Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə247/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   243   244   245   246   247   248   249   250   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

469


 

 

gənclərə  sağlam  həyat  tərzi,  düzgün  yaşam  fəlsəfəsi  təbliğ  olunmalı,  milli-mənəvi  və  bəşəri  dəyərlərə 



sadiqlik  prinsipi  önə  çəkilməlidir.  Gənc  nəslin  tərbiyəsində  bədii  ədəbiyyatın,  mədəniyyətin,  incəsənətin, 

folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu vardır. Eyni zamanda 

vətəndaşlarda  dövlətçilik  təfəkkürünün,  millətə,  Vətənə  bağlılıq  hisslərinin  gücləndirilməsi  baxımından 

dövlət  atributlarına–  Azərbaycanın  bayrağına,  himninə,  gerbinə  ehtiram  və  hörmətin  vacibliyi  təbliğ 

edilməlidir. 

Ümummili  lider  belə  təsvir  etmişdir:  ‖Gənclərin  ləyaqətli  vətəndaş  kimi  yetişməsi  ucun  onlar 

hərtərəfli  biliyə,  milli  keyfiyyətlərə  malik  olmalıdrlar.  Ana  dili,  mədəniyyəti,  mənəvi  dəyərləri  ilə  tərbiyə 

olunmuş  gənclər  hec  vaxt  vətəninə,  xalqına  ögey  münasibət  bəsləməz.  Gənclərimiz  milli  ruhda  tərbiyə 

olunmalı,  bizim  milli  mənəvi  dəyərlərimizin  əsasında  tərbiyələnməlidirlər.  Gənclərimiz  bizim  tariximizi 

yaxşı bilməlidir, kecmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir‖. 

Milli  dəyərlərin,  milli  adət-ənənələrin  zəruriliyi  mərhum  Heydər  Əliyevin  məruzə  və  çıxışlarında  həmişə 

qururla  söylənilirdi.  Heydər  Əliyev  göstərirdi  ki,  milli  mənəvi  dəyərlər  xalqın  mənəvi  sərvəti,  mənəvi 

xəzinəsidir,  bu  sərvətə,  xəzinəyə  biganə  olmaq  cinayətdir.  Son  illərdə  xalqımızın  milli  adət  ənənələrinə 

biganəlik halları haqlı olaraq xalqın, xüsusilə ziyalıların etirazına səbəb olmuşdur. Bu etiraz və narazılıqlar 

haqqında  mətbuatda  cıxışlar  milli-mənəvi  dəyərləri  qorumaq  çağırışına  çevrildiyi  bir  vaxtda  mərhum 

prezident,  ümummilli  liderimiz  Heydər  Əliyev  bir  sıra  məqamlara  aydınlıq  gətirmiş,  görüləcək  işlərin 

perspektivini  müəyyənləşdirmişdi:  ―Fürsətdən  istifadə  edərək,  bir-iki  məsələyə  toxunmaq  istəyirəm.  O  da 

ondan  ibarətdir  ki,  biz  öz  dəyərlərimizi,  adət-ənənələrimizi,  əxlaqi  dəyərlərimizi  bütün  istiqamətlərdə 

qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu sınaqlardan kecmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda 

tərbiyələndirməliyik.  Hər  xalqın  öz  mentaliteti  var.  Bizim  Azərbaycan  xalqının  mentaliteti  onun  böyük 

sərvətidir.  Hec  vaxt  iki  xalq  bir-birinə  bənzəməz.  Hec  vaxt  iki  xalq  bir-birinə  bənzər  dəyərlərə  malik  ola 

bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli, mənəvi 

dəyərlərinə  bağlılığı  böyük  amildir.  Biz  də  indi  dünyanın  mütərəqqi  mənəvi  dəyərlərindən  istifadə  edərək, 

xalqımızın  mədəni  səviyyəsini  daha  da  inkişaf  etdirərək,  gənc  nəsli  daha  da  sağlam  əhval-ruhiyyədə 

tərbiyələndirməliyik‖ 

Milli  mənəvi  dəyərlər  əlbətt  çox  geniş  məvfumdur.  Lakin  burada  birinci  növbədə  torpaq,  dil,  ocaq, 

əcdad, övlad və qadınla bağlı şərəf, ləyaqət və namus ənənələrini nəzərdə tutmaq lazımdır. Müasir Avropada 

və  Amerikada  bir  sıra  xalqların  milli  faciə,  qlobal  fəlakət  kimi  yaşadığı  muasir  əxlaqi  demoqrafik  bəlalara 

(ailə-nikah-nəsil bohranı, alkoqol-narkoman-nihilizm sərxoşluğu ilə bağlı ifratlara) qarşı ən yaxşı sipər təbii-

insani,  milli  tarixi  sərvətləri  müqəddəs  tutub  qorumaq,  gələcək  üçün  də  zədəsiz  saxlamaq  olmazdımı?! 

