Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə208/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   204   205   206   207   208   209   210   211   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



394 

 

Nitqin elementlərindən olan cümlə real varlığın, hər hansı məlumatın müəyyən cizgilərini, əlamətlərini 



ifadə edir. Təcrübə göstərir ki, I sinif şagirdlərinin üçdə ikisi dərs ilinin əvvəllərində tələb olunduqda cümlə 

qurmaqda  çətinlik  çəkirlər.Bu  onlarda  cümlə  haqqında  ilkin  biliklərin  olmamasından  irəli  gəlir.  I-IV 

siniflərdə sadə cümlənin tədrisi zamani beş istiqamətdə iş aparılmalıdır: 

  1.Cümlənin qurulması 

  2.Cümlənin genişləndirilməsi 

  3.Məqsəd və intonasiyaya görə cümlələrin tərtibi 

  4.Eyni məzmunun müxtəlif formalarla verilməsi 

  5.Cümlədə artıq sözlərin ixtisarı 

Təcrübə  göstərir  ki,  ibtidai  siniflərdə    cümlənin  mənimsənilməsi  üzrə  aparılan  belə  işlər  IV  sinfin 

sonunda məktəblilərin aşağıdakı biliklərə yiyələnmələrini təmin edir: 

1.Nitqimiz cümlələrdən, cümlələr sözlərdən ibarətdir. Bitmiş fikri ifadə etmək üçün cümlədəki sözlər 

müəyyən cəhətdən əlaqələnir. 

2.Cümlə  yazıda  böyük  hərflə  başlanır,  məqsəd  və  intonasiyadan  asılı  olaraq  sonunda  nöqtə,  sual  və 

nida işarələrindən biri qoyulur.  

3.Sözlər mənasına görə cümlədə müəyyən ardıcıllıqla birləşir.  

4.Cümlədə kimin və ya nəyin isə haqqında danışılır, nə isə deyilir. 

Təcrübə  göstərir  ki,  I  sinif  şagirdlərinin  üçdə  ikisi  dərs  ilinin  əvvəllərində  tələb  olunduqda  cümlə 

qurmaqda  çətinlik  çəkirlər.Bu  onlarda  cümlə  haqqında  ilkin  biliklərin  olmamasından  irəli  gəlir.  İbtidai 

siniflərdə  cümlənin  əlamət  və  kateqoriyalarına  mətn  üzrə  iş  prosesində  kompleks  şəklində  yanaşılır, 

şagirdlərin  bilikləri  konkret  faktlarla  əlaqələndirilir  və  möhkəmləndirilir.  I-II  siniflərin  proqram  və 

dərsliklərində  sintaksisin  tədrisinə  müəyyən  yer  verilir,  lakin  mətn  üzrə  işə  yalnız  III-IV  siniflərdə  praktik 

yolla başlamaq imkanı vardır. Bu heç də o demək deyildir ki, I-II siniflərdə bu sahədə iş aparmaq olmaz. 

Əksinə,  həmin  siniflərdə  cümlə  üzərində  rəngarəng  işin  təşkili  şagirdləri  III-IV  siniflərdə  mətn  üzrə  işə 

hazırlayır. 

Cümlə  haqqında  praktik  bacarıqlar  uşaqlarda  məktəbə  qədəm  qoyduğu dövrdən  əvvəl, hətta  dil  

açmağa    başladığı    vaxtlardan    formalaşmağa    başlayır.Onlar    öz    fikirlərini    çatdırmaq    üçün    cümlələr  

qururlar.Onların  nitqində  sual ,əmr,nida  cümlələri  də  yer  alır.Şagird  artıq  məktəbə  başlayarkən  onda  

müəyyən  cümlə  ehtiyatı  olur.Lakin  şagirdlər  onların  cümlə  olduqlarını  dərk  edə  bilmirlər. 

Məktəbin əsas  vəzifələrindən  biri  şagirdlərin  cümlə qurmaq bacarığının,nitqini  inkişaf  etdirməkdən  

ibarətdir.Məhz    bu    səbəbdən    şagird    məktəbə    qədəm    qoyduğu    gündən    etibarən    cümlə    anlayışı    ilə  

tanışlıq  başlayır. 

Cümlə, onun tərkibi anlayışlarının formalaşdırılmasında baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlər və 

onlar  haqqında  əldə  edilən  məlumatlar  da  mühüm  rol  oynayır.  İkinci  dərəcəli  üzvlərin iştirakı  ilə  cümləni 

genişləndirməklə  yanaşı,  onun  mənasını,  məğzini  açır,  cümləni  daha  rəngarəng  edir.  Eyni  zamandaikinci 

dərəcəli  üzvlərin  iştirakı  ilə  qurulan  cümlələr  şagirdlərin  fikirlərini  daha  ətraflı,  müfəssəl  söyləmələrinə 

köməkçi olur.  

Cümlənin ikinci dərəcəli üzvləri ilə tanışlıq III sinifdə başlayır. İkinci dərəcəli üzvlərin tədrisi də baş 

üzvlərdə  olduğu  kimi  cümlələr  üzərində  işlə  izah  edilir.  Müəllim  şagirdlərə  cümlə  daxilində  baş  üzvlərlə 

yanaşı,  ikinci  dərəcəli  üzvlərin  də  iştirak  etdiyini  şagirdlərin  diqqətinə  çatdırır.  Baş  üzvlər  kimi  ikinci 

dərəcəli  üzvlər  də  müəyyən  suallara  cavab  verirlər  və  cümlənin  baş  üzvlərini  (mübtəda  və  xəbər) 

aydınlaşdırırlar.  

Cümlənin ikinci dərəcəli üzvlərindən bir qismi mübtədaya, bir qismi isə xəbərə aid olur, onu izah edir. 

İkinci dərəcəli üzvlərdən hansının hansı baş üzvü ilə bağlı olduğunu öyrətmək üçün ən əlverişli yollardan biri 

şagirdlərə  cümlədəki  sözlər  arasındakı  əlaəni  mənimsətməkdən  ibarətdir.  Cümlədə  sözlərin  əlaqəsi  üzrə 

aparılan işlər nəticəsində şagirdlər cümləni əmələ gətirən sözlərin mənaca bir-biri ilə bağlı olduğunu, sözlər 

arasındakı  əlaqəni  suallar  vasitəsi  ilə  müəyyənləşdirməyi,  cümlə  üzvlərinin  hər  birinin  ayrılıqda  müəyyən 

suala cavab verdiyini öyrənirlər.  

 

 



 


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



395 

 

ALTINCI SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLİYİNDƏ  



ZƏRFİN MƏNA NÖVLƏRİNƏ DAİR   ÇALIŞMALAR 

 

Şərifzadə A.C. 

Bakı Slavyan Universiteti 

 

İş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, eləcə də, əlamətin əlamətini bildirən sözlərə 

zərf  deyilir.  Azərbaycan  dili  dərslərində  zərfin  və  onun  məna  növlərinin  öyrədilməsinin  əhəmiyyəti 

böyükdür.  Bunun  üçün təkcə  qrammatik  məfhumların  öyrədilməsi  ilə iş  hələ  yekunlaşmış  sayılmır.  Zərfin 

məna  növlərini  düzgün  ayırmaq,  həmçinin  formaca  qarışdırıldığı  başqa  nitq  hissələrindən  fərqləndirmək 

bacarıqlarını formalaşdırmaq üçün çalışmalar əsas rol oynayır. Bildiyimiz kimi, zərflər bir sıra nitq hissələri 

ilə qarışdırılır. Bunlardan, xüsusilə sifət, say və ismi diqqət mərkəzində saxlamalıyıq. Tərzi-hərəkət zərfləri, 

xüsusilə hərəkətin keyfiyyətini bildirən tərzi-hərəkət zərfləri morfoloji sualına görə sifətlərlə bəzən eyniləşir. 

Həmçinin  “çox,  az,  xeyli”  sözləri  əşyaya  aid  olduqda  say,  hərəkətin  kəmiyyətini  bildirdikdə  miqdar  zərfi 

sayılır. Bu sözlərin nəyə aid olmalarına xüsusi diqqət yetirilməlidir. Bildiyimiz kimi, dilimizdə yönlük, yerlik 

və çıxışlıq halları məkani-qrammatik hallar sayılır. Ona görə ki, bunların mənalarında məkan anlayışı vardır. 

Şagirdlər  bəzən  bunları  da  zərf  adlandırırlar.  Həmin  sözlərin  zərf  deyil,  isim  olduğunu  başa  salmaq  üçün 

şagirdlər  belə  halda  sözlərə  şəkilçisiz,  yəni  hal  şəkilçisiz  yanaşmağa  alışdırılmalıdır.  Zərfin  tədrisində 

yuxarıda  qeyd  edilən  çətinliklərin  aradan  qaldırılması  üçün  tədris  prosesində  çalışmalara  xüsusi  yer 

verilməlidir. 

Altıncı  sinif    dərsliyində  beşinci  bölmə  olan    “Hikmət  xəzinəsi”ndən    sonra  zərfin  tədrisinə  dair 

qrammatik  məlumatlar,  mətnlər  və  çalışmalar  verilmişdir.  Əvvəlcə  zərf  haqqında  ümumi  məlumat  verilir. 

Daha sonra sadə və düzəltmə zərflər,mürəkkəb zərflər və onların yazılışı, nəhayət, “Sevinc” adlı kontekstdən 

sonra  zərfin  məna  növləri  haqqında  məlumat,ardınca  çalışmalar  verilmişdir.  Altı  nömrəli  çalışmada 

cümlələrdəki zərfi tapmaq və onların hansı növə aid olmasını müəyyənləşdirmək tələb olunur. Verilmiş beş 

cümlə daxilində “qəflətən,ora-bura, kor-koranə,azca,səhər” zərfləri işlənmişdir. Yeddi nömrəli tapşırıqda isə 

əvvəlkindən  fərqli  olaraq  ,zərfin  işlənməyən  məna  növünü  tapmaq  tələb  olunur.  Belə  ki,verilmiş  mətn 

nümunəsində  yer zərfliyindən başqa zərfin bütün məna növləri işlənmişdir. Doqquzuncu tapşırıqda verilmiş 

zərfləri  məna  növünə  və  quruluşuna  görə  qruplaşdırmaq  tələb  olunur.  “Silinməz  dostluq”  mətnindən  sonra 

şagirdlərdən mətndə göy rəngdə verilmiş zərflərin məna növünü müəyyənləşdirmək tələb olunur. 

Zərfin məna növlərinin mənimsədilməsinə dair çalışmalar “Dil qaydaları” başlığı altında verilmişdir. 

Çalışmalar zərfin məna növlərinin mənimsədilməsi baxımından məqsədəuyğun olsa da,sayı az olduğundan 

yarımçıqdır.  Belə  ki,zərfin  məna  növlərinə  məxsus  dörd  çalışma  yer  almışdır.  Bölmənin  sonunda  verilən 

ümumiləşdirici  təkrar  çalışmalarda  da  zərfin  məna  növlərinə  dair  çalışmalara  yer  verilməmişdir.  Bu  isə 

şagirdlərə  zərfin  məna  növlərini  tam  mənimsətmək  və  bacarıqlar  şəklində  formalaşdırmaq  üçün  kifayət 

deyildir.  

 

BEŞİNCİ SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLİYİNDƏ  

YAZI BACARIQLARININ İNKİŞAFI ÜZRƏ VERİLMİŞ ÇALIŞMALAR 

 

Şərifzadə A.C. 

Bakı Slavyan Universiteti 

 

Artıq  dərslərin  müxtəlif  səpkili  dil  hadisələrini  özündə  ehtiva  edən  tərif,  qayda  və  şərhlərin 



əzbərlədilməsi  şagirdlərin  idraki  fəallığı  üzərində  qurulmuş  müasir  təlim  prosesinin  tələblərini  ödəmir. 

Müasir  dil  dərsləri  daha  çox  milli  və  bəşəri  dəyərlər  aşılayan  bədii  və  bədii-publisistik  mətnlər  vasitəsilə 

şagirdlərə nəticəyönümlü həyati bacarıqlar aşılamağı nəzərdə tutur ki,bunlar arasında yazı bacarıqları xüsusi 

yer  tutur.  Şagirdlərin  oxuduqlarını,gördüklərini  və  düşündüklərini  ədəbi  dil  normalarına  uyğun  məntiqi 

ardıcıllıqla,  yazılı  şəkildə  ifadə  etməsi  həmin  bacarıqların  səciyyəvi  xüsusiyyəti  kimi  dəyərləndirilir. 

Şagirdlərin  fərdi  baxışlarını,duyğu  və  istəklərini  ifadə  etməyə  yönəlmiş  yazı  bacarıqlarına  yiyələnməsi 

Azərbaycan dili dərslərində müntəzəm yerinə yetirilən zəruri işə çevrilməlidir. 

Məktəbdə  yazı  bacarıqlarının  yaradılması  və  inkişafı  işinin  başlıca  didaktik  vəzifəsi  şagirdləri  həm 

sərbəst  fikirlərini  ifadə  edərkən,həm  də  müəyyən  mətni  olduğu  kimi  yazarkən  orfoqrafik  cəhətdən  tam 

düzgün  yazmaq  vərdişlərinə  yiyələndirməkdən  ibarətdir.  Düzgün  savadlı  yazı  düzgün  yazılı  nitqin  əsasını 

təşkil edir. 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə