Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
396
Kurikulumla hazırlanmış Azərbaycan dili dərsliklərində yazı bacarıqlarının yaradılması və inkişafı
üzrə çalışmalar əsasən “Yazı” başlığı altında verilmişdir. Bu da eyniadlı məzmun xəttinin,onun müvafiq əsas
və alt standartlarının reallaşdırılmasına yönəldilmişdir. Bu tipli çalışmaların digərlərindən fərqi, səciyyəvi
xüsusiyyəti və əhəmiyyəti ondadır ki,bu çalışmalar şagirdlərin yazı vərdişlərinin, orfoqrafik bacarıqlarının
inkişafına yönəldilmişdir. Beşinci sinif Azərbaycan dili dərsliyində yazı bacarıqlarının yaradılması və
inkişafı üzrə ilk yazı ilə bağlı çalışma bir neçə mətndən sonra gələn “Təcili qan axtarılır” mətnindən sonra
qruplarla iş şəklində verilmiş və mətn üzərində qurulmuşdur. “Rəmzə çevrilmiş adlar” mətnindən sonra isə
şagirdlərdən oxucunu mətni oxumağa sövq edəcək giriş yazmaq və mətndən çıxan nəticəni bir neçə cümlə ilə
ifadə etmək tələb olunur. “Bilirdim ki,gələcəksən” mətnindən sonra “Yazı” başlığı altında belə bir çalışma
verilmişdir: “Təsəvvür edin ki, qardaşınız cəbhədədir. Ona məktub yazın.”
Bəzi çalışmalar isə şagirdlərin yazı bacarıqlarını inkişaf etdirməklə yanaşı,onlarda təfəkkürün
canlanmasına, eyni zamanda, mənalı, məntiqi və yaradıcı təfəkkürün də inkişafına yönəlmişdir. “İki limon
ağacı” mətnindən sonra şagirdlərdən təmsildəki ağac və çiçək obrazlarını insan obrazları ilə əvəz etmək tələb
olunur ki, bu da qeyd edilən fikrə uyğun gəlir.
Yazı başlıqlı çalışmalar içərisində,xüsusilə,inşa yazılar diqqəti cəlb edir. Beşinci sinif Azərbaycan dili
dərsliyində bu mövzularda inşa yazmaq tələb olunur: “İnsan daim yeniliyə can atmalıdır”, “Tikdim ki, izim
qala”, “Kiçik yaşda olanlar da,xeyirxah işlər görə bilərlər” və s.
Müasir Azərbaycan dili dərslərində yazı bacarıqlarının yaradılması və inkişafı olduqca əhəmiyyətli
proses olsa da, kurikulumla hazırlanmış mövcud beşinci sinif Azərbaycan dili dərsliyinə bu istiqamət üzrə
çalışmalara kifayət qədər yer verilməmişdir.
AUSENTİK MATERİALLARDAN İSTİFADƏ ETMƏYİN XEYİRLİ TƏRƏFLƏRİ
Şərifzadə G.S.
Bakı Slavyan Universiteti
Ausentik materiallardan istifadə etməyin kommunikasiyanın inkişafında böyük rolu vardır. Ausentik
materiallar dedikdə bunun ancaq qəzet ve jurnal məqalələrindən ibarət olduğu ehtimal edilir. Lakin bu daha
geniş ifadə olub, mahnılar, internet səhifələrindəki məlumatlar, radio və televiziya yayımları ve öyrəndiyimiz
dildə demək olar ki bütün h ə yatdan götürülmüş məlumat və materialları ehtiva edir.
Kommunikasiyanın öyrədilməsi və öyrənilməsi prosesində ən əsas prinsip kommunikativ
kompetensiyaya yiyələnməkdir. Kommunkativ metod 4 kompetensiyanın hər birinin vacibliyini vurğulayır.
Müəllimin dərs prosesində müxtəlif materiallardan istifadə etməsi tələbələri ruhlandırır, onların dərsə
marağının artmasına səbəb olur. Ausentik materiallar müasir müəllimlər üçün elə mənbələr təqdim və təmin
edir ki, tələbələr nəinki sinifdaxili, hətta sinifdənxaric və real həyatla əlaqəli məlumatlar əldə edirlər. Biz
ausentik materialların köməkliyi ilə sözügedən materialı real, həqiqi kontekstdə başa düşürük. Burada əsas
diqqət dilin formasında deyil, onun mənasında mərkəzləşir.
Ausentik materiallardan istifadə etmənin bir sıra xeyirli tərəfləri var. Birincisi və ən vacibi ondan
ibarətdir ki, bu materiallardan istifadə tələbələrdə özgüvən hissini formalaşdırır. Çünki bu materiallar
tələbələrə real həyat situasiyalarında öyrəndiklərini tətbiq etməyə imkan verir.
Digər bir səbəb isə ausentik materialların tələbələrə öyrəndikləri dilin dövlət dili hesab olunduğu
ölkələrdə mövcud mədəni mühiti öyrənmələrinə imkan verir. Həmin dövlətlərin sosial, iqtisadi, siyasi,
mədəni mühiti ilə bir növ tanış olur.
Öyrənmə və öyrətmə prosesində ausentik materiallardan istifadə etmək tələbələrin öyrənmə ehtiyacını
təmin edir, onlara daha səriştəli olmağı təklif edir, onların daxili motivasiyasını yüksəldir, sözlərin daha
aydın və tam şəkildə qavranılmasına kömək edir.
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
397
AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNDƏKİ MƏTNLƏRDƏ
MULTİKULTURAL DƏYƏRLƏR
Şirəliyeva G.Ə.
Bakı Slavyan Universiteti
Şagirdlərin dünyagörüşlərinin yüksəlməsində, mənəvi keyfiyyətlərinin inkişafında Azərbaycan dili
dərslikləri özünəməxsus yer tutur. Bu dərsliklərdə yer alan mətnlərin təsiri, xüsusilə, danılmazdır. Burada
nitq mədəniyyətinə xidmət edən, xeyirxahlıq, humanizm və s. əxlaqi keyfiyyətlər aşılayan, həmçinin də,
multikultural dəyərlərə söykənən mətnlər yer almaqdadır.
Bildiyimiz kimi, multikulturalizm bizim xalqımızın həyat tərzidir. Dünyada bu, yeni məfhum hesab
olunsa da, Azərbaycanda qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan xalqı multikultural dəyərlər içində
yaşamış, bunu bir həyat tərzi olaraq qəbul etmişdir. Bu, xalqımızın humanist, xeyirxah, qonaqpərvər bir xalq
olmasından irəli gəlir. Xalqımız hər zaman digər xalqlarla qonşuluq şəraitində yaşamış, gözəl münasibətdə
olmuş, onlar arasında ayrı-seçkilik olmamışdır. Bunlar mənəvi keyfiyyət göstəriciləridir. Və belə mənəvi
keyfiyyətlər övladlarımıza kiçik yaşlarından aşılanmalıdır. Bu prosesdə Azərbaycan dili dərslikləri də az rol
oynamır. Burada bir çox xalqlara məxsus nağıllar, xarici yazıçıların hekayələri yer almaqdadır ki, bunlar da
şagirdlərə multikultural dəyərləri aşılayan faktorlardandır.
1-ci siniflər üçün Azərbaycan dili dərsliyində buna kifayət qədər yer verilib. Ümumiyyətlə, hərtərəfli
mənəvi keyfiyyətlərlə zəngin mətnlərlə tərtib olunmuş dərslikdə kifayət qədər müxtəlif xalqlara, müəlliflərə
məxsus mətnlər də yer alıb. Buna nümunə olaraq, Litva nağılı “Nə üçün pişik yeməkdən sonra yuyunur”,
Meksika nağılı “Nəzakətli dovşan”, rus xalq nağılı “Ayı və kəndli”, serb nağılı “Niyə ayın paltarı yoxdur”,
mordva xalq nağılı “İtlə insan necə dost oldular” kimi maraqlı, düşündürücü, eyni zamanda, şagirdlərə nitq
mədəniyyəti, əxlaq və digər mənəvi keyfiyyətlər aşılayan nağıllardır. Təbii ki, müəllim hər bir xalq haqqında
qısaca məlumat verir.
2-ci sinif dərsliyində B.Leonidovanın eyniadlı əsərinin motivləri əsasında “İki güzgü”, Sergey
Mixalkovun “İki gonbul və dovşan”, “Dostlar səfərdə”, V.Oseyevanın eyniadlı hekayəsi əsasında işlənilmiş
“Sehrli söz”, Lev Tolstoyun “Xilaskar it” əsərləri şagirdlərə sədaqət, əxlaq, dostluq və s. keyfiyyətlər
aşılayan multikultural mətnlərdəndir.
3-cü sinif üçün “Azərbaycan dili” dərsliyində isə İngiltərədə cərəyan edən hadisələri əks etdirən
“Şahzadə və dilənçi”, Makedoniya hökmdarı Filipin oğlu, “dünyanın fatehi” adlandırılan sərkərdədən bəhs
edən “Makedoniyalı İsgəndər”, Astrid Lindqrenin “Balaca və Karlson”, 3-cü sinif üçün “Türkce”
dərsliyindən götürülmüş “Atatürk niyə ağladı” mətnləri şagirdlərdə müxtəlif xalqların məişəti, adət və
ənənələri, mənəvi dəyərləri haqqında təsəvvür oyatmaqla yanaşı, həmin xalqlara rəğbət hissi oyadır.
Lakin Viktor Hüqonun “Səfillər” romanından “Qavroş” mətni şagirdlərin yaş və bilik səviyyəsinə
uyğun deyil.
4-cü sinif üçün “Azərbaycan dili” dərsliyində Şərq dünyasının ən məhşur şəxsiyyətlərindən olan
Rumiden bəhs edən “Ruminin məsləhəti” rəvayəti, Mark Tvenin “Tom Soyerin macəraları” əsərindən “Tom
özünü fəda edir” kimi başqa xalqlara məxsus bədii əsərlərlə şagirdlər digər mədəniyyətlərlə də tanış olur, bu
da onların dünyagörüşünün inkişafına müsbət təsir edir.
Müasir dərsliklərin mənəvi keyfiyyətlər aşılayan, multikultural dəyərlərə söykənən mətnlərlə zəngin
olması onların dəyərini yüksəldir, şagirdlərin dünyagörüşünün inkişafı üçün zəmin yaradır.
SƏMƏD VURĞUNUN “ AZƏRBAYCAN” ŞEİRİNİN
MÜASİR METOD VƏ ÜSULLARLA TƏHLİLİ
Şirinova M.C.
Sumqayıt Dövlət Universiteti
Azərbaycanın xalq şairi S. Vurğunun bioqrafiyasına nəzər salsaq, şairin yaradıcılıq nümunələri
ümumtəhsil məktəbinin dörd sinifində: V sinifdə (“Ceyran”), VI sinifində (“Azərbaycan”), IX sinifində
(“Mən tələsmirəm”), nəhayət, XI sinifində (“ Muğam”poeması) həmin əsərlərin öyrədilməsi tələb olunur.
V, V və IX siniflərdə şair haqqında qısa məlumat verilir.