Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə243/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   239   240   241   242   243   244   245   246   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

463


 

 

Qiymətləndirmə  və  monitorinq  anlayışları  bir-birilə  əlaqəli,  daha  doğrusu  biri  (qiymətləndirmə) 



digərinə  (monitorinqə)  xidmət  edən  anlayışlardır.  Qiymətləndirmə  faktiki  vəziyyətin,  monitorinq  isə 

vəziyyətin  dəyişmə  dinamikasının,  başqa  sözlə,  prosesin  qiymətləndirilməsidir.  Monitorinq  faktiki 

vəziyyətin  müntəzəm  şəkildə  qiymətləndirilməsi  nəticəsində  alınan  informasiyanın  toplanması  və  təhlil 

edilməsi yolu ilə həyata keçirilir. 

Monitorinq  daxili  idarəetmə  prosesi  olub  təhsilin  keyfiyyətinə  davamlı  nəzarəti  həyata  keçirməyə 

imkan  verir.  O,  təhsil  fəaliyyətinin  güclü  və  zəif  tərəflərini  üzə  çıxararaq  gözlənilən  nəticələri  əldə  etmək 

üçün praktik təkliflərlə çıxış edə bilər.Monitorinq dedikdə yalnız təkliflər deyil, problemlərin həll edilməsi 

üçün konkret addımların da atılması nəzərdə tutulur.  

Monitorinqin üç əsas komponenti var: 

* Məlumatın toplanması 

 

* Məlumatın təhlili 



* Görülən tədbirlər  

Məlumatların  toplanması.Təhsil  keyfiyyətinin  monitorinqi  yalnız  etibarlı  məlumatların  toplanması 

sayəsində həyata keçirilə bilər. Belə məlumatların mənbəyi müxtəlif ola bilər: əsasən, qiymətləndirmə, bəzən 

isə  hər  hansı  bir  sorğunun  və  ya  tədqiqatın  nəticələri  və  s.  Əsas  məqsəd  təhlil  obyekti  ola  biləcək 

məlumatların toplanmasıdır.  

Məlumatların  təhlili.Məlumatların  təhlili  elə  həyata  keçirilməlidir  ki,  bu  təhlil  problemlərin  aradan 

qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə kömək etsin. Bura təhsili idarə edənlərə problemləri 

müəyyən  etmək  üçün  etibarlı  göstəricilərin  (indikatorların)  müəyyənləşdirilməsi  aiddir.  Bu  göstəricilər 

(indikatorlar) empirik nəticələrdir və reallığı əks etdirir.  

Görülən  tədbirlər.Monitorinq  nəticəsində  görülən  tədbirlərə  ehtiyat  tədbirləri,  islahedici  tədbirlər  və 

gücləndirici  tədbirlər  aiddir.  Tədbir  görmədən  məlumat  toplamaq  və  ya  toplanan  məlumatları  yalnız  təhlil 

etmək tədqiqat baxımından əhəmiyyətli ola bilər, lakin bu, idarəçilik baxımından nəticəsiz təcrübədən başqa 

bir şey sayılmaz.  

Tədbirlər aşağıdakı formalarda ola bilər:  

Strukturyönümlü:  təhsil  sisteminin  inkişafına  və  ya  kökündən  dəyişdirilməsinə  yönəlmiş  islahat 

tədbirləri.  

Şəxsyönümlü:  buraya  sanksiyalar  və  tövsiyələr  aiddir.  Sanksiyalar  pozitiv  -  stimulverici  (məsələn, 

vəzifədə yüksəliş, məktəb avadanlıqlarının yenilənməsi və s.) və ya neqativ - cəzaverici (məsələn, töhmət və 

ya işdən azad olunma) ola bilər. Tövsiyələr isə pedaqoq məsləhətçilərin müdaxiləsi, müxtəlif seminarların 

keçirilməsi və s. vasitəsilə həyata keçirilir.  

Yeni  qiymətləndirmə  sisteminin  əsasını  şagird  təlim  fəaliyyətlərinin  ardıcıl  və  sistemli  şəkildə 

qiymətləndirilməsi  təşkil  edir.  Onun  mahiyyəti,  əsas  xüsusiyyətləri  və  növləri,  eləcə  də  hər  bir  növün 

mahiyyəti,  məzmunu  və  aparılması  qaydaları  "Azərbaycan  Respublikasının  ümumi  təhsil  sahəsində 

qiymətləndirmə  Konsepsiyası"nda  və  onun  əsasında  hazırlanan  təlimatlarda  öz  əksini  tapmışdır.  Yeni 

qiymətləndirmə  çox  geniş  və  əhatəli  bir  proses  olmaqla  təhsil  sahəsində  bütün  fəaliyyətlərin  "Azərbaycan 

Respublikasının ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədində müəyyən 

olunmuş  tələblər  istiqamətində  təkmilləşdirilməsinə  və  bununla  da  bütövlükdə  təhsilin  keyfiyyətinin  idarə 

olunmasına xidmət edir. 

 

 

 



 

TƏLĠM -TƏRBĠYƏ PROSESĠNDƏ MONĠTORĠNQ VƏ QĠYMƏTLƏNDĠRMƏ 

 

Məmmədova L.T.  

Lənkəran Dövlət Universiteti

 

 

Təhsil sistemində pedaqoji proses və onun ayrı-ayrı sahələrinin, təhsil müəssisəsinin fəaliyyətinin və 

təlim-tərbiyə  prosesinin  obyektiv 

meyarı  kimi,  məhz  təhsilin  keyfiyyət  göstəriciləri  qəbul 

edilməlidir.Təhsildə keyfiyyət dedikdə onun qarşısında qoyulan məqsədə hansı səviyyədə nail olunması başa 

düşülməlidir.  Təlim-tərbiyə  prosesində  və  təhsildə  keyfiyyətə  nail  olmaq  üçün  birinci  növbədə  hər  bir 

mərhələdə  görüləcək  işlər  planlaşdırılmalı,  idarə  olunmalı,  monitorinq  və  qiymətləndirmə  aparılmalıdır. 

Göründüyü  kimi,  təlim-tərbiyə  prosesində  və  təhsildə  monitorinq  və  qiymətləndirmə  inkişafın  gedişinə 

nəzarətetmə və əks əlaqə yaratma funksiyasını daşımalıdır. Yəni monitorinq və qiymətləndirmə vasitəsilə hər 

bir  mərhələdə,  prosesdə  gedən  müsbət  tendesiyalar  izlənilməli  və  inkişaf  qeydə  alınmalı,  nəticələr 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

464


 

 

müqayisəli təhlil edilməli və prosesin növbəti mərhəsinin planlaşdırılmasında istifadə olunmalıdır. Deməli, 



monitorinq  və  qiymətləndirməyə  pedaqoji  prosesin  və  onun  ayrı-ayrı  sahələrinin  keyfiyyətinin 

öyrənilməsinin  başlıca  aləti  kimi  baxılmalıdır.  Bu  baxımdan  monitorinq  və  qiymətləndirmə  anlayışlarının 

mahiyyətini daha geniş və ardıcıl təhlil edilməsi üçün təlim prosesinin 4 mərhələsinə nəzər salaq: 

1.

 



Təlimin  məzmunu  (təhsilin  dövlət  standartları,    tədris  planları,  fənn  proqramları,  dərsliklər,  dərs 

vəsaitləri və s. Başqa sözlə Kurikulum)- uşağa nəyi, hansı həcmdə öyrədirik; 

2.

 

Təlim üsulları ( pedaqoji prosesin təlim texnologiyaları) - uşağı necə öyrədirik; 



3.

 

Öyrədici mühit (tədris prosesinin təşkili və təlim-tərbiyə prosesinə təsir edən amillər)- uşağı hansı 



şəraitdə öyrədirik; 

4.

 



Monitorinq və qiymətləndirmə (təlim-tərbiyə prosesinin və onun bütün komponentlərinin işi barədə 

məlumatlar  əldə  etmək  və  işin  səmərəliliyini  təyin  etmək  üçün  vasitə)  -  öyrətmə  prosesinin  durumu  onun 

nəticəsinin göstəriciləri və proqnozu. 

  Təlim  prosesinin  sadələşdirilmiş  modelindən  göründüyü  kimi  bu  prosesin  tərkib  hissələrindən  biri 

monitorinq  və  qiymətləndirmədir.  Ənənəvi  olaraq  qiymətləndirmə  -  anlayışına  ancaq  şagirdlərin  necə 

oxuduğunun müəyyən edilməsi vasitəsi kimi baxılmışdır. Lakin qiymətləndirmə ( dəyərləndirmə ) daha geniş 

anlayış olub, istənilən sahəni, ümumilikdə, cəmiyyətin inkişafının bütün sahələrində bu və ya digər şəkildə 

istifadə  olunur.Məsələn,  cəmiyyətdə,  müəyyən  hadisəyə  münasibəti  öyrənmək  üçün  sosioloji  sorğular 

keçirilir, nəticələr ümumiləşdirilir və hadisə qiymətləndirilir. Təbiətdə xəstənin müalicəsini təyin etmək üçün 

çoxlu  ölçmələr  aparılır(  indikatorların  qiyməti  müəyyən  edilir,)  onlara  əsasən  xəstənin  vəziyyəti 

qiymətləndirilir  (diaqnoz  qoyulur)  və  bunun  əsasında  diaqnozla  təklif  olunan  müalicə  aparılır.  Belə 

misallardan  sonsuz  sayda  gətirmək  olar.  Aparılmış  tədqiqatlar  və  alınmış  nəticələrin  təhlili  göstərir  ki, 

monitorinq  və  qiymətləndirmə  birinci  yanaşmada  eyni  məna  daşısada  onların  mahiyyəti  bir-birindən 

fərqlənir.  İngilis  dilində    monitorinq  -  izləmə,  müşahidə  aparmaq  deməkdir.  XX  əsrın  90-cı  illərindən 

başlayaraq təhsil sahəsində aparılan eksperimentlərin tətbiq olunan yeniliklərin səmərəliliyinin effektivliyini 

artırmaq, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında keçirilməsi məqsədi ilə 

monitorinq  təhsil  sistemində  geniş  tətbiq  sahəsi  tapmışdır.  Bunları  nəzərə  alaraq,  pedaqoji  prosesin 

iştirakçıları,    təhsil    sahəsində  monitorinqin  aşağıdakı  formalarını  bir  -birində  ayırmağı,  onlardan  prosesin 

hansı mərhələsində istifadə etməyi bacarmalıdır. 

Pedaqoji, sosioloji, psixoloji, iqtisadi, demoqrafik. 

Xüsusi olaraq qeyd etmək lazimdir ki, monitorinq  qiymətləndirməyə anlayışına nəzərən daha böyük 

tutuma malikdir. Ümumiyyətlə, monitorinq - diaqnostika proqnozlaşdırma və korreksiya kimi təhlil olunan 

prosesin  ayrı-ayrı  mərhələlərini  xarakterizə  edən  üç  əsas  sütun  üzərində  dayanır.  Burada  yalnız 

qiymətləndirmə  getmir,  eyni  zamanda  qiymətləndirmənin nəticələrini  nəzərə alıb  qiymətəndirilən   prosesin 

gələcək  inkişafını  təmin  etmək,  keyfiyyət  göstəricilərini  yüksəltmək  üçün  korreksiya  işlərinin  aparılnması 

planlaşdırılır və həyata keçirilir. 

       Bütün  idarəetmə  sistemlərində  olduğu  kimi,  təlim  prosesində  qarşıya  qoyulan  məqsədlərə  nail 

olmaq  üçün  proses  idarə  olunmalı,  hər  mərhələ  qiymətləndirilməli,  kənaraçıxma  halları  qeyd  olunmalı, 

dəqiqləşmələr aparılmalı və aşağıdakı tələblər ödənilməlidir. 

 



idarəetmənin məqsədi aydın göstərilməlidir; 

 



idarə olunan prosesin başlanğıc vəziyyəti qeyd olunmalıdır; 

 



idarə  olunan    prosesin  nəzərdə  tutulan  əsas  keçid  vəziyyətlərində  prosesə  təsiretmə  mexanizmi 

müəyyən olunmalıdır; 

 

sistematik  əks  əlaqə  və  onun  nəticəsində  alınmış  məlumatların  işlənilməsi  təmin  olunmalı, 



məlumatların işlənməsi zamanı kənaraçıxma hallarının nizamlanması mexanizmi yaradılmalıdır. 

Hər  bir  qiymətləndirmə  qiymətləndirilən  obyektin  diaqnostikasını  (keyfiyyət  göstəricilərinin 

ölçülməsini)  nəzərdə  tutur  və  təhsil  prosesinin  və  ona  rəhbərliyin  təşkili  üçün  zəruri  məlumatlar  verir. 

Təlimin  keyfiyyəti,  müəssisənin  səmərəli  fəaliyyəti,  bir  çox  didaktik  və  tərbiyəvi    vəzifələrin    həlli  bu 

məlumatların obyektivliyindən çox asılıdır. Pedaqoji təcrübədə biliklərin və təlim prosesinin monitorinqi və 

qiymətləndirilməsi  əsasən  subyektiv  xarakter  daşıdığından,  yeni  yanaşma  üsulları  təlim  prosesinin 

monitorinqinin  və  qiymətləndirilməsinin  aktuallığını  ön  plana  çəkir,  biliklərin  və  fəaliyyətin 

qiymətləndirilməsi prosesində yeni qiymətləndirmə mexanizmlərinin yaradılmasının əhəmiyyətini artırır. 

Qiymətləndirmə fəaliyyətdə olan və ya başa çatmış hər hansı bir proqramın mümkün qədər sistemli və 

obyektiv  təhlilini  və  ekspertizasını  keçirmək,  onun  effektivliyini,  məqsədə  uyğunluğunu,  həyati  vacibliyini 

və qarşıya qoyulmuş məqsədlərin düzgünlüyünü müəyyən etmək üçün konsepsiyasını, icrasını və nəticələrini 

öyrənmək  məqsədi  daşıyan  bir  prosesdir.  Qiymətləndirməni  aparmaq  üçün  müvafiq  başlanğıc  nöqtələrini 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə