Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə225/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   221   222   223   224   225   226   227   228   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

427


 

 

bunlar etik  problemlərdir. Bu  problemlərin təməlində biliksizlik dayanır. İnsana  ətraf mühitə qarşı düzgün 



münasibətlər qazandırmaqda ən mühüm vasitə təhsildir. 

Təhsil  sisteminin  əsas  məqsədi  yetişməkdə  olan  gənc  nəsildə  ekoloji  şüurun  formalaşması,  ekoloji 

mədəniyyətin  yaranması  üçün  effektiv  təhsil  və  maarifləndirmə  sistemləri  formalaşdırmaqdan  ibarətdir. 

Ekoloji  şüur  təbiətin  özündə  və  ―insan-təbiət‖qarşılıqlı  münasibətlərində  yaranır.  Ekoloji  təhsilin  strateji 

məqsədi  insanlara  elmi  biliklərə  əsaslanan  ekoloji  dünyagörüş,  ekoloji  mədəniyyət  və  etika  aşılamaqdır. 

Onlarda  öz  hərəkətlərinə  cavabdehlik,  nəticəni  qimətləndimək,  çətin  vəziyyətlərdən  çıxmağın  yollarını 

axtarmaq  bacarıqları  formalaşdırmaqdır.  Ekoloji  tərbiyə  uşağın  ailəsi,  cəmiyyətlə  ünsiyyətdə,məktəb 

rəhbərliyi  və  müəllimlərlə  birlikdə  formalaşdırılmalıdır.  Qısaca  ailə,  məktəb,  cəmiyyət  onun  ətraf  mühitə 

qarşı  münasibətinə  təsir  edən  üç  ünsürdür.  Uşağın  ətraf  mühitə  qarşı    müsbət  və  mənfi  davranışları,  ilkin 

bilikləri  öyrəndiyi  ilk  yer  ailədir.  Ailə  ölkənin  sosial,  mədəni,  ekoloji  və  iqtisadi  tərbiyəni  dolaylı  olsada 

təsiretmə  və  istiqamətləndirmə  gücünə  malik  sosial  bir  qurumdur.  Uşağın  ailə  çevrəsi ilə  birlikdə  ona  təsir 

edən  ünsürlər  nəticəsində  onun  ekoloji  görüş,  düşüncə  və  davranışları  formalaşmağa  başlayır.  Onun 

davranışlarının  ilkin  xüsusiyyətləri  ailə  içi  tərbiyədən  başlayır.  Uşaq  valideynlərinin,  yaşıdlarının,  yaxın 

çevrəsinin  təsiri  ilə  məktəbə  gəlmədən  müəyyən  səviyyədə  biliklər,  dəyərlər,  alışqanlıqlar  qazanır.  Ailədə 

başlayan təlim məktəbdə planlı və proqramlı şəkildə davam edir. 

Məktəblərdəki  şərait,  müəllimin  xüsusiyyətləri,  ətraf  mühit,  dərs  proqramları  və  dərs  vəsaitlərinin 

məzmunu  şagirdlərin  ekoloji  tərbiyəsinə  təsir  edən  mühüm  amillərdir.  Burada  dərs  proqramaları,  ayrı-ayrı 

fənlər  və    dərsliklərin  içərisindəki  materiallar  şagirdlərdə  ətraf  mühitin  öyrənilməsinin  başlıca  meyarıdır. 

Dərs kitablarında  ətraf mühitin öyrənilməsiylə yanaşı təbiətin və  təbii sərvətlərin qorunmasının da vacibliyi 

vurğulanır.  Ölkəmizdə  və  dünyada  baş  verən  ekoloji  problemlər  dərs  kitablarında  qeyd  olunmuş,  bu  

problemlərin  həlli  yolları  və  hər  bir  fərdin  üzərinə  düşən  vəzifənin  yerinə  yetirilməsi  haqqında  məlumat 

verilmişdir.  Ümumtəhsil  məktəblərində  mərhələli  şəkildə  şagirdlərin  yaş  səviyyələrinə  uyğun  ekoloji 

tərbiyənin  formalaşdırılması  dərs    proqramları  və    vəsaitlərlə  yanaşı  onlara  ətraf    mühitə  qarşı  davranış 

qaydaları  aşılanır.  Dərslərdə  öyrəndikləri  bilikləri  gündəlik  həyatlarında  tətbiq  etmələrinə  səy  göstərilir, 

təbiətə    qarşı  münasibətləri  izlənilir.  Öyrəndikləri  biliklər  təbiətdə  müşahidə    etdikləri  hadisələrlə 

əlaqələndirilir  və  müzakirələr  aparılır.  Məktəblərdə    ekoloji  təhsil  ibtidai  siniflərdə  elementar  biliklərin 

dərinləşdirilməsinə,  bu  biliklərə  təbiətdən  qeyri-səmərəli  istifadə  məsələlərinə  fikir  verməklə  ekoloji 

aspektləri qabartmağa xidmət edir. Bu biliklər məktəbəqədər dövrdəki biliklərdən elmi faktlara əsaslanması 

ilə fərqlənir.  

İbtidai siniflərdə ətraf mühitlə bağlı öyrənilən mövzular oyunlar vasitəsilə təşkil oluna bilər. Beləliklə, 

təbiət  hadisələrinin  şagirdlərin  yaşayaraq  öyrənmələri  asanlaşdırılmış  olar,  özlərini  ifadə  etmələrinə  kömək 

edəcəkdir.  Yuxarı  siniflərdə  ekoloji  biliklər  botanika,  zoologiya,  coğrafiya  dərslərində  və  sinifdən  kənar 

metodiki işlərdə mənimsədilir. Şagirdlərə  aşılanması zəruri olan biliklər aşağıdakılardır: 

-Bitkilər və heyvanlar aləmində baş verən bioloji proseslər; 

-Qidalanma inkişaf və böyümə haqqında biliklər; 

-Arealı tutmanın və bu proseslərlə bağlı təbiətin çirklənməsinin mahiyyəti; 

-Texnoloji proseslərin təbiətdə yaratdığı problemlər; 

Şagird ətraf mühitlə əlaqə içində biliklər qazana bilər. Unutmamalıyıq ki, şagirdlər ən yaxşı təcrübə və 

ən qalıcı bilikləri müşahidə etmək və tətbiq etməklə öyrənirlər. Hər bir bölgənin təbii mühiti, zənginlikləri, 

tarixi-mədəni mirası ekoloji tərbiyənin aşılanmasında mühüm yer tutur. 

         

 

YENĠ TƏLĠM TEXNOLOGĠYALARININ TƏTBĠQĠ YOLLARI 



 

Adilzadə İ. 

Naxçıvan Dövlət Universiteti 

 

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyev öz hakimiyyəti 

dövründə  təhsilin  inkişafına  xüsusi  diqqət  yetirmiş,  müəllimlik  sənətini  ən  şərəfli  peşə  adlandırmış,  təhsil 

alanlara  və  təhsil  verənlərə  qayğı  göstərmişdir.  Sevindirici  haldır  ki,  ulu  öndərin  kursu  möhtərəm 

Prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu gün uğurla və yaradıcılıqla davam etdirilir. 

İnkişaf edən cəmiyyətdə zamanın tələbinə uyğunlaşmaq vacibdir. Bu uyğunlaşma ilk öncə cəmiyyətin 

əsasını təşkil edən məktəbdən başlamalıdır. Dərsini yalnız dərslik və sinif otağı ilə məhdudlaşdıran müəllim, 

təbii ki, ilk öncə özünü, daha sonra gələcəyimiz olan şagirdləri cəmiyyətdəki yenilik və inkişafdan saxlamış 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

428


 

 

olur. Bu gün öyrənmə tək kitablarla deyil, həm də mümkün olan digər resursların vasitəsi ilə aparılmalıdır. 



Ümumtəhsil  məktəblərində  dünya  standartlarına  cavab  verə  biləcək  yeni  pedaqoji  və  metodik  yanaşmalar, 

yeni  metodik  düşüncə  tərzi  lazımdır.  Bunu    üçün  də  məktəblərdə  yeni  təlim  texnologiyaları  tətbiq 

edilməlidir.  

Yeni təlim texnologiyalarından istifadə bu gün müasir dərsin xarakterik xüsusiyyətlərtindəndir. Müasir 

dərs dedikdə, adətən mövzunu şagirdlərə öyrətmə prosesində müəllimin göstərdiyi pedaqoji məharət, ustalıq 

nəzərdə  tutulur.  Müəllim  sinifdə  işgüzar  şərait  yaradıb  şagirdlərin  müstəqil  mühakimələrinə  geniş  meydan 

açırsa,  hər  mövzunun  xarakterinə  uyğun  priyomlardan,  çeviklik  və  interaktivliyin  təmin  edilməsindən, 

problemli təlimdən istifadə edirsə, deməli o, dərsi müasir tələblər əsasında qura bilər.  

Təlim prosesində məzmunla yanaşı, forma da mühüm rol oynayır. Forma məzmunun daha optimal və 

səmərəli şəkildə çatdırılmasına xidmət edir. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq reaksiya 

doğursun, onları diskussiyaya girməyə, materiala uyğun hərəkətə sövq etsin. 

Fəal  təlimdə  müəllim  uşağın  fəal,  iradi  diqqətini  səfərbər  edir,  öyrədilən  mövzuya  maraq  oyadır, 

problem situasiya yaratmaqla qavrayışı fəallaşdırır, idrak üçün əlverişli şərait yaradır. Fəal təlim metodu elə 

təlim  metodudur  ki,  dərs  prosesində  müəllimlə  şagird  arasında  qarşılıqlı  əlaqə,  münasibət,  ünsiyyət,  müəl-

lim–şagird    əməkdaşlığı  vardır.  Fəal  təlimin  ən  böyük  üstünlüyü  ondadır  ki,  biliklərin  verilməsi  zamanı 

şagirdin yaradıcı təfəkkürü işə salınır, onun yeni biliklərə müstəqil yiyələnməsinə şərait yaradılır. Bu zaman 

şagird mövzunu daha maraqla öyrənir, tez mənimsəyir və unutmur. Fəal dərs tipində əməkdaşlıq, işgüzarlıq, 

demokratik  prinsiplər  öz  əksini  tapır.  Fəal  təlimin  üsulları  bunlardır:  beyin  həmləsi,  müzakirələr,  rollu 

oyunlar,  prezentasiyalar,  tədqiqatın  aparılması,  məntiqi  təfəkkür  proseslərinin  inkişafına  yönəldilmiş 

metodlar.  Müasir  təlim  metodlarından  və  İKT–dən  istifadə  cəmiyyətin  dəyərli  vətəndaşları  olmağa 

hazırlaşan,  fəal  və  hər  şeylə  maraqlanan  şagirdlərin  təhsil  aldığı  siniflərin  yaradılmasında  müəllimlərə  yol 

göstərir.  Bu  isə  dünyanın  hər  yerində  təfəkkürə  üstünlük  verən  müəllimlərin  heç  vaxt  bitib–tükənməyən 

axtarışları deməkdir. İnteraktiv dərsdə şagird araşdırmaya cəlb edilməlidir. Bu prosesdə müəllimin istiqaməti 

əvəzsizdir. Əgər müəllimin  qurduğu dərs müasir standartlar əsasında qurularsa, mütləq şagird araşdırmaya 

cəlb  olunacaq.  Təbii  ki,  araşdırma  aparan  şagird  yalnız  kitab  və  əyaniliklə  kifayətlənməməli,  internet 

resurslardan da istifadə etməlidir. Onlar hansı mənbələrdən istifadə etməyi və hansı əlaqələri qurmağı özləri 

seçir.  Müəllimlərin  müəyyən  etdiyi  parametrlərdən  asılı  olaraq  şagirdlər  öz  mövzularına  və  apardıqları 

araşdırmalara nəzarəti tam şəkildə öz əllərində saxlaya bilir.  

İKT–dən  istifadə  edilən  siniflərdə  şagirdlərin  məlumat  toplamaq,  həmkarları  ilə  məsləhətləşmək  və 

əldə etdikləri nəticələri təqdim etmək üçün daha güclü vasitələri vardır. Texnologiya şagirdlərə məlumatları 

idarə  etmək  imkanı  verir  ki,  bu  da  həm  şagirdlərin  anlama  qabiliyyətini sürətləndirir,  həm  də  onların  daha 

yüksək  səviyyəli  mühakimə  bacarıqlarından  istifadəyə  keçməsini  təmin  edir.  İnteraktiv  təlim  üsulları  o 

zaman müsbət nəticə verə bilər ki, şagirdlər üçün müasir tələblərə cavab verən öyrədici mühit yaradılsın. 

Bu gün hər bir milli təhsil sisteminin gələcəyi onun informatlaşma səviyyəsindən asılıdır. İKT əsaslı 

təlim  prosesində  operativ  əks–əlaqə  baxımından  öyrədən  və  öyrənənin  yeni  interaktiv  tərəfdaşı  meydana 

gəlir. Artıq müəllim şagird üçün informasiya mənbəyi deyil. Müəllimin əks–əlaqə yaratmaq, şagirdin biliyini 

qiymətləndirmək  imkanı  tədricən  məhdudlaşır,  bu  imkanların  bir  qismi  İKT  vasitələrinə  transfer  olunur. 

Müəllim şagirdlərinə informasiya ötürülməsinə vaxt sərf etmir. Qazanılan əlavə vaxt ərzində şagirdlər digər 

yaradıcı məsələlərin həllinə imkan qazanırlar.  

Texnologiyaların  təlim  prosesində  tətbiq  olunması  müştərək  öyrənmə  prosesini,  şagirdlər  arasında 

əməkdaşlığı inkişaf etdirir və  onların bir  şəxsiyyət  kimi  formalaşmasında  mühüm  rol  oynayır.  Multimedia 

vasitələrindən  istifadə  olunması  əyaniliyi  gücləndirir,  informasiyanın  məntiqi  və  obrazlı  mənimsənilməsi 

üsullarını  birləşdirir  ki,  bu  da  təlim  prosesini  fəallaşdırır.  Multimedia  texnologiyalarının  interaktivliyi 

şəxsiyyətyönümlü təlim modellərini gerçəkləşdirmək üçün geniş imkanlar verir.  



 

 

HƏZRƏTĠ  ƏLĠNĠN (Ə.) ELM HAQQINDA  FĠKĠRLƏRĠ 

 

Ağalarova T. 

Naxçıvan Dövlət Universiteti 

      

Həzrəli  ƏIi  (ə.) bütün  müsəlman  dünyasında  elm,  müdrik  filosof  kimi  tanınır  və  sevilir.  Peyğəmbər 

Əleyhissəlam buyururdu ki ―Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Elm öyrənib alim olmaq istəyən bu 

qapıya gəlsin‖. Həzrəti Əli (ə.) elmin faydasını yüksək qiymətləndirərək deyirdi: ―Мənə bir hərf öyrədənin 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə