Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə206/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   202   203   204   205   206   207   208   209   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



390 

 

Qeyd  etmək  lazımdır  ki,  ümumilikdə  təhsil  sisteminin  İKT  əsasında  təkmilləşdirilməsi  informasiya 



cəmiyyətinin  əsas  xüsusiyyətlərindən  biridir.  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin 

21  avqust  2004-cü  il  tarixində  təsdiq  etdiyi  “Azərbaycan  Respublikasında  ümumtəhsil  məktəblərinin 

informasiya  və  kommunikasiya  texnologiyaları  ilə  təminatı  Proqramı  (2005-2007-ci  illər)”  ölkəmizdə  bu 

prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş “2008-

2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” 

isə  İKT-dən  istifadə  etməklə  ölkəmizdə  beynəlxalq  standartlara  uyğun  keyfiyyətcə  yeni  təhsil  modelinin 

qurulmasını,  vahid  elektron  təhsil  məkanının  yaradılmasını  və  təhsil  sisteminin  dünya  təhsil  məkanına 

inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub. 

Ölkəmizdə də xarici dil dərslərində informasiya – kommunikasiya texnologiyalarından istifadə geniş 

yayılmışdır.  Təhsil  Nazirliyi  2010-cu  ili  ölkəmizdə  “Təhsildə  İKT  ili”  elan  etmiş  və  bu  kampaniya 

çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata 

keçirilmişdir.  Azərbaycan  Respublikası  Prezidentinin  2013-cü  il  24  oktyabr  tarixli  sərəncamı  ilə  təsdiq 

edilmiş  “Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət  Strategiyası”  təhsilin 

informatlaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Bütün bunlar dövlətimizin təhsilin inkişafına 

göstərdiyi böyük qayğının nəticəsidir. 

Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird 

arasında,  şagirdlərin  öz  aralarında  və  məktəblə  ev  arasında  baş  verən  qarşılıqlı  əlaqələr  qurmağa  imkan 

yaradır.Hər  bir  müəllim,  diqqətlə  və  ağılla,  həmin  nəzəriyyələrdən  irəli  gələn  tədris  üsullarından  istifadə 

edərək səmərəli öyrənmə  və şagirdlərin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya 

və tədbiq edə bilər. 

Müasir  təlim  metodlarından  və  İKT-dən  istifadə  cəmiyyətin  dəyərli  vətəndaşları  olmağa  hazırlaşan, 

fəal və hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərəcəkdir. 

Bu  isə  dünyanın  hər  yerində  təfəkkürə  üstünlük  verən  müəllimlərin  heç  vaxt  bitib  tükənməyən  axtarışları 

deməkdir. 

 

ORTA TƏHSİL MÜƏSSƏLƏRİNDƏ XARİCİ DİLİN TƏDRİSİ 

 

Namazova R.M. 

Bakı Slavyan Universiteti 

 

Orta və ali təhsil müəssələrində tədris olunan hər bir fənnin məqsədi olduğu kimi xarici dilin tədrisinin 



də  qarşıya  qoyduğu  bir  məqsədi  vardır.Orta  məktəbdə  xarici  dillərin  tədrisi  praktik,  təlim  və  tərbiyəvi 

məqsəd  daşıyır.Tədrisin  praktik  məqsədi  şagirdlərə  xarici  dil  mətnlərini  müstəqil  oxumağı,  müstəqil  yazı 

yazmaq  vərdişlərini  aşılamaqdır.Dərsə  verilən  hər  hansı  bir  tələbi  yerinə  yetirən  müəllim  tədris  prosesində 

yüksək keyfiyyət əldə edə bilər. 

Xarici  dil  tədris  fənni  kimi  şagirdlərin  ümumi  təhsilini,  dünyagörüşünü  artırır,  təfəkkür  və  nitqlərini 

inkişaf  etdirir.Ölkəmizdə  xarici  dillərin  tədrisi  tərbiyəvi  və  ümumtəhsil  məqsədi  daşıyır.Ölkəmizin  digər 

dövlətlərlə  əlaqələrinin  genişlənməsi  də  xarici  dillərin  tədrisinin  bir  məqsədidir.Ümumilikdə  isə  xarici 

dillərin tədrisinin iki əsas məqsədi vardır. 

Xarici  dildən  ünsiyyət  vasitəsi  kimi  istifadə  edilməsi  də  irəli  sürülür.Xarici  dilin  tədrisində  “praktik 

yiyələnmə”  dedikdə  dilə  faktik  yiyələnmə,  tapşırıqlar  vasitəsilə  nitq  vərdişlərinə  yiyələnmə  başa 

düşülür.Əksər  bacarıqlar  isə  formalaşıb  nitqə  çevrilir.Şagirdlərin  həmçinin  şifahi  nitqlərinin  də  inkişaf 

etdirilməsi vacib amildir. 

Xarici dildə ünsiyyət yalnız şifahi şəkildə olmur.Bunu yazılı şəkildə də davam etdirə bilərik.Məsələn, 

şagird oxuyub mənimsədiyi materialı digər bir şagirdə yazılı şəkildə başa salırsa, bu o deməkdir ki, şagird 

həmin materialı yaxşı qavrayıb.Buna görə də şagirdlərdə yazılı nitq vərdişlərini inkişaf etdirmək lazımdır.  

Xarici  bir  dili  ana  dili  ilə  müqayisəli  şəkildə  öyrədildikdə,  şagird  verilən  materialı  daha  yaxşı  başa 

düşür  və  şagirdlər  anlayır  ki,  xarici  dil  ilə  ana  dili  arasında  oxşar  və  qeyri-oxşar  məsələlər  vardır. 

Azərbaycanlı  şagirdlər  ingilis  dili  dərsində  qrammatikadan  “artikl”  sözünü  ilk  gündən  eşidirlər.Çünki  bu 

qrammatik  kateqoriya  onların  öz  ana  dilində  yoxdur.Demək  Hind-Avropa  dillərinə  məxsus  olan  bu  qayda 

müəllim tərəfindən izah olunmalı və mümkün qədər ana dilində ona uyğun ekvivalent göstərilməlidir.Belə 

olduqda şagirdlər xarici dili mexaniki yox şüurlu öyrənirlər.Onlar həmin dili öyrənərkən düşünür və nəticələr 

çıxarırlar.Xarici dilin tədrisinin başqa bir məqsədi də şagirdlərdə təfəkkürü inkişaf etdirməkdir. 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

 

 



391 

 

Orta məktəblərdə tədris olunan hər bir fənnin tərbiyəvi əhəmiyyət kəsb etməsi tələb olunur.Xarici dil 



tədrisində şagirdlərin dünyagörüşünü və ideya-siyasi tərbiyəsini inkişaf etdirmək mümkündür.Bu işdə tərtib 

edilən mətnlər  də xüsusi rol oynayır. 

Xarici  dilin  məqsədi  başqa  fənlərin  qarşıya  qoyduğu  məqsədi  yerinə  yetirmir.Onun  tədrisi  o  biri 

fənlərdən  tamamilə  fərqlənir.Hər  hansı  bir  xarici  dilə  yiyələnmək  üçün  yalnız  söz  və  qrammatik  qaydalar 

öyrənmək  kifayət  deyildir.Bunun  üçün  şagirdə  şifahi  nitq,oxu,yazı,bacarıq  və  vərdişləri  də  öyrətmək 

lazımdır. 

Xarici 

dilin 


tədrisi 

zamanı 


müəllim 

şagirdlərdə 

beynəlmiləlçiliyi 

tərbiyə 


etməyi 

unutmamalıdır.Müəllim  şagirdlərə  öyrəndikləri  dilin  xalqının  keçmişi,  adət-ənənələri  barədə  də  məlumat 

verməlidir. 

 

ALİ MƏKTƏBLƏRDƏ MÜSTƏQİL İŞLƏRİN TƏŞKİLİNƏ DAİR 

 

Nizami Kamran Xaqan oğlu 

Sumqayıt Dövlət Universiteti 

 

Azərbaycan  Respublikası  siyasi  müstəqilliyini  yenidən  bərpa  etdikdən  sonra  sürətlə  dünyaya 

inteqrasiya olunmaqdadır. Bütün sferalarda olduğu kimi təhsil sistemində də bu özünü aydın formada biruzə 

verir.    Siyasi  müstəqilliyin  bərpasından  sonra  ölkəmizdə  təhsil  sahəsində  keçirilən  islahatlar,  Azərbaycan 

təhsil sisteminin müasir Avropa təhsil standartlarına uyğunlaşdırılması istiqamətində atılan əməli addımlar, 

orta  ümumtəhsil  sistemi  üzrə  ənənəvi  təhsil  metodunun  fəal/interaktiv  təlim  metodu  ilə  əvəzlənməsi,  orta 

ixtisas  və  ali  təhsil  sistemlərinin  yeni  məzmun,  keyfiyyət  dəyişiklikləri  istiqamətində  uğurla  inkişaf 

etdirilməsi  amilləri fikrimizi təsdiqləyir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan təhsil sistemində  öz 

həllini tapmamış, tədqiqinə ehtiyac duyulan problemlər hələ də qalmaqdadır. Onlardan biri ali məktəblərdə 

müstəqil işlərin təşkili ilə bağlıdır. Əslində mini dissertasiya olub, bakalavr və magistrantı müstəqil tədqiqata 

yönəldən müstəqil  işlərin təşkili ali məktəblərin qarşısında duran həlli vacib problemlərdən bir kimi bu günə 

qədər    tədqiqata  cəlb  olunmaması  baxımından  diqqəti  cəlb  etməkdədir.  Problemin  kompleks  formada 

öyrənilməməsi məsələnin həllini vacib edir.  

I.

 



Problemi  tədqiq  edərkən  bu  tədiqat  işinə    müstəqil  tələbə  və  magistrant  işi  kimi  yanaşılması  daha 

məqsədəuyğundur. Çünki o, gənc tədqiqatçıda elmi araşdırma  aparmaq bacarığını formalşdırmaqla yanaşı,  

bakalavr və magisrantda gələcək tədiqatlarının aparılması üçün bir stimul verici rolunda da çıxış edir. Bu gün  

Azərbaycan  ali  məktəb  sistemində  müstəqil  işlərin  təkili  ilə  bağlı  xaotik  bir  vəziyyət  hökm  sürür.  Tələbə 

müstəqil  işlərinin  vahid  standarta  uyğun  təşkil  olunmaması,  onların  müəyyən  ali  məktəblərdə  mini 

dissertasiya  (esse),  sərbəst  iş,  fərdi  iş,  müstəqil  iş  adı  ilə  tədqiqatçıya  təqdim  ediməsi  özlüyündə  onda  bir 

çaşqınlıq  və  ziddiyyət  hissi  yaradır.  Hətta  metodist,  pedaqoq  və  psixoloqlar  arasında  da,  bu  istiqamətdə 

ümumi fikir formalşmayıb. Ümumi bir fikrin formalşmaması isə tələbə magistrantları bu günü özündə belə 

çətinlik qarşısında qoymaqla davamlı xarakter almaqdadır. 

II.


 

Bu  gün  qarşıya  qoyulan  ümdə  məqsədlərdən  biri  bu  məsələyə  aydınlıq  gətirilməsi  ilə  bağlıdır. 

Fikrimizə  bütün  ali  məktəb  strukturlarında  Təhsil  Nazirliyinin  standarlarına  uyğun  şəkildə  müstəqil  işlərin 

təşkili  həyata  keçirilməklə    ümumi    -  “müstəqil  iş”  adı  altında  tədqiqata  cəlb  olunmalıdır.  Belə  olduğu 

təqdirdə gənc tədqiqatçılar hər hansı bir problemi öyrənərkən qarşılarına qoyduğu məqsədə daha asan, qısa 

yolla çata bilərlər. 

III.

 

 Digər  tərəfdən tədiqatçıların  yaradıcılıq  istiqamətləri də  genişlənmiş  olar.  Nəticədə  müstəqi işlərin 



yazılmasında formalizmə də son qoyular. Ali məktəb sistemində də tələbələrin müstəqil işlərinin təşkilinə, 

daima  onların  rəhbərlik  tərəfindən  nəzarətdə  saxlanılıb  inkişaf  etdirilməsinə  xüsusi  yer  də  ayrılmış  olar. 

Həmçinin tədqiqata yeni başlayanların öz bilik və bacarıqlarını lazımi mənbə və ədəbiyyata istinad etməklə 

üzə çıxarmasına, qarşıya qoyduğu məqsədə uğurla nail olmasına, konkret elmi nəticələrə gəlməsinə və elmə 

gözlənilmədən yenilik gətirməsinə də münbit şərait yaradar.   

IV.


 

Artıq  ali  məktəblərə  də  fəal/interaktiv  təlim  metodunu  təbiq  etməyin  vaxtı  gəlib  çatmışdır. 

Azərbaycanın bəzi ali məktəblərində bu istiqamətdə müəyyən işlər görülsə də, hələ də bir çox bakalavriat və 

magistr hazırlayan  ali məktəblərdə ənənəvi təlim metodundan bir addım belə kənara atılmayınb. Azərbaycan 

ali məktəblərinin bütünlüklə ənənəvi təlim metodundan uzaqlaşıb ineraktiv təlim metoduna keçməsi ölkə ali 

təhsil  sisteminin  sürətlə  Avropa  standartlarına  cavab  verəcək  bir  səviyyəyə  yüksəlməsi  ilə  nəticələnə  bilər. 

Yeni  metodun tələbə  müstəqil işlərinin təşkilinə tətbiq edilməsi  amili onların  ümumdünya  müasir təhsil 

standartlarına üyğunlaşdırılması prosesinin uğurla başa çatmasına gətirib çıxarar. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə