Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə205/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   201   202   203   204   205   206   207   208   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



388 

 

Müxtəlif  şəkillərin  altına  uyğun  sayda  xanalar  qoymaq  və  şəkildəki  sözün  səslərinin  sayına  uyğun 



xanaları qeyd etmək kimi tapşırıqlara şagirdlər daha çox həvəs göstərirlər. Dərslikdə təsvir edilən maral, ayı, 

fil, meymun və s. şəkilləri vasitəsilə bu iş əyani şəkildə icra edilir. Əgər şagirdlər xanaları uyğun şəklin altına 

düzərək lazımi sözü tapa bilirlərsə, deməli müəllim dərsin məqsədinə çatmış, şagirdlərdə səs tərkibi haqqında 

düzgün təsəvvürlər formalaşdırılmışdır. Növbəti dərslərdə şagirdlər səsin ictimai mahiyyəti, növləri (sait və 

samit),  səsin  sözün  müxtəlif  hissəsində  işlənməsi  üzərində  iş  apararaq  səsin  sözdə  rolu  və  yeri  kimi 

məsələlərə də diqqət yetirirlər. Hər bir yeni hərf öyrədilərkən onun ifadə etdiyi səs bura qədər öyrədilənlərlə 

müqayisəli  şəkildə  tədris  olunur.  Məsələn,  “N”  səsinə  aid  məlumatlar  “A”  səsi  ilə  müqayisə  edilərək, 

şagirdlərə “n” səsi ilə başlayan bir neçə söz tapmaq təklif edilir: nal, nar, nərd, nərdivan və s. Şagirdlər bu 

sözləri tələffüz edərkən buradakı ilk səsi yadda saxlayır, sonra bu səsin iştirak etdiyi müxtəlif sözlər tapırlar: 

ana, nənə, Nazlı, banan, maşın və s. Bundan sonra şagirdlər belə bir tədqiqat sualına cavab verirlər: 

-

 

N səsi A səsindən tələffüzcə nə ilə fərqlənir? 



-

 

A səsini istənilən qədər uzatmaq mümkün olduğu halda N səsini uzatmaq olmur. 



Nəticə: uzanan səslərə sait səslər, uzanmayanlara samit səslər deyilir.  

Dərslikdəki qırmızı və göy rənglərlə verilən xanalara diqqət yönəldilərək şagirdlər müəyyən edirlər ki, 

buradakı  qırmızı  xanalar  sait,  göy  xanalar  isə  samit  səsləri  bildirir.  Bu  üsulla  şagirdlər  sözlər  üzərində 

müşahidə apararaq sözdəki sait və samit səsləri fərqləndirmək, eyni zamanda buradakı sait və samit səslərin 

sayını müəyyən edə bilmək təcrübəsi qazanmış olurlar. İki məlum səsə görə üçüncünü, üç məlum səsə görə 

dördüncünün tapılması üsulu effektiv üsullardan hesab olunur.  Məntiqi təfəkkürü də eyni zamanda inkişaf 

etdirmiş  olur.  Bu  üsul  həm  də  şagirdlər  üçün  daha  asan  hesab  olunur.  Çünki  şagird  şəkildə  təsvir  edilən 

əşyanı  tanıyır,  onu  adlandırmağı  bacarır,  şagirdə  qalan  şəkildəki  sözün  səs  tərkibini  dərk  edərək  uyğun 

hərflərini boş xanalara yerləşdirmək qalır. 

T hərfinin  və  səsinin öyrədilməsindən  sonra  artıq sözün  vacib  komponentlərindən  olan  heca  anlayışı 

haqqında iş aparmaq mümkün olur.  

Düzgün  yazı  və  tələffüz  qaydalarına  dair  biliklərin  qazanılması  D,  K,  Q  hərfinin  və  səsinin 

öyrədilməsi ilə başlayır. Q, D səsi haqqında bəhs edilərkən müəllim sonu bu səslə bitən sözlərə diqqəti cəlb 

edərək aydınlaşdırır ki, həmin səslər bir çox hallarda söz sonunda “t” və “x” kimi tələffüz edilir. Bu qayda 

orfoepik  norma  səviyyəsindədir:  uşaq-uşax,  qaşıq-qaşıx,  qonaq-qonax  və  s.  Onu  da  qeyd  edək  ki,  sözlərin 

düzgün  yazılış  və  deyiliş  qaydalarının  mənimsədilməsində  “belə  yazılır,  belə  deyilir”  başlıqlı  orfoqrafik-

orfoepik cədvəllərdən istifadə edilməsi yaxşı nəticə verir. Bu işin şüurlu mənimsədilməsi ilə yanaşı, burada 

olan konkret müqayisə və göz yaddaşına əsaslanmaq imkanı nəticəyə müsbət nəticə göstərir.  

2-ci  sinifdə  isə  fonetika  ilə  bağlı  dil  qaydalarının  öyrədilməsinə  dair  verilənlər  həm  məzmun 

standartlarına, həm də həcminə görə kifayət qədər genişdir.  

Dil  qaydalarının  öyrədilməsi  siniflər  üzrə  genişləndirilərək  tədris  olunur,  yuxarı  sinifdə  öyrəniləcək 

biliklərə baza rolunu oynayır. 



 

 

İBTİDAİ SİNİFLƏRDƏ AZƏRBAYCAN DİLİ DƏRSLİYİNDƏ  

DİL QAYDALARININ TƏDRİSİNƏ ÜMUMİ YANAŞMA 

 

Məmmədova T.K. 

Bakı Slavyan Universiteti 

 

Kurikulum  islahatından  sonra  dərsliklərə  verilən  tələblərin  dəyişməsi  ilə  əlaqədar  olaraq  bütün 



mövzuların öyrənilməsinin məqsədi, vəzifəsi, metodları əvvəlkilərlə müqayisədə fərqlənməyə başladı. Bu da 

məlum  islahatın  nəticəsidir.  Tədqiq  edəcəyimiz  mövzu  dil  qaydalarına  həsr  olunduğundan  aparacağımız 

tədqiq  işi  də  məhz  dil  qaydaları  ilə  bağlı  olacaqdır.  Əvvəlki  illərdə  dilçiliyə  aid  qaydalar  eləcə  də  digər 

mövzularda oxşar cəhət mövzuları, qaydaları şagirdə əzbərlətdirmək, yadda saxlatmaqdan ibarət idi. Lakin 

yeni  kurikulumlarda  məsələ  köklü  olaraq  dəyişdi.  Artıq  şagird  verilən  qaydaları  əzbərləməklə 

kifayətlənmirdi.    Yeni  kurikulumlarda  dil  qaydaları  həm  mənimsədilirdi,  həm  də  nitq  vərdişlərini  inkişaf 

etdirəcək vasitə kimi əsas tutulurdu. Dil qaydalarına məxsus biliklər nitq inkişafına səbəb olacaq proses kimi 

aparılır, dil qaydalarından məqsədyönlü istifadə nəticəsində nitqin müxtəlif növləri, üslubları üzrə biliklərlə 

silahlanır  və  formalaşdırılır.  İbtidai  təhsil  pilləsində  dil  qaydalarının  öyrədilməsinin  əhəmiyyəti  olduqca 

böyükdür.  Dil  qaydalarını  yetəri  səviyyədə  mənimsətməklə  şagird  ən  vacib,  zəruri  qrammatik  qaydaları, 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



389 

 

ədəbi  tələffüz  normalarını  öyrənməklə  tətbiq  edir  və  nitq  bacarıqlarını  formalaşdırır,  dil  haqqında  ilkin 



anlayışlara sahib olur. 

İbtidai  siniflər  üçün  nəzərdə  tutularaq  hazırlanmış  ana  dili  kurikulumlarında  bu  fənnin  istiqamətləri, 

məzmun  xətləri,  standarları,  təlim  nəticələri  son  dərədə  aydın,  konkret  şəkildə  təsvir  olunmuşdur.  Yeni 

Kurikulum hazırlanarkən bir sıra sualların cavabı nəzərə alınmışdır:  1) nə üçün öyrədəcəyik? (məqsəd); 2) 

nəyi  öyrədəcəyik?  (məqsədin  reallaşacağı  məzmun)  3)  necə  öyrədəcəyik?  (tədrisin  üsul  və  vasitələri, 

resursları); 4) necə öyrətdik? (nəticənin ölçülməsi və qiymətləndirilməsi meyarı). 

Fənn  kurikulumlarının  təhlili  göstərir  ki,  həqiqətən  də  Azərbaycan  Respublikasında  ümumi  təhsilin 

konsepsiyasını  müəyyən  edən  bu  sənəd  təlim  prosesi  ilə  bağlı  olan  bütün  fəaliyyətlərin  təşkili  və  həyata 

keçirilməsini  özündə  cəmləşdirən  mühüm  bir  mənbə  olaraq  qəbul  edilməkdədir.  Ona  görə  də  kurikulum 

“məzmun  və  qiymətləndirmə  standartlarını,  tədris  planı  və  proqramlarını,  şagirdə  və  onun  hazırlıq 

səviyyəsinə  verilən  tələbləri,  hər  bir  dərsin  konkret  inkişafetdirici  məqsədlərini,  metodik  təminatını, 

dəyərləndirmə  modelini,  texniki  təchizatı  və  s.  özündə  əks  etdirən,  müəllim  və  məktəb  qarşısında  duran 

vəzifələri  və  onların  konkret  həll  yollarını  göstərən  konseptual  sənəd  kimi  başa  düşülür”.  Kurikulumların 

mahiyyət  və  elmi-metodiki  səviyyəsi  haqda  A.Hacıyevin  aşağıda  söylədiklərinə  biz  də  tərəddüdsüz  şərik 

çıxırıq:  “Müasir  pedaqoji-psixoloji  araşdırmalara  istinadən  hazırlanmış  ana  dili  kurikulumu  fənnin 

məzmununu daha təkmil əks etdirən ən optimal sənəddir və onun səmərəli tətbiqi müəllimlərimizin yaradıcı 

fəaliyyətindən asılıdır.  

Ana dili kurikulumlarında dil qaydalarının öyrədilməsi probleminə çox geniş yer verilsə də, bu məsələ 

ilə  bağlı  nəzərdə  tutulanları  konkret  şəkildə  aşağıdakı  kimi  ümumiləşdirmək  olar:  şagird  dil  qaydalarının 

mənimsədilməsi  zəminində  “zəruri  fonetik,  leksik,  qrammatik  anlayışları  izah  edir,  onları  bir-birindən 

fərqləndirir,  mülahizələrini  müxtəlif  üsullarla  əsaslandırır  və  təqdim  edir,  şifahi  və  yazılı  nitqində  dilə  aid 

qaydaları mənimsədiyini nümayiş etdirir. 

Dil qaydalarının yeri və əhəmiyyəti ana dili kurikulumlarının məzmun xətləri içərisində xüsusi olaraq 

qeyd olunur. Dil qaydalarının öyrədilməsi işi ibtidai sinif şagirdlərinin əsas fəaliyyət istiqamətlərindən biri 

kimi qiymətləndirilir. Şagirdlər dil qaydalarını mənimsəyərkən aşağıdakı keyfiyyətlərə yiyələnirlər: 

-

 



Dilin fonetik, leksik və qrammatik quruluşu ilə bağlı minimum bilikləri yığcam, sadə, aydın qayda 

və şərhlər formasında mənimsəyir

-

 

Orfoqrafiya və orfoepiya qaydalarına dair zəruri vərdişlərə yiyələnir; 



-

 

Durğu işarələrinin əhəmiyyəti, ondan düzgün istifadə olunması zərurətini dərk edir; 



-

 

Mədəni nitq üçün vacib olan nitq bacarıqları formalaşdırılır; 



-

 

Bütün bunların təcrübədə tətbiqinə nail olunur. 



İbtidai siniflər üçün fənn kurikulumlarında ana dili təlimində dil qaydalarının öyrədilməsindən əldə 

edilən təlim nəticələri həm ümumi, həm də hər bir sinif üzrə ayrıca müəyyənləşdirilmişdir. 



 

 

İNFORMASİYA KOMMUNİKASİYA TEXNOLOGİYALARININ (İKT) TƏHSİLDƏ TƏTBİQİ 

 

Mirzəliyeva D.F. 

Bakı Slavyan Universiteti 

 

XXI  əsr  informasiya  –  kommunikasiya  əsri  olduğundan  müasir  texnologiyalar  həyatımızın  bütün 

sahələrinə sürətlə daxil olmaqdadır. Azərbaycanda informasiya – kommunikasiya texnologiyaları sahəsində 

yetərincə yeni inkişaf mərhələsinə qədəm qoyub. Əvvəlcə onu qeyd etmək lazımdır ki, son zamanlar xarici 

dillərin  tədrisində  yeni  metodların  istifadəsi  zamanı  informasiya  –  kommunikasiya  texnologiyalarının 

tətbiqinə  tez-tez  müraciət  olunur.Təhsilin  keyfiyyətini,  xarici  dili  öyrənənlər  tərəfindən  bilik,  bacarıq  və 

vərdişlərin  əldə  edilməsi  prosesində  İKT  əvəzolunmaz  rol  oynayır.  Son  illər  ərzində  xarici  dilin  tədrisi 

zamanı  informasiya  –  kommunikasiya  texnologiyalarının  istifadəsi  əhəmiyyətli  dərəcədə  artmışdır.  Buna 

görə də müəllimlərin İKT-dən səmərəli istifadəsi üçün lazım olan bacarıqları əldə etmək lazımdır. 

Başqa  ölkələrdə  olduğu  kimi,  ölkəmizdə  də  xarici  dil  müəllimləri  dərs  zamanı  ən  yeni  metodlardan 

istifadə  etməyə  çalışırlar.  Xarici  dil  müəllimləri  və  xarici  dili  öyrənən  hər  kəs  üçün  bu  gün  informasiya  – 

kommunikasiya texnologiyaları dedikdə ilk ağıla gələn kompyuterlər olur. Dil təlimində kompyuterdən 2 cür 

istifadə  etmək  mümkündür:  lokal  şəbəkəyə  qoşulmadan  kompyuterə  yüklənmiş  tərcümə  proqramlarının 

tətbiqi ilə bağlı texnologiyalar və əksinə internet resursları ilə bağlı texnologiyalar. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə