Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə204/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   200   201   202   203   204   205   206   207   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



386 

 

iki  formada  təzahür  edir:  alayışdaxili  və  anlayışlararası  inteqrasiya.  Anlayışdaxili  inteqrasiyada  hər  hansı 



anlayışin  daxili  məntiqi  strukturu  tədqiq  olunur,  bu  anlayışın  əsas  əlamətləri  aşkar  edilir.  Eyni  zamanda 

anlayışdaxili inteqrasiya hər hansı anlayışla əlaqədar olan məsələnin həllinə həmin anlayışla bağlı olan digər 

faktların cəlb olunmasını nəzərdə tutur. Məsələn: alqoritim anlayışı aşağı siniflərdə hadisələr ardıcıllığı kimi 

verilir.Yuxarı siniflərdə isə  get-gedə daha da mürəkkəb formada şagirdlərə çatdırılır. Python dilində lazım 

gələn əmrlərlə işləmək vərdişinin formalaşması üçün Loqo dilinin əmrləri azərbaycan dilində təqdim olunur. 

Prosedurdan  istifadə  etdikdə  yenə  də  Loqo  dilinin  tədrisindəki  təcrübədən  istifadə  olunur.  Proqramın 

hissələri  arasında  keçid  münasibətlərini  öyrənmək  bacarığını  formalaşdırmaq  üçün  qraflar  nəzəriyyəsinin 

elementləri, istiqamətli qraf, çəkili qraf anlayışları verilir. Bu anlayış fəndaxili inteqrasiyaya bir misaldır.  

İbtidai  təhsil  pilləsindən  başlayaraq  fəndaxili  inteqrasiya  geniş  şəkildə  tətbiq  olunur  və  konsentrik 

prinsipə əsaslanan spiralvari quruluşa malikdir və məktəbin yuxarı siniflərində davam etdirilir. 

Fəndaxili inteqrasiya şagirdlərdə elmi dünyagörüşü formalaşdırır, maddi aləmi hərəkətdə və inkişafda 

görməyə,  anlayışlar  arasında  məntiqi  əlaqə  yaratmağa,  beləliklə  də,  şagirdlərin  məntiqi  mühakimə 

qabiliyyətinin inkişafına kömək edir,  əldə olunan biliklərdə formalizmin aradan qaldırılması vasitəsi rolunu 

oynayır.  Həmçinin  didaktik  tələblərə  cavab  verən  fəndaxili  inteqrasiya  tədris  vaxtını  qısaltmağa  və 

təhsilalanların həddindən artıq yüklənməsinin qarşısını almağa şərait yaradır. 

Müəllimin  vəzifəsi  tədris  materialını  fəndaxili  inteqrasiya  zəmnində  mənimsətməkdir.  Bu,  öz 

növbəsində şagirdlərdə müəyyən bacarıq və vərdişlər sistemi formalaşdırmağı tələb edir. Tədris prosesində 

əldə  olunan  bacarıq  və  vərdişləri  iki  qrupa  ayırmaq  olar:  tədris  fənni  əsasında  formalaşdırılmış  məxsusi 

bacarıq, vərdişlər və bir neçə tədris fənni əsasında formalaşdırılmış bacarıq və vərdişlər. Məxsusi bacarıq və 

vərdişlər  fəndaxili  inteqrasiya  əsasında  formalaşdırılır  və  bunu  qonşu  fənlərə  köçürmək  mümkün  olur. 

Fəndaxili  inteqrasiya  nəzəriyyəsi  tək  nəzəri  biliklərə  yox,  həm  də  praktik  vərdişlərə  aiddir.  Məsələn,  aşağı 

siniflərdə  öyrədilən  kompüter  bacarığı  nəinki  yuxarı  siniflərin  informatika  dərslərində,  hətta  digər  fənlərin 

tədrisində  İKT-dən  istifadə  etdikdə  lazım  gəlir.  İnternetdən  istifadə  hər  bir  sinifdə  müxtəlif  fənlər  üçün 

lazımdır. Bunu ibtidai siniflərin informatika dərslərində nəzərə almaq lazımdır.  

Müəllimin  təlim  fəaliyyətində  fəndaxili  inteqrasiyanın  reallaşdırılmasında  hər  şeydən  əvvəl  bu 

inteqrasiyanı reallaşdırmağa imkan verən tədris materialının seçilməsindən əhəmiyyətli dərəcədə asılı olur. 

Şagirdlərin  fəndaxili  inteqrasiya  baxımından  fəaliyyəti  keçilmiş  mateiallar  arasındakı  inteqrasiyaya  dair 

onların sərbəst işləri zamanı qazanılmış biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsindən ibarətdir.   

Fəndaxili  inteqrasiyanı  genişləndirmək  və  dərinləşdirmək  prosesini  aşağıdakı  ardıcıl  mərhələlər 

şəklində təsvir etmək olar: 

 gerçəklik qanunları haqqında olan fakt və hadisələrin  toplanması və təhlili; 

aşkar edilmiş invariant əlamətlərə əsaslanan fəndaxili inteqrasiya müəyyən etmək

elmi anlayışların əmələ gəlməsi; 

elmi anlayışlar qrupunu müzakirə etmək

kursun tədris mövzuları çərçivəsində fəndaxili inteqrasiyanı təhlil etmək; 

mürəkkəb konstuksiyalı anlayışlar qurmaq, qanunauyğunluqlar, alqoritmlər, teoremlər, isbat metodları 

müəyyən etmək; 

tədris fənninin biliklər sisteminin əmlə gəlməsi; 

Qeyd  etmək  lazımdır  ki,  anlayışdaxili  inteqrasiyaya  anlayışın  əhəmiyyətli  və  ikincidərəcəli 

xassələrinin  və  onların  əlamətlərinin  və  bu  əlamətlər  arasındakı  əlaqələrin  müəyyən  edilməsinə  yönəlmiş 

əlaqələr aid edilir.  Anlayışlararası  inteqrasiya  isə  müəyyən  bir  anlayışa  aid  olan  bu  və  ya  digər  məsələnin 

həlli, yaxud tədris materialının şərhi zamanı digər anlayışın və ya anlayışların cəlb olunmasını nəzərdə tutur.  

 

   


ŞƏKİLÇİLƏŞMİŞ KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİNİN QRAMMATİK OMONOMLİYİ  

VƏ BUNUN TƏDRİS PROSESİNDƏ NƏZƏRƏ ALINMASI 

 

Məmmədova F.Z. 

Bakı Slavyan Universiteti 

 

Köməkçi  nitq  hissələri  dilin  sonrakı  inkişaf  dövründə  müstəqil  sözlərin  köməkçi  sözlərə 



çevrilməsindən yaranmışdır. Nəticədə köməkçi nitq hissələrinə daxil olan sözlərin bir qismi şəkilçiləşmişdir. 

Qoşmalar  inkişaf  səviyyəsinə  görə  3  cür  təsnif  olunur:  1)  sabit  qoşmalar;  2)  qeyri-sabit  qoşmalar;  3) 

şəkilçiləşmiş qoşmalar: –can

2

, -ca

2

, -dək, -tək, ilə(-la,lə) 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



387 

 

İlə  qoşması  şəkilçiləşmə  prosesi  keçirdiyi  üçün  bəzən  bütöv,  bəzənsə  -la,  -lə  şəklində  yazılır.  İlə 

köməkçi  sözünün  törəmə  və  tarixi  inkişaf  prosesini  kənara  qoyub  müasir  vəziyyətini  əsas  götürsək,  onun 

qrammatik  vəzifələrinin  fərqli  olduğunu  görərik.  Qoşma  kimi  adlıq  haldakı  isimlərə  və  yiyəlik  haldakı 

əvəzliklərə artırılaraq birgəlik, vasitə, alət məzmunlarını yaradır. İlə birləşdirmə  bağlayıcısı kimi də özünü 

göstərir, bəzi həmcins üzvləri bir-birinə bağlayır. Həmcins xəbərlər və tabesiz mürəkkəb cümlələrin tərəfləri 

arasında işlənmir. İlə qoşma və bağlayıcısını fərqləndirmək üçün orta məktəblərdə əsas üsul kimi həmcins 

üzvlər  arasında işləndiyi  üçün  “və”  bağlayıcısı,  yaxud  vergüllə  əvəz  etməsi  şagirlərə izah  olunur.  Bundan 

əlavə, qeyd etmək lazımdır ki, ilə qoşma kimi işlənərkən, qoşulduğu sözlə birlikdə bir suala cavab verir və 

bir  cümlə  üzvü  olur:  Onların  dediyinə  görə  Şah  Abbas  da,  Qacar  da  Tiflisi  talamağa  bu  yolla  (  nə  ilə?) 



gediblər. (İ.Ş.)  

-La,-lə zərf düzəldən vurğu qəbul etməyən və adlardan feil düzəldən leksik şəkilçi kimi də omonimlik 

yaradır. Məs.:Hər kəs təmkinlə və sürətlə işləyirdi. 



-Tək şəkilçiləşmiş qoşması adlıq haldakı  sözlərə və yiyəlik halda olan əvəzliklərə qoşularaq bənzətmə

müqayisə,  zaman  mənalarını  əmələ  gətirir.  Tək  sözü  qoşma,  ədat,  sifət,  zərf  kimi  işlənib  qrammatik 

omonimlik yaradır: Tək əldən səs çıxmaz (sifət). O, qayın ağacının altında tək dayanmışdır (zərf). Bənövşətək 

ənbər zülfün buy verir (qoşma). Bir tək səni çağırmışam (ədat). 

-Ca

2 

qoşması  adlıq,yiyəlik  halda  olan  sözlərə  qoşularaq  bənzətmə,  münasibət,  miqdar,  qədər, 

hüdudlama mənalarını ifadə edir. –Ca

2

 qüvvətləndirici ədat kimi də işlənir: Mahmud Sofinin ardınca çapıb 

gəlmişdir.  Zorbaca  bir  palıd  gövdəsindən  iki  yerə  ayrılmışdır.  –Ca

2

  eyni  zamanda  isim  və  zərf  düzəldən 

leksik şəkilçi kimi də özünü göstərir: düşüncə, əyləncə, türkcə, ehmalca və s. 

Sual  ədatı  kimi  –mı



4

  sual  cümlərinin  yaranma  vasitələrindəndir:  Fəhlə,  özünü  sən  də  bir  insanmı 



sanırsan? (M.Ə.S.) Şifahi nitqdə 2-ci şəxsdə feilin nəqli keçmiş zaman –mış

4

 şəkilçisinin son samiti buraxıla 

bilər  və  -mı

4 

ədatı  ilə  səhv  salına  bilər:  satmışsan-  [satmısan].  Çoxişləkliyi  ilə  fərqlənən  ki  bağlayıcısının 

omonimliyi  tədris  prosesində  çətinlik  yaradır.  Budaq  cümləni  baş  cümləyə  bağlayan  ki  həm  də 

qüvvətləndirici və sual ədatı kimi də işlənir. Cümlənin ortasında gəldikdə qüvvətləndirici, sual cümlələrinin 

sonunda  gəldikdə  isə  sual  ədatı  olur:  Mağaraya  girmək  istəyirdi  ki,  dəva  birdən  səsləndi.(M.İ.)  Mən  ki 

damdan,  bacadan  baxmaz  idim.(M.Ə.S.)  Sən  evdən  gəlirsən?  Göründüyü  kimi,  ki  ədatından  sonra  vergül 

qoyulmur. –ki



4

 leksik şəkilçi kimi zərfdən sifət, digər nitq hissələrindən isə isim düzəldir: dünənki, bugünkü, 



axşamki; bizimki, ailəninki və s. 

Təkrarlanan bağlayıcı  sayılan  da,  də  iştirak  bağlayıcısı  tək  işləndikdə  da,  də  ədatına  oxşayır.  Da, də 

tək  işlənən  ədatdır,  təkara  olunmur,  cümlənin  təsir  gücünü  artırır  və  əlaqə  yaratmır:  Meşədə  ağcaqayın 

ağacları  da  əkmişdilər  (bağlayıcı).  Əhməddir  də,  qoy  desin  (ədat).  Da,  də  bağlayıcısı  bəzən  yerlik  hal 

şəkilçisi  ilə  səhv  salınır.  Bunları  fərqləndirmək  üçün  nəzərə  almaq  lazımdır  ki,  da,də  bağlayıcı  kimi 

işləndikdə ayrı yazılır, vurğu qəbul etmir, cümlə üzvləri arasında əlaqə yaradır. Yerlik hal şəkilçisi olduqda 

sözə bitişik yazılır, vurğu qəbul edir və sualın tərkibində (kimdə? nədə? harada?) olur: Səndə (kimdə? yerlik 



hal) deyəsən, təzə xəbərlər var. Sən də (kim? bağlayıcı) bizimlə getməlisən. 

 

 

1-Cİ SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLİYİNDƏ  

FONETİKA İLƏ BAĞLI DİL QAYDALARININ TƏDRİSİ 

 

Məmmədova T.K. 

Bakı Slavyan Universiteti 

 

Ana dili dərsləri (birinci sinifdə) 3 mərhələdə tədris olunur.  



1.

 

əlifba təliminə qədərki dövr;  



2.

 

əlifba (savad) təlimi dövrü;  



3.

 

əlifba təlimindən sonrakı dövr. 



Fonetika  ilə  bağlı  dil  qaydalarının  öyrədilməsinin  əsası  2-ci  mərhələdə  qoyulur.  Şagirdlər  bu 

mərhələdə hərf, heca-söz ardıcıllığı ilə hərfləri və onların ifadə etdiyi səsləri yadda saxlayır, səslərdən əmələ 

gələn  sözləri  yazıb  oxumaqla  onların  düzgün  yazılış  və  tələffüz  formalarını  mənimsəyirlər.  Bu  dövrdən 

başlayaraq  şagirdlər  bəzi  fonetik  qanun  və  hadisələr  haqqında  ilkin  təsəvvürlərə  yiyələnirlər.  Şagirdlərə 

aydın olur ki, səs və hərf arasında ümumi cəhətlər olsa da, bunlar fərqli anlayışlara xidmət edir, yəni hərfi 

yazmaq  və  görmək  mümkün  olduğu  halda,  səsləri  yalnız  eşitmək  və  ya  tələffüz  etmək  olur.  Səs  və  hərf 

fərqləndirilməsinə dair çoxlu tapşırıqlar dərs zamanı aparılır.  



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə