhərində kiçik dükançı ailəsində
anadan olmuşdur. Atası Cənubi Azərbaycanın Xoy şəhərindən Naxçıvan şəhərinə gəlmiş və burada inşaat
ustası olaraq çalışmağa başlamışdır.
Özünün təbirincə desək “gözümü birinci dəfə açan kimi dünyanı qaranlıq gördüm”, ilk təhsilini 1873-
1879-cu il Mollaxanada alan Cəlil burada “Quran” oxumaqla yanaşı ərəb və fars dillərini öyrənməyə
müvəffəq olmuşdur. Daha sonra 1879-cu ildə Naxçıvanda açılan üç sinifli Rus məktəbində təhsil almış və
onun həyatının dönüş nöqtəsi olmuşdur.1882-ci ildə üç sinifli rus məktəbini bitirib, Qori Müəllimlər
seminariyasının Azərbaycan şöbəsinə daxil olur.
Gülüşə ehtiyacın artdığı belə bir şəraitin məhsulu olmaq etibarilə “Molla Nəsrəddin ” Azərbaycan
ədəbiyyatında böyük keçmişi, gözəl ənənələri olan satiranı yenidən oyadıb ədəbiyyata gətirirdi. Böyük