Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə228/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   224   225   226   227   228   229   230   231   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

433


 

 

ÜMUMTƏHSĠL MƏKTƏBLƏRĠNĠN ĠDARƏ OLUNMASINDA MONĠTORĠNQ VƏ 



QĠYMƏTLƏNDĠRMƏNĠN ROLU 

 

Babayev A.M. 

Lənkəran Dövlət Universiteti 

 

Məlumdur ki, təhsil müəssisələrinin fəaliyyət sistemini təkmilləşdirmək, ən müasir innovativ üsul və 

vasitələrlə reallaşdırılma işində ümumtəhsil məktəblərində aparılan təhsil islahatı ideyalarının da böyük rolu 

vardır. Bu cəhətdən ümumtəhsil məktəblərində pedaqoji işə rəhbərliyi, elmi aspektlərini təhlil-tərkib etmək, 

pedaqoji  proses  təcrübəsində  şagirdlərlə  yanaşı  müəllim  fəaliyyətini  özünü  də  dəyərləndirmək  ciddi  sosial 

maarifləndirici  problem  kimi  qarşıda  dayanır.  Xüsusən,  məktəbi  idarəetmə  orqanlarının  iş  və  fəaliyyət 

sistemini  təkmilləşdirməyin  nəzəri-praktik,  elmi-pedaqoji,  mənəvi-psixoloji  zəmindən  reallaşdırılması 

yollarını bilmək, keyfiyyətli və humanist təhsilin başlıca rəhnidir.  

Müasir şəraitdə Azərbaycan təhsil sisteminin mühüm həlqəsi olan ümumtəhsil məktəblərində pedaqoji 

prosesə xidmət məsələlərinin məzmun və formalarını yeni innovativ ideyalarla zənginləşdirməklə keyfiyyətli 

və  uzunmüddətli  fəaliyyət  sahələrini  modernləşdirmək  başlıca  vəzifədir.  Bu  cəhətdən  ümumtəhsil 

məktəblərində  monitorinq  və  qiymətləndirmənin  məqsəd  və  vəzifələrini,  onun  təhsil  müəssisələrindəki 

inkişafını  təlim-tərbiyə  prosesinin  keyfiyyəti  təminatının  ümumtəhsil  məktəb  şəbəkələrinin 

idarəolunmasındakı rolunun kompleks şəkildə həll etməyin vacibliyini də nəzərə almaq lazımdır.  

Müasir  şəraitdə  elm  və  texnikanın  inkişaf  səviyyəsi,  yeni  pedaqoji  texnologiya  nümunələrindən  – 

kompüterdən  istifadə,  interaktiv  metodlardan  yaradıcı  istiqamətdə  faydalanmaq,  İnternet  sisteminə  çıxışı 

təmin etmək olduqca zəruri olan texnoloji bacarıqların da meydana gəlməsinə səbəb olur. Bu cəhətdən orta 

ümumtəhsil  müəssilərində  kollegial  idarəetmə  orqanlarının  fəaliyyətini  planlaşdırmaq,  məzmun  və 

metodikasını  yeni  modern  layihələr  əsasında  təkmilləşdirmək,    xüsusən,  məktəb  və  pedaqoji  şura 

fəaliyyətinin  humanist  və  demokratik  prinsiplər  əsasında  təşkilinə  ciddi  fikir  vermək,  məktəbin  kollegial 

idarəetmə  orqanları  vasitəsi  ilə,  innovativ  metod  və  üsullardan  istifadə  yolu  ilə  real  prosesdə  onların  

əhəmiyyətliliyini sübut etmək tələb olunur. Məhz bu səbəbdən, tədqiq etdiyim problemdə ―Təhsil sahəsində 

islahat  proqramı‖nın  tələblərinə  uyğun  olaraq  orta  ümumtəhsil  məktəblərində  qiymətləndirmə  prosesinin 

rolunu müəyyənləşdirmək, bu yönümdən statistik təhlil-tərkib aparmaq, pedaqoji prosesə rəhbərlik və onun 

iştirakçılarının  fəaliyyətini  qiymətləndirmək  üçün  yeni  yanaşma  kontekstindən  elmi  əsaslara  istinad  edən 

müasir  qiymətləndirmə  metodlarının  tətbiqi    imkanlarını  araşdırmağa  çalışmışam.  Bu  sahədə  xüsusi 

proqramları, iş prinsiplərini  müəyyənləşdirmiş monitorinq və qiymətləndirmə fəaliyyətinin canlandırılması 

üçün    yeni  kompleks  innovativ  tədbirlərin  görülməsinə  aid  tövsiyələr  üzərində  işləmişəm.  Apardığım 

araşdırmalara istinad edib, bu sahədə konkret nəticələrə gəlmiş və ümumişlək mexanizm və modellər işləyib 

hazırlamışam. Bütün bunlarla yanaşı tədqiq etdiyim problemin aktuallığını və əhəmiyyətliliyini sübut edən 

müddəalara  da  nəzər  yetirmiş,  bu  sahədə  mövcud  olan  elmi  nəzəri  pedaqoji  mənbələrdən  istifadə  edərək, 

müqayisəli təhlil-tərkib aparmışam. 

Orta  ümumtəhsil  məktəbinin    idarə  olunması  və  rəhbərlik  prinsiplərinin  monitorinqinin  və 

qiymətləndirilməsi  sisteminin  təkmilləşdirməsinə  rəvac  verən  ictimai  dövlət  xarakterli  konsepsiyaların 

tətbiqi  barədə  2003-cü  ildə  Çaşıoğlu  nəşriyyatı  tərəfindən  çap  olunmuş  təhsil  sistemində  monitorinq  və 

qiymətləndirmə  (müəlliflər: M. Mərdanov, R. Ağamalıyev, A. Mehrabov, T. Qardaşov) olan dərs vəsaitində 

haqlı  olaraq  göstərilir:  ―Təhsil  müəssisələrinin  idarəolunma  vəziyyətinin  təhlili  göstərir  ki,  hazırda  əksər 

rəhbərlərin idarəetmə mədəniyyəti, pedaqoji kollektivdə baş verən dəyişikliklərdən və təhsil müəssisələrinin 

inkişafından  geridə  qalır.  Ona  görə  də,  təhsil  müəssisəsinin  rəhbəri  fəaliyyətin  formalarını,  üsullarını, 

insanlarla davranış qaydalarını dəyişməli, başqa sözlə idarəetmə mədəniyyəti təkmilləşdirməlidir. İdarəetmə 

mədəniyyəti  anlayışını,  tutumunu  və  onun  daxili  strukturunun  əsas  göstəricilərini  (parametrlərini) 

müəyyənləşdirək.  İdarəetmə  mədəniyyəti  inteqrativ  anlayış    olub,  təhsil  müəssisəsində  inzibati  və  sosial-

psixoloji  funksiyaların  müvəffəqiyyətlə  yerinə  yetirilməsi  üçün  rəhbərin  işgüzar,  professional  və  şəxsi 

keyfiyyələrinin məcmusudur. Öz üzərində müntəzəm işləyən, yeni ideyalar verməyi bacaran, insanlara təsir 

etməyin  yollarını  axtaran  rəhbər  müasir  təhsil  müəssisəsini  müvəffəqiyyətlə  idarə  edə  bilər‖.    Odur  ki, 

müasir  pedaqoji  proses  təcrübəsini  və  pedaqoji  fəaliyyətə  rəhbərlik  amillərini  orta  ümumtəhsil  yolu  ilə 

təkmilləşdirərkən, həmçinin monitorinq və qiymətləndirməninn şəffaf aparılmasına da nail olmaq lazımdır. 

 

 



 

 


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

434


 

 

TƏDRĠS PROSESĠNDƏ  ġAGĠRDLƏRĠN  ĠQTĠSADĠ  TƏHSĠLĠ VƏ TƏRBĠYƏSĠ 



 

Bayram Karagoz 

Bakı  Slavyan  Universiteti 

                           

Müasir cəmiyyətdə təhsilin inkişaf xüsusiyyətləri ondan ibarətdir ki, bu dərin sosial-iqtisadi islahatlar, 

cəmiyyətimizin  bazar  münasibətlərinə  keçid  almisı  ailə  və  ümumtəhsil  sistemi  qarşısında    gənc  nəslin 

iqtisadi   tərbiyəsinin   formalaşdırılması vəzifəsini qoyur. 

Bu  baxımdan  şagirdlər  ayrı-ayrı  fənlərin  tədrisi  prosesində  yeni-yeni  iqtisadi  terminlər  (bazar  iqti-

sadiyyatı, keyfiyyət, əmək məhsuldarlığı, özəlləşdirmə, mülkiyyət, özünümaliyyələşdirmə, icarə, kooperativ 

və s.) eşidirlər. Bu da təbiət elmləri ilə konkret iqtisadi elmlər (sənaye iqtisadiyyatı, kənd təsərrüfatı, əmək 

iqtisadiyyatı və s.) arasında sıx əlaqələrin olmasında özünü biruzə verir. Çünki onların tədqiqat obyekti eyni 

materialın  müxtəlif  cəhətləridir,  məqsədləri  isə  istehsalın  inkişafına  birbaşa  və  ya  dolayı  yollarla  yardım 

göstərməkdir, müxtəlif cəhətləri öyrənirlər. 

Məlumdur ki, hər bir yeni dərs, zərurət və iman dairəsində - respublikanın, dünyanın müasir ictimai-

siyasi və iqtisadi problemləri ilə, sənaye və kənd təsərrüfatı istehsalı ilə əlaqələndirirsə, o zaman şagirdləri 

həyata əməyə hazırlamaq vəzifəsi, hər şeydən əvvəl, onları respublikanın ictimai, iqtisadi və mədəni həyatı 

ilə tanış etmək daha asan olar. 

Orta  məktəblərdə  fizika,  kimya,  biologiya  fənlərinin    tədrisini  də  bu  istiqamətdə  təşkili  şagirdlərin 

iqtisadi dünyagörüşünün inkişafını təmin edir.   

Tədris  prosesində  zəngin  iqtisadi  bilik  və  uşaqların  iqtisadi  fəaliyyətinin  təçkili  üçün  geniş  imkanlar 

arsenalı  vardır.  Burada  əsas  məsələ  məktəb  fənləri  və  mövcud  politexniki  təhsil  praktikası, ictimai faydalı 

əmək çərçivəsində iqtisadi bilik və bacarıqları nizama salmaqda, yeniləşməkdə və sistemləşməkdə, dəyişkən 

sosial-iqtisadi  şəraitdə  iqtisadi  fəaliyyəti  genişləndirməkdədir.  İqtisadi  tərbiyənin  formalaşdırılması 

sistemində  rəngarəng  forma  və  metodlardan,  o  cümlədən  söhbət,  məruzə,  istehsal  məsələlərinin  həlli,  eks-

kursiyalardan istifadə olunur. Dərs və dərsdənkənar fəaliyyətdə məşğələlərin oyun formalarına xüsusi diqqət 

yetirilməlidir.  Bunlar  işgüzar  oyunlar,  istehsal  məsələlərinin  həllinin  iqtisadi  əsaslandırılmasının 

hazırlanması,  iqtisadi  hesablamaların  yerinə  yetirilməsi,  əmək  fəaliyyətinin,  ixtiraların  iqtisadi 

səmərəliliyinin təyin edilməsi və s. ola bilər.  

İstənilən fənnin tədrisində əsas tələb olunan cəhətlərdən biri də orada bölmələrin, mövzuların məntiqi 

ardıcıllığı, hansının əvvəl, hansının sonra gəlməsi, birinin o birindən irəli gəlməsi, uzlaşması, subordinasiya 

məsələsidir.  Buna  görə  də  fənlərin  tədrisində  struktur  məsələsi  də  diqqət  mərkəzində  olmalıdır.  Bundan 

başqa,  fənlərin  tədrisində  nəzəri-elmi  biliklər  sistemi  bitkin  bir  şəkildə  ifadə  olunmaqla  bərabər  dərsdə 

əyanilik üçün də çoxlu müvafiq sxemlər, məşq üçün müsahibə sualları, tapşırıqlar, məsələlər verilməlidir.   

Beləliklə,  bu  gün  orta  məktəb  qarşısında  səriştəli  (informasiya,  sosial-kommunikasiya,  sahibkarlıq 

baxımından)  kreativ  şəxsiyyəti  yetişdirmək  imkanı  verən  yeni  təlim  modelini  yaratmaq  kimi  sosial  sifariş 

durur. Belə şəxsiyyət təşəbbüskar olmalı, öz xüsusi biznesini yarada bilməli, iqtisadi məsələlər üzrə düzgün 

qərarları qəbul edə bilməlidir.  

Şagirdlərin diqqətini ən mühüm iqtisadi müddəalarda cəmləşdirən məktəb proqramı bu qabiliyyətləri 

əldə etməkdə onlara köməklik göstərə bilər. Əgər onlar bu müddəaları, onların məntiqini və bir çox iqtisadi 

problemlərə təsirini başa düşərlərsə, onda bu, onların gələcək vətəndaş, ailə üzvü və cəmiyyət üzvü rolunu 

uğurla yerinə yetirəcəklərinə təminat verər. 

 

 



NĠZAMĠ GƏNCƏVĠ ƏSƏRLƏRĠNDƏ ƏDALƏT MƏSƏLƏLƏRĠ 

 

Cəfərova A. 



Naxçıvan Dövlət Universiteti 

 

Formalaşmaqda  olan  milli  pedaqogikamızda  tərbiyənin  bir  hissəsi  olan  hüquq  tərbiyəsi,  yəni  ədalət 

mövzusu mühüm yer tutur. Nizami Gəncəvi də əsərlərində bu mövzuya xüsusi yer vermişdir.  ―Xəmsə‖nin 

araşdırılması  göstərir  ki,  buradakı  poemaların  demək  olar  ki,  hamısında  şair-pedaqoq  insanların  haqqa-

ədalətə (hüquq ərəb sözü olub ―haqq söz‖ mənasındadır), qanunçuluğa hörmət edilməsi ilə bağlı məsələlərə 

toxunmuş,  müvafiq  fikirlər  söyləmişdir.  Mülahizələrimizi  təsdiqləmək  üçün  ―Xəmsə‖dən  konkret 

nümunələrə baxa 

 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə