Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə227/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   223   224   225   226   227   228   229   230   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

431


 

 

-―Səma və vaxt‖,  



- ―Maliyyə haqqında‖ və s. əsərlərin müəllifidir. 

-―Əxlaqi-Nasiri‖  əsəri:  -Bu  əsərin  qəribə  yazılma  tarixi  var.  1240-cı  ildə  İsmaili  hökmdarı  Nasir 

Möhtə-şəmin  yanına    Kuhistana  gəlir.  Nasirin  təklifi  ilə  1236-cı  ildə  pedaqogi-kaya  aid  ―Əxlaqi-Nasiri‖ 

(Nasirin əxlaqa aid kitabı‖) əsərini yazır 

 Müəllif  bu  haqda  belə  yazır:  ―Qəhistan  vilayətinin  hakimi  Nəsirəddinin  xidmətində  olarkən 

məclislərin birində görkəmli alim, kamil filosof Əbu Əli Miskəveyhin ―Əl-təharə‖ adlı kitabını ərəb dilindən 

fars  dilinə  tərcümə  etmək  mənə  təklif  olundu.  Mən  bir  az  fikirləşdim  və  özüm-özümlə  məsləhətləşərək, 

xəyalən  belə  dedim:  ―Bu  qədər  gözəl  mənaları  çevirmək,  onların  qəşəng  libaslarını  soyundurub,  birovuz 

paltar geyindirmək adamı meymun şəklinə salıb eybəcərləşdirməyə oxşar‖ (3). Beləliklə, Tusi bu təklifi rədd 

edir və özü həmin mövzuda orijinal bir əsər yazmağa qadir olduğunu bildirir.  O, öz vədini  yerinə  yetirir və 

1235-ci  ildə  özünün  məşhur  ―Əxlaqi-Nasiri‖  əsərini  yazır.  Bu  kitabın  çoxlu  miqdarda  üzü  çıxarılaraq  xalq 

içərisində yayılmışdır.  ―Əxlaqi-Nasiri‖ özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi və 

pedaqoji fikirlərin bir növ yekunudur.  N.Tusinin fikrincə, hər işi görən insandır. Bu mənada onun tərbiyəsi 

hər  şeydən  vacibdir.  Bu  işlə  məşğul  olan  elm  də  ən  şərəfli  sayılmalıdır.  ―Bu  elm  insani-nəfsin  elə 

xüsusiyyətlər  qazana  biləcəyindən  danışır  ki,  onun  iradəsi  ilə  edilən  bütün  davranış  və  rəftar  gözəl, 

tərifəlayiq olsun‖ ―Əxlaqi-Nasiri‖ndə mərkəzi yerlərdən birini əmək, zəhmət, peşə və sənət tutur. O, yazır ki, 

insan  yaşamaq üçün hər şeydən əvvəl yeməyə möhtacdır, insanın yeməyi isə başqa heyvanlarınkı kimi ot və 

sudan ibarət deyil və təbiət tərəfindən hazır verilmir ki, aclıq-susuzluqlarını dəf etdikdən sonra arxayınlaşıb 

dincəlməyə  başlasınlar.  İnsanın  qidası  sənət  və  peşə  olmadan,  məsələn:  əkmək,  biçmək,  təmizləmək, 

üyütmək, yoğurmaq və bişirmək olmadan mümkün deyildir, bunun üçün isə köməkçi işlər, kənd təsərrüfatı 

ləvazimatını düzəltməyi və işlətməyi bacarmaq, uzun müddət böyük əmək sərf etmək lazımdır.  

N.Tusi  ailəni  bir  bədənə,  ailə  üzvlərini  isə  bədən  üzvlərinə  oxşadır.  Ailə  dolandırmaq  sənətini  isə 

bədəni  sağlam  saxlamaq  istəyən  həkimlik  sənəti  ilə  müqayisə  edir.  N.Tusinin  təlim  tərbiyə  haqqındakı 

fikirlərini aşağıdakı kimi qruplaşdırmaq olar.  

 -İnsan şəxsiyyətinin formalaş-masında, xasiyyətinin dəyişməsin-də irsiyyətin, təlim və      tərbiyənin, 

ictimaiyyətin rolunu elmi cəhətdən əsaslandırır. 

-Erkən yaşlardan uşaqların mənəvi-əxlaqi tərbiyəsi ilə məşğul olmalı, nəcib sifətlər aşılamalı 

-Uşaqlarda  mənəvi  təmizlik,  əxlaqi  saxlıq,  ədalət,  vicdan,  namus,  doğruçuluq,  düzlük,  yoldaşlıq, 

dostluq və s. keyfiyyətlər tərbiyə etməli. 

-Əxlaqi kamilliyin əsasında-nəf-sin düzgün tərbiyəsi qoyulmalıdır.  

-Nəfs sağlam saxlanmalıdır  

-Tərbiyənin birinci şərti budur ki, uşağı onun təbiətini korlaya bilə-cək adamlarla da şeylərlə    oturub 

durmağa və oynamağa qoymayasan  

-Uşağı  körpəlikdən  tərbiyə  etmək  la-zımdır.  Sonra  dərs  öyrətməyə,  təlimə  başlarlar,    hikmətli 

kəlamlar, tərbiyəvi şeirlər əzbərlədərlər.və.s 

N.Tusi  25.06.1274-cü  ildə  Bağdadda  vəfat  etmişdir.  Qəbrinin  üstündə  belə  yazılmışdır:  ‖Elmin 

köməkçisi, Elm ölkəsinin şahı, dövr anası belə oğul hələ doğmamışdır‖.    

Beləliklə,  orta  əsr  milli  tərbiyəşünaslığımızın  beynəlxalq  aləmdə  nailiyyəti  hesab  edilən  N.Tusi 

yaradıcılığı bu gün də milli-mənəvi, elmi-pedaqoji irsimizin qızıl fondunu təşkil edir. 

 

 



ÇƏTĠN TƏRBĠYƏ OLUNAN  YENĠYETMƏLƏRLƏ HƏYATA KEÇĠRĠLƏN ĠġĠN 

XÜSUSĠYYƏTLƏRĠ  

 

Alkiraz T.Ş. 

Bakı Slavyan Universiteti   

 

Çətin  tərbiyə  olunan  yeniyetmələr  dedikdə  çox  vaxt  sözə  baxmayan,  dərsdə  səs  salan,  dərsi  pozan 



yeniyetmələr  nəzərdə  tutulur.  Buna  pedaqoji  baxımsızlıq  səbəbindən  yaranan  yeniyetmələr  aid  edirlər. 

Psixoloji  ədəbiyyatda  "çətin  tərbiyə  olunan  yeniyetmələrin‖    psixolji  təhlilini  belə  verirlər:  davranışında, 

hərəkətlərində  çətinlik  dərəcəsi  müəyyənləşdirilən  yeniyetmələr;  baxımsızlıq  səbəbindən  əxlaqında, 

dünyagörünüşündə, əqidəsində yaranan çətinlik dərəcəsi olan yeniyetmələr; əlverişsiz, çətin şəraitdə tərbiyə 

olunan  uşaqlarda  özünü  göstərən  çətinlik  dərəcəsi  olan  yeniyetmələr.  Belə  şagirdlərlə  valideyinlərin, 

müəllimlərin və tərbiyəçilərin düzgün olmayan, düzgün təşkil olunmayan tərbiyə əsasında yaranan çətinlik 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

432


 

 

dərəcəsi qeyd olunan çətin tərbiyə olunan yeniyetmələr; düzgün qurulmayan münasibətlər əsasında yaranan 



çətin  tərbiyə  olunan  yeniyetmələr.Bəzən  çətin  tərbiyə  olunan  yeniyetmələrin  meydana  gəlməsi  ailə 

tərbiyəsində  yol  verilən  nöqsanlarla  bağlı  olur.  Ailədə  valideynlər  arasında  uşaqların  tərbiyəsində  vahid 

tələbin 

olmaması,uşağın  tərbiyəsi  və  onun  şəxsiyyətinin  inkişafı  uçun  müvafiq  şəraitin 

yaradılmaması,valideynlər  arasinda  ciddi  konfliktin  olması,valideynlərin  davranışında  uşağa  mənfi  təsir 

edəcək  qüsurların  qüsurların  mövcudluğu  ,ailədə  əxlaq  ,  ictimai  münasibət  normalarına  uyğun  olmayan 

sərvət  və  normalar  sisteminin  formalasması  və  s.  çətin  uşaqların  yaranmasinin  başlıca  səbəbidir.  Çətin 

tərbiyə  olunan  yeniyetmələrlə  iş  aparmaq  və  onlarda  özünü  göstərən  qüsurları  aradan  qaldırmaq  üçün 

psixoprofilaktika  və  psixokorreksiya  vasitələrindən  sistemli  şəkildə  istifadə  etmək  lazım  gəlir.Bu  sahədə 

psixoloqların  üzərinə  xüsusi  iş  düşür.Burada  birinci  növbədə  diqqətə  xas  olan,şəxsiyyəti  sosial  cəhətdən 

deformasiyaya uğrayan,uşaqlarin vaxtinda diaqnostikasını verməyə yönəldilmişdir.Bu zaman uşaqda çətinlik 

yaranması  səbəblərinin  aşkara  çıxarılmasına  da  xüsusi  diqqət  yetirilməlidir.Bütün  bunların  əsasında  və 

uşağın  fərdi  xüusiyyətlərini  nəzərə  almaqla  onunla  aparılacaq  iş  sistemi  müəyyənləşdirilməlidir.Bu  cür 

vəziyyətdən  çıxmaq  üçün  psixoloq  və  müəllimlər  müasir  psixologiyanin  nailiyyətlərinin  məktəb  həyatına 

tətbiqi  nəticələrinə  istinadən  etməlidirlər.   Şagirdlərin  davranışında  və  şəxsiyyətinin  inkişafında  özünü 

gostərə bilən qüsurların qarşısını almaq və onları aradan qaldirmaq sahəsindəki işin aşağıdakı istiqamətlərini 

müəyyənləşdirmək  mümkündür:  məktəbə  yeni  daxil  olan  şagirdlə  ,onun  valideynləri  ilə,uşağa  aid  bütün 

sənədlərlə  taniş  olmaq  və  bu  zaman  həmin  şagirdin  tərbiyəsindəki  çətin  cəhətləri  aşkara  çıxarmağa 

çalısmaq;   çətin  şagirdin  kollektivə  alışmasina  köməklik  gostərmək,sinif  rəhbəri  ilə  birlikdə  şagirdin 

davranişında  mövcud  olan  qüsurlarıaradan  qaldırmağın  planını  hazirlamaq;  davranışda  və  şəxsiyyətin 

inkişafında  qüsurlar  olan  şagirdləri  dərindən  öyrənmək,  bu  zaman  peşə  etikası  normalarına  əməl 

etmək,imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək. Əgər yeniyetmənin inkişafında 

qüsurlar,  psixi  normalara  uyğun  gəlməmək  halları  müəyyənləşdirilərsə,  məktəb  psixoloqu  ona  fərdi 

yanaşmaqla əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilər.   

 

 

AZƏRBAYCAN XALQININ QƏHRƏMANLIQ ƏNƏNƏLƏRĠ ƏSASINDA ġAGĠRDLƏRĠN HƏRBĠ 

VƏTƏNPƏRVƏRLĠK TƏRBĠYƏSĠNĠN TƏġKĠLĠ  

 

Alverdiyeva Ş.Ə. 

Bakı Slavyan Universiteti 

 

Böyük  vətən  mühəribəsi,  Qarabağ  müharibəsinin  müxtəlif  mərhələlərində  mərdlik  və  mübarizlik 

simvolu  olan  oğullarımız  müharibənin  oduna,  alovuna  atılmış,  ―təki  vətən  yaşasın  !  ‖  deyərək  vətənin 

harayına, torpağın naləsinə qurban getmişlər. 20 yanvar faciəsi, Xocalı soyqırımı zamanı min-min əzablar, 

dəhşətlər yaşayan yurddaşlarımızın adı tariximizin səhifələrində yaşayır. 

Azərbaycan xalqının qəhrəmanlıq ənənələri məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsində vərəqlənir, 

təbliğ  olunur,  təqdir  olunur.  Bunun  üçün  müxtəlif  vasitələrdən  istifadə  olunur.  Bu  vasitələri  aşağıda  izah 

edəcəyimiz kimi qruplaşdırmaq olar. 

Kütləvi  İnformasiya  Vasitələrindən  aldığımız  bütün  xəbərlər,  məsələn,    Qarabağ  məsələsi  ilə  bağlı 

yeni  xəbərlər,  yeni  döyüşlər,  onunla  bağlı  faciələr  haqqında  alınan  yeniliklər  barədə  anında  şagirdləri 

məlumatlandırmaq lazımdır. Bu kimi xəbərləri alan kimi vaxt təyin etmək, şagirdlər qarşısında müzakirələr 

aparmaq,  şagirdlər  arasında  elə  təbliğat  aparmaq  lazımdır  ki,  onlar  bu  məsələlər  haqqında  çox  yüksək 

səviyyədə bilgilər əldə etsinlər. 

Şagirdlərin  hərbi  vətənpərvərlik  tərbiyəsində  məktəblərin  adları,  divar  qəzetləri,  stendlər,  söhbət  və 

müzakirələr, yad olunma mərasimləri böyük rol oynayır 

Ədəbi-bədii gecələr keçirmək, şair və yazıçıların çıxışlarını təşkil etmək, onların hərbi vətənpərvərlik 

tərbiyəsi aşılayacaq əsərlərini müzakirəyə çıxarmaq yaxşı nəticə vermiş olar. 

20-ci  əsrin  sonlarında  Azərbaycanda  baş  verən  faciəvi  hadisələrin  iştirakçıları,  şahidləri,  müharibə 

veteranları,  hərbi  hissələrlə  və  hərbi  qulluqçularla  görüşlərin təşkil  edilməsi,    hərbi  mahnıların  ifası,  kino-

filmlərə baxışın təşkili, teatrlara gedişin təşkili, sərgi salonlarına gedişlər bu işin xeyrinə çox böyük köməklik 

göstərmiş olar. 

 

 



 

 


Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə