Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə240/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   236   237   238   239   240   241   242   243   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

457


 

 

AĠLƏ TƏRBĠYƏSĠNĠN TƏLĠM KEYFĠYYƏTĠNƏ TƏSĠRĠ 



 

Qafarova A.S. 

Gəncə Dövlət Universiteti 

 

Respublikamızda  ailə  tərbiyəsi  məsələləri  daim  diqqət  mərkəzində  saxlanılmışdır.  Məlumdurki, 

məktəbdə  təlim  tərbiyə  işi  müəllimin  yaxından  köməkliyi  ilə  həyata  kecirilir.Ağıllı  söz  ,  qiymətli 

fikirlər,məsləhətlər  hər  bir  şagirdin  tərbiyəsinə  müsbət  təsir  göstərir.Bu  zaman  keyfiyyətə  nail  olmaq  ücün 

məktəb  –ailə  -ictimaiyyətin  birgə  fəaliyyətinə  ciddi  ehtiyac  duyulur.Məlumdurki,ailə    cəmiyyətin    ilkin  

özəyi, onun sosial  quruluşunun  ünsürlərindən biridir. Ailə  sosial qrup  olub  nigah və yaxın  qohumlarla  

qarşılıqlı  münasibətlərlə  səciyyələnir. İnsanların  nəsli  davam  etdirməyə  olan  təbii  tələbatı  nigah  və  

ailə  vasitələri  ilə  nizama  salınır. Beləliklə , ailə  qarşılıqlı  məhəbbət , inam , etibar  və  hörmətə  əsaslanan  

birliktir. Ailənin 2 mühüm  vəzifəsi vardır: 

1.Nəsli davam  etdirməsi; 

2.Yeni  nəslin, yeni  insanın  tərbiyəsi. 

Bu    2  vəzifə    bir-birilə    sıx    bağlıdır.  İnsan    öz    nəslini    artirmasa  ,  öz    nəslinə    tərbiyə  verməsə  

cəmiyyət  məhv  olar. 

Birinci    vəzifə    əhəmiyyətli    olmasına    baxmayaraq  ,  ikinci    vəzifə    daha  məsuliyyətlidir.  Çünki  

burada    həm  təbiətin    bəxş    etdiyi    xüsusiyyətlər,valideylərin  cəmiyyət  –dövlət  qarşısındakı  borcu,özünün 

mənəvi borcu,övlad qarşısındakı vəzifə borcu   həm də  mədəniyyətin  əlavə  etdiyi  xüsusiyyətlərin borcu   

təzahür  edir.  Bir  damla  suda  günəş  əks  olunduğu  kimi,  ailə  münasibətlərində   də   cəmiyyətin  bütün  

ünsürləri   öz  əksini  ifadəsini  tapır.  Ailə  insanın   münasibətlərinin   ilk  tərbiyə  məntəqəsidir.  Aiələdə   

ilk    əxlaqi    təcrübə  ,    fərziyyələr    və      qəbahət    təşəkkül    tapır.    Ailə    insanı    münasibətlərin    ilk    tərbiyə  

məktəbidir.   

Ailə  özlüyündə  kiçik  bir  dövlətdir.  Ailədə  uşaqlar  yalnız  tərbiyə  almırlar, həm  də  böyüdükdə  

övladlıq  borclarını  dərk  edir , qocalmış  valideynlərinə  qayğı  göstərməyin  zəruriliyini  anlayırlar. 

2.Ailə - nigah  formaları. 

Bəşəriyyətin    inkişafının    3  başlıca    mərhələsinə    uyğun    olaraq    3  nigah    forması    mövcuddur.  

Vəhşilik mərhələsində nigah , barbarlıqda  ikili  nigah, sivilizasiyada  tək nigah  mövcuddur. Monoqamiyanı  

Engels  bəşəriyyət  tarixində  ən  böyük  kəşflərdən   biri  hesab  etmişdir.  Monoqanı  ailə  həyatında  kişi  

ilə  qadının  bərabərliyi , ailə  həyatında  əxlaqi  estetik  amillərin  rolunun  artması  təmin  olunur. Ailənin  

vəzifəsi , onun qorunması  konstitusiyalarda  öz  əksini  tapır. Azərbaycan  Respublikasında  qəbul  edilmiş  

konstitusiyada    deyilir  ki,  cəmiyyətin    özəyi    kimi    ailə    dövlətin    xüsusi    himayəsindədir.  Uşaqların  

qayğısına  qalmaq   və  onları  tərbiyə  etmək  valideynin  borcudur. 

Ailə  -  insanın    bir    şəxsiyyət    kimi    yetişməsində    böyük    rol    oynayır.  Hər    bir    xalqın    ailə  

münasibətlərinə    dair    etdiyi    təcrübələr    min    illərin    sınağından    keçərək    faydalı    öyüdlər  ,  nəsihətlər  

şəklində    nəsildən  –  nəsilə    verilmiş    və    valideyn  –  övlad    münasibətlərinin    qorunub    saxlanmasına  , 

zənginləşib  təkmilləşməsinə  səbəb olmuşdur.  İnsanların  ən ləyaqətlisi ,  ən  yetkini  əxlaqı  gözəl  olanlar  

və    ailə    üzvlərinə    böyük    ehtiramla    yanaşanlardır.    Ailədə    uşaqların    tərbiyəsi    qayğısına    qalmaq  

valideynlər    üçün    ən    qiymətli    sərvət    hesab      edilir.  Hər   ağacın    öz    meyvəsi    olduğu    kimi  ,  qəlbin  də  

meyvəsi  övladdır.Qəlbin  meyvəsi , evin  bərəkəti  olan  övlad  dünyaya  göz  açan  kimi  onun  qayğısına  

qalmaq  hər  bir  ata  və  ananın  borcudur. Ana  cəfakeşdir , qayğıkeşdir , ana  övlada  30  ay  süd  verir , 

onun  hər  bir  əzabına  dözür. Cənnət  belə  anaların  ayaqları  altındadır. Atalar  və  analar   ilk  gündən  

övladına  düzgün  tərbiyə  verməlidir. Ailədə  uşaqları  yaxşı  tərbiyə  etməyin  birinci  şərti  valideynlərin  

övladlarla  ədalətli  rəftarı , birini  o  birindən  üstün  tutmamasıdır. Valideyn  övladlarda  çox  sevilən  uşağa  

üstünlük  vermiş  olarsa , o  biri  uşaqda  çox  sevilən  uşağa   qarşı  qısqanclıq  və  nifrət  yarana  bilər.  

      A.S.Makarenko  uşağın  tərbiyəsində  valideyin  nümunəsinin  əhəmiyyətini  göstərərək  demişdir: 

―bizim  öz  davranışımız  ən  həll  edici  vasitədir.  Elə  bilməyin  ki,  o,  uşağı  onunla  danışanda  ya  öyrədəndə, 

yaxud  ona  əmr  verəndə  tərbiyələndirirsiniz,  siz  onu  həyatınızın  hər  bir  anında  hətta  evdə  olmadığınız 

zamanda  tərbiyə  edirsiniz.  Siz  necə  geyinirsiniz,  başqa  adamlarda  və  özgə  adamlar  haqqında  necə 

danışırsınız,  necə  sevilə  -  sevirsiniz,  kədərlənirsiniz,  dostlar  və  düçmənlərlə  necə  rəftar  edirsiniz,  necə 

gülürsünüz,  qəzeti  necə  oxuyursunuz  bütün  bunlat  üçün  uşağa  böyük  əhəmiyyəti  vardır.  Uşaq  sizin 

həyatınızın  ahəngindən  ən  çətin  dəyişikləri  görür,  yaxut  da  hiss  edir,  sizin  fikrinizin  bütün  dönüşləri  gözə 

görünməyən yollarla ona çatır, siz bunları görmürsünüz.‖ 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

458


 

 

   Aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki , məktəb  və  sinif  rəhbərləri  bir  neçə  



ailə  tipi  ilə  işləməli  olurlar. 

1.

 



Anlama  və  razılaşma  münasibətləri  hökm  sürən  ailələr.  Belə  ailələrdə  valideynlər  bir-birini  

başa  düşür,  qarşılıqlı  hürmət ,  xeyirxahlıq , bir – birinə  kömək  mühüm  yer  tutur. 

2.

 

Bir  –  birilə    razılığa    gələn    ailələr.  Bu    cür    razılığa    gələnə    çox    vaxt    inkişafına    mane    olur.  



Çünki , münasibətlər  normal  şəraitdə  baş  versə  də  ailədə  gərginlik  hiss  olunur. Normal  psixoloji  iqlim  

pozulur. Ailə  üzvləri  arasında  təmkinli , səbrli  olmaq  ölçü  həddindən  çıxır  və  nəticədə  əsəbi  vəziyyət  

yaranır. 

3.

 



Bir  –  birini    başa    düşmə    halları    olan    lakin  ,  uzun    müddət    davam    etməyən    ailələr.  Belə  

ailələrdə  müəyyən  narazılıq  asanlıqla  həll  edilsə  də  narazılıq  və  qanqaraçılıq  halları  davam  edir  və  

uşaqların  tərbiyəsinə  mənfi  təsir  göstərir. 

4.

 



Bu  tip  ailə  münasibətlərində  bir – birinə  uyuşma  halları  olmur. Bu tip ailə  münasibətlərində  

zahiri  mehribanlıq  olsa  da , daxili  gərginlik , narazılıq  çox  olur. Belə  ailələrdə  ər  və  arvad  uşaqların  

xətrinə  sakitliyi  tənzim  edirlər. Onları  bir – birinə  bağlayan  uşaqların  gələcəyidir.  

5.

 



Ailə    münasibətlərinin    həddindən    artıq    narazılıq  ,  sərxoşluq  ,  kobudluq    özünü    göstərir    və  

nəticədə  bu  cür  ailələr  pozularaq  yarım  ailələr  yaranır. 

Göründüyü  kimi  müəllimlər  müxtəlif  tip  ailələrlə  iş  aparmalı  olurlar  və  onlar  valideynlərlə  

əlaqə  saxlamağa ,  onlara  müəyyən  pedaqoji  biliklər  verməyə  məcbur  olurlar. Bu zaman  onlar  aşağıdakı  

şərtləri  nəzərə  almalıdırlar: 

-Məktəblə   ailə    arasında   uşağın    tərbiyəsinə    xidmət    edən    vahid   tələblərin   yerinə    yetirilməsinə  

nəzarət  edilməlidir. 

-Valideynləri  öz  ətrafında  birləşdirməyi  və  onların  böyük  tərbiyə  imkanlarından  istifadə  etməyi  

bacarmalıdır. 

-Valideynlərin    pedaqoji    biliklərə    yiyələnməsinə    və    onların    pedaqoji    mədəniyyətinin  

yüksəldilməsinə  xüsusi  diqqət  verilir. 

Valideynlərlə    aparılan    sənədləşməsinə    diqqət    yetirilməlidir.  Ailədə    aparılan    işlər:  Müəllimlər  

valideynlərlə  3  formada: fərdi , qrup  və  kütləvi  iş aparırlar. Ən  geniş  yayılmış  forma  kütləvi  işlərdir. 

Buraya  pedaqoji  mühazirə  və  məruzələr , elmi – praktik konfranslar , açıq  qapı  günləri , sual – cavab  

axşamları  ,  valideyn    iclasları    və    s.    daxildir.  Elmi  –  praktiki    konfransda    sinif    rəhbərləri  ,  müəllimlər  

tərbiyə  məsələlərini  təcrübə  ilə  əlaqəli  təbliğ  edir , qabaqcıl  valideynlərin  ailə  tərbiyəsi  sahəsindəki  

təcrübələrinə  geniş  yer  verirlər. 

Açıq    qapı    günlərində    valideynlər    məktəbə    gəlir  ,  övladlarının  dərslərində    iştirak    edir      və  

müəllimlərdən    müvafiq    məsləhətlər    alırlar.  Məktəbə    gedən    valideynlər    Azərbaycanın    milli  

qəhrəmanlarının , şəhidlərinin  həyatı  haqqında  foto stendlərlə  tanış  olurlar. Sual – cavab  axşamlarında  

ən  çox  ailə  tərbiyəsinin  zəruri  məsləhətlərinə  dair  verilən  suallara  cavablar  təhlil  edilir. Qabaqcıl  

məktəblər  sual – cavab  axşamlarında  xüsusi  hazırlıq  görürlər. Bu  axşamlarda  valideyn  nüfuzu , valideyn  

övlad    münasibətləri  ,    ailə    büdcəsi  ,  cib    xərci    və  s.    məsələlərə    dair    suallar    müzakirə    edilir.  Sinif   

valideyn  iclasları  adətən  hər  rübdə  bir  dəfə  keçirilir  və  şagirdin  təlim – tərbiyə  məsələləri  müzakirə  

edilir. Bu  iclasda  təlimin , tərbiyənin  bu  və  ya  digər  münasibətlərinə  dair  sinif  rəhbəri  çıxış  edir  və  

sinifdəki  şagirdlərin  hər  birinə  dair  valideynlərinə  məlumat  verir. Disputlar – valideynləri  düşünməyə  

yönəldir.  Disputlarda    məsələlər    müzakirə  ,  müsahibə    şəklində    qoyulur.  Məsələn  ,  Övladınızı  

tanıyırsınızmı?    Övladınızın    ilk    sevgilisindən    xəbəriniz    varmı?    və    s.  Deməli  ,bizcə  nəzərdə  tutulan 

tərbiyə məsələləri birgə fəaliyyət nəticəsində həyata kecirilərsə müsbət-səmərəli nəticə əldə olunar. 

 

 

KĠÇĠK YAġLI MƏKTƏBLĠLƏRDƏ MƏNƏVĠ TƏRBĠYƏNĠN TƏRKĠB HĠSSƏLƏRĠNDƏN BĠRĠ 

OLAN MĠLLĠ MƏNLĠK ġÜURUNUN FORMALAġDIRILMASI  

 

Qasımova A.A. 

Mingəçevir Dövlət Universiteti 

 

Əxlaqi,  mənəvi  tərbiyənin  mühüm  tərkib  hissələrindən  biri  milli  mənlik  şüurunun 

formalaşdırılmasıdır.  XX  əsrin  son  illərində  aşkarlıq  və  demokratiyanın    təsiri  ilə  ayrı-ayrı  xalqlar  kimi 

Azərbaycan  xalqı  da  öz  kökünə,  tarixinin  açılmamış  səhifələrinə  müraciət  edərək,  xalqın  tarixi  kökləri, 

tariximizin  bəzəyi  olan  görkəmli  şəxsiyyətlərin  həyat  və  fəaliyyətini  öyrənir,  milli  özünüdərkin,  milli 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə