Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə242/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   238   239   240   241   242   243   244   245   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

461


 

 

lazımdır.  Bu  məqsədlə,  uşaqların  daha  çox  işlətdikləri  fiziki  kəmiyyətlərin  qiymətləri  haqqındakı  biliklər 



mühüm rol oynayır.  

Məsələn,  öz  boyunu  santimetrlə,  kütləsini  kiloqramla,  sinif  otağının  uzunluğu  və  enini  metrlə  ifadə 

etmək  belə  biliklərdəndir.  Ancaq  nəzərə  almaq  lazımdır  ki,  belə  gözəyarı  ölçmə  işi,  alətlərlə  ölçmə 

vərdişlərinə yiyələndikdən sonra daha səmərəli olur. Odur ki, şagirdlərdə dəqiq ölçmə vasitəsilə ölçü vahidi 

haqqında düzgün təsəvvür formalaşdırılmalıdır. Bunun üçün alətlə ölçməyə aid bir sıra çalışmalar nəzərdən 

keçirilməli və bu iş uzun müddət davam etməlidir. 

Ölçü cədvəllərində kəmiyyətin ölçüləri arasında əlaqə mexaniki əzbərləmə yolu ilə deyil, real ölçülərin 

müqayisəsi  əsasında  öyrədilməlidir.  Həmdə  bu  işdə  sinif  müəllimləri  mövcud  beynəlxalq  ölçü  vahidlərinə 

üstünlük  verməlidir.  Həmin  vahidlər  sistemində  cismin  çəkisi  deyil,  kütləsi  qəbul  olunmuşdur.  Odur  ki, 

―çəki‖  sözünün  işlədilməsinə  yol  vermək  olmaz.  Bu  məsələ  həm  müəllimlər,  həm  də  valideynlər  arasında 

fikir birliyi şəraitində müsbət həll oluna bilər. 

Belə ki, ―12 eyni detalın çəkisi 24 kq-dır‖. Bir detalın çəkisi nə qədərdir? ―məsələsi‖ 12 eyni detalın 

kütləsi 24 kq-dır. Bir detalın kütləsini tapın kimi deyilməlidir. 

Fiziki  kəmiyyətlər  haqqında  təsəvvürlərin  formalaşdırılması  işində  mühüm  yeri  bu  kəmiyyətlər 

arasındakı sadə asılılıqların öyrənilməsi tutur. Elə bu cür yanaşma kəmiyyətlərin törəmə vahidləri arasında 

münasibətləri  formalaşdırır.  Belə  münasibətlərin  öyrədilməsi  həndəsi  kəmiyyətlərin  (uzunluq,  sahə) 

bilavasitə  ölçülməsi  prosesi  ilə  müşaiət  olunmalıdır.  Bunun  əsasında  sadə  analogiyadan  istifadə  etməklə 

həcmin, kütlənin və zamanın ilkin ölçülməsi ilə tanışlığı həyata keçirmək olar. 

ibtidai  siniflərin  riyaziyyat  proqramında  fiziki    kəmiyyətlər  anlayışı  hələ  birinci  sinifdən  başlayaraq 

öyrədilməyə başlanır. Öyrədilən fiziki kəmiyyətlərdən bri də kütlə anlayışıdır. Ümumiyyətlə kəmiyyətlər və 

onların ölçülməsinin tədrisi prosesində ölçü vahidləri haqqında real təsəvvür yaratmaq  lazımdır. Yəni ―ələ 

almaqla‖  əşyanın  kütləsi  haqqında,  eləcə  də  parçanın  gözəyarı  uzunluğu  barədə  fikir  söyləmək,  saata 

baxmadan günün vaxtı haqqında təxmini mühakimə yürütməyə nail olmaq lazımdır. 

Kütlədən  kiçik  olan  cisimlərin  kütlələrini  ölçərkən  kütlə  vahidi  olaraq  qramdan  istifadə  olunur.  Ən 

kiçik  kütlə  vahidi  olan  qram  anlayışını  şagirdlərdə  formalaşdırmaq  üçün,  kütləsi  qramla  ölçülə  biləcək 

əşyalardan əyani vəsait kimi istifadə etmək olar. Məsələn, bir parça təbaşir, kiçik ölçülü pambıq bağlaması 

və s bunları tərəzidə ölçərək dəqiq kütlələrini qeyd etmək olar. 

Qram kütlə vahidindən sonra gələn kiloqram anlayışı şagirdlərdə formalaşdırmaq üçün onun yaranma 

səbəbini,  kq  ölçü  vahidinə  olan  tələbatın  nədən  yarandığını  izah  etmək  lazımdır.  Bunun  üçün  müəllim  kq 

anlayışı haqqında məlumat verərək kq-ın qrama nisbətən kütləcə böyük cisimlərin kütləsini ölçərkən istifadə 

olunduğunu şagirdlərə çatdırmalıdır. (Məsələn, 1 kiloqramın 1000 qrama bərabər olduğunu). Sonra müəllim 

kiloqramdan  istifadəyə  olan  tələbatın  necə  yaranmasının  səbəbini  izah  etməlidir.  Həyatda  ölçülməsi  vacib 

olan elə əşyalar vardır ki, onların kütlələri 1000 qramdan çox 100000 qram, 1000000 q və daha çox olur. Bu 

həmin  əşyaların  kütlələrinin  tez  və  dəqiq  ölçülüb,  qısa  şəkildə  qeyd  olunmasını  çətinləşdirir.  Bu  çətinliyin 

aradan qaldırılması üçün yeni ölçü vahidi kiloqramdır. 

1000 q = 1 kq, 100 kq = 1 s, 1000 kq = 1 t = 10 s 

Belə ağır kütləli əşyaları ölçmək üçün istifadə olunan ―qapan‖ ölçü aləti haqqında da məlumat vermək 

olar.  Artıq  1000  dairəsində  və  çoxrəqəmli  ədədlər  dairəsində  hesab  əməllərini  öyrənən  şagirdlər  kiloqram 

anlayışını və ondan sonra gələn sentner və ton anlayışlarını asan qavraya bilər. Bundan əlavə müəllim kütlə 

vahidlərini, onların ölçülməsini və onlar üzərində hesab əməllərinin aparılmasını şagirdlərə daha yaxşı tədris 

etməsi üçün müvafiq çalışmalardan tapşırıqlardan və didaktik oyunlardan istifadə etməlidir. 

Vaxt ölçülərinin tədrisinə II sinifdə 7, III sinifdə isə 13 saat vaxt ayrılmışdır. 20 saat ərzində şagirdlərə 

vaxt  ölçüləri  haqqında  konkret  məlumat  vermək  mümkündür.  İbtidai  siniflərdə  müşahidə  prosesində  və 

müəllimlərdə müahibə zamanı məlum olmuşdur ki, vaxt ölçüləri bir qədər çətin mövzulardandır. Ona görə də 

uşaqlarda vaxt ölçüləri haqqında təsəvvürlərin yaradılmasına hələ məktəbəqədər dövrdən başlamaq lazımdır. 

I  sinifdə  gələn  bəzi  uşaqlar  həftənin  günlərinin,  ayların  adını,  gecə-gündüzün  bir-birini  əvəz  etməsini  və  s. 

bilirlər. Müəllimlər isə dərs prosesində uşaqların vaxt ölçüləri haqqındakı biliklərini inkişaf etdirməlidir. Bu 

məqsədlə  I  sinifə  gələn  uşaqların  nəyə  qadir  olduqlarını  öyrənməli,  onlara  gün  rejimi  haqqında  müsahibə 

aparmalıdır.  Kimin  vaxtı  saatlatəyin  edə  bilməsi  müəyyənləşdirilməli,  şagirdlər  saat  sferblatı  ilə  tanış 

edilməlidirlər.Əqrəblərin vəziyyətini onların yataqdan nə vaxt qalxmalarını, məktəbə nə vaxt gəlmələrini, nə 

vaxt  nahar  etmələrini  və  s.  göstərmək,  vaxtı  dəqiqliklə  öyrətmək  lazımdır.  Bunun  üçün  də  şagirdlərə  saat 

haqqında məlumat verməli və onun modeli sinfə gətirilib nümayiş etdirilməlidir. 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

462


 

 

I sinif şagirdləri həftənin günlərinin adlarını ardıcıl deyə bilməli, bu gün, sabah, axşam, birisi gün kimi 



anlayışlarla tanış olmalıdırlar. Onlara iki vaxt arasında keçən müddəti məsələn, dərsin müddəti ilə tənəffüsün 

müddətini müqayisə etməyi, nəticə çıxarmağı öyrətmək lazımdır.  

I  sinifdən  başlayaraq  şagirdlər  təqvimlə  də  tanış  olurlar.  Dərs  ilinin  axırına  yaxın  uşaqlar  dəqiqə 

haqqında təsəvvürlərə də malik olurlar. Onlar bir dəqiqədə oxuduqları sözlərin sayını hesablayırlar.  

II  sinifdə  əsas  məqsəd  I  sinifdə  şagirdlərin  qazandıqları  bilikləri  möhkəmləndirmək  və 

genişləndirməkdən ibarətdir. II sinifdə şagirdlərin il, ay, həftə , gün, saat, dəqiqə haqqında məlumat almaları, 

bilik  dairələrini  genişləndirmələri  ön  plana  çəkilmişdir.  Dərslikdə  buna  aid  kifayət  qədətr  çalışmalar 

verilmişdir.  

Beləliklə  II  sinifdə  öyrədilən  vaxt  ölçülər  sonrakı  dərslərdə  şifahi  sorğu  zamanı  təkrar  etdirilir.  III 

sinifdə  bu  biliklər  bir  qədər  də  genişləndirilir.  Şagirdlərə  saniyə,  rüb,  əsr  və  qərinə  haqda  məlumat  verilir. 

Saniyə  ölşəndə  əqrəbin  hansı  sürətlə  hərəkət  etməsi  nümayiş  etdirilir.  Bu  dərsdə  şagirdlər  öz  dəftərlərində 

vaxt ölçü vahidləri cədvəlini yazmalı , onu yadda saxlamlıdırlar. 1 sutkada 24 saat, 1 saatda 60 dəqiqə var. 1 

dəqiqə 60 saniyəyə bərabərdir. Bundan sonra müəllimşagirdlərə öyrətməlidir ki, saniyə, dəqiqə, saat sözləri 

ədədlərin  yanına  nöqtəsiz  yazılır.  Zaman  ölçülərinin  tədrisi  mövzusunun  sonrakı  mərhələsində  əsr,  rüb, 

qərinə haqqınada məlumat verilir.  

             



 

MONĠTORĠNQ VƏ QĠYMƏTLƏNDĠRMƏNĠN  TƏHSĠLĠN KEYFĠYYƏTĠNƏ TƏSĠRĠ 

 

Məmmədova L.T.  

Lənkəran Dövlət Universiteti

 

  



Dövlətin,  cəmiyyətin  və  təhsilalanların  təhsil  sisteminə  sosial  tələbi  keyfiyyətli  təhsildir.  Təhsil 

sahəsində  aparılan  bütün  islahatların  məqsədi  məhz  onun  keyfiyyətinin  yüksəldilməsinənail  olmaqdır. 

Keyfiyyətli  təhsil  nədir?  Onu  hansı  yollarla  müəyyən  etmək  olar?  Təhsilin  keyfiyyətini  necə  idarə  etmək 

olar? 


İstənilən sahədə keyfiyyət anlayışı müəyyən olunmuş standartlara uyğunluğu ifadə edir. Obyektin və 

ya  sistemin  halını  xarakterizə  edən  parametrlər  standarta  nə  qədər  yaxındırsa,  keyfiyyət  də  bir  o  qədər 

yüksək hesab olunur. Təhsildə də belədir. Təhsilin keyfiyyəti əldə olunan nəticələrin əvvəlcədən müəyyən 

olunmuş meyarlara (standartlara) nisbəti ilə müəyyən olunur. Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində 

əsas  göstərici  şagirdin  təlim  nəticələridir  və  bu  nəticələrin  obyektiv  qiymətləndirilməsi  keyfiyyəti  üzə 

çıxaran etibarlı mənbə hesab olunur. 

Təhsildə  keyfiyyətin  müəyyən  olunması  şagird  nailiyyətlərinin  obyektiv  qiymətləndirilməsi  ilə 

şərtlənir. Lakin şagirdin təlim nəticələri təhsil sahəsində baş verən bütün fəaliyyətlərin yekun nəticəsi kimi 

ortaya  çıxdığından  şagirdin  təlim  nəticələrindən  çıxış  edərək  müəllimin  tədris  fəaliyyəti,  təhsil 

müəssisələrinin,  təhsili  idarəetmə  strukturlarının  və  bütövlükdə  ölkənin  təhsil  sisteminin  fəaliyyətini  də 

qiymətləndirmək  mümkündür.  Eyni  zamanda,  keyfiyyətin  faktiki  vəziyyətini  müəyyənləşdirməklə 

kifayətlənməyib onun yaxşılaşması və idarə olunması problemini də həll etmək olar.  

Qiymətləndirmə  ölçülən  parametrin  qiymətinin,  obyektin  və  ya  sistemin  halının  qəbul  olunmuş 

standarta  nisbətdə  müəyyən  olunmasıdır.  Bu  prosedur  ölçmə  nəticəsinin  standarta  yaxınlıq  dərəcəsini 

kəmiyyət  göstəricisinə  çevirməyə  imkan  verən  qiymətləndirmə  şkalasının  olmasını  tələb  edir.Bu  cür 

müəyyən olunan qiymətləndirmə faktiki vəziyyətin qiymətləndirilməsidir. O, standartlara əsaslansa da, bəzi 

hallarda reallığı əks etdirməyə də bilər. Belə ki, insanın qan təzyiqi və nəbzinin tezliyi keçirdiyi hissdən asılı 

olaraq, qanın tərkibi qidalanma ilə əlaqədar dəyişə bilər. Şagirdin yoxlama suallarına verdiyi cavablara da 

bəzən onun bilik və bacarığından əlavə kənar amillər təsir edə bilər (sağlamlıq vəziyyəti, keçirdiyi hisslər və 

s.).  Digər  tərəfdən,  faktiki  vəziyyətin  qiymətləndirilməsi  statik  xarakter  daşıyır  və  nəticələr 

qiymətləndirmənin aparıldığı zamandakı vəziyyəti əks etdirir. Zaman keçdikcə obyektin və ya sistemin halını 

xarakterizə edən parametrlər dəyişir. Əgər fasiləsiz olaraq sistemli şəkildə belə qiymətləndirmələr aparılsa, 

müəyyən  dövr  ərzində  parametrin  qiymətini  və  vəziyyətin  dəyişmə  dinamikasını  müəyyən  etmək  olar.  Bu 

proses monitorinq adlanır. 

Monitorinq  parametrin  qiymətinin,  obyekt  və  ya  sistemin  halının  (keyfiyyət  göstəricisinin)  dəyişmə 

xüsusiyyətlərinin,  bu  dəyişmələrin  səbəblərini,  onlara  təsir  etmək  yollarını  müəyyən  etməyə  imkan  verir. 

Monitorinq  baş  verən  dəyişikliklərin  xüsusiyyətlərini  öyrənmək  və  müvafiq  qərarların  qəbul  edilməsi 

məqsədi ilə vəziyyət haqqında informasiyanın fasiləsiz və sistemli şəkildə yığılması və təhlili prosesidir.  




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə