Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə245/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   241   242   243   244   245   246   247   248   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

467


 

 

olacaqdır. Biz əminik ki, fəal (interaktiv) təlimin hər bir müəllim tərəfindən istifadəsi uşaqların dərs zamanı 



idrak fəallığını və əməkdaşlıq həvəsini artıracaq. 

                                                      



    

MÜƏLLĠMĠN SĠNĠF RƏHBƏRĠ KĠMĠ FƏALĠYYƏTĠNDƏ YARANAN PROBLEMLƏR 

 

Musayev B.E. 

Mingəçevir Dövlət Universiteti 

 

Xalqımızın  gələcəyi  indiki  dövrdə  məktəbdə  təhsil  alan  şagirdlərdən  asılıdır.  Onlar  necə 

formalaşırlarsa,  xalqımıza  o  cür  təsir  edəcəklər.  Yaşadığımız  cəmiyyətdə  yüksək  inkişafla  bərabər, 

xoşagəlməz halların, mənfiliklərin şahidləriyik. Məhz belə vəziyyətlər hələ inkişafda olan şagirdləri daha tez 

cəlb edir. Gələcəyimiz saydığımız bu şagirdləri belə hallardan uzaqlaşdırmaq, onları qorumaq valideynlərlə 

bərabər  biz  müəllimlərin  üzərinə  düşür.  Məktəbdə  şagirdin  hərtərəfli  formalaşması  işi  hər  bir  müəllimlə 

bərabər ən əsas sinif rəhbərindən böyük məsuliyyət tələb edir. Müasir  təhsildə yaranan problemlərdən biri 

də  müəllimin  sinif  rəhbəri  kimi  fəaliyyətində  yaranan  problemlərdir.  Pedaqoji  fəaliyyətdə  müəllimlərin  bir 

çoxu  sinif  rəhbəri  vəzifəsini  yerinə  yetirirlər.  Müasir  məktəblinin  formalaşma  prosesi  sinif  rəhbərlərinin 

gözləri  qarşısında  baş  verir.  Sinif  rəhbərinin  pedaqoj  işinin  məzmunu  çoxcəhətlidir.  Azərbaycan 

Respublikasının  ümumtəhsil  məktəblərinin  nümunəvi  əsasnaməsi,  orta  ümumtəhsil  məktəblərinin 

nizamnaməsində  sinif  rəhbərlərinin  vəzifələri  konkret  müddəalar  şəklində  verilmişdir.  Sinif  rəhbərinin 

vəzifəsinin  düzgün  yerinə  yetirilməsində  böyük  təcrübə  tələb  olunur.  Problemli    məsələlərdən  biri  sinif 

kollektivinin  düzgün  təşkilidir.  Hər  bir  sinif  rəhbəri  rəhbərlik  etdiyi  sinifdə  mütəşəkkil  kollektiv  təşkil 

etməyə  xüsusi  diqqət  yetirməlidir.  Sinif  rəhbəri  şagird  kollektivini  təşkil  edərək  şagirdlərin  vəzifələrini, 

şagirdlər  üçün  qaydaları,  əxlaqi  hərəkətləri  və  mədəni  davranış  qaydalarını  şagirdlərə  başa  salır  və  onlara 

aydın dərk etdirir. Azərbaycan Respublikası üçün əsl vətəndaşın yetişdirilməsi işində mehriban, mütəşəkkil 

və  səmimi  kollektiv  böyük  rol  oynayır.  Belə  kollektivdə  birləşən  şagirdlər  nəcib  əxlaqi  keyfiyyətlərə 

yiyələnir, bir-birinə kömək edir, qayğı göstərir, onlarda müstəqillik, təşəbbüskarlıq inkişaf edir. Şagirdlərdə 

dostluq,  yoldaşlıq  münasibəti  möhkəmlənir,  vətənpərvərlik,  milli  ləyaqət,  milli  şüur,  böyüklərə  hörmət  və 

qayğı, düşmənə nifrət, milli iftixar hissi və s. keyfiyyətlər formalaşır. Şagirdlər bir-birilə hər gün ünsiyyətdə 

olur, bir-birinin sevinc və kədərindən xəbər tutur, bir-birilərinə qayğı ilə yanaşırlar. Sinif rəhbəri şagirdlərini 

ətraflı öyrənib kimin nə kimi qabiliyyətə sahib olduğunu dəqiqləşdirəndən sonra fəallarla iş aparır. Fəallar 

işin  gedişində  sinif  rəhbərinin  yaxın  köməkçilərinə  çevrilirlər.  Digər  problemli  məsələlərdən  biri  sinif 

rəhbərinin  tərbiyə  işini  düzgün  qurmasıdır.  Sinif  rəhbərləri  uşaqlarla  tərbiyə  işi  aparır,  onların  davranış  və 

münasibətlərini  müşahidə  edir,  özlərini  necə  apardıqlarının  şahidi  olurlar.  Sinif  rəhbəri  tabeçiliyində  olan 

şagirdlərə mənəvi keyfiyyətləri, xarakter əlamətləri, bir-birilərinə, müəllimlərə, yaşlı nəslin nümayəndələrinə 

münasibətin  qurulması,  formalaşması,  təkmilləşməsi  üçün    müxtəlif  məzmunlu  tədbirlər  təşkil  etməli, 

şagirdləri yaradıcılıq, axtarıcılıq işlərinə cəlb etməli, şagirdlərin gündəlik ünsiyyət şəraitində, öz davranış və 

hərəkətləri,  adamlara  münasibətində  ciddi  təsir  etməlidir.  Sinif  rəhbəri  şagirdlərlə,  valideynlərlə,  rəhbər 

olduğu  sinifdə  müəllimlərlə  iş  aparmalıdır.  Sinif  rəhbəri  şagirdlərində  vətənpərvərlik,  möhkəm  əqidə,milli 

iftixar    hissi  tərbiyə  etməlidir.  O,  şagirdlərinə  yüksək  nikbin  nəzərlərlə  yanaşmalı,  onların  şəxsiyyətinə, 

sözünə  inanmalı,  hörmət  etməli,  onların  qarşısında  həm  də  ciddi  tələblər  qoymalıdır.  Şagirdlərinə  belə 

səmimi inam və tələb hər bir şagirdin ona öz qəlbini açmasına, ürək sözlərini deməsinə şərait yaradır. Sinif 

rəhbəri  bir  təşkilatçı  kimi  şagirdlərlə  müxtəlif  məzmunlu  iş  aparmaq  üçün  hər  bir  şagirdin  fərdi  psixoloji 

xüsusiyyətlərini    öyrənməyə  xüsusi  diqqət  yetirməlidir.  Sinif  rəhbəri  tərbiyə  etdiyi  şagirdləri  öyrənilməsi 

zəruri  olan  obyekt  kimi  baxmalı,  hər  bir  şagirdi  diqqətlə  öyrənməlidir.  Bunun  üçün  sinif  rəhbəri  müxtəlif 

metodlardan istifadə edə bilər. Bu metodlar sırasında birinci yerdə  pedaqoji müşahidə dayanır. Bu metodun 

köməyi ilə sinif rəhbəri şagirdlərin hərəkət və davranışını qeyd edir, müsbət və mənfi cəhətləri nəzərə alır. 

Müşahidə etmək hər bir şagirdin xarakterindəki tipik cəhətləri görmək, onun necə baş verməsi səbəblərini 

aşkar etmək deməkdir. Sinif rəhbəri şagirdləri daha ətraflı öyrənmək üçün ayrı-ayrı müəllimlərin dərslərində 

iştirak  etməli,  şagirdlərin  təlimə,  insanlara  münasibətlərini  araşdırmalıdır.  Şagirdləri  məktəbdən  kənarda, 

ictimai yerlərdə müşahidə etmək sinif rəhbərinə zəngin material verir. Sinif rəhbəri şagirdi öyrənmə metodu 

kimi  müsahibə  metodundan  istifadə  edə  bilər  Müsahibədə  məqsəd  şagirdlərlə  üzbəüz  oturaraq  zəruri 

psixoloji-pedaqoji  faktları,  hərəkətləri  təhlil  etmək  ,baş  vermiş  hər  hansı  müsbət  və  ya  mənfi  hadisələrin 

səbəblərini  aydınlaşdırmağa  çalışmaqdır.  Şagirdləri  öyrənməyin  bir  yolu  da  eksperimentdir.  Bu  metodda 

məqsəd şagirdlərin fakt və hadisələrə  münasibətlərini öyrənmək, onları sınaqdan keçirməkdir. Bu  metodla 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə