Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə250/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   246   247   248   249   250   251   252   253   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

475


 

 

Pedaqoji  texnikanın  tərkib  hissələrindən  biri  müəllimin  özünün  və  şagirdlərin  diqqətini  idarə  etmək 



bacanğıdır.  Müəllim  müxtəlif  uşaq  qrupları  ilə  işləyir,  uşaqlar  xeyli  tədris  əməliyyatı  yerinə  yetirirlər  ki, 

bütün bunlar müəllimin diqqətindən kənarda qala bilməz. 

Müəllim  üçün  çox  vacib  olan  keyfıyyətlərdən  biri  də  şagirdin  zahiri  davranışına  görə  onun  daxili 

vəziyyətini  müəyyənləşdirmək  bacarığıdır.  Pedaqoji priyomlaрı  seçən  zaman  bunu  nəzərə almamaq  olmaz. 

Şagirdin  həqiqi  psixoloji  vəziyyətini  hər  zaman  nəzərə  almaq  pedaqoji  məharətin  əsasını  təşkil  edir  və 

pedaqoji fəaliyyətdə mühüm yer tutur. 

Pedaqоji  hərəkətlərdə  temp  hissi  pedaqoji  texnikanın  tərkib  hissəsidir.  Müəllimlərin  bir  çox 

səhvlərinin  səbəblərindən  biri  budur  ki,  onlar  tədris  əməliyyatlarının  tempini  gözləmir,  məsələlərin  həllini 

pedaqoji cəhətdən düzgün ölçüb-biçmirlər. Bəzən müəllimlər tələsir, bəzən də gecikirlər, bu isə hər hansı bir 

halda pedaqoji təsirin səmərəsini aşağı salır. 

Müəllim-pedaqoq  öz  səs  tonunu  məqamına  görə  özü  idarə  etməyi  öyrənməli,  pauzanı,  duruşu, 

mimikanı, jestləri yerinə görə düzgün işlətməyi bacarmalıdır. A.S.Makarenko yazır: "Mən "Bura gəl" sözünü 

15-20  çalarda  deməyi  öyrənəndən  sonra,  üzümün  quruluşunda,  səsimin  qoyuluşunda  20  incəliyi  biləndən 

sonra pedaqoq oldum". Müəllim təkcə proqram materialını yaхşı tədris edən şəхs olmaqla məhdudlaşmır, o 

həm  də  şagirdlərin  tərbiyəçisi  funksiyasını  yerinə  yetirməlidir.  Istər  şagirdlər,  istərsə  də  şagirdlər  taktsız 

müəllimə ürək qızdırmır, öz qayğılarını onlarla bölüşmürlər. Pedaqojt taktı pedaqoqların bir qismi müəllimin 

şagirdlərə təsir göstərən fitri qabiliyyəti; başqa qismi müəllimin ümumi mədəniyyətinin tərkib hissəsi; digər 

qismi  öz  fənnini  və  onun  şərhi  metodikasını  yaхşı  bilmək  kimi  aydınlaşdırır.  Bu  fikirlərin  hər  birində 

müəyyən həqiqət vardır. 

Pedaqoji  takt  müəllimin  peşə  keyfiyyəti,    pedaqoji  ustalığın  tərkib  hissəsidir.  O,  pedaqoji  təhsil  və 

pedaqoji təcrübə ilə qazanılır. 

Pedaqoji  takt  olmadan  şagirdlərlə  qarşılıqlı  münasibətləri  düzgün  və  səmərəli  qurmaq  çətindir. 

Pedaqoji  ustalığın  mühüm  komponentlərindən  biri  də  pedaqoji  ünsiyyətdir.  Təlimin  və  fənlərarası  əlaqə 

probleminin  qarşısında  duran  vəzifələrin  müvəffəqiyyətlə  həyata  keçirilməsi  хeyli  dərəcədə  müəllimin 

şagirdlərlə  ünsiyyətinin  хarakterindən  asılıdır.  Prof.  M.Ə.  Həmzəyev  yazır:  «Pedaqoji  ünsiyyət  müəllimin 

şagirdlərlə  təlim  və  tərbiyə  prosesində  həyata  keçirdiyi  peşə  ünsiyyətidir.  Bu  cür  ünsiyyət  şəхsiyyətin 

formalaşması üçün şərait yaradılmasına yönəlmiş olur, kollektivdəki sosial-psiхoloji prosesləri idarə etməyə 

və  səmərəli  psiхoloji  iqlim  yaratmağa  imkan  verir.  Ona  görə  də  hər  bir  müəllimin  pedaqoji  ünsiyyətin 

mahiyyəti, onun sosial-psiхoloji meхanizmləri ilə dərindən tanış olması və şagirdlərlə birgə fəaliyyəti zamanı 

ondan lazımi şəkildə istifadə etməsi zəruridir.  

Nəticədə o, bir yandan təlimin səmərəliliyini yüksəldir, digər tərəfdən öz pedaqoji ustalığını artırır.  

 

 



UġAQLARIN PEġƏ SEÇĠMĠNDƏ AĠLƏNĠN ROLU 

 

Salmanova B.  

Naxçıvan Dövlət Universiteti 

 

Peşə seçimi insanın həyatında aldığı ən vacib qərarlardan biridir. Hər bir insanın öz gələcək həyatını 

bu həyatdakı məqsədini müəyyənləşdirməsində peşə seçimi mühüm rol oynayır. 

Uşaqların  peşə seçimində ailənin rolu böyükdür. Bir çox valideyn uşaq doğulduğu andan ona bir peşə 

seçir və ona uyğun böyütməyə başlayırlar. Halbuki uşaq doğularkən özü ilə gətirdiyi  (xüsusiyyətlər) vardır. 

Amma  bu  çox  vaxt  nəzərə  alınmır.  ―Kitabi  –Dədə  Qorqud‖  dastanında  belə  uşağa  ad  doğulanda 

qoyulmazmış, göstərdiyi hünərinə və  əməlinə görə ad verilərmiş. Buda onu göstərir ki, uşaqlar  seçimlərini 

öz düşüncələrinə görə müəyyən etməlidirlər. 

Valideynlərin uşaqları üzərində xəyal qurmaları normaldır, amma bu xəyalları zorla uşaqlar üzərində 

tətbiq  etmələri  yanlışdır.  Bəzən  valideynlər  özləri  olmaq  istədikləri  amma  ola  bilmədikləri  peşəni  

övladlarının yiyələnməsini istəyirlər. Və nəticədə zorla seçilən peşə uşağı ömür boyu bədbəxt edir. Uğurun 

yalnızca yüksək balla yaxşı bir universitetdə təhsil almaq və yüksək gəlirli bir iş əldə etmək olmadığını başa 

salmaq lazımdır. Və eyni zamanda peşənin təkcə pul qazanmaq, dolanışıq əldə etmək üçün yox özünü ifadə 

etmək,  özünü  doğrultmaq  üçün  seçildiyini  aşılamaq  lazımdır.  Hər  birimiz  ilk  peşə  seçimini  ətrafdakı 

insanlara  baxaraq  seçirik.  Kimsə  hər  hansı bir  peşədə  qabiliyyətli  olursa,  uğur qazanırsa,  bizimdə  ağlımıza 

gələn  o  peşəni  seçmək  olur.  Valideynlər  bu  barədə  yaxşı  düşünməli  düzgün  qərar  verməlidirlər,  daha 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

476


 

 

doğrusu seçimi uşağa buraxmalıdırlar. Onlar uşağa bu barədə yalnız kömək edə bilərlər, onların yerinə qərar 



verə bilməzlər. Valideynlər aşağıdakıları nəzərə alaraq daha düzgün davrana bilərlər. 

1.

 



Uşaqların davranışlarını nəzarətdə saxlamaq; 

2.

 



Maraqlandıqları sahələri tanımağa çalışmaq; 

3.

 



Mənəvi dəstək olmaq; 

4.

 



Əldə etdiyi nailiyyətləri tərifləmək; 

5.

 



İstəmədiyi və seçmədiyi şeylərə məcbur etməmək; 

6.

 



Yaradıcı fəaliyyətlərdə yer almasına şərait yaratmaq və s. 

Uşaqların  davranışlarını  nəzarətdə  saxlamaq,maraqlandıqları  şeylər  haqqında  onları  düzgün 

məlumatlandırmaq 

və 


maraqlarını 

qiymətləndirməkdir. 

Ailədə 

uşaqların 



peşə 

seçməyə 


istiqamətləndirilməsində onların məişət və texniki əmək işlərinə cəlb olunmaları əsas yer tutur. Uşaqlar kiçik 

yaşlarından  əməklə  məşğul  olmalıdırlar  və  bunun  nəticəsində  onlarda  əmək  vərdişləri  formalaşır.  Buda 

onların işlək həyatında və gələcək fəaliyyətində, peşə-ixtisas seçimlərinin reallaşmasında əsaslı rol oynayır. 

Zəka  və  qabiliyyət  haqqında  etdiyi  tədqiqatları  ilə  tanınan  elm  adamı  Robert  Sternberg  ―Akademik 

zəkalar  asan, amma  yaradıcılıq isə  nadir tapılır‖.  Həqiqətən də insan  qabiliyyətli  olduğu  sahədə  gözəl  işlər 

görə bilər. Və insanında hansı sahədə qabiliyyətli olduğunu ən yaxşı özü seçə bilər. Çox vaxt belə bir hadisə 

ilə rastlaşırıq. Valideynin təkidi ilə,  yaxud da hər hansı səbəbdən sevdiyi peşəni seçə bilməyən uşaqlara öz 

ixtisası  haqqında  sual  verdikdə  belə  bir  cavab  alırıq.  Mən  bu  peşəni  sevmirəm  və  bu  ixtisas  üzrə 

işləməyəcəm.  Bu  həqiqətən  çox  pis  haldır.  Bəyənmədiyin,  sevmədiyin  işi  yerinə  yetirmək  çox  çətin  və 

maraqsız olur, adam işdən yorulur, bezir, işin nə vaxt qurtaracağını səbirsizliklə gözləyir. 

Bu  gün  ölkəmizdə  gənclərimizin  azad  seçim  etmək  imkanı  az  olduğuna    görə  qeyri-ixtisas  peşə 

sahiblərinin sayı artıb. Əgər işimizdə professional olmaq istəyiriksə, öz maraq  və qabiliyyətlərimizə uyğun 

olan  peşəni  seçməliyik.  Üzərinə  düşən  işi  layiqincə  yerinə  yetirmək  insanın  əsas  vəzifəsidir.  İşini  yaxşı 

bilmək,  onu  yerinə  yetirməyin  yarısına  bərabərdir.  Bu  fikri  dahi    yazıçımız  Nizami  Gəncəvinin  ―Oğlum 

Məhəmmədə nəsihət‖ şeirindən  belə bir hissə ilə tamamlayaq: 

                         Bir elm öyrənmək istədikdə sən  

                         Çalış ki, hər şeyi kamil biləsən. 

                         Kamil bir palançı olsa da insan,  

                         Yaxşıdır yarımçıq papaqçılıqdan. 

                         Məndən söyləməkdir səndən eşitmək, 

                         Bir insan əliboş gəzməsin gərək. 

Bütün  bu  qeyd  etdiklərimizdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  əmək  vərdişlərinin  aşılanmasında 

ailənin rolu böyükdür. Həmçinin ailə, uşaqların təlim–təhsil almasına və hər hansı bir peşəyə yiyələnməsinə 

böyük təsir təsir göstərir. 

 

 

SAĞLAMLIQ ĠMKANLARI MƏHDUD UġAQLARIN SOSIAL-PSĠXOLOJĠ ADAPTASĠYASI  



 

Səlimova A.Z. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 

 

Sağlamlıq  imkanları  məhdud  olan  uşaqların  inklüziv  təhsilə  cəlb  olunma  prosesində  rastlaşdığı  ən 



böyük  problemlərdən  biri    məhz  onların  sosial-psixoloji  adaptasiyasıdır.    Müasir  dövrdə  dünyanın  inkişaf 

etmiş və inkişaf etməkdə olan dövlətlərini düşündürən mühüm məsələlərdən birini xüsusi qayğıya ehtiyacı 

olan  uşaqların  təlim  şəraitinə  adaptasiyası  təşkil  edir.  İnklüziv  təhsilə  cəlb  olunan  uşaqlar  əgər  sinif 

yoldaşlarına,  təhsil  alacağı  mühitə  adaptasiya  olmazsa,  sağlam  sosial-psixoloji  sfera  yaranmazsa,  o  zaman 

təlim zamanı uğurlu nəticə əldə edilə bilməz.   

Adaptasiya  psixologiya və pedaqogika elmində vacib  anlayışlardan biri hesab olunur. İnsanların ətraf 

mühitə,  cəmiyyətə,  yaşadığı  həyat  şəraitinə  uyğunlaşması  və  uyğunlaşma  bacarığı  onun  sonrakı  həyat 

fəaliyyətinə də təsir edir. Uşaqların həyatında adaptasiya mühüm əhəmiyyət daşıyır. Bu proses  isə uşaqlarda  

əqli  intellektual  keyfiyyətlərin    səmərəliliyinə,  həmçinin,  onların  emosional-iradi  inkişaflarına  da  təsir 

göstərir.  (1,  57  s)  Xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqları  heç  bir  şərt  qoymadan  adi  məktəbəqədər  təhsil 

müəssisələrinə,  məktəblərə  cəlb  etmək  lazımdır.  Bəzi  hallarda  sağlamlıq  imkanları  məhdud  uşaqlar  öz 

həmyaşıdları  ilə  ünsiyyət  qurmaqda  çətinlik  çəkir,  onlardan  uzaqlaşırlar.  Hətta  sinif  yoldaşları  həmin 

uşaqlara gülür, istehza edir və nəticədə kollektivin təsiri nəticəsində həmin uşaqlarda özünə inam hissi itir, 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə