Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə207/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   203   204   205   206   207   208   209   210   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



392 

 

Tələbə  və  magisranta  aid  müstəqil  işlərin  təşkili  və  onların  Avropa  standatlarına  uyğunlaşdırması 



probleminin  həlli  ümumilikdə  Azərbaycan  təhsil  sisteminin  müasir  ümumdünya  təhsil  standartlarına  cavab 

verəcək bir səviyyəyə çatmasına gətirib çıxarmasına bir təkan olacaqdır.  

 

EKOLOJİ TƏHSİL VƏ MAARİFLƏNDİRMƏ 

 

Rəhimli N.S. 



Odlar Yurdu Universiteti 

 

Müasir dövrdə ekologiya bir elm kimi geniş tədris olunur.Ekologiyanın tədrisinin səviyyəsi ölkədən və 

məktəbdən asılı olaraq müxtəlifdir.Bir çox ölkələrdə ekologiya orta,natamam orta və ali məktəblərdə sərbəst 

fənn  kimi  tədris  olunur.Hətta  ekologiya  kafedrası,ekologiya  fakultəsi  və  ekologiya  universiteti  olan  ölkələr 

də  az  deyil.Elə  ölkələr  də  var  ki,orta  məktəblərdə  ekologiya  ayrıca  bir  fənn  kimi  tədris  edilməyib,başqa 

fənnlərin tədrisi prosesində nəzərə alınır.Bizdə də son illərə qədər belə olubdur. 

Azərbaycanın  orta  məktəblərində  "Ümumi  biologiya"  tədris  edilərkən  "Ekologiyanın  əsasları"  və 

"Biosfer təlimi" adlı fəsillər ekologiyadan bəhs edilir.Bunun az olmasını nəzərə alaraq "Ümumi biologiyaya 

ekologiyadan əlavələr"adlı vəsait yazılmış və tədris proqramına əlavə edilmişdir.Son vaxtlar IX-XI siniflərdə 

"Ekologiyanın əsasları"adlı ayrıca fənn tədris eilməsi məsləhət görülmüşdür. 

2003-cü ildə Milli Məclis "Azərbaycanda ekoloji təhsil və marifləndirmə haqqında"qanun qəbul etmiş 

və  ölkə  prezidenti  fərman  vermişdir.Bu  qanuna  görə  Azərbaycanda  fasiləsiz  ekoloji  təhsil  təşkil 

edilməlidir,yəni  ekologiya  uşaq  evlərindən,baxçalardan  başlamış  doktoranturaya  qədər  geniş  tədris 

edilməlidir.Hər kəsin dili söz tutandan ömrünün sonuna qədər ekoloji təlim-tərbiyyə alması tələb olunur. 

Azərbaycanın ali məktəblərində ekologiyanın tədrisi 1950-ci illərdə Bakı Dövlət Universitetinin bəzi 

kafedrasında  başlamışdır.1970-ci  illərdən  başlayaraq  kimya  və  coğrafiya  ixtisaslarına  "Ətraf  mühitin 

mühafizəsi",biologiya  ixtisaslarına  "Ekologiyanın  əsasları"tədris  edilir.Ali  məktəblərin  hamısında  müxtəlif 

ad  altında  ekoloji  bitkilər  tədris  edilir.Hətta  özəl  ekoloji  litseylər,kafedralar  və  universitetlər 

açılmışdır.Ekologiyanın tədris edilməsinə böyük əhəmiyyət verilir.Bu problemin icrasına BMT-nin "İnkişaf 

proqramı"xəttilə nəzarət edilir.Müxtəlif ölkələrdə konqreslər keçirilir və tövsiyyələr verilir. 

Unutmaq  olmaz  ki,hər  kəsdə  ətraf  mühitə  düzgün  münasibət  ekoloji  təhsil  nəticəsində 

formalaşır.Adamın ekoloji münasibəti onun ekoloji məsuliyyət hissini inkişaf etdirir.İndiki vaxtda dünyanın 

hər  yerində  ekoloji  mədəniyyətə  çox  böyük  ehtiyac  var.Ekologiyanı  bilənlər  bilməyənləri  öyrətməli  və 

hamını ekoloji baxımdan mədəni etməyə çalışmalıdırlar.Biz hamımız doğma yurdumuzu sevirik.Eyni vaxtda 

başqa ölkələrə hörmət edirik.Yer planeti hamımızın ümumi evimizdir.Ümumi evimizdə yaşamaq üçün təbii 

sərvət  olmalıdır;təmiz  su,nəfəs  almaq  üçün  sağlam  və  təmiz  hava  olmalıdır.Bunlara  nail  olmaq  üçün 

yurdumuzun  ətraf  mühitini  qoruyub  saxlamaqla  dünya  üzrə  təbiətin  qorunmasında  iştirak  etməliyik.Bu 

sahədə sözdən işə keçə bilməkçün ekologiyanı dərindən öyrənməliyik.Biliksiz min nəfərdən bilikli bir nəfər 

güclüdür.  

XARİCİ DİLİN TƏDRİSİNDƏ İNTERAKTİV METOD 

 

Sadatova N.F. 

Bakı Slavyan Universiteti 

 

İnsanların  qədim  zamanlardan  xarici  dilləri  öyrənməyə  can  atması  sübuta  ehtiyacı  olmayan  bir 



həqiqətdir. Xüsusilə son dövrlərdə bu məsələ daha çox aktualdır. Qloballaşan  dünyada sərhədlərin açıldığı, 

hər bir sahədə əməkdaşlıq  əlaqələrinin qurulmasına geniş imkanların yarandığı müasir dövrdə bu artıq bir 

zərurətə çevrilib. 

Lakin  heç  kəsə  sirr  deyil  ki,  orta  məktəblərdə  11  il  ərzində  tədris  olunsa  da  şagirdlər  xarici  dillərə 

praktik  cəhətdən  yiyələnə  bilmirlər.  Cəmiyyətdə  bu  vəziyyəti  müxtəlif  səbəblərlə  bağlayırlar:  metodika 

düzgün  deyil,  müəllimlərin  hazırlığı  aşağı  səviyyədədir,  mühit  amili  mühüm  rol  oynayır,   qrammatik 

qaydaların mənimsənilməsinə xüsusi diqqət yetirilir və s. 

Əlbəttə  ki,  bütün  dərslərdə  interaktiv  metodun  tətbiqi  vacibdir.  Amma  dil  dərslərində  bu  daha  çox 

vacibdir. Xüsusilə ingilis dili dərslərində bu metodun tətbiqi vacibdir. İlk öncə dil dərsləri müzakirəli şəkildə 

olmalıdır.  Həm  də  təkcə,  müəllim  deyil,  tələbələr  öz  aralarında  müzakirələr  aparmalıdır.Kompyuter 

sahəsindən istifadə olunmalı, müxtəlif qısametrajlı filmlərə baxılmalı, musiqilər dinlənilməli, praktik olaraq 

işlər görülməlidir. 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



393 

 

Ümumiyyətlə,ingilis  dili  dərslərində  şagirdlərin  aktiv  olmalarını  təşkil  etmək  elə  asan  iş  deyil,  bu 



müəllimin  bacarığından  asılıdır.  Bəzən  görürük  ki,  bir  müəllim  bu  mövzunu  elə  keçir  ki,  tələbə  razı  qalır, 

amma  başqa  bir  müəllim  eyni  mövzunu  elə  tədris  edir  ki,  tələbə  dərsdə  oturmaq  istəmir.  İndiki  gənc 

öyrəncilərin əsas tələbatı interaktiv metoddur. Ona görə  bütünlüklə tədris interaktiv metoda üstünlük versə 

daha yaxşı nəticələr əldə etmək mükündür. Çünki bu metod artıq sınaqdan çıxmış bir metoddur. 



  Təcrübə  göstərir  ki,  xarici  dillərin  öyrədilməsi  sahəsində  mövcud  metodika  qənaətbəxş  nəticələr 

vermir.  Ona  görə  də,  ilk  növbədə,  xarici  dillərin  tədrisi  metodikasına  yenidən  baxılmalıdır.  Bu  vasitələr 

təkmilləşdirilməli və müasir yanaşmalar tədris prosesinə gətirilməlidir. Digər bir amil xarici dillərin tədrisi 

zamanı şagirdlərin şifahi nitq qabiliyyətlərinin inkişafına daha çox diqqətin yetirilməsidir. Dilə mükəmməl 

yiyələnmək üçün həm şifahi, həm də yazılı nitq vərdişləri aşılanmalıdır. Lakin ünsiyyət daha çox şifahi nitq 

vasitəsilə olduğundan şagirdlərdə bu vərdişlər daha dərindən aşılanmalıdır. 

Xarici dilin dərindən mənimsənilməsi sahəsində ən mühüm faktorlardan biri də müəllim hazırlığıdır. 

Xarici  dili  tədris  edən  müəllim  öz  üzərində  daim  işləməli,  müntəzəm  olaraq  müvafiq  təlim  kurslarından 

keçməklə  mövcud  yeniliklərdən  xəbərdar  olmalı,  onlardan  tədris  prosesində  istifadə  etməlidir.  Bu  zaman 

dilin  öyrənilməsinə  daha  çox  təkan  verən  fəal,  interaktiv  təlim  metodlarını  tədris  prosesində  uğurla  tətbiq 

etməyi bacarmalıdır. 

Müəllim  öz  üzərində  daim  işləməlidir.  Şagirdinin  marağına  səbəb  olan  müxtəlif  üsullar  düşünüb 

tapmalıdır. Oyun, mahnı, dialoq - nə yolla olursa-olsun, şagirddən istədiyini almağı bacarmalıdır. Şagirdi elə 

vəziyyətə  salmalıdır  ki,  o,  tələb  olunan  cavabı  verməyə  məcbur  olsun.  Eləcə  də,  xarici  dilin 

mənimsənilməsində mütləq şagirdlərin fərdi qabiliyyətləri nəzərə alınmalıdır. 

Mövzunun mənimsənilməsində, tədris keyfiyyətinin yüksəldilməsində xarici dil müəlliminin qabaqcıl 

iş  təcrübəsi,  metodik  ustalığı,  həm  nəzəri,  həm  də  praktik  biliyini  şagirdlərə  aşılamaq  bacarığı  mühüm 

əhəmiyyətə malikdir. Şagird xarici dili yalnız canlı ünsiyyətdə öyrənir. 

Hər  bir  fəaliyyətin  reallaşdırılması,  o  cümlədən  xarici  dilin  öyrənilməsi  üçün  müəyyən  bir  motiv 

olmalıdır: səyahət, karyera, iş yerində xarici ölkə vətəndaşı ilə  ünsiyyətdə olmaq məcburiyyəti və s. Tədris 

prosesində  isə  xarici  dilin  dərindən  mənimsədilməsi,  şagirdin  xarici  dilə  digər  fənlərdən  daha  çox  maraq 

göstərməsi müəllimin pedaqoji ustalığından asılıdır. O, dili tədris edərkən elə priyomlardan istifadə etməlidir 

ki,  şagird  daxilən  bu  dili  öyrənməyə  ehtiyac  duysun,  özü  haqqında  məlumat  vermək,  digərlərindən 

informasiya almaq, yoldaşları ilə dialoqa girmək üçün bu dildə danışmağa məcbur olsun. 

Müəllim  müəyyən  bir  mövzunu  keçərkən  şagirdlərinə  istiqamət  verib,  bir  növ,  kənara  çəkilməlidir. 

Verilən bilik şagirdlərin özlərinin dialoqu, müzakirələri zamanı mənimsənilməlidir. Belə olduqda şagirdlər 

həm də gözəl nitq qabiliyyətinə yiyələnirlər. Bu prosesdə müəllim xarici dildə fikrini səhv ifadə edən şagirdə 

irad  tutmamalıdır.  Əks  halda,  həmin  şagirddə  özünə  inamsızlıq  yaranar  və  o,  növbəti  diskussiyada  aktiv 

iştirak etməkdən çəkinər. Sadəcə, digər şagirdlərin müdaxiləsindən sonra o, səhvini özü başa düşər. 

Dil  uzun  müddətdə  öyrənilən  bir  prosesdir.  Xarici  dilin  öyrədilməsində  əsas  məqsəd  ünsiyyətdir. 

Qrammatika  isə  dilin  öyrənilməsində  vasitələrdən  biridir.  Təəssüf  ki,  biz  uzun  müddət  əsas  məqsədi  bir 

kənara  qoyub   vasitəni  -  qrammatikanı  öyrətmişik.  Lakin  qrammatikanı  öyrənməyin  lüzumsuz  olması  ilə 

bağlı son illərdə yaranmış fikirlər də səhv mühakimədir. Qrammatika  dilin özü ilə birlikdə kommunikativ 

aspektdə öyrədilməlidir. 

Ümumiyyətlə, xarici dillərin öyrədilməsində bir neçə faktor mühüm əhəmiyyət kəsb edir: dil mühiti, 

motiv, tədrisin məzmunu, müəllim hazırlığı və s. 

Sinfin  şagirdlərin   səviyyəsinə  görə  bir  neçə  qrupa   bölünməsi  xarici  dilin  tədrisində  ən  mühüm 

amildir. Şagirdlərin səviyyəsinə görə bölünmüş qruplarda  xarici dil fərqli proqramlara əsasən tədris edilərsə, 

hər  bir  şagird  dili  öz  qabiliyyətinə  uyğun  mənimsəyər.  Belə  olduqda,  sözsüz  ki,  daha  yüksək  nəticələr 

əldə  edilər. Bu baxımdan, bir sıra xarici ölkələrdə (o cümlədən, ABŞ-da) məhz bu üsul tətbiq edilir.   



 

İBTİDAİ SİNİFLƏRDƏ CÜMLƏ TƏDRİSİ 

 

Səmədova M.E. 

Bakı Mühəndislik Universiteti 

 

Cümlə dilin daxili qanunları əsasında formalaşan və bitmiş fikir ifadə edən sintaktik vahiddir. Cümlə 

fikir  mübadiləsi  və  ən  mühüm  ünsiyyət  vasitəsidir.  Cümlə  hər  bir  dilin  öz  daxili  qanunları  əsasında 

formalaşır. Cümlə predikativliyə, modallığa, bitkinlik intonasiyasına malik olan bir səslə, bir sözlə, bir söz 

birləşməsi və sözlərin müxtəlif şəkildə birləşməsi ilə ifadə oluna bilir . 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə