Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
435
"Xəmsə"nin ilk kitabı "Sirlər xəzinəsi" poemasında dahi Azərbaycan şairi qəddar şahları, hökmdarları
ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz
yüksək məhəbbətini bildirmişdir. ―Sirlər xəzinəsi‖ndə şair-pedaqoq ―ədalətli hökmdar‖ konsepsiyasının
bünövrəsini qoymuş, əsərdəki on doqquz söhbətdən ikisini (ikinci və dördüncü söhbətləri) xüsusi olaraq bu
məsələyə həsr etmişdir. Poemanın ikinci söhbəti ―Ədalətli və insaflı olmaq haqqında şaha nəsihət‖ adlanır.
Hekayənin adından aydın göründüyü kimi şair burada şahları, hökmdarları, sultanları, dövlət məmurlarını
haqqa-ədalətə, qanunlara əməl etməyə, qəddarlığa, zorakılığa, xalqa zülmə son qoymağa çağırır, onları adil
insanlar kimi tərbiyələndirməyə çalışır:
Bu dünyada kim tapar ən böyük səadəti?
O kəslər ki, qoruyar, gözləyər ədaləti.
Dahi Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində məhəbbətin böyüklüyü ilə yanaşı, dövrünün
aktual məsələlərinə toxunmuş, ədalətli hökmdar, dövlətin idarəsi, rəiyyətə qayğı kimi ictimai-siyasi
əhəmiyyətli fikirlər söyləmişdir:
Ədalət aynası - böyüк asiman
Səndən gördüyünü əкs edər hər an.
Bəlli bir şeydir кi, pisliк edənlər
Öz işindən özü çəкəcəк zərər.
Şairi bütün yaradıcılığı boyu düşündürən ədalətli şah arzusu bu poemada da aydın şəkildə öz əksini
tapmışdır. O, özünün mütərəqqi ideyalarını poemada yaratdığı Hürmüz şah, Məhin Banu və nəhayət, Şirin
kimi ədalətli şah obrazları vasitəsilə ifadə etmiş, Hürmüz şahın rəiyyətin rahatlığı naminə gördüyü işləri,
Məhin Banunun xalqla ədalətli rəftarını, Şirinin hökmdarlıq illərindəki firavan yaşayışı və s. təsvir etmişdir:
Şirinin əlinə çatanda şahlıq
Ölкədən hər yana yayıldı işıq.
Ədalətlə etdi rəiyyəti şad,
Məhbuslar olundu həbsdən azad.
Nizami Gəncəvi ―ədalətli şah‖ konsepsiyasına sadiq qalaraq, sonuncu əsəri olan ―İskəndərnamə‖
poemasında da Makedoniyalı İskəndərin simasında ―adil hökmdar‖ obrazını yaradır. Poemada İskəndər bir
şah və sərkərdə kimi müdrikliyini nümayiş etdirir, onun yüksək insani keyfiyyətlərini açır və onu bir nümunə
kimi dünya şahlarına və hər şeydən əvvəl, şairlə həm dövr olan şahlara göstərir. İskəndər ədalət səsini aləmə
yayaraq zülm, nadanlıq və bədxahlıqla mübarizəyə qalxır. Ölkələr fəth edərək, xalqları haqqa və ədalətə tabe
edərək şah bu üç qüvvədən özünü də, insanları da xilas etməyə çalışır. Onun müharibələri sülhə xidmət edir,
o, dağıtmaqdan çox qorxur. Əmin-amanlığın bərpası İskəndərin əsas qayəsidir:
Zülmü birdəfəlik yadından çıxar,
Çünki zülmkarlıq ömrü azaldar.
Padşah ədaləti çıxartsa yaddan
Ölkəsi tez olar zülm ilə viran.
Şairin ―ədalətli cəmiyyət‖ konsepsiyasının mərkəzində duran başlıca ideya budur ki, ideal cəmiyyətin
yaradılması birinci növbədə ölkə başçısının ədalətli, şahın qanun deyil, qanunların şah olmasından asılıdır.
Beləliklə, N.Gəncəvinin ədalət ilə bağlı fikir və ideyalarının araşdırılmasından belə qənaətə gələ bilərik ki,
ən gözəl cəmiyyət qanunların şahlıq etdiyi, haqq-ədalət tərəzisinin düzgün işlədiyi cəmiyyətdir. Ədalətli
cəmiyyət və hüquqi dövlət quruculuğu birinci növbədə ölkə başçısından, ―adil hökmdardan‖ asılıdır. Ölkə
başçısı birinci növbədə öz ədaləti ilə bütün vətəndaşlara nümunə olmalıdır. Ən varlı və ən qüdrətli
hökmdarlar yalnız ―ədalətli ölkə başçısı‖ adını qazanmaq sayəsində əbədiyyətə qovuşa bilərlər.
BÜTÜN YAġ QRUPLARINDAN OLAN UġAQLARIN ƏMƏYĠN RƏHBƏRLĠYĠN
ÜSUL VƏ METODLARI
Cəfərova D.
Naxçıvan Dövlət Universiteti
Uşaqlar öz tapşırıqlarını icra etməyə başladıqda tərbiyəçi hər şeydən əvvəl onların öz fəaliyyətlərinin
nə dərəcədə yaxşı və səmərəli təşkil etmələrinə, lazımi avadanlığı necə yerləşdirmələrinə, işin ardıcıllığına
qabaqcadan fikir vermələrinə, onun səliqə ilə yerinə yetirilməsi tələblərini nəzərə ala bilmələrinə və s. diqqət
yetirməlidir. O uşaqlara izah edir ki, hər şeydən əvvəl öz iş yerini diqqətlə hazırlamaq lazımdır. İş
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
436
təcrübəsində çox zaman tərbiyəçi özü lazım olan bütün şeyləri hazırlayır. Bununla belə uşaqların əmək
fəaliyyətlərində planlaşdırma, öz fəaliyyətini təşkiletmə bacarıqlarının formalaşması imkanlarından istifadə
edilməmiş qalır. Təbiidir ki, tərbiyəçi onları əvvəlcə özünə kömək etməyə sonra isə müstəqil olaraq lazım
olan şeyləri hazırlamağa cəlb edərək, öz işinin təşkilinin başlanğıcını uşaqlara tədricən öyrədir.
Uşaqların eyni vaxtda işlədiyi və onlardan hər biri ümumi tapşırığa daxil olan hər hansı ayrıca işi
yerinə yetirdiyi ümumi əmək prosesində işi bir vaxtda qurtarmaları üçün tez-tez uşaqların bir-birinə kömək
etməsi zərurəti yarana bilər.
Çox vaxt uşaqlar yoldaşlarına kömək göstərərkən, əslində kömək etmir, onların əvəzinə işləyirlər. Ona
görə də pedaqoqun onlara bir-birinə məsləhətlə, əyani göstərməklə, işi birgə yerinə yetirməklə kömək etməyi
öyrətməsi çox vacibdir.
Belə üsulla tərbiyəçi uşaqların necə kömək göstərmək lazım olduğunu onların səliqə ilə işləməsinə,
işinin öhdəsindən gəlməsinə, hansı hərəkətlərin kömək etdiyini başa düşmələrinə nail olur.
Əgər bir necə uşaq eyni tapşırığı yerinə yetirərkən onlardan biri çətinlik çəkirsə, onda uşaqlara
yavaşcadan demək olar: ―Göstər görək bu tapşırığı necə yerinə yetirmək lazımdır, izah et görək nəyi əvvəlcə
nəyi isə sonra etmək lazımdır‖. Belə hallarda bəzən uşaqların geri qalmasına qeyri-bərabər iş həcmi səbəb
olduqda, uşaqlara təklif etmək lazımdır ki, yoldaşlarını da cəlb edib tapşırığı birlikdə icra etsinlər.
Bəzi uşaqlar ləng işləmələrinə baxmayaraq tapşırığı yoldaşlarından kömək ummadan axıra qədər
özləri yerinə yetirməyə çalışırlar. Belə hallarda tərbiyəçi uşağa yoldaşlarını tələsdirməməyi, bir qədər isə
başqa işlə məşğul olmağı izah etməlidir. ―Yoldaşlarını gecikdirmək olmaz‖ deyə tələb edərək uşaqları
tələsdirmək lazım deyil. Əgər geri qalanları gözləməyə imkan yoxdursa, onda mütləq ona başa salmaq
lazımdır ki, hamı onu gözləyə bilməz, vaxt yoxdur, ona görə də inciməsin və köməkdən imtina etməsin.
Birgə əmək fəaliyyəti şəraitində uşaqlardan hər biri ümumi əmək prosesinə daxil olan ancaq bir
əməliyyatı yerinə yetirir. Məsələn, biri sahəni süpürür, başqası zibili yığır və əl arabasına doldurur, digəri isə
arabanı sahədən aparır. Burada uşaqlar arasındakı qarşılıqlı əlaqə də, qarşılıqlı asılılıq da göz qabağındadır.
Tərbiyəçinin hər uşağa işi ümumi tapşırığın bir hissəsi kimi təqdim etməsi və onların nəticəyə birlikdə
cavabdeh olduqlarını dərk etməyə kömək göstərməsi vacibdir. Birgə fəaliyyət prosesində işdə ləngimələrdə
olur. Bunun səbəbi hər şeydən əvvəl uşaqların müxtəlif surətdə işləməsi ola bilər. Birgə fəaliyyət təcrübəsi
artdıqca uşaqları iş prosesi zamanı buraxdıqları səhvləri görməyi və onu aradan qaldırmağı öyrənirlər.
Uşaq bağçasının böyük qrup uşaqlarının əmək fəaliyyətinin təşkilində uşaqlara təsir məqsədi ilə işi
yerinə yetirmə sürəti üzrə yarış üsulundan tez-tez istifadə olunur. Bu həmişə düzgün olmur çünki belə
şəraitdə məktəbəqədər yaşlı uşaqlarda çox vaxt manqa üzrə yarışda uduzmalarına səbəb olan yoldaşlarına
mənfi münasibət yaranır. Onlar ləng uşaqlarla işləməkdən imtina edir səbirsizlik göstərir əsəbiləşir və onları
incidirlər. Bütün bunlar qrupda uşaqlar arasında müsbət qarşılıqlı münasibətə mənfi təsir edir. Eyni zamanda
ləngimə çox vaxt ayrı-ayrı uşaqların işdən yayınması nəticəsində deyil, onların fərdi xüsusiyyətlərindən və
bacarıqlarının kifayət qədər olmamasından irəli gəlir. Bununla birlikdə yarış işin keyfiyyətinin kəskin surətdə
aşağı düşməsinə səbəb olur.
Bu və ya digər əməyi təşkil edərkən pedaqoq nəzərə almalıdır ki, yarış uşaqların öz təşəbbüsü ilə də
təşkil edilə bilər. Ona görə də onlara müntəzəm olaraq izah etmək lazımdır ki, iş yaxşı yerinə yetirilməlidir,
ancaq belə şəraitdə yarışmaq olar.
Birgə fəaliyyətdə ləngimə bir də onunla izah edilə bilər ki, uşaqlardan kimsə öz işini tamamilə
keyfiyyətsiz yerinə yetirsin. Bu, işi davam etdirəcək növbəti uşağın fəaliyyətində fasilənin yaranmasına
gətirib çıxarır. Artıq yuxarıda qeyd edildiyi kimi birgə əmək prosesində uşaqlar hazırladıqları hissələri bir-
birinə ötürürlər. Məsələn, uşaq taxtadan lazım olan hissəni mişarlayaraq, yoldaşına verir özü isə başqasını
mişarlamağa başlayır. Yaxud dibçəyə torpaq tökərək, onu buraya tum basdıracaq yoldaşına verir, özü isə
növbəti dibçəyi doldurmaq üçün torpaq ələməyə başlayır. Təşkil etmənin belə xüsusiyyəti ona gətirib çıxarır
ki, uşaqlar öz yoldaşlarının işinin nəticəsinə diqqət yetirirlər. Səhvlər aşkara çıxan zaman onlar səhv edən
uşağa təsir göstərməyə çalışır, onu həmin işi işləməyə təhrik edirlər.
Tərbiyəçi uşaqlara yoldaşlarına müxtəlif üsullarla təsir etməyi öyrətməli və onlar tədricən buna
yiyələnməlidirlər. Əgər yoldaşı işin keyfiyyətini yoxlamayıbsa ona məsləhət görsün ki, belə etməsin, əgər o
tapşırığı yerinə yetirməkdə çətinlik çəkirsə, ona kömək göstərsin. Yoldaşına bu cür təsir üsulları
məktəbəqədər böyük yaşlı uşaqların tamamilə bacara biləcəkləri bir şeydir.
Uşaqların kollektiv qrup fəaliyyəti prosesində tərbiyəçi əməyin kollektiv xarakteri, onun əhəmiyyəti,
həmçinin iş zamanı uşaqlar arasındakı müsbət qarşılıqlı münasibət haqqında təsəvvürlərin formalaşması
məsələsini özünün əsas vəzifəsi kimi qarşıya qoyur. O uşaqların gah bu, gah da digər birləşməsində yaranan
vəziyyətə istinad edərək kollektiv əməyin hər cür üstünlüyünü qeyd edir.