Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
423
XVIII
PEDAQOGĠKA VƏ PSĠXOLOGĠYA
ġAGĠRDLƏRĠN AĠLƏ TƏRBĠYƏSĠNDƏ DĠNĠ DƏYƏRLƏRDƏN ĠSTĠFADƏ ĠMKANLARI
Abbasova G.A.
Gəncə Dövlət Universiteti
İslam böyük və geniş bir elmdir. Bu elmi dilimizin xalis inanc təməllərini açıqlayan, inanmağımız
zəruri olan məsələlər barədə bizə möhkəm biliklər verən, daha aydın desək, ―İslam dininin iman
ehkamlarından ( etiqat köklərindən ) Qur‖ani Kərində və müqəddəs hadisələr əsasında ardıcıl şəkildə bəhs
edən kəlamlar toplusudur; mülahizələr, mühakimələr ümmanıdır.
Dünya heç vaxt bir rəngə boyanmır. Ən ağır möhnətin də bir ümid, sevinc payı olur. Buna görədir ki,
yaşadığımız indiki çətin, əzablı dövrün və fərəh işartıları, sabaha inamımızı artıran işıqlı məqamları da var.
Yönümüzü öz kökümüzə, tarixi yaddaşımıza səmt çevirməyimiz zamanın sanki ucu görünməyən dolanbac
yollarında qalmayacağımıza əmindik hissi oyadır. Bu gün qolumuzdan tutan saf etiqat gücü ilə mətnliyimizi
artıran, incə mərhəmət duyğusu ilə ürəyimizi şəfəqləndirən belə başlıca amillərdən biri, bəlkə də birinci dini
dəyərlərdir. Əsrlər boyu şəriət ehkamları bizim üçün yalnız məslək, vicdan meyarlarına çevrilməyib, eyni
zamanda həyat, yaşayış tərzimizi müəyyənləşdiriblər. Bu möhtəşəm mənəvi sərvət bir müddət bizə yasaq
edilsə də haqq – talaya bağlılığımızı sarsıda bilməmişdir. Lakin etiraf etməliyik ki, həmin sərvətlərlə
aramızda uçurum yaranmışdır, bizi daim din haqqında bəsit, yalnız boyağı təsəvvürlər təlqin edilmişdir.
Şərait haqqında heç bir məlumatı olmayan nəsillər yetişmişdir. Bu boşluğu doldurmaq, allahını tanıyan,
etiqadı möhkəm İslam ehkamlarına dərindən bələd olan saf, daxilən yetkin şəxsiyyətlər tərbiyə etmək qarşıda
duran əsas vəzifələrdəndir. Biz dini məlumatlarımızı artırmalıyıq. Möhkəm biliyə əsaslanan inam güclü
olur.( bax, 18)
İslam yalan danışmağı qadağan edir, çünki yalan hər bir adam üçün və bütövlükdə cəmiyyətə təhlükə
yaradır. Elə buna görə də hadisələrin birində deyilir: - Əzalar içində ( qiyqmət günü ) daha çox əzab çəkən
dil olacaq.
İslam oğurluğu, riyakarlığı qadağan edir, böhtançiliği, möhtəkirliyi, qumar oynamağı pisləyir, çünki
burada biri digərinin itirməsi hesabına qazanır.
Bir nəfər Həzrət Peyğəmbərdən soruşur: Ya Rəsulallah, insanların ən xeyirlisi kimdir ?
-
Ömrü uzun, əməli gözəl olandır.
-
Bəs insanın ən pisi kimdir ?
-
Ömrü uzun, əməli pis olandır.
Ticarətdə istismarın bütün növləri qadağan olunur, çünki burada müəyyən tərəf cavabdeh olmalıdır.
İnhisarlığın, qara bazar, mübit torpaqların istifadəsiz qalması qadağan edilir.
- Kim torpağın bir qarışına zülm etsə, yerin yeddi qatı onun boğazına dolanır. Heç kəsə icazə verilmir
ki, başqasını öldürsün onun malına yiyələnsin. Ən yoxsul adam tamahkar olan kimsədir.
Zinəkarlıq, şöhrət düşkünlüyü, ər- arvad arasında xəyanət qəti qadağandır. Çünki bu cəmiyyətdə
mənəviyyatsızlıq yaradır, adamlar arasında zöhrəvi və nəinki indiki, gələcək nəsillərin də əxlaqını pozaraq
cəmiyyəti parçalayır. İslambelə cinayətlərin kökünü kəsməyə can atır.
Peyğəmbər salavatullahdan soruşdular:- Müsəlmanların ən yaxşısı kimdir? Həzrət Peyğəmbər
buyurdu: ―O adamdır ki, dilindən və əlindən müsəlmanlara xətər toxunmaz‖.(bax, 8)
Ailə insanın ilkin əxlaqi münasibətlərinin yarandığı beşikdir. Bu səbəbdən də şəriətin ailə haqqında
göstərişlərini bilməliyik. Ailə ata, ana və övladlardan ibarətdir.İslamın bu barədə hərarətli göstərişləri var:
Bu göstərişlər kişidən ailənin təminatını tələb edir. Qadının vəzifəsi isə ev işlərini aparmaq, uşaqların
qayğısına qalmaq, onlara tərbiyə vermək və ailədə əminamanlıq yaratmaqdan ibarətdir. Övladların borcu ata-
anasına ehtiram və itaətdir.
Ata- ananıza ehtiram edin ki, övladlarının da sizə hörmət qoysunlar. Həyalı və namuslu olun ki,
qadınlarınız da həyalı və namuslu olsunlar.
Ailənin möhkəm və intizamlı olması üçün İslam aşağıdakı meyarları qəbul edib: a) ər ailənin
başçısıdır. Heç bir qurum başçısız səmərəli fəaliyyət göstərə bilməz. Məktəbi müdirsiz, ölkəni rəhbərsiz
təsəvvür etmək mümkün deyil. Əgər bir yerdə rəhbər yoxdursa, orada qarmaqarışıqlıq düşər. Bu həmçinin
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
424
ailəyə aiddir. Əgər ailədə hərə öz bildiyini edərsə, hərcmərclik əmələ gələr, bu da uşaqların gələcəyini
təhlükəyə aparar. İntizam yaranması üçün ailədə rəhbər olmalıdır.
İslam ailədə əsas mövqeyi kişiyə həvalə edir və beləliklə ailə cəmiyyətin ilkin əsasına çevrilir. Heç bir
ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz.
Ailə başçılarının vəzifəsi əsas etibarilə işləmək və evdənkənar olan kəslərin məsələlərini həll
etməkdən ibarətdir. Qadınlar bundan azad edilirlər ki, özlərinin bütünlüklə ev işlərinə və uşaqların
tərbiyəsinə həsr etsinlər. İslam qadını evdən kənar işlərdən azad edir, çünki ona ikiqat əziyyət vermək
istəmir. Bu ədalətsizlik olardı. Bununla islam kişi ilə qadın arasında əmək bölgüsü yaradır. Lakin bu o demək
deyildir ki, qadının evdən kənara çıxmağa ixtiyarı yoxdur. Bu hallarda bəzi qaydalara riayət edilməlidir.
İslamda qadına daha çox üstünlük verilir.
Bir nəfər rəsullahın yanına gəlib soruşdu: Ya Peyğəmbər, mən kimə daha çox yaxşılıq etməliyəm?
Cavab verdi: ―Anana‖. O adam soruşdu: ―Sonra kimə?‖ Peyğəmbər buyurdu: ―Anana‖. Həmin adam yenə
soruşdu: ―Sonra kimə?‖ Peyğəmbər yenə: ― Anana‖ dedi: O adam bir də soruşdu: ―Bəs sonra kimə?‖ Rəsuli
Əkrəm buyurdu: ―Sonra atana‖.
Ailənin genişlənməsi, adətən qohumluq əlaqələri və nigah yolu ilə baş verir. İslam insanlar arasında
möhkəm, sağlam ailə qurulmasını, hər bir ailə üzvünün digəri ilə dayaq və sevinc mənbəyi olmasını tələb
edir. (bax, 9)
1. Bir-biri ilə təbii və digər yolla qan qohumluğu olanlar arasında nigah qadağandır. Belə ki, ana ilə
oğul, ata ilə qız, ögey valideynlərlə uşaqlar, qardaş ilə bacı, kürəkənlə qaynana, gəlinlə qaynata arasında
nigah qadağan edilib. Bu qadağalar ailə əlaqəlrini möhkəmləndirir, onları saf və möhkəm edir.
2. Yaxın ailələr arasında qurulan nigahlar səmərəli olur, çünki belə hallarda adətən ailələr bir- birini
tanıyır, hər biri o birinin adətlərinə bələddir. Buna görə şəriət belə nigahlara üstünlük verir, lakin bu o demək
deyildir ki, tanış olmayan ailələr arasında nigah qadağandır.
3. Əksər hallarda qohum ailələr arasında dövlətlisi, kasıbı, imkanlısı, imkansızı olur. İslama görə kişi
tərəfin qohumlarını daha böyük üstünlük verilir. Qohumlar arasında qarşılıqlı hörmət ―Silat-Əlrəhm‖
adlandırılır. Müsəlmanlar mühüm qaydaya riayət etməyə çalışırlar. Qohumlara qarşı ehtinasızlıq günaha
bərabərdir və allah tərəfindən bəyənilmir. Əgər qohumlardan birinə bədbəxtlik üz verərsə, imkanı olan
qohumlar ona mütləq kömək etməlidir. Bu xüsusi ―Zəkat‖ və ya başqa xeyriyyəçilik əməlləri kimi təsdiqlənə
bilər.
4. İslamda vərəsəlik mərhumu varidatının bir nəfərə çatmasına yol vermir. Miras elə bölünməlidir ki,
bütün yaxın qohumlara çatacaq hissəni ala bilsinlər. Yaxın qohumlar, oğul, qız, arvad, ər, ata, ana, qardaş,
bacı hesab olunur. Bu qanunun bərabəri yoxdur və başqa cəmiyyətlərdə də qəbul edirlər. Təssüf ki,
müsəlmanlar özləri bu qanunu axıra kimi dərk etmir. Bəziləri hətta əməl etmirlər. Məsələn, bəzi ölkələrdə
qızları vərəsəlikdən məhrum edirlər ki, bu da ― Qurani- Kərimə‖ ziddir.
İnsanın öz dostları, qohumları, həmvətənləri və digər təmas da olduğu adamlarla münasibəti çox vacib
məsələlərdəndir. İslam belə münasibətləri bəyənir və onların sədaqət, doğruluq, hörmət əsaında qurulmasını
tələb edir. Möminlər bir- birinə hörmət etməlidirlər. Kömək və dayaq olmalı və evsizlərə, kimsəsizlərə əl
tutub acları doydurmalıdırlar.
- Müsəlmanlara görə ən xeyirli və ailə içində yetimə yaxşılıq edən, ən şərli ev isə yetimə yamanlıq
edilən evdir.
İslam dini kimi, allah sizə qismət edibsə, israfçılıq etməyin. Pulu mənasız yerə, lovğalanmaq üçün sərf
etmək qadağan edilir. Pulu ehtiyacı olanlar üçün deyil, boş yerə sərf edilməsini qəddarlıq və ədalətsizlik kimi
qiymətləndirir.
- Müsəlman qardaşının ehtiyacını ödəmək məqsədi ilə yol gedən bir kimsənin hər addımına ondan
ayrıldığı yerə dönüncəyə qədər Allah təala cavab yazar və yetmiş günahından keçər.
İslam xüdbinliyi rədd edir, çünki belə bir adam başqalarının mənafeyiilə hesablaşmır və ifrat
fərdiliyinə gətirib çıxarır. O istəyir ki, ayrı- ayrı fərdlər deyil, bütün cəmiyyət firəvan yaşasın. (bax, 9)
İslam sakit və təmkinli həyat tərzi tərəfdarıdır. Möminlərin ictimai şüura və öz xeyrinə bir iş görəndə
həmişə qohumları barədə düşünməyə çağırır. Bu islamın məqsədidir.
- Mərhəmət edənlərə Allah da mərhəmət edər. Yerdəkilərə mərhəmət ediniz ki, göydəkilər də sizə
rəhm etsin. Ey insanlar Allahdan qorxun! And olsun xaliqə ki, bir mömin digərinə zülm etsə, qiyamət günü
Allah- təala ondan mütləq intiqam alacaqdır.
Biz azərbaycanlılar müsəlmanıq. Peyğəmbərimiz Həzrəti Məhəmməd əleyhissəamdır. ―Qurani –
Kərim‖ müsəlmanların müqəddəs kitabıdır. Bu müqəddəs kitaba qısaca ―Quran‖ deyirlər. ―Quran‖ sözünün