Təəssuf  ki,  belə  sərvətlərə  münasibətdə  də  həssaslığın  lazımi  səviyyədə  olmadığı  hallara  rast  gəlirik. 

Mustəqil  Azərbaycan  dövlətinin  mədəniyyət  siyasətinin  həyata  kecirilməsində  əsas  cətinliklərdən  biri  də 

qloballaşmadır.  Müstəqilliyə  qədəm  qoymuş  gənc  bir  dövlət  üçün  qloballaşma  adı  altında  milli-mənəvi 

dəyərlərinin sıxışdırılması, onun məhvinə gətirib çıxara bilər. Qloballaşma beynəlxalq aləmdə labüd olan bir 

proses  kimi  həyatımızdan  yan  keçə  bilməz.  Bir  şərtlə  ki,  bu  prosesdən  ümumi  inkişafımız  üçün  səmərəli 

istifadə  edə  bilək.  Azərbaycan  dünyada  multikultiralizm  dəyərlərinin  nümunəsi  kimi,  etnik,  dini,  sosial 

mənsubiyyətindən  asılı  olmayaraq  bütün  vətəndaşların  bərabər,  həmrəy  və  qarşılıqlı  dostluq  şəraitində 

yaşadığı unikal ölkələrdəndir. Bu bəşəri dəyər olmamışdan əvvəl bizim milli dəyərimiz olub- lap qədimdən 

bu  ənənə  yaşadılıb  bu  günlərə  kimi  davam  etdirilir.  Hazırda  isə  bu  həm  dövlət  siyasəti,  həm  də  ictimai 

münasibətlər sistemi kimi inkişaf etdirilir. 



 

 

KĠÇĠKYAÇLI ġAGĠRDLƏRĠN ĠDRAK QABĠLĠYYƏTLƏRĠNĠN ĠKĠġAF  

ETDĠRĠLMƏSĠNDƏ ĠNTEQRASĠYANIN ROLU  

 

Rəisli Ü.H. 

Mingəçevir Dövlət Universiteti 

 

Cəmiyyətdə  və  təbiətdə  bizi  əhatə  edən  hər  yerdə  inteqrasiya  mövcuddur.  Bütün  elmlər  mənbəyini 

məkan, zaman, canlı və cansız varlıqların vəhdəti olan dünyadan alır və inkişaf edir. İbtidai təlim dövrü uşaq 

həyatının çox əhəmiyyətli mərhələlərindən biridir. Bu zaman onun təbii imkanlarının üzə çıxması üçün hər 

cür  şərait  yaratmaq  mümkündür.  Şagirdlərdə  müxtəlif  bacarıq  və  qabiliyyətlərin  vaxtında  üzə  çıxarılması, 

möhkəmləndirilməsi,  materialın  şüurlu  surətdə  mənimsədilməsi,  onların  idrak  qabiliyyətlərinin  inkişaf 

etdirilməsi üçün təlimin inteqrasiyası vacibdir.  



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

470


 

 

―İnteqrasiya‖  termini  XX  əsrin  sonundan  daha  fəal  istifadə  olunmağa  başlasa  da,  onun  ifadə  etdiyi 



mahiyyət  və  məzmun  həyat  yarandığı  gündən  mövcud  olmuş,  onun  varlığını  təşkil  etmişdir.  İnteqrativlik 

şagirdlərə  ətraf  aləmin  dərk  edilməsinə  yaradıcı  idraki  münasibət  bəsləyən  subyektlər  kimi  yanaşılmasına 

imkan  yaradır.  Bu,  o  zaman  mümkün  olur  ki,  təhsil  pillələrində  öyrənilən  fənlər  və  onların  əhatə  etdiyi 

mövzular  ayrı-ayrı  deyil,  əlaqəli,  inteqrativ  şəkildə  tədris  olunur.  Digər  bir  tərəfdən  inteqrativ  kurikulum 

şagirdlərin dərsliklərdə verilən materiallara yaradıcı yanaşmasına kömək edir. 

 

 



          

Mövzular 

  

Fənnin 

adı 

 

Mən və 

vətənim 

 

Azərbayca

n mənim     

 vətənimdir 

 

 

Vətənimin dünəni və bu 

günü 

 

 

Biz və 

dünya 

 

Ana dili 

Mənim     

 vətənim 

Azərbaycan      

       şeri 

Tarixi məzmun daşıyan    

bayatılar 

Dünyada yaşayan 

məşhur azərbaycnlılar 

Təcrübə  göstərir  ki,  tədris  prosesində  fəndaxili  və  fənlərarası  inteqrasiyanın  təmin  edilməsi  bilik  və 

bacarıqların  şagirdlər  tərəfindən  daha  asan  mənimsənilməsi,  dərslərin  maraqlı  və  məzmunlu  qurulması, 

uşaqlarda tədqiqatçılıq meyillərinin yaranması üçün vacib şərtdir. Fəndaxili inteqrasiya müəyyən bir fənnin 

aşıladığı  anlayış,  bilik  və  bacarıqların  əlaqələndirilməsi,  fənn  daxilində  səpələnmiş  faktların 

sistemləşdirilməsidir.  İbtidai  təhsil  pilləsi  fənlərinin  tədrisində  geniş  şəkildə  istifadə  olunan  fəndaxili 

inteqrasiya  üçün  konsentrik  prinsipə  əsaslanan  spiralvari  quruluş  daha  xarakterikdir.  Bu  cür  inteqrasiya 

prosesində dəyərlərin dərk olunması xüsusidən ümumiyə və yaxud ümumidən xüsusiyə doğru ola bilər.  

 

Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla, bir fənnə 



aid anlayışların və metodların digər bir fənnin tədrisində istifadəsini nəzərdə tutur. Belə inteqrasiya müxtəlif 

fənlər  arasında  məntiqi  əlaqələrin  qurulmasına  xidmət  edir.  Bu  proses  eyni  bir  bacarığın  ayrı-ayrı  fənlər 

vasitəsilə  daha  da  təkmilləşdirilməsini  təmin  etməklə  təlim  prosesinin  səmərəliliyinin  artırılmasına  şərait 

yaradır.  Fənlərarası  və  fəndaxili  münasibətlərin,  sadəcə,  əlaqə  deyil,  inteqrasiya  xarakteri  daşıması  bu 

münasibətlərin daha sıx və möhkəm olmasına, onun bütöv bir prosesə çevrilməsinə şərait yaradır. Müəllimlər 

pedaqoji prosesdə ondan daha səmərəli qaydada istifadə etmək imkanı qazanırlar.  



Ġnteqrativ təlim planını necə tərtib etməli?  

Ana dili, təsviri incəsənət, həyat bilgisi və ya texnologiya  fənnləri üzrə illik təqvim tərtib etmək üçün 

mövcud  kurrikilimlar,  dərsliklər  və  qiymətləndirmə  materialları    diqqətlə  araşdırılır.  Bu  fənlərin  tədrisinin 

eyni əsasda təşkilinə nail olmaq üçün vahid prinsip müəyyənləşdirilir. Sonra illik planlar yoxlanılır. Sonda, 

tədris vahidlərinin  inteqrasya edilməsi üçün ən optimal imkanlardan istifadə edib, təqvim üzrə təlim vaxtının 

uyğunlaşdırılması  yolu  ilə  və  ya  müvafiq  tədris  vahidlərinin  bir  inteqrativ  vahid  kimi  tərtibi  yolu  ilə   

fənlrarası  inteqrasiyanın təşkilinə  nail  olunur.  İnteqrasiya  nəticəsində  tədris  materialının  yığcamlılığı  təmin 

edilir, təkrara yer verilmir, şagirdlər artıq yüklənmir və tədris vaxtına qənaət edilir. Onlar az vaxt içərisində 



                               

Mövzular                  

Fənlərin  adı 

      

Mən və vətənim 

 

Azərbaycan 

mənim 

vətənimdir 

 

Vətənimin 

dünəni və bu 

günü 

 

Biz və dünya 

 

Ana dili 

 

Mənim vətənim 



―Azərbaycan‖ şeri 

Tarixi məzmun 

daşıyan bayatılar 

Dünyada yaşayan 

məşhur 

azərbaycanlılar 



Həyat bilgisi 

Mən kiməm?-

doğulduğum yer, irqim, 

dilim,dinim, milliyətim 

Azərbaycanın 

dövlət rəmzləri 

Azərbaycanın 

tarixi 


Azərbaycan 

çoxmillətli diyardır 



Təsviti 

incəsənət 

 

Bayraq şəklinin 



çəkilməsi 

 

Azərbaycan 



herbinin 

eskizlərinin 

çəkilməsi 

 

Musiqi 

 

Azərbaycan 



himninin 

öyrənilməsi 

 

Azərbaycan 



himninin xorda 

ifası 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə