Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə236/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   232   233   234   235   236   237   238   239   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

449


 

 

Deməli,  hər  bir  tərbiyəçi  hər  hansı  bir  sifəti  uşağa  aşılamağa  başlamazdan  qabaq  şəxsi  davranışında 



nümayiş  etdirməli,  özünün  xarakter  əlamətinə  çevirməlidirlər.  Əks  halda  tərbiyə  işində  müsbət  nəticə 

qazanmaq qeyri-mümkündür. 

Müəllimlik  elə  bir  yüksək  peşədir  ki,  Platon  da  müəllimə  yüksək  qiymət  verib  demişdir  ki,  ―Atam 

məni göydən yerə endirmişdir, müəllim isə məni göylərə qaydırdı.‖ 

 

 

DÜNYA TƏCRÜBƏSINDƏ “YAXġI UNIVERSITET” ANLAYIġI 

 

Hüseynzadə F.İ. 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 

 

Universitet termini az qala bütün dünyada ortaq istifadə edilən ifadədir.  İngilis dilindən ―university‖ , 

―universe‖ kəlmələrindən meydana gəlmişdir. ―Universe‖ özü hamısı bir arada , dünyanı və bütün insanları 

əhatə edən kainat mənasını verir. Köhnə ingilis və fransız dillərindən bu günümüzə qədər gələn ―universitet‖ 

kəlməsi    bütün  dünya  elmlərini  özündə  cəmləyən  ,  fərqli  fakültələri  birləşdirən  məkan  və  həm  də  qurum 

deməkdir ( Webster’s New Twentieth Century Dictionary , 1979). Qısası , universitet bütün dünya elmlərinin  

tədris    edildiyi  və  həm  də  ―istehsal  edildiyi  ―  ali  təhsil    məkəzidir.Şərq  mədəniyyətində  universitet 

kəlməsinin mədrəsə kəlməsi ilə əvəz olunması kimi hallar vardır. 

Son illər beynəlxalq təşkilatların hazırladığı ―Ən yaxşı universitetlər‖ siyahılarında ölkəmizdən heç bir 

universitet  yer almağı bacarmamışdır. O zaman qarşımızda belə bir əsas sual yarana bilər : Bu təşkilatlara 

görə ―ən yaxşı universitet ― necədir və hansı kriteriyalara sahibdir ?  

Dünyanın  ən  yaxşı  universitetləri  sıralanarkən  fərqli  kriteriyalar  əsas  götürülə  bilər.  Bəzən  hətta  bir 

xüsusiyyətə görə belə dəyərləndirmə aparılır. Sıralamaların  inkişaf etmiş ölkələr üçün  həmin ölkə daxilində,  

bəzən qitələr üzrə , bəzən də dünya üzrə aparılması mümkündür ( coğrafi cəhətdən sıralama ). 

 ―US News and Reports‖un dəyərləndirməsində 6 əsas kriteriya əsas götürülür: 

1.

 



Universitetin akademik mütəxəsislərinin dəyərləndirilməsi (40 %) 

2.

 



Şirkətlərin insane resursları rəhbərlərinin dəyərləndirmələri ( 10 %) 

3.

 



Beynəlxalq sferadan olan müəllim  sayının dəyərləndirilməsi ( 5 %) 

4.

 



Beynəlxalq sferadan tələbə sayının dəyərləndirilməsi ( 5 %) 

5.

 



Bir müəllim sayına düşən tələbə sayının dəyərləndirilməsi ( 20 %) 

6.

 



Bir müəllim sayına düşən istinad sayının dəyərləndirilməsi  

  Belə  siyahılarda  universitetlərməzun  proqramlarına  görə    ;  1.  Biznes  ,  2.  Hüquq,    3.Tibb  ,  4. 

Mühəndislik  ,  5.  Dünyəvi  elmlər  ,  6.  Sağlamlıq  ,  7.  İctimaiyyətlə  əlaqələr  ,  8.  İncəsənət  olaraq 

sıralanmaqdadır . 

Digər  tərəfdən    ―Academic  Ranking  of  World  Universities  ―  ə  görə  sıralanarkən    məzunların  aldığı 

beynəlxalq mükafatlar , müəllim heyətinin aldığı beynəlxalq mükafatlar , beynəlxalq jurnallarda dərc olunan 

məqalələr və akademik fəaliyyətlərin dəyərləndirmələri də əsas götürülür. 

  ―Universitet‖ haqda  ümumi məlumatlar : 

   Hər  hansı  bir  universitetin  əsas  vəzifəsi  təhsil  vermək  və  araşdırma  etməkdir.  Ayrıntılardan  əvvəl 

universitetin verməsi lazım olan əsas xidmətlərə baxaq : 

1.

 

Tələbələrə  təhsil  vermək.  Universitetə  gəlmiş  tələbəyə  ixtisası  üçün  lazım  olan  əsas 



informasiyalardan  əlavə  ,  dünyanı  ,  mədəniyyətləri  və  insanları  daha  yaxşı  anlamaqçün    bəzi  təməl 

məlumatlar verilir. Bu zaman məlumatı qəbul etməklə yanaşı , onu tapmaq vasitələri də başa salınır və yeni 

bacarıqlar  mənimsənilir.  Qısası  ,  beləcə  universitetlər  (  və  dolayısıyla  da  dövlətlər  )  ixtisasını  yaxşı  bilən 

peşəkarlar , həm də yaxşı insan yetişdirməyi məqsəd qoyurlar. 

2.

 

Araşdırma  etmək  və  yeni  informasiya  istehsal  etmək.  Universitet  heyəti  öz  sahələrində  elmi  və 



təcrübi  araşdırmalar  etməlidir.  Bunlardan  yaranan  nəticələr  hesabatlar  şəklində  hazırlanmalı,  beynəlxalq 

qurumlara  təqdim  olunmalı  ,  jurnallarda  yayımlanmalıdır.  Tələbələr  də  prosesin  fəal  iştirakçısı  olmalıdır. 

Müəyyən nöqteyi nəzərdən universitet elmi, biliyi istehsal edən mərkəz olmalıdır. 

3.

 



Dil öyrətmə. Universitet təhsili dil və qavramaya əsaslandığı  üçün , rəsmi dildən əlavə , ən az bir 

xarici  dil  mükəmməl  tədris  edilməlidir.  Qərb  universitetlərində  rəsmi  dili  öyrətməyə  ,  özəlliklə  yazmağa 

proqramlarda  böyük yer verilir. 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

450


 

 

4.



 

Məlumatı  yaymaq.  Universitetlər  özlərinin  istehsal  etdikləri  və  ya  başqa  qurumlara  aid  elmi 

informasiyanı  cəmiyyətə çatdırmalıdırlar. Mövcud və yeni məlumatlar  konfranslar , hesabatlar , kitablar və 

medya vasitəsilə yayılaraq informasiya cəmiyyətinin formalaşmasına təsir göstərilmiş olar. 

5.

 

Düşüncə  və  insan  gücünün  mənbəyi  olmaq.  Fərdlər  və  ya  müəssisələr  universitetlərdən  əlaqədar 



mövzularda fikirlərini istəyə bilər. Fərqli qurumlar  universitetlərdəki  insane potensialından mütəxəsis və ya  

rəhbər olaraq faydalana bilərlər. 

6.

 

Cəmiyyət  və  dövlətlə  daimi  işbirliyi  qurmaq.    Universitetlər  fərd  ,  müəssisə    və  quruluşların 



ehtiyaclarını təmin etməkçün dövlət və cəmiyyətlə işbirliyi fəaliyyətindədirlər. Beləcə , onlar  öz ölkələri , 

hətta  beynəlxalq  əhəmiyyət  daşıyan  problemlərin  həllində  belə  iştirak  edə  bilərlər.  Layihələr  təsis  edə  , 

ideyalar verə və  təklif etdikləri həll yollarına uyğun fəaliyyət planları işləyib hazırlaya bilərlər. 

 

 



DEMOKRATĠK ĠDARƏETMƏDƏ MƏKTƏBAXĠLĠ NƏZARƏT VƏ ONUN 

KEYFĠYYƏTƏ TƏSĠRĠ 

 

İsgəndərli A.Ş. 

Gəncə Dövlət Universiteti 

 

Pedaqoji proses şagirdlərin potensialının üzə çıxarılmasını, reallaşdırılmasını və inkişafını təmin edir. 

Keyfiyyətli təhsil prosesinin qurulması, onun strukturunda, məzmununda və təşkilində dəyişikliklər hesabına 

reallaşdırılmalıdır.  

 Məktəb  rəhbərləri  öz  fəaliyyətini  pedaqoji  kollektivə  əsl  hörmət,  etimad  onlar  üçün  əlverişli  iş 

şəraitinin  yaradılması  üzərində  qurmalıdır.  Məktəb  rəhbərlərinin  məhz  bu  cəhəti,  pedaqoji  idarəetmə 

nəzəriyyəsini  əsaslı  surətdə  tamamlayır.  İdarəetmə  milli  zəminə,  mənəvi  sərvətlərə,  ümumbəşəri  dəyərlərə 

əsaslanmalıdır.  İdarəetmədə  obyektiv  şərait  nəzərə  alınmalıdır.  Təhsil  müəssisəsinin  tipinin  dəyişdirilməsi 

xüsusilə müasir dövrdə müsbət nəticə verən, keyfiyyətcə müasir mərhələlər sisteminə qovuşan demokratik 

idarəetmə üslubu ön plana çəkilir. Bəzən sual doğurur. Təhsil müəssisələrində demokratik idarəetmə sistemi 

necə  olmalıdır?  Bizcə  demokratik  idarəetmə  sistemində  dəqiq  resept  vermək  çətindir.  Amma  təcrübəyə 

əsaslanaraq  deyə  bilərik  ki,  rəhbərlik  –  pedaqoji  kollektiv,  rəhbərlik  –  şagirdlər,  rəhbərlik  –  ictimai 

təşkilatlar, müəllimlər – şagirdlər, müəllimlər – valideynlər və s. sisteminə üstünlük verilməlidir. Demokratik 

idarəetmədə 

fəaliyyətin 

optimallaşdırılması  əsas  götürülməlidir.  Burada  təhsil  kriteriyalarının 

aydınlaşdırılması,  konktet  şəraitin  nəzərə  alinması,  optimal  variantın  seçilməsi,  nəzarət  mexanizmin 

müəyyənləşdirilməsi  əsas  götürülməlidir.  Ümumiyyətlə,    idarəetmə  anlayışı  bir  sıra  ədəbiyyatlarda 



məktəbdaxili  idarəetmə  anlayışı  kimi  nəzərdə  tutulur.  Məktəbdaxili  idarəetmə  dedikdə  qərarların 

hazırlanmasına,  qarşıya  qoyulan  məqsədə  müvafiq  olaraq  obyektin  təşkilinə,  nəzarətinə,  tənzimlənməsinə, 

dəqiq  informasiya  əsasında  monitorinq  və  qiymətləndirmə  aparılmasına  və  yekunlaşdırılmasına 

istiqamətləndirilmiş  fəaliyyət  başa  düşülür.  İdarəetmədə  əsasən  bir  sıra  funksiyalar  şagird  –  müəllim 

təşkilatlarının  ixtiyarına  verilməlidir.  Məktəbdaxili  idarəetmədə  əməyin  elmi  təşkili  prinsipi  əsas 

götürülməlidir.  Bizcə  idarəetmədə  iştirak  edəcək  şəxslərin  təyini  yox  seçilməsinə  üstünlük  verilməlidir. 

Müəssisənin  təhsil  şurasında  məktəbdaxili  qaydaların  idarə  olunması,şagirdlərin  marağının  öyrənilməsi, 

ictimai rəyin toplanması, kadrlarla iş və maddi texniki bazanın möhkəmləndirilməsi və s. kimi komisiyalar 

yaradılmalıdır.  Aydındır  ki,  məktəbdaxili  idarərtmənin  həm  funksiyaları,  həm  də  məqsəd  və  vəzifələri, 

metodologiyası  var.  Həmin  metodologiyaya  aşağıda  göstərilən  anlayışların  daxil  edilməsini  vacib  hesab 

edirik: 

-  tədris-tərbiyə  prosesinin  (pedaqoji  prosesin)  idarəetmə  texnologiyalarının  xüsusiyyətlərindən 

asılılığı; 

-  kadrların  seçilməsi,  onların  fəaliyyətinin  monitorinqi  və  qiymətləndirilməsi,  müsbət  motivasiya, 

kollektivdə əlverişli pedaqoji, psixoloji mühitin formalaşdırılması; 

- məktəbin inkişaf prosesi (hansı şəraitdə məktəbdə innovasiya prosesləri səmərəli olacaq və bu şəraiti 

necə yaratmaq lazımdır); 

- idarəetmə nəticələrinin xarici təsirdən asılılığı (sosial-mədəni mühit). 

- kolegiallığın vəhdəti 

- idarəetmədə demokratiklik  

-məktəbdaxili nəzarət və s. bu metodologiyaya daxil olan anlayışlar xüsusilə məktəbin idarəolunması 

pedaqoji sistemlərin  funksiyasına,keyfiyyətin-səməmrəliliyinin  yüksəldilməsinə gətirib  çıxarır.  Ümumtəhsil  




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə