Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə246/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   242   243   244   245   246   247   248   249   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

468


 

 

müəyyən  qədər  şagirdi  öyrənmək  olar,  çünki  hələ  şagirdlər  həyatın  gözə  görünməyən  sahələrinə  bələd 



deyillər. Şagirdlər hələ ədalət, haqq, düzlük haqqında düşünür, onların pozulmasına dözmürlər. Hər bir sinif 

rəhbəri  şagirdləri  bütün  təlim-tərbiyə  prosesində  sistemli  şəkildə  öyrənməli,  şagird  şəxsiyyətinin  necə 

formalaşdığını  müntəzəm  olaraq  izləməlidir.  Sinif  rəhbərinin  işinin  məzmununda  təlimin  keyfiyyətini 

yüksəltmək, təlimə məsuliyyətli münasibət mühüm yer tutur. Sinif rəhbəri şagirdlərin vaxt büdcəsini nəzərə 

almalı, bu barədə həmin sinifdə dərs deyən müəllimlərlə tez-tez söhbətlər aparmalıdır. Sinif rəhbəri müəllim 

yoldaşları  ilə  tez-tez  görüşüb  şagirdlərin  təlim  müvəffəqiyyətindən  xəbər  tutsa  rəhbər  olduğu  şagirdlərin 

yüksək  təlim  uğurları  əldə  etmələrinə  nail  olar.  Sinif  rəhbəri    şagirdlərlə  dərsdənkənar    işlərin    təşkilinə 

xüsusi diqqət yetirməlidir. Dərsdənkənar  işlər məktəbdə aparılan tərbiyə işinin davamı olmaqla şagirdlərin 

yaxşı  oxumasına,  onlara  dünyagörüşün  formalaşmasına  kömək  edir.  Sinif  rəhbəri  işinin  məzmununa 

valideynlərlə  iş  aparmaq  daxildir.  Hər  bir  sinif rəhbəri şagirdlərin  valideynləri  ilə  əlaqə  saxlamaqla  hər  bir 

şagirdin  evdə  nə  işlə  məşğul  olduğu,  nəyə  daha  çox  meyil  və  maraq  göstərdiyini,  dərslərinə  necə 

hazırlaşdığını,  gün  rejiminə  necə  əməl  etdiyini,  kiminlə,  hara,  nə  üçün  getdiyini  öyrənir.  Sinif  rəhbərinin 

valideynlərlə  sıx  əməkdaşlığı  şagirdi  yaxşı  tanımağa  imkan  verir.  Problemli  məsələlərdən  biri  də  sinif 

rəhbərinin  işinin  planlaşdırılmasıdır.  Sinif  rəhbəri  öz  işini  planlaşdırarkən  xalqımızın  tərbiyə  haqqında 

fikirlərini,  adət-ənənələrini,  milli  mentalitetindəki  müsbət  keyfiyyətləri  nəzərə  almalıdır.  Sinif  rəhbəri 

məzmunlu plan tərtib etməlidir. Planda məqsəd  aydınlığı, optimallıq, reallıq, konkretlik öz əksini tapmalıdır. 

Burada  apardığı  təlim-tərbiyə  işlərinə  aid  məlumat  verilir.  Sinif  rəhbəri  sinif  jurnalını  səliqəli  tərtib  edib 

hazırlamalı  nizamlı  formada  saxlamalıdır.  Müəllimlər  tərəfindən  həmişə  səliqəli  yazılmasına,  normal 

aparılması qayğısına qalmalıdır. Hər gün keçirilən fənlər üzrə şagirdlərə verilmiş qiymətləndirmənin düzgün 

aparılmasına  nəzarət  etməlidir.  Sinif  rəhbərləri  geniş  təcrübə  toplayaraq  rəhbərlik  etdikləri  sinfin 

özünəməxsus  ənənələrini  yaratmalı,  şagirdləri  milli  adət-ənənələrimiz  əsasında  tərbiyə  etməlidirlər.  Sinif 

rəhbəri  şagirdlərin  sağlamlığının  möhkəmləndirilməsinə  kömək  edən  tədbirlər  həyata  keçirməli,  onların 

ictimai-faydalı  əməyini  təşkil  etməlidir.  Hər  bir  sinif  rəhbəri  şagirdlərin  sağlamlığını,  fiziki  inkişafının 

yüksək səviyyədə təşkil edilməsinə məsuliyyətlə yanaşmalıdır. 

   

                          

UġAQLARIN VƏ  GƏNCLƏRĠN MĠLLĠ MƏNƏVĠ RUHDA TƏRBĠYƏ OLUNMASI 

 

Nəsirli  G. 

Naxçıvan Dövlət Universiteti 

 

Şərq-Qərb  sivilizasiyasının  bir-birinə  yaxınlaşdığı,  bəzən  də  gizli  və  açıq  mübarizələrin  getdiyi  bir 

zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək 

əxlaqi-mənəvi  meyarlarını  pak  və  sağlam  niyyətlərlə  qoruyaraq  bütövlükdə  cəmiyyətin  pozitiv  ruhda 

inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək 

nəsillərə  ötürmək  əsas  vəzifələrdəndir.  Azərbaycan  Respublikası  müstəqillik  yolu  ilə  inamla  irəlilədiyi, 

demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc 

nəslə  aşılanması  xüsusilə  aktuallıq  kəsb  edir.  Ümummilli  liderimiz  Heydər  Əliyevin  təbirincə  desək, 

―Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır‖. 

Respublikanın  gələcək  taleyi  onun  gənclərindən  asılı  olduğu  üçün  təhsildə  aparılan  islahatlar  milli 

ənənələrimizə,  milli  dəyərlərimizə  söykənərək  soykökünə  bağlı  şəxsiyyətin  formalaşdırılmasına  xidmət 

etməlidir.  Müasir  tərbiyədə  məktəbli-müəllim-valideyn  münasibətlərinin  yeni  prizmada  tənzimlənməsi, 

tərbiyə  işində  ideal  məqsədin  məzmununun  müasir  tələblər  baxımından  dəyişməsi,  yeniləşməsi  və 

təkmilləşməsi  humanitar  fənlərin  məzmununda  ifadə  olunmuş  milli-mənəvi  dəyərlərə  kompleks  yanaşmağı 

tələb  edir.  Milli  soykökə  qayıdış,  milli  özünüdərk  ailədə  uşaqların  tərbiyəsindən  başlayaraq  məktəbəqədər 

müəssisələrdə və orta məktəblərdə davam etdirilməlidir. 

Şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin rolu böyükdür. Əsas dəyərlər məhz ailədə doğulur 

və  formalaşmağa  başlayır.  Azərbaycanlı  milli  düşüncəsində  ailə  kiçik  dövlət  modeli  kimi  qəbul  edilməklə, 

müqəddəs və ülvi sayılır. Böyüklərə ehtiram və hörmət, uşaqlara sevgi, diqqət və qayğı zəngin milli-mənəvi 

dəyərlərimizin  başlıca  qayəsini  təşkil  edir.  Gənclərin  ədalət  və  düzgünlük,  humanizm,  vətənpərvərlik, 

xeyirxahlıq,  mərhəmət,  xeyriyyəçilik,  cəsarət  və  şücaət,  mərdlik,  təmizlik,  halallıq,  milli-mənəvi  dəyərlərə 

bağlılıq, böyüklərə hörmət, əməksevərlik ruhunda tərbiyə edilməsindən əsas rollardan birini də ailə oynayır. 

Ona  görə  də,  ailələrdə  bu  məsələlərə  viddi  fikir  verilməlidir.Təlim-tərbiyə  işinin  təşkilində  dini 

maarifləndirilmənin  də  rolunu  xüsusi  qeyd  etmək  lazımdır.  Bütün  əxlaqi  kateqoriyaların  şərhi  yolu  ilə 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə