Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə235/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   231   232   233   234   235   236   237   238   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

447


 

 

misallara  müraciət  etməklə,  əmək  prosesində  uşaqların  birləşməsinin  müxtəlif  hallarına  nəzər  salmaq 



mümkündür. 

 

 



ĠBTĠDAĠ SĠNĠFLƏRDƏ ÖZÜNÜTƏRBĠYƏNĠN MAHĠYYƏTĠ,ÜSUL VƏ VASĠTƏLƏRĠ 

 

Hüseynova İ.N. 

Gəncə Dövlət Universiteti 

 

Məlumdur  ki,  tərbiyə    fasiləsiz  prosesdir  və  planlı,  mütəşəkkil  tərbiyə  özünütərbiyə  ilə  nəticələnir. 

Başqa sözlə desək, tərbiyə-insanı doğulduğu gündən məzaradək müşayiət edir. Özünütərbiyə - adamın özünü 

saflaşdırmasıdı, yəni öz xarakterini, təbiətini müsbət mənada dəyişdirmək, təkmilləşdirmək, formalaşdırmaq 

üçün öz üzərində şüurlu, məqsədyönlü və müstəqil sürətdə işləməsidir. Özünütərbiyə - insanın özündə zehni, 

mənəvi,  fiziki  və  estetik  keyfiyyətləri,  adətən  rəftar  və  davranışı  təkmilləşdirməyə  yönəldilmiş  şüurlu  və 

müntəzəm fəaliyyətdir.  

Yenidəntərbiyə  -  adamın  şəxsiyyətində,  rəftar  və  davranışında  müşahidə  edilən  qüsurların,  zərərli 

keyfiyyətlərin aradan qaldırılmasıdır. Tərbiyə prosesi ilə təlim prosesi bir-birindən fərqlənir. Təlim bir biliyi 

başqasına öyrətmək deməkdir. 

Tərbiyə  isə  şəxsiyyətin  məqsədyönlü  formalaşdırmaq  mənasındadır.  Tərbiyə  ilə  fərdləri  istənilən 

şəkildə formalaşdırmaq və nəticə etibarilə cəmiyyətdə istənilən dəyişiklik əmələ gətirmək olar.. 

Tərz-üsulun  tərkib  hissəsidir. Məsələn, tərbiyə  probleminin  şərhinə  həsr edilmiş  mühazirə  tərbiyənin 

üsuludur.  Mühazirə zamanı müəllimin müvafiq bədii əsərlərdən, səciyyəvi faktlardan, şagirdlərin həyatından 

konkret  misallar  gətirməsi,  canlı  nümunələrdən  istifadə  etməsi,  tərbiyəvi  situasiya  yaratması  və  s.  həmin 

üsulla daxil olan tərzlərdir. 

Vasitə- isə tərzdən xeyli geniş anlayışdır. Tərbiyə işinin metodikasında istifadə olunan nə varsa hamısı 

bu  anlayışa  daxildir.  Məsələn,  söz,  fəaliyyət  növləri  (təlim,  oyun,  əmək,  idman  və  s)  folklor  və  incəsənət 

əsərləri,  kitab,  dərslik,  əyani-texniki  təlim  vasitələri-bütün  bunlar  tərbiyə  məqsədinə  xidmət  etdikdə  onun 

vasitələri olur. Bu da həqiqətdir ki, çox vaxt real tərbiyə prosesində üsul, tərz və vasitə arasında dəqiq sədd 

olmur.    Məsələn,  öyüd  nəsihətdən tərbiyə  işində tərz  kimi  də,  vasitə  kimi  də,  üsul  kimi  də  istifadə  olunur. 

Eyni sözləri digər üsul, tərz və vasitələr haqqında da demək olar.  

Həzrəti  Əli  Əlehissəlan  buyurmuşdur  ki,  ―  Siz  böyüklərə  hörmət  bəsləyin  ki,  uşaqlarda  sizə  hörmət 

bəsləsinlər ‖. 

Bütün  bu  deyilənləri  əsas  götürək  pedaqoq  alimlərin  əksəriyyəti  tərbiyə  üsullarını  aşağıdakı  kimi 

qruplaşdırırlar: 

1) Əsasən şüurun və əqidənin formalaşdırılmasına xidmət edən üsullar (inandırma) 

2)  Əsasən  fəaliyyətin  təşkilinə  və  davranış  təcrübəsinin  formalaşdırılmasına    yönələn  üsullar 

(alışdırma) 

3) Fəaliyyət  və davranışı stümullaşdıran üsullar (rəğbətləndirmə və cəzalandırma) 

4) Tərbiyədə nəzarət özünə nəzarət və özünəqiymət üsulları 

5)  Nümunə  Stimullaşdırma—hərəkət  gətirmək,  təkan  vermək,  həvəsləndirmək,  şirnikdirmək 

deməkdir.  Fəaliyyət  və  davranışı  stimullaşdırmaq—fəaliyyət  və  davranışa təkan  verməkdir,  insanı  hərəkətə 

həvəsləndirməkdir.  Fəaliyyət  və  davranışı  stimullaşdıran  üsullar  qrupuna  yarışı,  rəğbətləndirməni,  bir  də 

ləngidici, məhdudlaşdırıcı rol oynayan cəzalandırmanı daxil edirlər. 

Yarış—həm kollektivdə şagirdlərin fəaliyyətini təşkil etməyin, həm də onu stimullaşdırmağın başlıca 

üsullarından biridir. Tərbiyə üsulu kimi o, uşağın özünü təsdiqləmə faktına istinad edir. Məlum olduğu kimi , 

hər bir şagird sinif və kollektiv və ya məktəb kollektivində öz yerini ―qanmağa‖ müəyyən keyfiyyəti ilə tay-

tuşundan seçilməyə  müxtəlif  məsələlərdə  onlarla  mübahisə  aparmağa,  öz  mənliyinin  üstünlüyünü  nümayiş 

etdirməyə meyilli olur. 

Yarışın  tərəflərin  bütün  üzvləri  ön  yerə  çıxmaq  üçün  ―Başını  qoyma  balışa,  ver  özünü  yarışa‖ 

kəlamının  ruhuna  uyğun  şəkildə  işə  girişir.  Hər  tərəfin  uşaqları  zəif  həmkarlarına  (sinif  yoldaşlarına)  da 

lazımi  yardım  göstərirlər.  Nəticədə  hamı  qazanır,  uduzan  olmur.  Buna  görə  də  yarış  qiymətli  tərbiyə 

üsuludur. 

Vaxtına, məzmununa və formasına görə yarış müxtəlif olur. Məsələn; vaxtına görə epizodik, qısa və 

uzun müddətli, formasına görə fərdi (məsələn şagirdlə şagird arasında) və kollektiv (məsələn, siniflə sinif, 

məktəblə məktəb) yarışdan danışmaq olar. 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

448


 

 

Məzmun    baxımından  isə  daha  rəngarəng  olub  fəaliyyətin  əksər  sahələri  üzrə  (  misal  üçün  məktəb 



ləvazımatını  qorumaq,  tədris  ləvazımatını  səliqəli,  sinif  otağını  təmiz  saxlamaq,  bədii  özfəaliyyət 

dərnəklərində  çalışmaq  təşkil  edilib  keçirilə  bilər.  Tərbiyədə  yarış  üsulunun  səmərəliliyini  təmin  etməkdən 

ötrü konkretliliyə və aşkarlığa əməl olunmalı, yarışın nəticələri öyrənilib müqayisə və qiymətləndirilməlidir. 

Rəğbətləndirmə-Şagirdi  rəğbətləndirmək-onun  hərəkət  və  davranışını  təqdir  etmək,    müsbət 

qiymətləndirmək deməkdir. Yaxşı hərəkətinə görə uşağı rəğbətləndirəndə o xoşhal olur, ruhi təskinlik tapır, 

sevinc hissi keçirir və belə səadətdən, sevincdən məhrum olmamaq üçün gələcəkdə də yaxşı işlər görməyə, 

nəcib sifətlərə malik olmağa, daha nümunəvi davranmağa çalışır. 

Rəğbətləndirmə özünün təsir qüvvəsi ilə başqalarını da əməlləri yüksək qiymətləndirilən adamlar kimi 

olmağa, yaşamağa, davranmağa həvəsləndirir. Ona görə də bu didaktik cəhətdən çox faydalıdır. 

Məktəblərdə,  həmçinin  şagird  özünüidarə  təşkilatlarında  rəğbətləndirmənin  başqa  növləri  (şagirdin 

şəklini şərəf lövhəsinə vurmaq, iclaslarda adını yaxşılığa çəkmək, haqqında məktəbin divar qəzetində məqalə 

yazmaq və s) tətbiq olunur. 

Cəzalandırma—Tərbiyə  praktikasında  yeri  gələndə  tətbiq  olunan  üsullardan  biri  də  cəzalandırmadır. 

Yerində tətbiq edilən cəza növləri arzu olunmaz sifətlərin qarşısını almaq olur. 

Ancaq təcrübə göstərir ki, fiziki cəzanın ziyanı xeyrindən artıx olur. Məsələn; müəyyən qəbahətə yol 

verdiyi üçün uşağı döymək əksər halda onu tmütülik, yalançılıq, sırtıqlıq, qorxaqlıq kimi sifətlər doğurur. 

Ailə və məktəblərimizdə cəzalandırma yalnız müsbət mənada tərbiyə məqsədinə xidmət etməlidir.  

Ümumtəhsil  məktəblərində  cəzalandırma  üsulunun  tez-tez  istifadə  olunan  formaları  aşağıdakılardır: 

danlamaq,  parta  arxasında  ayaq  üstə  saxlamaq,  sinif  qarşısında  şifahi  töhmət  vermək,    sinifdən  çıxarmaq, 

paralel sinfə keçirmək və s. Pis hərəkətlərə görə bu üsulların tətbiqi uşağı mənəvi əzab çəkməyə vadar edir.  

Onu yoldaşları arasında ―gözdən salır‖ pis vəziyyətdə qoyur. Uşaq bir də əzab hissini keçirməməkdən, tay-

tuşlarının tənəsinə məruz qalmamaq üçün xoşagəlməz hərəkətlərə yol verməməyə çalışır. 

Cəza  (həmçinin  rəğbətləndirmə)  üsullarından  istifadə  edərkən  yaxşı  nəticələrə  çatmaqdan  ötrü:  a) 

onların  ədalətli,  haqlı  olmasına    b)  müəyyən  həddi  gözləməsinə  v)  uşaqların  yaş  və  fərdi  xüsusiyyətlərini 

nəzərə  almasına  q)kollektivin  rəyi  ilə  hesablaşmağa  ciddi  əməl  edilməlidir.  Uşağa  aydın  olmalıdır  ki,  bu 

günki yaxşı hərəkətinə görə rəğbətləndirildiyi kimi, sabahki pis əməlinə görə də  ciddi cəza ala bilər, yaxud 

əksinə bu gün qəbahətə görə cəzalanırsa sabah yaxşı davransa işləri ilə günahını yusa, rəğbətləndirilə bilər.  

Uşaq yəqin etməlidir ki, cəza əslində ona hörmət formasıdır. Çünki, bu üsul onu təhqir etmək, gözdən 

salmaq üçün yox, pis hərəkətlərdən uzaqlaşdırmaq, düz yola gətirmək məqsədi ilə  tətbiq olunur.  

Məktəbdə  elə  münasib  şərait  yaradılmalıdır  ki,    hər  bir  şagird  öz  şəxsiyyətini  düzgün  istiqamətdə 

formalaşdırmağa,  qəbahətə  yol  vermiş  uşaq  öz  üzərində  çalışıb  səhvini  aradan  qaldırmaq  imkanına  malik 

olsun. 


Tərbiyə  işində  ondan  təqlid  üçün  örnək,  əyani  forma,  canlı  şahid  kimi  bilavasitə  istifadə  etdikdə 

nümunə üsul xarakteri kəsb edir, üsul səviyyəsinə qalxır. 

Nümunə    tərz  və  vasitə  kimi  tərbiyənin  bütün  üsullarına  daxil  olur.  Tərbiyə  işində  nümunənin  rolu 

əvəzedilməzdir.  Nümunə  əsasında  aparılan  tərbiyə  bu    və  ya  digər  keyfiyyət,  hərəkət  və  davranış  qaydası 

haqqındakı  anlayışları  konkretləşdirir,  əyaniləşdirir  və  nəticədə  uşaqda  daha  canlı  təsəvvür  yaradır.  Uşaq 

həmin  nümunədən  ibrət  dərsi  götürür,  ideal  hisslərlə  yaşayır,  müsbət  hərəkətlərə,  xeyirxah  əməllərə  meyl 

edir.nümunə  növlərinin  arasında  isə  valideyn,  dost—tanış  və  usta—tərbiyəçi  nümunəsinə  daha  geniş  yer 

verilmişdir. Məsələn; Azərbaycan atalar sözlərində deyilir:‖ot kök üstə bitər‖, ―ana çıxar ağaca qızı budaq-

budaq  gəzər‖,  ‖mərd  oğul  ataya  çəkər,  xas  qız—anasına‖  və  s.  Bu  kimi  kəlamlardan  görünür  ki,  xalq 

müdrikliyi  övlad  tərbiyəsində  hər  iki  valideynin  rolunu  (xüsusi  qızın  tərbiyəsində  ananın,  oğlanın 

tərbiyəsində isə atanın rolunu) yüksək qiymətləndirir. Nümunənin rolunu xalqın verdiyi əhəmiyyətiaşağıdakı 

hikmətamiz  kəlamlardan  da  aydın  sezmək  olur;  ―Adam  adam  sayəsində  adam  olar‖,  ―Dostunu  mənə  de, 

sənin kim olduğunu deyim,‖, Qonşu—qonşuyabaxar, canını oda yaxar ―, ―Yaxşı yoldaş adamı bay edər, pis 

yoldaş zay‖, ―Qanmaza yoldaş olma səni də qanmaz edər ‖ və s. 

Tərbiyədə canlı  nümunələrdən  istifadə  etmək  həm  də  ona  görə  əlverişlidir  ki,  uşaq  suçəkən  kimi  bir 

şeydir nə görür onu götürür. 

İkinci  mühim  şərt—uşağı  tərbiyə  edən  şəxslərin  özlərinin  nümunəvi  olmalarıdır.  Xüsusən  valideyn, 

tərbiyəçi  və  müəllimlər  uşaq  üçün  ideal  nümunə    olmalıdırlar.  Onlar  uşaqlarda  görmək  istədikləri  sifətləri 

özlərinin  hərəkətlərində,  rəftar  və  davranışlarında  qəti  yol  verməməlidir  və  heç  vaxt  unutmamalıdır  ki, 

―Böyük danışanı kiçik götürər‖, ―Arpa əkən buğda biçməz‖, ―Nə tökərsən aşına o da çıxar qaşığına‖. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə