Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə234/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   230   231   232   233   234   235   236   237   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

445


 

 

Qorqud sözü qor,kor kökündən gəlir. Söz kor, qorxu, qorxutmaq mənasını ifadə edir. 



Dədə  Qorqud  çox  müdrik  insan  olmuşdur.  Deyilənə  gorə,  onun  xüsusi  qabiliyyətləri  də  var  idi.  O 

quşların və digər heyvanların dilindən anlayar, gələcəkdə baş verəcək hadisələri əvvəlcədən görər və bununla 

bağlı xəbər verərmiş. 

Oğuz  cəmiyyətində  Dədə  Qorquda  xüsusi  hörmətlə  yanaşılırdı.Kiminsə  başına  bir  iş  gəldikdə, 

çıxılmaz vəziyyətdə qaldıqda ilk müraciət etdikləri Dədə Qorqud olurdu.Oğuz xalqı Dədə Qorqudun sözünə 

inanır və onun dediklərini yerinə yetirir, vəziyətdən çıxış yolu tapırdılar. 

Dədə Qorqudun qopuzi da dəyərli hesab olunurdu.O el-el, oba-oba gəzər,qopuz çalar,söz söyləyərdi. 

Onun  hər  bir  sözü,  cümləsi  sanki  müdrik  bir  deyim  idi.  Dədə  Qorqudun  deyimləri  müasir  dövürdə  də  öz 

əhəmiyyətini  itirməmiş  və  istər  ailə,  igidlik,  istərsə  də  vətənlə  bağlı  çox  dəyərli  sözlər  söyləmişdir.  Hetta 

dastanın müqədiməsində də onun dilindən verilən atalar sözləriəə rast gəlmək mümkündür. 

Dastanda göstərilirki , əgər kimsə Dədə Qorquda qarşı gəlsə, ona qılınc qaldırsa ya daşa dönər, ya d 

başına başqa bir iş gələrdi. Bu ya onun xüsusi gücə malik olmasının ya da, Tanrı tərəfindən qorunduğunu 

göstəricisi idi. 

Oğuz gənclərinə adı da məhz Dədə Qorqud verirdi. Bu xüsusi mərasimlə həyata keçirilirdi.O igidlərə 

adı təsadüfi yox, gördükləri işlərə görə, xarakterlərinə uyğun qoyurdu. 

Oğuz gəncləri evlənməyə qərar verəndə də, çox vaxt elçiliyə də Dədə Qorqud gedirdi.Cünki, heçkim 

ona etiraz etmək istəmirdi. 

Eposdan  məlum  olurki,  Dədə  Qorqud  Məhəmməd  peyğəmbərin  (s.ə.s)  zamanında  yaşamışdır.Hetta 

onu peygəmbərin yanına elçi kimi göndərmişlər. O, uzun müddət yaşamışdır. Onun nə qədər ömür sürməsi 

ilə  bağlı  müxtəlif  fikirlər  vardır.  Bəzi  müəlliflər  300,  beziləri  isə  350  il  yaşadigini  qeyd  edirlər.Ölümdən 

qurtulmaq üçün dünyanı gəzmiş lakin bunun çarəsinin olmadığını anlamışdır.Dədə Qorqudun məzarının da 

harada  olması  ilə  bağlı  fikir  müxtəlifliyi  vardır.Məzarı  4  yerdə  :  Türkiyənin  bayburt,  İraqın 

Mosul,Özbəkistanın Sırdərya, Azərbaycanın isə Xəzərdən Dərbəndə qədər olan ərazilərində olması ilə bağlı 

müxtəlif faktlar mövcuddur. 



 

 

MƏġĞƏLƏLƏRDƏ YAġLILARIN ƏMƏYĠ ĠLƏ TANIġLIQ 

 

Hacıyeva N. 

Naxçıvan Dövlət Universiteti 

 

Məktəb yaşı çatmayan uşaqlarla bir neçə mərhələdə iş aparmaq lazımdır. İlk növbədə kiçik yaşlılarla 

başlamaq  daha  effektli  ola  bilər.  Bunun  ardınca  isə  digər  yaş  qruplarında  işləri  davam  etdirmək  məqsədə 

uyğundur. Bunları nəzərə alıb kiçik yaşlı qruplarda olan uşaqlarla işi elə təşkil etmək lazımdır ki, balacalar 

özlərindən  yaşlı  uşaqların  işlərini  yaxından  və  asanlıqla  müşahidə  edərək  onların  gördükləri  işlər  barədə 

müəyyən  təsəvvürə  malik  olsunlar.  Burada  ona  daha  dəqiq  fikir  vermək  lazımdır  ki,  kiçik  yaşlı  uşaqlar 

gördüklərini  daha  da  təkmilləşdirə  bilsinlər.  Bunu  bağçanın  həyətyanı  sahəsində  və  yaxud  müəyyən 

ekskursiyalar vasitəsi ilə də mükəmməl bir formaya salmaq olar.   

Bütün bunları böyük yaşlı uşaqların bağçanın ətraf sahələrində gördüklərini kiçik yaşlılara müşahidə 

vasitəsi  ilə çatdırmaq  daha  səmərəli olar.  Böyük  yaşlı  uşaqların  il  ərzində gördüklərini məşğələ saatlarında 

onlara  çatdırmaq  daha  məqsədəuyğundur.  Təmizlik  işlərinin  necə  yerinə  yetirilməsini  və  həmin  zaman 

qayda-qanuna  necə  əməl  etmələrini,eləcədə  onların  əmək  alətlərindən  necə  istifadə  etmələrini  görər  və 

gələcəkdə  həmin  vərdişlərdən  olduğu  kimi  istifadə  edərlər.    Bu  zaman  həm  tərbiyəçinin  üzərinə  böyük 

məsuliyyət düşür. Tərbiyəçi kiçik yaşlı uşaqlar üçün hər görülən işə marağını nəzərə alıb bütün gördükləri iş 

barədə və əmək alətləri haqqında onlara ətraflı məlumat verməlidir. Məlum məsələdir ki, kiçik yaşlı uşaqlar 

hər  bir  sahəyə  diqqət  yetirir  və  əlavə  suallar  verməkdə  maraqlı  olurlar.  Bu  zaman  verilən  suallara  sakit  və 

dəqiq  olmaqla  izahlı  cavab  vermək  daha  vacibdir.  Bu  kiçik  yaşlılara  anlayışlı  və  düzgün  yanaşmanın  bir 

formasıdır.    

Hər  bir  kiçik  yaşlı  uşaq  ekskursiya  zamanı  gördüyü  işə  diqqətlə  və  məmnuniyyətlə  baxır,  müşahidə 

edir  və  görülən  işin  necə  yerinə  yetirilmə  ardıcıllığını  yaddaşına  köçürmək  istəyir.  Bu  zaman  əsas 

məsələlərdən biri də həmin an görülən işin son nəticəsinin onlara göstərilməsidir. Çünki kiçik yaşlı uşaqlarda 

bu daha maraqlı olur. Tərbiyəçinin görülən işə marağı artırmaq üçün uşaqları iki qrupa bölməyi daha yaxşı 

olardı. Bu zaman hər bir kiçik yaşlı qarşıdakı insanın necə işlədiyini daha asanlıqla görür və diqqətlə izləyə 

bilir.                                      




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

446


 

 

Uşaq bağçasında yaşlıların işi üzrə müşahidələr əlavə uşaqları digər peşə sahiblərinin əməyi ilə tanış 



edirlər. Sürücünün maşın sürməyi, tramvay sürənin tramvayı,  maşınistin qatarı idarə etməyi balacalar üçün 

çox maraqlıdır. 

Yaşlıların  əməyi  haqqında  kiçik  yaşlı  uşaqların  əldə  etdikləri  təsəvvürlər  gələcəkdə  insan  əli  ilə 

yaranan  hər  şeyi  görə  bilmək,  yaşlıların  əməyini  qiymətləndirmək  bacarığının inkişafı  üçün  zəmin  yaradır. 

Məktəbəqədər orta yaşlı uşaqları yaşlıların əməyinin elə növləri ilə tanış edirlər ki, bunları müşahidə etmək 

mümkün olsun, bu zaman uşaqların özlərinin əməkdə praktik iştirakı imkanı genişlənir. Buna görə də yaxşı 

olar  ki,  bağçanın  daxilində  yerləşən  müasir  paltaryuyan  maşının  gördüyü  iş  prinsipini  kiçik  yaşlı  uşaqlara 

göstərməklə izah edəsən. Bu iş həmişə effektli olur və maraqla dinlənilir. Digər tərəfdən isə bu cür işlərin 

yerinə  yetirilməsində  kiçik  yaşlı  uşaqların  baba  və  nənələrindən  də  istifadə  etmək  olar.  Bunun  nəticəsində 

həmin  qrup  üzrə  uşaqlar  işin  məsuliyyətini  dərk  etməklə  yanaşı  dünyagörmüş  insanların  söhbətlərinə 

diqqətlə qulaq asmaqdan əlavə onlarda həmin işə daha çox maraq yaradır. 

Tərbiyəçi  daha  yaxşı  olar  ki,  keçirilən  məşğələlərin  birində  elə  uşaqlar  üçün  də  maraqlı  olan  və 

bağçada yerləşən aşpazın işi barədə məlumat versin. Bu il boyu nəzərdə tutulan proqram materiallarında da 

öz  əksini  tapmalıdır.  Yaxşı  olar  ki,  həmin  məşğələlərin  birində  ―  Peşə  sahibləri‖  barədə  söhbət  aparılsın. 

Söhbətin aparıldığı zaman hər bir peşəyə aid daha maraqlı faktlara diqqət yetirilsin. Tərbiyəçi həmin peşəyə 

aid  alətlər  barədə  daha  geniş  məlumat  verməklə  yanaşı  uşaqların  təsəvvürünü  genişləndirməyə  nail  olsun. 

Bütün bunlardan sonra isə tərbiyəçi kiçik yaşlı uşaqlara müraciət edərək deyir: Mən sizdən soruşacağam ki, 

dediyim alətlərlə və yaxud göstərdiyim alətlərlə hansı peşə sahibləri işləyirlər. Beləliklə, tərbiyəçi haqqında 

danışdığı  peşəyə  marağı  bir  az  da  artırmaq  üçün  müəyyən  suallar  verir.  Burada  birinci  növbədə  veriləcək 

sualın cavabını şübhə ilə yanaşdığı uşaqlardan soruşmaq lazımdır. 

Deyilənlərdən  belə  nəticəyə  gəlmək  mümkündür  ki,  müasir  uşaq  bağçalarında  hər  bir  görülən  işə 

diqqətlə yanaşmaq günün əsas tələbidir.Buna görə də uşaq bağçalarında həm böyük, həm də məktəbəqədər 

qruplarda  müntəzəm  olaraq  müəllim  və  tərbiyəçilər  qrupun  uşaqlarını  bir  nöqtədə  birləşdirən  ümumi 

görüləcək bir iş təşkil edirlər. Bu işlər nədən ibarət ola bilər?  Məktəbyanı sahəni səliqə-sahmana salmaq, 

oyun oynadıqları otağı yığışdırmaq, bağçanın həyətindəki gülləri sulamaq və yaxud oyuncaqları yığışdırmaq 

və  s.  kimi  konkret  iş  şəraitində  onları  birgə  işlətməklə  əmək  növləri  ilə  tanış  edirlər.  Həmin  işləri  görən 

zaman mütləq onlara rəhbərlik edən bir şəxs olmalıdır. Bu şəxs müəllim və yaxud tərbiyəçi ola bilər. Həmin 

şəxsin  vəzifəsi  isə  ondan  ibarət  olmalıdır  ki,  görülən  işin  mahiyyəti  ilə  yanaşı  ortaya  çıxan  çətinlıkləri 

uşaqlara başa salaraq problemin ortadan qaldırılmasına kömək edir. 

Bu zaman qarşıya qoyulan nəticəyə nail olmaq yolunda ilk addım atılmış olur. Yaddan çıxarmaq lazım 

deyil  ki,  uşaqları  o  zaman  birləşdirmək  olar  ki,  onlar  kollektiv  işi  birgə  görsünlər  və  getdikcə  bu  sahədə 

təcrübələrini  yavaş-yavaş  artırmış  olsunlar.  Kiçik  yaşlı  uşaqlarda  bunu  etdikdə  alınan  nəticəyə  görə  bu 

təcrübəni  böyük  yaşlı  uşaqlara  da  daha  tez-tez  tətbiq  etmək  işin  xeyrinə  olardı.  Bu  nəyə  görə  lazımdır? 

Yaddan  çıxarmaq  lazım  deyil  ki,  kiçik  yaşlı  uşaqlar kollektiv  iş təcrübəsində muəyyən  qədər təcrübə  əldə 

etdikdən  sonra  yuxarı  yaş  qruplarında  daha  sərbəst  eləcə  də  bir  birlərinə  hörmətlə  yanaşaraq  hərəkət  edə 

bilirlər. Beləliklə,  bu cür işlərin və oyunların yerinə yetirilməsində müəllim və yaxud təcrübəçi onlara həm 

işin görülməsinə və ona rəhbərliyin edilməsində təcrübə qazanmalarına bir növ köməklik etmiş olurlar. 

Uşaq  bağçalarında  bu  işləri  yerinə  yetirərkən  orta  məktəblərdə  tədris  olunan  texnologiya 

müəllimlərinin  istifadə  etdikləri  bir  üsuldan  istifadə  olunsun.  Yəni  uşaqları  dörd-dörd  və  yaxud  beş-beş 

qruplara bölərək hər bir qrupa ayrı-ayrı tapşırıq vermək daha mənalı və rəqabət üsullu olmasını təşkil etmək 

olar.  Ancaq  seçilən  iş  əməyin  hər  hansı  bir  formasını  əhatə  etməlidir.  Verilmiş  işin  qruplar  arasında  daha 

maraqlı  keçməsini  təşkil  etmək  üçün  həm  iş,  həm  də  oyun  maraqlı  olmalıdır.  Yaxşı  olar  ki,  bu  cür  işləri 

yerinə yetirməmişdən əvvəl bağçada olan kiçik və böyük yaşlı uşaqları əvvəlcədən buna hazırlayasan. 

Uşaq  bağçasının  əməyin  təşkili  üzrə  təcrübəsində  pedaqoq  bu  və  ya  digər  uşağa  münasibətə  aid 

müxtəlif  tərbiyəvi  məsələləri  həll  edir.  Məsələn,  hətta  böyük  qrupda  da  lazımi  vərdişlər  aşılamaqda  geri 

qalan, işinə ciddi nəzarət tələb edilən uşaqlara təsadüf olunur. Elə uşaqlar var ki, çalışqandır və tapşırılan işi 

vicdanla  yerinə  yetirir,  lakin  yaşıdlarının  kollektivində  işləməyi  bacarmır.  Beləliklə,  əməyi  təşkil  edərkən, 

müəllim  və  tərbiyəçi  hər  dəfə  hansı  tərbiyə  məsələlərini  həyata  keçirməyin  lazım  olduğu,  əməyi  hansı 

formada  təşkil  etməyin,  uşağa  hansı  hallarda  fərdi  tapşırıq  verməyin,  hansı  hallarda  kiçik  kollektivlərdə 

birləşdirməyin məqsədəuyğun olduğu barədə fikirləşir.  

Mümkün  mürəkkəbləşmələrin  mahiyyətini  aydınlaşdırmaq  üçün  əməyin  təşkili  formasının 

xüsusiyyətlərinə  işdə  uşaqları  birləşdirmə  nöqteyi-nəzərindən  baxmaq  lazımdır.  Kollektivdə  onların 

birləşdirilməsi  nə  vaxt  baş  verir?  Bu  birləşmə  üçün  hansı  vasitələr  lazımdır?  Uşaqların  bu  və  ya  digər 

birləşmələrində hansı məsələlər daha müvəffəqiyyətlə həll olunur. Bu sualları aydınlaşdırmaq üçün, konkret 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə