Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə233/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   229   230   231   232   233   234   235   236   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

443


 

 

qanın  nə  qədər  artdığını  şagirdlər  riyazi  hesablamalar  yolu  ilə  tapmağa  çalışırlar.  Bu  isə  onlarda  zehni 



fəaliyyətin güclənməsinə səbəb olur. 

Fiziki  hərəkətlərin  əxlaqi  hisslərə  təsiri  olduqca  qüvvətlidir.  Belə  ki,  müasir  nəsil  milli  mənlik, 

müstəqillik,  milli  dövlətçilik,  vətənpərvərlik,  igidlik,  cəsurluq  və  s.  ruhda  tərbiyəsində  fiziki  hərəkətlərin, 

şagirdlərin fiziki tərbiyəsinin özünəməxsus yeri və rolu vardır.  

İbtidai  sinif  şagirdlərinin  inkişafında,  fiziki  tərbiyəsində  basketbol,  voleybol,  əl  topu  kimi  idman 

oyunları onların sağlamlığı və fiziki inkişafları üçün çox faydalıdır. Belə ki, bu oyunların hərəkət ünsürləri 

bir-birilə  çox  yaxındır.  Məsələn,  voleybol  oyunları  onların  sağlamlığı  və  fiziki  inkişafları  üçün      çox 

faydalıdır.  Belə  ki,  bu  oyunların  hərəkət  ünsürləri  bir-biri  ilə  çox  yaxındır.  Məsələn,  voleybol  oyununda 

topun sağ və sol əllə kəsilməsi və top kəsmək üçün təkan verir, tullanmaq lazım gəlməsi, qolların, çiynin, 

qurşağın  və  aşağı  ətraf  əzələlərinin  daha  qüvvətli  inkişaf  etməsinə  səbəb  olur.  Ürək-damar  sisteminin  və 

təfəssünün işinə yaxşı təsir göstərir və şagirdlər tərəfindən sevilir.  

Ümumiyyətlə  idman  oyunları  üzrə  hərəkətləri  mənimsəmə  prosesində  şagirdlər  öz  hərəkətlərini 

cilalamaq,  idarə  edə  bilmək,  özünə  qarşı  tələbkar,  yoldaşa  qarşı  nəzakətli  olmaq  kimi  əxlaqi  hisslər 

qazanırlar. 

 

NƏSĠRƏDDĠN TUSĠNĠN VALĠDEYN–ÖVLAD TƏRBĠYƏSĠ HAQQINDA FĠKĠRLƏRĠ 

 

Əlizadə R. 

Naxçıvan Dövlət Universiteti 

 

Şərqin görkəmli mütəfəkkir pedaqoq və filosofları valideyn-övlad tərbiyəsi məsələləri ilə bağlı zəngin 

irs  qoyub  getmişlər.  Milliyətcə  ingilis  olan  şərqşünas  alim  U.M.Uott  Şərq  mütəfəkkirlərinin    zəngin  irsini 

dəyərləndirərək  belə  yazırdı:  ―Şərq  alimlərinin  tədqiqatları  olmasaydı,  Avropada  elm  və  fəlsəfə  sürətlə 

inkişaf edə bilməzdi‖. 

XIII  əsr  görkəmli  Azərbaycan  alimi  Mühəmməd  Nəsirəddin  Tusi  (1201-1274)  ―Əxlaqi-Nasiri‖  ilə 

Şərq xalqlarının  elm  – maarif  və pedaqoji fikir tarixinə Şərq xalqlarının   əxlaq nəzəriyyəçisi kimi  daxil 

olmuşdur. 

Böyük  Azərbaycan  mütəfəkkiri  Nəsirəddin  Tusi    pedaqoji  sistemində  ―ailəni  idarə  etmək  və  uşaq 

tərbiyəsi‖  məsələsinə  geniş  yer  vermiş,  ―Əxlaqi-Nasiri‖nin  ikinci  bölməsini  (Evdarlıq  elmi  haqqında)  bu 

məsələyə  ithaf etmişdir. 

Tərbiyə yalnız insanı cəmiyyət içərisində müşərrəf olmağa deyil, bütün mötədil və xoşəxlaqlığa sövq 

edir-deyən  böyük  mütəfəkkir  tərbiyənin  qüdrətinə  büyük  inam  bəsləyirdi.  O,  insan  tərbiyəsinin  sonsuz  

olduğunu  söyləyərək  onun  anadan  olduğu  bir  gündən  ömrünün  sonuna  kimi  davam  etdiyini  göstərirdi. 

N.Tusi  tərbiyəni  bir  sözlə  nəsihətlə,  bir  moizə  ilə  verilməyi  rədd  edir  və  göstərir  ki,  bu,  həkimin  xəstəyə 

verdiyi  dərman  kimi,  hissə-hissə,  az-az  işlədilməli  və  yeri  gəldikcə  zəruri  sayıldıqda  verilməsi  məqsədə 

müvafiq sayılmalıdır. 

N.Tusi ata-ananın ilk vəzifəsini uşaq doğulanda ona  gözəl bir ad qoymaqla ifadə edir. Onun fikrincə 

uşağa namünasib ad qoyularsa, uşaq ömru boyu xəcalət çəkər. Sonra uşağa sağlam dayə tapmağın vacibliyini  

vurğulamışdır, çünki bir çox xəstəliklər və xoşagəlməz adətlər süd vasitəsi ilə uşağa keçir. 

N.Tusi  uşaqların  tərbiyəsini  südəmər  vaxtından  verməyi,  bu  işlə  ciddi  məşğul  olmağı  ata-analara 

məsləhət  görmüşdür.  O  qeyd  edir  ki,  elə  hərəkət  etmək  lazımdır  ki,  uşaq  dil  açıb  danışarkən  bir  kəlmə  də 

olsun  bəd,  pis  nəlayiq  söz  işlətməsin  və  pis  hərəkətlər  görməsin.  Ona  görə  ki,  uşaqların  təbiətində  pis, 

yaraşmaz söz və əməllərə meyl çox güclü olur. 

O  yazır:  ―Hər  şeydən  əvvəl,  uşağın  bu  meylini  qabaqlayıb,  əxlaqını  təmiz  saxlamaq,  yəni  uşağın 

zatında hansı müsbət keyfiyyət olduğunu öyrənib, həmin meyl və qüvvətin təkamülünə çalışmaq zəruridir‖. 

N.Tusi  uşağın  hər  bir  hərəkətini  izləməyi,  onun  çətinliyə  düşərsə  vəziyyətdən  çıxış  tapmağı,  çətin 

işləri  həll  etrməyi,  cəld  hərəkətlərə,  çətin  əməllərə  adət  etməyi,  sakit  oturmaq,  durmaq  və  danışığa  təhrik 

etməyi,  hamı  ilə  ədəbli  davranmağı,  yalan  danışmamağı  və  s.  öyrətməyi,  deyilənlərə  adət  etdirməyi  də 

məsləhət görür və əsərlərində bunlara geniş yer verirdi. 

N.Tusiyə görə, ―insanın tərbiyəsi yalnız yaşa dolduqdan, özünü anladığı vaxtdan deyil, hələ rüşeyim 

halında olandan başlanmalıdır. Onun fikrincə, uşağın etdiyi pis hərəktləri onun üzünə vurmaq lazım deyildir. 

Bunu uşağa başa salmaq və inandırmaq lazımdır,- deyirdi. Böyük mütəfəkkirə görə ―uşağın acığa düşməsi 

üzə  durması‖  və  s.  valideynlərin  yaxşı  və  pis,  düzgün  və  düzgün  olmayan    yanaşmasından  asılıdır. 

Valideynlər  hər  bir  hərəkətinə,  davranışına  xüsusi  diqqət  yetirməlidirlər,  çünki  uşaq  eşitdiyini  deyil, 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

444


 

 

gördüyünü  götürər.  Valideyn  uşağa  necə  tərbiyə  verirsə,  verdikləri  barədə  də  yaxşı  düşünməli,  nəyi 



öyrətmək,  niyə  öyrətmək  və  necə  hərəkət  etməyi  başa  salmaq  üçün  vasitə  və  metodlar  hazırlamalıdır. 

Uşaqlıq  yaşları  qurtardıqdan  sonra,  uşaq  idrakının,  səhhətinin    möhkəmlənməsi  dövrünün    başlandığını 

göstərir. 

N.Tusiyə görə, ―tərbiyə yalnız ailədə uşaq yaşlarında verilməməli, böyüdükdə də zəruridir‖. ―Tərbiyə 

insanla yaranmış, insanla davam edir və hər bir şəxs öldükdə o da yekunlaşır‖. 

Bu fikir XVIII əsr fransız filosof-materialisti, pedaqoq K.A.Helvetsi tərəfindən də tərənnüm edilsə də 

N.Tusi bunu neçə-neçə əsr bundan əvvəl söyləmişdir. 

N.Tusiyə  görə  uşağa  tərbiyəvi  keyfiyyətləri  aşılamaq  hələ  kiçik  yaşlarından  başlayaraq,  həyata 

keçirilməlidir. İlk növbədə uşağa yemək mədəniyyəti öyrətməyin vacibliyini qeyd etmişdir. Onun fikrincə, 

ata-ana  istərsə  də  müəllim  uşağa  başa  salmalıdır  ki,  xörək  yeməkdə  məqsəd  bədəni  sağlam  saxlamaqdır, 

çünki qida həyat və sağlamlığı qorumaq üçün yeyilir.  Qida aclıq və susuzluğu dəf etmək üçün dərmandır. 

N.Tusi  yeməyin  əmək  fəaliyyətinə,  zehnə,  əqlə,  hikmətə,  yaradıcılığa,  əxlaqa  və  s.  təsir  etdiyini  də  qeyd 

edirdi. 

N.Tusi  danışığa,  nitqə,  ünsiyyətə  üstünlük  verərək  qeyd  edir  ki, insanın bir  çox  xüsusiyyətləri  onun 

danışığı  prosesində  üzə  çıxır.  Buna  görə  də,  çox  danışmamağa,  başqası  danışanda  sözünü  kəsməməyi, 

sonadək dinləyib sonra, öz fikrini söyləməyi,  insanların gizli söhbətinə qulaq asmamağı və s. təklif edir və 

bunları uşaqlara öyrətməyi müəllim və ata-analar üçün  zəruri sayırdı. 

N.Tusi uşaq və yeniyetmələrin tərbiyəsinə xüsusi diqqət yetirirdi. Onun fikrincə,―filosof Sokrat da bu 

fikirdə  imiş‖ ki, bu dövrdən tərbiyə verildikdə uşaqların əxlaqına istənilən təsir göstərmək mümkün bir hal 

olur‖. 


N.Tusi Sokratdan misal göstərərək yazırdı: ―Filosof Sokratdan soruşurlar ki, cavanların tərbiyəsinə sən 

nə üçün bu qədər fikir verirsən? O deyir: ―Çünki cavanın və nazik budaqların əyriliyini düzəltmək asandır, 

amma ağac böyüyüb  kobudlaşanda onu düzəltmək mümkün deyildir‖. 

 Ata  və  ana    övladın  dünyaya  gəlməsində  və  böyüməsində  ilk  səbəbkardır.  Onların  sayəsində  övlad 

cismi  kamala,  boya-başa  çatır,  yeyib-içir,  hər  tərəfdən  mühafizə  və  qayğı  ilə  əhatə  olunur.  N.Tusi  övladın 

cismani  varlığının  ataya  aid  olduğunu  deyir  və  N.Tusi  ailədə  qadının  rolunu  yüksək  qiymətləndirirdi.  O 

yazırdı:  ―Ana,  övladının  cismanı  tərbiyəsi  işində  bütün  xeyirli  qüvvələri  ona  cəlb  və  zərəredici  qüvvələri 

ondan dəf edir‖.  

Ananın övlada sonsuz mehribanlığı, məhəbbətini, öz həyatını uşağının həyatına qurban verməyə hazır 

olduğunu da qeyd edir və göstərir ki, ―bütün həyatı boyu övlad ata-ana qarşısında borcludur‖. 

N.Tusi ata-ananın haqqını üç şərtlə gözləməyi təklif edirdi. Birincisi, qəlbən  onları sevmək və hər bir 

iş prosesində onların razılığını almaq. 

İkincisi, onların tələbini gözləmədən hər bir işdə onlara köməklik göstərmək, buna minnət qoymamaq 

və  əvəz  gözləməmək  və  üçüncüsü,  istər  zahirən,  istərsə  batinən  onların  xeyirlərini  istəmək,  onların 

vəsiyyətlərinə  əməl  etmək  və  göstərişlərini  yerinə  yetirmək.  Ata-anaya  nankorluq  etməyi,  onların  üzünə 

qayıtmağı və s. kimi mənfi əməlləri N.Tusi ən böyük qəbahət və səhv sayırdı. 

N.Tusi  əsərlərində  anaya,  ataya,  yaxın  qohumlara,  uşağa  məhəbbət,  böyüyə  hörmət,  kiçiyə  qayğı 

haqqında,  ümumiyyətlə  tərbiyənin  əsasını  təşkil  edən  dəyərli  fikirlər  söyləmişdir.  Uşağı  mehribanlıq  və 

məhəbbət  doğuran  kəramətlərlə  tərbiyə  etmək  lazımdır,  xüsusilə  ağıla,  şüura,  idraka  təsir  etməklə  başa 

salmaq yolu ilə; pul vermək, şirnikdirmək, əsil-nəsəbə aid olan şeylərlə yox‖. 

Nəsirəddin Tusi ―Əxlaqi Nasiri‖ əsərində ailədə uşaqların tərbiyəsi ilə bağlı dəyərli fikirlər bu gün də 

öz əhəmiyyətini itirməmiş, biz və gələcək nəsillər üçün töhvə olacaqdır. 



 

 

KĠTABĠ DƏDƏ QORQUD BOYLARINDA DƏDƏ QORQUD OBRAZI 

 

Əsgərova G.N. 

Bakı Slavyan Universiteti 

 

Kitabi  Dədə  Qorqud  dastanı  türk  xalarının  tarixi  keçmişini,  həyat  tərzini,  məişətini,  adət-ənənələrini 



əks etdirən əvəzolunmaz eposdur. Dastanın iki nüsxəsi mövcuddur.  Vatikan nüsxəsi 1952 -ci ildə tapılıb və 

1 müqəddimə 6 boydan, Drezden nüsxəsi  1831-ci ildə tapılıb və 1 müqədimə 12 boydan ibarətdir. 

Dastanda  başlıca  obraz  Dədə  Qorquddur.  O, oğuz  xalqının  bilicisi,  uzaqgörəni və  yolgöstərəni  kimi 

təqdim olunur. Dastanın özü də sanki Dədə Qorqudun dilindən danışılır. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə