Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə248/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   244   245   246   247   248   249   250   251   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

471


 

 

çox,  həm  də  bir-biri  ilə  üzvi  əlaqədə  formalaşmış  biliklər  əldə  edirlər.  Bu  məqsədlə  uşaqları  inteqrativ 



biliklər  əldə  etməyə  hazırlayan  fənlərarası  əlaqəyə  geniş  yer  verilməlidir.  Bunun  təmin  edilməsi  üçün 

müəllim  bütün  fənlər  üzrə proqram  materiallarına  yaxşı  bələd  olmalı, fənlərarası  əlaqədən istifadə etməyin 

yollarını, onun metodikasını dərindən bilməlidir.  

 

 

ĠBTĠDAĠ  SĠNĠFLƏRDƏ YENĠ TƏLĠM TEXNOLOGIYALARININ TƏTBĠQĠ  

ƏHƏMĠYYƏTĠNƏ DAĠR 

 

Rəsulova Ə.N. 

Gəncə Dövlət Universiteti 

 

Yeni  təlim  texnalogiyaları  şagirdlərin  yaradıcılıq  qabiliyyətini  inkişaf  etdirməklə  bərabər,  onların 

bilik,  bacarıq  və  vərdişlərə  yiyələnməsinə  şərait  yaradır,  təlimin  keyfiyyət  göstəricilərinin  yüksəlməsini 

təmin edir. 

Şagirdlərdə elmin təməlini qoyan ibtidai sinif müəllimləri çətin, məsuliyyətli, həm də şərəfli bir vəzifə 

yerinə yetirməlidirlər. Bunu ulu öndərimiz H.Əliyevin sözləri ilə desək daha yaxşı olar. H.Əliyev demişdir: 

―Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər 

vətəndaşlar hazırlayırlar.‖ 

Təlimin keyfiyyətinin yüksəldilməsi ibtidai sinif müəllimi və onun apardığı işdən çox asılıdır. Təlim-

tərbiyə  işinin  əsasən  dərs  prosesində  həyata  kecirilir.  Şagirdlərdə  dərsdə  müəyyən  bilik,  bacarıq,  dəyər  və 

keyfiyyətlər formalaşdırılmalıdır, intellektual səviyyələri inkişaf etdirilməlidir. Onlara nəcib, milli dəyərlərə 

uyğun  əxlaqi  keyfiyyətlər  aşılanmalıdır.  Onlarda  öyrənmək,  müstəqil  çalışmaq,  öz  işinə  yaradıcılıqla 

yanaşmaq vərdişləri formalaşdırmalıdır.(1) 

Bəzən ibtidai sinif müəllimləri təlim zamanı ,çətinliklərlə qarşılaşırlar.məs: 

1)

 

Şagirdin dərs materialını dərk etməməsi; 



2)

 

Dərsin məqsəd və vəzifələri ilə şagirdin maraq və yaş səviyyəsinin uyğun gəlməməsi; 



3)

 

Şagirdlərin qazandıqları biliyi tətbiq edə bilməməsi; 



Bütün bunlar da dərsin səmərəliliyini aşağı salır. 

Bəs  müəllimlər  bu  çətinlikləri  aradan  qaldırmaq  üçün  hansı  üsullardan  istifadə  edirlər.  Müəllim 

məktəbdə təlim-tərbiyə işinin əsas təşkilatçısıdır. Müəllim öyrədir, yol göstərir, şagird ilə öyrənir. Bu zaman 

şagird-müəllim münasibətləri yaranır. 

Yeni təlim texnologiyalarından geniş istifadə bu günün tələbidir. 

Təhsil  Nazirliyinin  həyata  kecirdiyi  islahatın  əsas  məqsədi  tədris  prosesinin  yenidən  qurulması, 

müəllim-şagird  münasibətlərində  dəyişdirilmə,  təlimdə  İKT-nin  istifadəsi  və  onun  yeni  pedaqoji 

texnalogiyalarla uzlaşmasıdır. 

Çətinliklərin  həlli  yolu  Azərbaycan  Respublikasının  ümumi  təhsil  məktəblərinin  I-IV  sinifləri  ücün 

fənn kurikulumlarında öz əksini tapmışdır. 

İKT-nın təlimə gətirilməsindən sonra dərsin səmərəliliyi getdikçə artmağa başladı. Məs: Dərsdə əlavə 

materiallardan istifadə edilməsi ilə yanaşı, vaxtdan səmərəli istifadə köməkliyi görünür. 

Müasir  informasiya-kommunikasiya  dövründə  təhsilin  əsas  problemi  belə  bir  faktla  şərtlənir:elmin 

müxtəlif sahələrində toplanmış bilik kütləsi elə sürətlə artır ki, təlimin ənənəvi sxem və prinsipləri əsasında 

bunları  mənimsəmək  əslində  qeyri-mümkün  işə  çevrilir.  Məsələn:  Bu  sxem  aşağıdakı  şəkildə  ifadə  oluna 

bilər. 


Müəllim:     informasiyanı  ötürən    

 

 Şagird: informasiyanıqəbul edən 



 

Bu  ona  əsaslanır  ki,ənənəvi  təlim  metodunda  müəllim  yalnız  hazır  bilikləri  şərh  edir,  şagirdlər  isə 

bunları  hazır  şəkildə  mənimsəyirlər.  Sonra  bilikləri  yaddaşda  möhkəmləndirmək  üçün  şagirdlər  bunları 

nəzəri və praktik məsələlərin həlli prosesində tətbiq edirlər. Yəni şagird dərsi yalnız yadda saxlayır və özləri 

nəticə çıxartmırlar. Biliyi hazır şəkildə alırlar. Hazır biliklər isə təfəkkürü yaradıcı mənbədən, yəni sərbəstlik, 

müstəqillik, təşəbbüskarlıq kimi keyfiyyətlərdən məhrum edir.(3,4) 

Təlim metodlarının keyfiyyətcə dəyişdirilməsi bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal 

istifadə edilməsi şəraitində böyük səmərə verə bilər. 

Bu  tələbləri    nəzərə  almaqla,  məhsuldar,  yaradıcı  təfəkkürü  və  yeni  biliklərə  müstəqil  yiyələnmə 

üsullarını özündə birləşdirən təlim metodlarına üstünlük verilməsi tamamilə təbiidir. Bu meyarları ən dolğun 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

472


 

 

şəkildə  fəal  təlim  üsulları  cavab  verir.  ―Fəal  təlim  metodu‖  təhsil  prosesinin  digər  iştirakçıları  ilə 



əməkdaşlıqda şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan təlimi nəzərdə tutur. 

Çox  vaxt  buna  ―interaktiv  təlim  üsulları‖  da  deyilir.  Fəal  təlim-idrak  fəaliyyətinin  təşkili  və  idarə 

olunmasının məcmusudur. Bu təlim üçün aşağıdakı hallar səciyyəvidir. 

1.Müəllim tərəfindən idrakı problem-situasiyanın yaradılması: 

2.Problem-situasiyanın həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinə həvəsləndirilməsi: 

3.Şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi; 

Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının yeni elmi biliklərlə (informasiya 

ilə)  zənginləşdirilməsinə  deyil,  biliklərin  müstəqil  qazanılması,  mənimsənilməsi  vərdişləri  və  təfəkkürün 

müntəzəm inkişaf etdirilməsinə əsaslanır. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi secilmiş, 

asan  başa  düşülən  və  yadda  qalan,  ən  vacib  təlim  materialının  öyrənilməsi  prosesində  elmin  əsas 

qanunauyğunluqları haqqında nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.(2) 

Deyilənləri aşağıdakı dərs nümunəsində aydın görmək mümkündür: 



Sinif: III 

Həyat bilgisi 

Mövzu:Nəzakətli olmaq nə deməkdir? 

Məzmun xətti: Fərd və cəmiyyət 

Standart: 

2.4.3.Başqalarının hüquqlarına hörmətlə yanaşılması barədə mülahizələrini bildirir; 

3.1.1.Ünsiyyət  zamanı  nəzakət  qaydalarına(müsahibinin  sözünü  sonadək  dinləmək,sözü 

kəsməmək,müsahibinə təşəkkür etmək)əməl edir; 

 

Məqsəd: 

1.

 



“Nəzakətli olmaq”,”nəzakətli davranmaq”ifadələrinin məna-larını şərh edir. 

2.

 



Nəzakətli davranışın əhəmiyyətini şərh edir. 

Ġnteqrasiya:Ana dili1.1.1.,1.1.2 

Dərsin tipi:Yeni bilik və bacarıqlar formalaşdıran dərs 

ĠĢ forması:Qruplarla iş 

ĠĢ üsulları:Müzakirə 

Resurslar:Dərslik,iş dəftəri,iş vərəqləri 

Dərsin gediĢi 

Motivasiya.Mən sinfə müraciət edirəm: 

-Yoldaşınız sizə hər hansı bir işinizdə kömək etsə,ona nə deyərsiniz? 

-Hansı nitq etiketlərini tanıyırsınız? 

- Kimsə sizə kobudluq etsə nə cavab verərdiniz? 

- Sizə kobudluq edən adam  sonra üzr istəsə onu bağışlayardınız? 

-Dostunuzdan bir şey istəsəniz bunu necə edərdiniz? 



Öyrənmə 

Şagirdlər sualları cavablandırırlar.belə nəticəyə gəlirlər ki,nəzakətli davranış insanın mədəniyyətindən 

xəbər  verir.verir.Çalışmaq  lazımdır  ki,kobudluq  etməyəsən.  Nəzakət  qaydaların  həmişə  riayət  etmək 

hamımızın borcudur.Biz harada olmağımızdan asılı olmayaraq nəzakətlə davranmağı bacarmalıyıq. 



Tədqiqat sualı:Nəzakətli davranıĢ nə deməkdir? 

Tədqiqatın  aparılması:Şagirdlər  qrupa  bölünürlər.Qrupa  tapşırıq  verilir.Qruplar  iş  vərəqlərində 

verilən tapşırıqları yerinə yetirirlər. 



I qrup.Valideyninizə və müəllimlərinizə qarşı etdiyiniz səhvi düzəltmək üçün nə edərdiniz? 

II qrup.Yoldaşlarınızla yaxşı ünsiyyət qurmaq üçün nə edərdiniz? 

III qrup.Sizə edilən kobud bir hərəkətə qarşı necə münasibət bildirərdiniz? 

IV qrup.Davranış qaydalarına əməl etmək üçün nə vacibdir? 

Dərslik  üzərində  iĢ  .Dərsliyin  88-89-cu  səhifələrindəki  mətn  oxunur,izah  olunur,suallar 

cavablandırılır. 



Ġnformasiya müzakirəsi:Müəllim müzakirə zamanı belə bir suallar verə bilər: 

1.

 



 Nəzakətli olmaqla nə qazana bilərik? 

2.

 



Hansı halda yoldaşlarınızdan inciyərdiniz? 

3.

 



Onu incitsəydiniz üzr istəyərdiniz? 

Tətbiqetmə:  İş  dəftərinin  64-65-ci  səhifələrindəki  tapşırıqlar  icra  olunur.Müəllim  tərəfindən 

yoxlanılır. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə