Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
429
köləsiyəm‖, ―Elmli gənc nadan ağsaqqaldan xeyirlidir‖, ―Alim məclisləri cənnət bağlarıdır‖, ―Elm dünyanın
ən zəngin xəzinələrindən qiymətli olduğu halda, havayi satılır və havayı alınır‖ və s.
Həzrəti Əli (ə.) ictimai həyatdakı sinifləri və bunlar arasındakı ziddiyyətləri, nadanlığı, geriliyi aydın
hiss etmiş onun əsas köklərini maarifsizlikdə, elmsizlikdə gördüyündən maarifçilik ideyasını təbliğ etmişdir.
Elmlə bağlı fikirlərində insanları maddiyata üstünlük verməməyə, həmçinin müsəlman aləmini tamahkarlığın
caynağından xilas etməyə, maarifə çağırmışdır: ―Qəlbin səfası Quran oxumaqdır‖; ―Elmsiz ibadətdə,
təfəkkürsüz Quran oxumaqda xeyir yoxdur‖; ―Elm tükənməyən bir xəzinədir, ağıl əksilməyən, köhnəlməyən
bir libas‖; ―Az elmi olub bildiyinə əməl edən, çox elmi olub əməl etməyəndən xeyirlidir‖; ―Ölç, biç sonra
kəs, düşün, daşın, sonra danış, anla, bil, sonra et‖; ―Elm insanı pislikdən qoruyar‖; ―Elm gizli olmayan
gözəllikdir‖; ―Hər bir qab dolar, elmin qabı isə əksinə, dolduqca genişlənər‖.
Hətta elmlə var-dövləti müqayisə edən Həzrəti Əli (ə.) elmin 7 cəhətdən maldan üstün olması fikrinə
gəlir:
1) elmi xərcləməklə azalmaz, mal isə azalar;
2) elm peyğəmbərlərdən mirasdır, mal isə zalımlardan, hakimlərdən;
3) elm sahibini hifz edər;
4) bütün insanların elm sahibinə ehtiyacı var, amma mal sahibinə yox;
5) elm insan öləndə də onunladır, mal isə bu dünyada qalandır;
6) elm insan üçün qiyamətin çətinliklərini və sirat körpüsünü keçməyi asan edər, mal isə ona mane
olar;
7) elm hakimdir, mal isə hökm altında olandır, məğlubdur (1,s.78) .
Həzrəti Əli (ə.) elmli insanların daim öz elmini axtarmağın, başqalarının nəsihətlərinə qulaq asmağı,
təkəbbürdən, paxıllıqdan, məkr və hiylədən, haramdan uzaq olmağı, dilini pis şeyə öyrətməməyi, vəfalı
olmağı, qəlbi çətin şeylərə məcbur etməməyi məsləhət bilirdi. Onun bir neçə qiymətli kəlamlarına nəzər
salaq: ―Elm qəlbi qüvvətləndirir, mal isə əksinə, zəiflədir‖; ―Elm təvazökarlıq, mal isə lovğalıq yaradır‖;
―Elm insanda mərhəmət, mal isə xəbislik doğurur‖; ―Elm şərafətli və əziz mirasdır‖; ―Elmli gənc, nadan
ağsaqqaldan xeyirlidir‖; ―Elm kimi üstünlük, danışmaq kimi arxa ola bilməz‖; ―Elminizi nadanlığa sərf
etməyin‖; ―Elm, ədəb üçün sərf etdiyin mal xərclənməyib‖; ―Gözəllik insanın geyimində deyil, elm və
ədəbindədir‖; ―Qiymətsiz elm dillərdə yer tutar, qiymətli elm bədəndə‖; ―Hər təcrübə yeni bir elmin
mənbəyidir‖; ―Əsl alim anlamalıdır ki, bilmədiyi bildiyindən çoxdur‖; ―Uşaqlarınıza elm öyrədin, düşmənin
hiyləsinə aldanmasınlar‖; ―Ataların övladları üçün qoyduqları mirasın ən şərəflisi elm və ədəbdir‖; ―Elm
qiymətli miras, ədəb yenilməz zinət və fikir isə təmiz bir güzgüdür‖; ―Nəfsini mühasibə edən qazanar,
özündən qəflət edən zərər çəkər, qorxan amanda qalar, ibrət alanın gözləri açılar, bəsirət tapan başa düşər və
başa düşən isə elmə yiyələnər‖. ―Hədisi eşitdiyin zaman onu, kəlmələrini nəql etməklə deyil, barəsində
dərindən düşünməklə dərk edin‖.
Həzrəli ƏIi (ə) elm, bilik, onlara yiyələnmək yolları ilə bağlı orijinal fıkirlər sahibidir. Bəqərə
surəsinin 189-cu ayəsində ―Evlərə qapılardan girin‖ əmri vardır. Məhəmməd Peyğəmbər (ə) isə ―Mən hikmət
eviyəm, Əli qapısıdır, məndən sonra mənim təbliğ etdiyim şeyləri sizə açıq-aydın bildirəndir; onu sevmək
imandandır; ona qarşı çıxmaq isə nifaqdır‖ - deyə buyurmuşdur. Həzrəti Əli (ə) buyururdu ki, elm iki cürdür:
anadangəlmə və eşidilib öyrənilən. Anadangəlmə qabiliyyət yoxdursa, eşitməklə öyrənilən elm fayda verməz
(2,s.41).
Elm tükənməyən bir xəzinədir, ağıl əksilməyən, köhnəlməyən bir libas. Az elmi olub bildiyinə əməl
edən, çox elmi olub əməl etməyəndən xeyirlidir. Ölç biç sonra kəs, düşün, daşın, sonra danış, anla, bil,
son¬ra et. Elm insanın pislikdən qoruyar. Elm gizli olma¬yan gözəllikdir. Hər bir qab dolar, elmin qabı isə
əksinə, dolduqca genişlənər. Alimin xətası dəryada sınıq gəmiyə bənzər, həm özü qərq olar, həm də
gəmidəkilər (3,s.78).
Həzrəti Əli (ə) əqli Allah təalanın insana bəxş etdiyi ən yüksək qismət hesab edirdi. Çünki əqli kamil
olanların əxlaqı və əməli pak olur. Əql insa¬na zinyət verir.
Elm, ədəbdir kişinin ziynəti
Elmü ədəb olmasa yox rahəti
Gözəlliyin, ziynət, elmü ədəb
Elmü, ədəbdir kəmalə səbəb.
O, elm öyrənməyi insanın kamilliyinin və fəzilətinin, ədəbli olmağının, zəfər çalmağının əsas şərti
hesab edirdi:
Fəzli, ədəb zahir edər, neyki zər
Elmü ədəb yetir kamala ki, ta
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
430
Fəzl sənə hasil ola ey bəsa
Fəda sənə, kəsb elə elmü ədəb
Taki sənə faidə versin nəsəb
Elmü ədəb gər edəsən ixtiyar
Fəzilətin artıq olar, bişomar (4,s.47)
Həzrəti Əli (ə.) elmin bir daha fəzilətləri haqqında buyurur: ―Yetim atası olmayan deyil, elmi və ağlı
olmayandır‖; ―Elmli gənc, nadan ağsaqqaldan xeyirlidir‖; ―Ataların övladları üçün qoyduqları mirasın ən
şərəfiisi elm və ədəbdir‖; ‖Elm, dünyanın ən zəngin xəzinələrindən qiymətli olduğu halda, havayı satılır...‖.
Həzrəti Əli (ə.) elm və elm öyrənməyin mənfəətindən xeyli bəhs etdikdən sonra əlavə edərək deyir:
―Elm şərafətli və əziz mirasdır‖ (4, s.l6).
Sonda qeyd etməliyik ki, insanın tərbiyə və təşəkkülündə örnəklərin rolu tamamilə aşkar
məsələlərdəndir və bu gün insanın tərbiyəsi ilə məşğul olan elmlərdə və onun müxtəlif qollarında örnəyin
təsir və zəruriliyi tamamilə sübuta yetirilmişdir. Həzrəti Əli Əleyhissəlamın kəlamları dərinliyi məlum
olmayan bir dəryadır. Buna görə də həmin kəlamlar öz dövrü üçün son dərəcə necə mütərəqqi fikirlər idisə,
bu gün də bu fikirlər və ideyalar öz təsir gücünü itirməmişdir.
N.TUSĠ TƏLĠM VƏ TƏRBĠYƏ HAQQINDA
Axverdiyeva N.F.
Gəncə Dövlət Universiteti
N.Tusinin həyatı haqqında yazılan mənbələrə diqqət yetirdikdə görürükki onun adı Azərbaycan
mədəniyyəti tarixinə məşhur ensiklopedik alim və dövlət xadimi kimi daxil olmuşdur.
N.Tusinin Bəzi mənbələrdə onun Həmədan şəhərində, digər mənbələrdə isə Xorasanın ən böyük
mədəni mərkəzlərindən biri sayılan Tus şəhərində anadan olduğu göstərilir. O, ilk təhsilini də Tus şəhərində
almışdır. Buradan da Tusi ləqəbini götürmüşdür. N.Tusi hələ uşaqlıq illərindən elmə maraq
göstərmiş,böyüklərin xüsusilə müəllimlərin rəğbətini qazanmışdır.İstedadı, qavramaq qabiliyyəti diqqəti cəlb
etmişdir.N.Tusinin ilk müəllimi atası olmuş, sonrakı müəllimləri isə dövrünün görkəmli alim və pedaqoqları
İbn Sina məktəbinə mənsub olan alimlər, o cümlədən Azərbaycanın məşhur filosofu Bəhmənyar, dövrünün
ən şöhrətli müəllimi hesab edilən Fəridəddin Damad olmuşdur. F.Damad öz dünyagörüşü ilə müasirlərindən
xeyli fərqlənirdi. Təkcə şəriət ehkamları deyil, yunan fəlsəfəsi, hind hikməti, türk, fars mədəniyyəti,
Azərbaycan incəsənəti ilə də yaxından maraqlanırdı. N.Tusi çox mükəmməl təhsil almışdı və gənclik
illərində böyük şöhrət tapmışdı. N.Tusi sürgün həyatı yaşamışdır.Buna baxmayaraq o, bir sıra əsərlər, o
cümlədən: ―Şərh-ül işarət‖, ―Təhrir əlməcəsti‖, ―Təhrir əqlidis‖ adlı əsərlərini yazmışdır. Həbsdən azad
olunduqdan sonra Hülaku xanın şəxsi məsləhətçi kimi fəaliyyətə başlayır və sonradan Hülaku xanın oğlunun
vəziri olmuşdur.N.Tusinin Şərq ölkələrində şəxsi müfuzu və ehtiramı olmuşdur.. N.Tusi fəaliyyəti Dövründə
minlərlə günahsız və bacarıqlı şəxsi monqol qılıncından xilas edə bilmişdi. 1259-cu ildə N.Tusinin başçılığı
ilə Marağa rəsədxanası tikilməyə başladı. Bağdadın işğalı zamanı N.Tusi rəsədxana üçün lazımi hazırlıq
görür, alimlər cəlb edir, kitablar toplanmasını təşkil edir. Şərq ölkələrindən kitablar gətizdirir və rəsədxana
nəzdində böyük bir kitabxana yaradır. Bəzi mənbələrə görə burada 400000 cildlik əlyazması (o vaxt çap
olunmuş kitablar yox idi), müvafiq cihazlar toplanmışdı. Dövrünün tanınmış alimlərindən məşhur
riyaziyyatçı, astronomlar və görkəmli elm adamlarından ibarət mükəmməl bir kollektiv yaradılmışdı.
Burada azərbaycanlılarla yanaşı farslar, ərəblər, türklər, gürcülər, çinlilər, tatarlar, monqollar, yəhudilər və
başqaları var idi. N.Tusi öz kollektivinə ayrıca qayğı və nəvaziş göstərirdi. Marağa rəsədxanasının banisi
olan N.Tusi 15 il ona rəhbərlik etmişdir. Marağa rəsədxanası XIII əsrdə dünyanın ən böyük mədəniyyət
müəssisəsi olmuşdur. Burada elmin bir çox sahələrinə dair aparılan təfqiqat işləri, onların yüksək elmi
səviyyədə aparılması, elmi dəyəri və ən ümdəsi Marağa rəsədxanasının qoyduğu irsin sonrakı əsrlərdə elmin
inkişafına göstərdiyi böyük təsir sübut edir ki, o adi rəsədxana çərçivəsindən kənara çıxaraq elmin
inkişafında tam bir dövr təşkil etmişdir. N.Tusi:
-―Zic Elxani‖- astronomiyadan bəhs edən əsər,
- ―Təhrir eqlidis‖ (Evklid şərhi)- Həndəsədən bəhs edən əsər,
- ―Bilik əldə etməyin əsasları‖,
-―Məntiq haqqında‖,
-―Başlanğıc və son‖,