Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
425
mənası oxumaq (qiraət) deməkdir. Məhəmməd peyğəmbər müsəlmanlara çox oxumağı savada yiyələnməyi
məsləhət görürdü.
―Quran‖ ın əsas məqsədi insanlara xoşbəxtliyin yolunun göstərmək, onları düzlüyə, doğruçuluğa
səsləmək, onların əxlaqını saflaşdırmaq və pis işlərinin qarşısını almaqdır.
―Qurani – Kərim‖ ayrı – ayrı surələrdən və ayələrdən ibarətdir. Bu müqəddəs kitabdakı mətnlərin hər
birinə surə, surələrin hər bir cümləsinə isə ayə deyilir.
―Quran‖ qafiyəli nəsrlə yazılmışdır. Bu müqəddəs kitabdakı surələrin ümumi sayı 114, ayələrin sayı
isə 6666 – dır. ―Qurani – Kərim‖ də peyğəmbərimizin kəlamları toplanmışdır. Həzrəti Məhəmməd
əleyhissəlamın sağlığında onlar şifahi surətdə yayılırdı. İlk dəfə xəlifə Osmanın (644 – 656) tapşırığına
əsasən Məhəmməd peyğəmbərin hökmləri, göstəriş və məsləhətləri toplanmış və nəşr edilmişdir.
Məhəmməd peyğəmbər təxminən 570-ci ildə dünyaya göz açmışdır. Məhəmmədin atası Abdulla vəfat
edəndə o hələ anadan olmamışdı. Məhəmməd altı yaşında olarkən anası Aminə ərinin qəbrini ziyarət etmək
üçün yola düşür, oğlunu da özü ilə götürür və qadın Əbva kəndində həyatla vidalaşır. Babası Əbdül
Müttəlibin himayəsində qalan Məhəmməd səkkiz yaşında ikən onu da itirir. Babanın vəfatından sonra yetim
uşağa əmisi Əbu Talib yiyə durur. Məhəmməd kiçik yaşlarında əmisi Əbu Taliblə uzaq Suryaya uzun davam
edən səfərdə iştirak edir. Qonşu ərəb ölkələriylə tanışlıq Məhəmmədin həyatında böyük rol oynamışdır.
Sonralar bu ticarət səfərləri onu İslam dinini yaratmağa həvəsləndirmişdir. Məhəmməd lap gənc yaşlarında
Məkkədə ən inamlı və etibarlı adam kimi tanınmışdı.
Məhəmməd peyğəmbətin (ə.s) Xədicədən iki oğlu (Qasım və Abdulla) və dörd qızı (Zeynəb, Ruqiyyə,
Umgülsüm və Fatimə) dünyaya gəlmişdi. Həzrəti Məhəmməd (ə.s) İslam dininin banisi və sonuncu
peyğəmbəridir.
SEYĠD ƏZĠM ġIRVANĠNĠN NƏZƏRĠ ĠRSĠNDƏ MAARĠFPƏRVƏRLĠK ĠDEYALARI
Abasova S.A.
Bakı Slavyan Universiteti
XIX əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan Seyid Əzim Şirvani (1835-
1888) həm ədəbiyyat tariximizdə realist şair kimi şöhrət qazanmış, həm də maarif və mədəniyyət xadimi
kimi tanınmışdır. Böyük şairin maarifçilik ruhunda yazdığı əxlaqi-tərbiyəvi mahiyyət daşıyan əsərləri uzun
illərdən bəri gənc nəslin mənəvi cəhətdən yetkinləşməsində mühüm rol oynayır.
XIX əsr Azərbaycan ədəbiyyatında qəzəl ustadı kimi məşhurlaşmış Seyid Əzimin yaradıcılığında
əxlaqi-tərbiyəvi əsərlər də mühüm yer tutur. Onun elm, məktəb, maarif, mədəniyyət, mətbuat, mütaliə,
tərbiyə, mövzularında yazdığı şeirlər didaktik poeziyanın ən gözəl nümunələri sayılır. Dünyagörüşü
baxımından maarifçi olan şair cəmiyyətin təkamül yolu ilə dəyişib gözəlləşəcəyinə inanır, bundan ötrü
insanların mənəvi cəhətdən kamilləşməsini vacib şərt sayırdı. Ona görə də o, özünün ictimai-pedaqoji və
bədii fəaliyyətində elmin, maarifin, mədəniyyətin təbliğinə, bilikli, tərbiyəli vətəndaşların yetişdirilməsinə
xüsusi diqqət yetirirdi.
Pedaqoji fəaliyyəti zamanı ana dilində dərsliyə ciddi ehtiyac olduğunu görən Seyid Əzim bu məqsədlə
uşaqlar üçün tərbiyəvi parçalar seçib toplamış, tərcümə etmiş, bir çoxunu isə özü yazmışdı. O, 1878-ci ildə
həmin mətnləri bir yerə yığıb birinci və ikinci sinif şagirdləri üçün dərslik tərtib etmişdi. Həmin kitabı çap
olunmaq üçün Qafqaz Maarif İdarəsinə təqdim etmiş, lakin onun nəşrinə icazə verilməmişdi. Ruhdan
düşməyən maarifçi-pedaqoq ildən-ilə bu dərsliyi müəyyən əlavələrlə zənginləşdirmiş, bəzi ixtisar və
dəyişikliklər etmişdi. Müəllifin «Müntəxəbat» adı ilə yenidən işləyib təkmilləşdirdiyi və müxtəlif illərdə
nəşrə təqdim etdiyi bu dərslik rəsmi dövlət sənədlərində «Məcmuəyi-asari-Hacı Seyyid Əzim», «Şəriət
kitabı», «Tacül-kütüb» («Kitabların tacı»), «Rəbiül-ətfal» («Balaların baharı») adlandırılmışdır. Bu
mənbələrə isnad edən bəzi araşdırıcılar yanlış olaraq şairin bir neçə dərslik tərtib etməsi mülahizəsini
söyləyirlər. Əslində isə həmin adların hamısı daha çox «Rəbiül-ətfal» kimi ilə məşhur olan eyni bir kitaba
məxsusdur.
Azərbaycan uşaq ədəbiyyatının görkəmli yaradıcılarından biri kimi şöhrət qazanmış, təlimtərbiyə
mövzusunda yazdığı əsərlərində yazıçı-pedaqoq kimi özünün məharətini göstərmiş Seyid Əzim Şirvaninin
ədəbi irsinin mühüm hissəsini uşaq və gənclərin təlim-tərbiyəsinə həsr etdiyi əsərlər təşkil edir. «Qafqaz
müsəlmanlarına xitab», «Təlim-tərbiyə haqqında», «Əkinçi» qəzetinə yardım üçün», «Həsən bəy Məlikov
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
426
Zərdabiyə», «Puşkinə heykəl qoyulması münasibətilə» və s. şeirlərində o, bir maarifçi kimi feodal-patriarxal
qayda-qanunların əleyhinə çıxmış, qabaqcıl ideyaların carçısı olmuşdur.
Seyid Əzimin nəcib ideyalar tərbiyə edən əsərlərini məktəb şagirdləri bir əsrdən artıqdır sevə-sevə
oxuyub əzbərləyirlər. Şairin öz oğlu Mir Cəfərə müraciətlə yazdığı şeirlərdə təbliğ olunan fikirlər əslində
bütün uşaqlar və gənclər üçün olduqca faydalıdır.
AZƏRBAYCAN RESPUBLĠKASININ ÜMUMĠ TƏHSĠL SĠSTEMĠNDƏ “KURĠKULUM
ĠSLAHATLARI” MÜHÜM MƏRƏHƏLƏ KĠMĠ
Abbasova S.X.
Bakı Slavyan Universiteti
Bir termin kimi kurikulum ölkəmizdə 90-cı illərin sonundan etibarən istifadə olunmağa başlamışdır.
Təhsil sisteminin təkmilləşdirilməsi, təşkilati-struktur bazanın möhkəmləndirilməsi istiqamətində 1999-cu
ildən başlayan Təhsil İslahatları çərçivəsində dövlət səviyyəsində genişmiqyaslı tədbirlərin həyata
keçirilməsinə başlanılır. Belə tədbirlərdən biri də 2000-ci ildə yaradılmış Təhsil Problemləri İnstitutunun
tərkibindəki qurumlardan biri ―Təhsil planı departamenti‖ dir. Institutun strukturundakı qurumlardan birinin
belə adlandırılması kurikulum terminin ―təhsil planı‖ kimi tərcümə edilərək işlənilməsi ilə bağlı olmuşdur.
Təhsil Sektorunun inkişaf layihəsinin həyata keçirilməsini təmin etmək üçün Azərbaycan
Respublikasının təhsil naziri 2004-cü ildə ―Kurikulum Mərkəzinin yaradılması‖ barədə əmr hazırlayır.
Kurikulum Mərkəzinin yaradılmasında başlıca məqsəd ümumi təhsil sistemi üçün müasir tələblərə cavab
verən, beynəlxalq təcrübəni özündə əks etdirən kurikulumların hazırlanmasında vahid sistemin təşəkkülünü
təmin etmək olmuşdur.
2005-ci ildən fəaliyyətə başlayan Kurikulum Mərkəzində iki vacib problemin həll olunması nəzərdə
tutulmuşdur: əməkdaşların peşəkarlığını, yeni texnologiyaların hazırlanması şəraitində fəaliyyət göstərək
üçün komunikativ bacarıqlar formalaşdırmaq, təhsil kurikulumlarını hazırlamaq.
Birinci problemin həll edilməsi məqsədilə Kurikulum Mərkəzinin əməkdaşları ilə seminar məşğələr,
müzakirə və işgüzar söhbətlər aparılmış və əməkdaşların yeni texnologiyalardan istifadə bacarıqlarının
formalaşdırılmasına başlanılır.
Təhsil Kurikulumlarının hazırlanması isə 2006-cı ilə təsadüf edir. Ilk dəfə həmin ildə ―Azərbaycan
Resbuplikasınn ümumi təhsilin konsepsiyası (Milli Kurikulum)‖ hazırlanır və hökümət tərəfindən təsdiq
edilir. Bu sənəd 2010-cu ildə təkimləşdirilərək istifadəyə verilir. Nəticədə isə sənəd özünün məzmun və
strukturuna görə tamamilə yenilənmişdir.
―Kurikulum‖ təlim prosesi ilə bağlı bütün fəaliyyətin təşkilini və həyata keçirilməsini əks etdirən
konseptual sənəd kimi başa düşülür. Bu sənəd özlüyündə təhsilalanlar üçün zəruri kompetensiyaları,
məzmun və qiymətləndirmə standartlarını, hazırkı tədris planları və proqramlarını, şagirdə və onun hazırlıq
səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərini və s. təsvir edir, müəllim və
məktəb qarşısında duran vəzifələri və onların konkret həlli yollarını göstərir.
ÜMUMTƏHSĠL MƏKTƏBLƏRĠNDƏ EKOLOJĠ TƏRBĠYƏ
Abdullayeva E.
Naxçıvan Dövlət Universiteti
Ekologiya canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqə haqqında sintetik
bioloji təlimdir. İnsan təbiətin bir hissəsi olub, onunla sıx bağlıdır. Təbiət insanların yaşayış mühiti vəzifəsini
görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. İnsanın ətraf mühit ilə əlaqəsinə
tarixi inkişafından baxıldıqda o, təbiətin hazır məhsullarından istifadə edir, qruplar halında yaşayır, birlikde
ov edir və bir yerdən başqa yerə köç edirdilər. Yaşadıqları coğrafi şəraitə uyğunlaşmış, ətraf mühiti tanımağa
və dəyişdirməyə çalışmışlar. Təbii mühit içində yaratdıqları, bu gün də içində yaşamını davam etdirdiyi,
özünün hazırladığı yaşayış mühitinin ilk modelləridir. XX əsrdə elm və texnikanın inkişafı ilə bir çox
irəliləyişlərin əldə olunması, sənaye sahəsində fabrik və zavodların artması ətaf mühitin və havanın
kirlənməsinə səbəb olmuşdur. Ətraf mühitin kirlənməsi insanların yalnış davranışlarından irəli gəldiyindən