Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə231/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   227   228   229   230   231   232   233   234   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

439


 

 

UġAQ ġƏXSĠYYƏTĠNĠN FORMALAġMASINDA AĠLƏ VƏ MƏKTƏBĠN  



BĠRGƏ ĠġĠNĠN ƏHƏMĠYYƏTĠ 

 

Ələsgərzadə G.N. 

Gəncə Dövlət Universiteti 

 

Yeni  dövrün  məktəbinin  inkişaf  prioritetləri  baxımından  təlim-tərbiyə  prosesinin  mərkəzində  uşaq 

şəxsiyyətinin olması çox önəmlidir. Bu iş prosesinin qurulmasında məktəb və ailənin vəhdəti fəaliyyətində 

nəticəyönümlü,  məqsədyönümlü  prosesi  təmin  etmiş  olur.  Fəaliyyət  çərçivəsində  uşağın  şəxsiyyət  kimi 

mövqeyini, həyat prinsiplərinin nəzərə alınması çox vacib məqamlardan biridir. Çünki, özünəməxsus həyat 

tərzi  yaşayan  şagird,  öz  prioritetlərini  müəyyənləşdirmək  imkanına  malikdir,  davranışına  məsuliyyət 

daşımağa qadirdir.  

Uşaq şəxsiyyətinin formalaşmasında ailənin böyük təsiri vardır. İnsanın formalaşmasında ailə birinci 

ictimai  pillə  hesab  edilir.  Ailə  hələ  erkən  yaşlarında  uşaqda  iradəni,  düşünmə  tərzini,  hissləri 

istiqamətləndirir.  Valideyinlərin  rəhbərliyi  altında  ilk  həyat  təcrübəsini  əldə  edir,  cəmiyyətin  üzvü  kimi 

qabiliyyət  və  bacarıqlara  yiyələnir.  A.Makarenko  xüsusi  qeyd  edirdi:  ―Tərbiyə  ən  geniş  mənada  sosial 

prosesdir,  insanı  hər  şey  tərbiyələndirir:  insanlar,  əşyalar,  hadisələr,  lakin  daha  çox  insanlar.  Bunların 

sırasında öndə olan pedaqoqlar və valideynlərdir‖.  

Müasir  bazar  iqtisadiyyatı  mühitində  valideynlərin  ən  başlıca  problemlərindən  biri  –  ailənin  sosial 

təminatıdır. Demək olar ki, uşağın tərbiyəsinə çox az müddət ayrılır. Bir çox hallarda uşağın təlim-tərbiyəsi 

dayələrə, nənə-babalara və təhsil müəssisələrinin üzərinə düşən yükə çevrilir.  

Lakin məktəb nə tam, nə də qismən uşaq şəxsiyyətinin formalaşmasında valideyn qədər təsir göstərə 

bilmir.  Müasir  tərbiyənin  çərçivəsində  ailələrdə  bir  sıra  ciddi  problemlər  yaşanmaqdadırsa,  illər  keçdikcə 

daha da ağırlaşır, dərinləşir bu problemlər. Təhsil müəssisəsinin üzərinə düşən vəzifələr dəyişir, çətinləşir. 

Məktəbin üzərinə düşən vəzifələrin təxminən aşağıdakı təsnifatını təqdim etmək olar:  

1.

 

Hər bir uşağın şəxsiyyət olaraq hərtərəfli inkişafını təmin etmək məqsədi ilə bu prosesdə məktəblə 



ailənin sıx vəhdətinin təmin edilməsi;  

2.

 



Tərbiyə işində ailəyə pedaqoji yardım;  

3.

 



 Nöqsanların aradan qaldırılmasında məktəbin pedaqoji kollektivinin valideynlərlə işin vəhdəti.  

Məktəblə  valideynlərin  birgə  işinin  müxtəlif  formaları  var.  Bu  işdə  ən  önəmli  məqamlardan  biri  - 

valideynlərin maariflənməsi məsələsidir. Valideyn iclasları bütün vacib məsələləri əhatə edə bilmir. Pedaqoji 

ədəbiyyatda  yetərincə  məsləhətlərlə  rastlaşırıq.  Bildiyimiz  valideyn  iclaslarının  təşkili  və  keçirilməsi 

qaydaları mövcud vəziyyətə əsaslanmaqla ədəbiyyat da təqdim edilmişdir:  

1.  Valideyn  iclasları  yalnız  valideynlərə  həsr  edilməmişdir.  Uşaqların  uğursuzluqları  və  səhvləri 

üzərində qurulmamalıdır;  

2. İclasların mahiyyəti və mövzuları uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla təqdim edilməlidir;  

3. İclaslarda qaldırılan problemlər həm nəzəri, həm də praktik baxımdan öz həlli yollarını tapmalıdır 

(mövcud vəziyyətin analizi, treninqlər və s.);  

4. Heç bir iclas uşaq şəxsiyyətinin  müzakirə edilməsinə həsr edilməməlidir;  

5. Valideyn iclaslarına tam məsuliyyətlə hazırlaşmaq lazımdır;  

6. Təhsil müəssisəsinin texniki imkanları yol verirsə PPT təqdimatlar, videofilmlərin nümayişini təmin 

etmək olar.  

Valideynlərin  təlimatlandırılması  –  gələcək  valideyn  birlikləinin  yaranmasına,  birgə  fəaliyyət 

prosesində uşaq-valideyn əməkdaşlığına doğru atılmış birinci addım hesab edilə bilər.  

Bir çox valideynlər iclaslarda mütəmadi olaraq iştirak edə bilmirlər. Bu hallarda yaxşı olar ki, məktəb 

saytından  istifadə  olunsun.  Valideylərin  maariflənməsinə  dair  bir  çox  materialları  saytda  səliqəli 

yerləşdirmək məqsədə uyğun olar.  

Valideyn iclasları ilə yanaşı, açıq qapı günlərinin keçirilməsi güclü effekt verər. Yalnız sinif rəhbəri ilə 

deyil, fənn müəllimləri ilə valideynlərin ünsiyyətini təmin etmək olur. Bu tədbirlər içərisində valideynlərin 

dərslərdə  iştirakı  təmin  edilir.  Nəticəyönümlü  tədbirlərdən  biri  də  valideynlərlə  fərdi  işin  qurulmasıdır. 

Valideynlə fərdi formada işin qurulması ailənin problemləri, ailədə hər ailə üzvünün vəzifəsi və məsuliyyəti, 

ailənin dəyərləri, ailədə mövcud qayda-qanunlar və s. haqqında müəllim məlumat əldə edə bilməsinə şərait 

yaradır.  



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

440


 

 

Maraqlı  və  önəmli  hesab  edilən  iş  prosesindən  biri  də  konsultasiyaların  (məsləhət  saatlarının) 



keçirilməsidir.  Valideynlər,  demək  olar  ki,  özünütəhsil  məsələləri  ilə  məşğul  olmurlar.  Ona  görə  də  bu 

formada işin qurulması müsbət nəticələr verər.  

Məktəbin bu mərhələdə başlıca vəzifəsi yalnız pedaqoji köməkdən ibarət olmur, emosional və mənəvi 

dəstək ailə üçün çox vacibdir. Belə halda bir çox konfliktlərin başlanğıc mərhələdə həlli yollarının tapır.  

Məktəbdə valideynlər üçün rahat mühitin yaradılması, işçi atmosferin təşkil olunmasına xüsusi diqqət 

ayrılmalıdır.  Müəllimdə  avtoritar  mövqe  valideyni  məktəbdən  uzaqlaşdırır.  Valideyn  məktəbə  tam  etibar 

etməlidir.  Ailədə  olan  problemləri,  çətinlikləri  müəllim  bilməlidir,  lakin  onun  konfedisial  tərəflərini  də 

unutmaq olmaz. Ən çətin çıxılmaz vəziyyətlərdə belə müəllimm ailə sirrini aşkara verməməlidir.  

Müəllim  və  valideyn  arasında  olan  əksəlaqə  vahid  məqsədə  xidmət  edərsə,  təhsil  və  tərbiyə  işinin 

qurulması  nəticəyönümlü  xarakterdə  olar.  Ailə  və  müəlimin  əlaqələrində  aşağıdakı  məqamlar  rəhbər 

tutulmaqla həyata keçirilməlidir:  

1.

 



Valideyn nüfuzunun qaldırılması məqsədinə xidmət edən tədbirlərin təşkili;  

2.

 



Pedaqoji mədəniyyətin və fəallığın yüksəldilməsi; 

3.

 



Valideynlərlə işdə pedaqoji taktın gözlənilməsi və s.  

 

 



CƏMĠYYƏTĠN TƏHSĠL EHTĠYACLARININ HÜQUQĠ TƏMĠNATI 

 

Əliyeva L.A. 

Gəncə Dövlət Universiteti 

 

Təhsildə  siyasi    fəaliyyətin  yolverilməzliyi.  Azərbaycan  təhsil  sisteminin  əhatə  etdiyi  təlim-tərbiyə 

müəssisələrində  heç  bir  partiyaya  üstünlük  verilmir.  Bu  müəssisələrin  fəaliyyətinə  siyasi  partiyaların 

müdaxiləsi  yolverilməzdir;  həmin  müəssisələrdə  təlim  zamanı  tədris  mövzularının  hesabına  siyasi 

partiyaların  və  ya  ictimai  təşkilatların  ideyalarını  təbliğ  etmək  qəbahətdir.  Tədris  proqramında  nəzərdə 

tutulmayan  siyasi  məzmunlu  məsələlər  məşğələlərdən  sonra  müzakirə  edilə  bilər.  Beləliklə,  Azərbaycanda 

fasiləsiz təhsil sisteminin tətbiqinə başlanmışdır. Təhsil sisteminin bir pilləsindən digərinə maneəsiz keçərək 

öz təhsilini durmadan artırmaq üçün ölkə vətəndaşlarına hüquq bərabərliyi, demokratiklik, varislik, vahidlik, 

müyəssərlik, dünyəvilik və s. prinsiplər əsasında imkan yaradılması fasiləsiz təhsil sistemi deməkdir. Təhsil 

sistemində  kompüterdən  istifadə  imkanları  getdikcə  genişlənir.  əvvəla,  kompüterdən  təlim  və  tərbiyə 

məqsədi  ilə  istifadə  halları  çoxalır.  İkincisi,  kompüterdən  pedaqoji  idarəçilikdə,  kargüzarliq  işində  istifadə 

olunur.  Üçüncüsü,  kompüter  müxtəlif  formalı  metodik  işdə  tətbiq  edilir.  Dördüncüsü,  elmi-pedaqoji 

tədqiqatlarda  kompüterdən  bir  vasitə  kimi  istifadə  olunur.  Beşincisi,  məktəb  kitabxanalarının  kataloqları 

kompüterə daxil edilir. Altıncısı, məktəblərarası, yaxud kitabxanalararası internet şəbəkələri yaradılır və s. 

Cəmiyyətin  təhsil  ehtiyaclarının  hüquqi  təminatının  Azərbaycan  Respublikası  qanunlarında  əksini  tapması: 

Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil haqqında Azərbaycan Respublikası Qanunu,  Azərbaycan 

Respublikasının təhsil sahəsində İslahat Proqramı, Beynəlxalq konvensiyalar, bəyannamələr, aktlar. 

Azərbaycan  Respublikasının  Konstitusiyasına  əsasən  (m.148)  qanunvericilik  sisteminə  daxil  olan 

aktlar:    Konstitusiya,  Referendumla  qəbul  edilmiş  aktlar,  Qanunlar,  Fərmanlar,  Azərbaycan  Respublikası 

Nazirlər  Kabinetinin  qərarları,  Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  aktları,  Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr. Azərbaycan Respublikasının Konstitusiyası: Əsas 

insan vətəndaş hüquqları və azadlıqları; vətəndaşların təhsil almaq hüquqları (m.42). 

Təhsil  haqqında  Azərbaycan  Respublikası  Qanunununda  təhsil  prosesinin  iştirakçılarının 

(təhsilalanlar, 

təhsilverənlər, 

maraqlı 


tərəflər) 

hüquqları, 

vəzifələri 

və 


məsuliyyətlərinin 

müəyyənləşdirilməsi. 

Azərbaycanın  tərəfdar  çıxdığı  beynəlxalq  sənədlərə  (BMT-nin  Minillik  Bəyyannaməsi,  Ümumdünya 

İnsan Hüquqları Bəyannaməsi, və s.) əsasən fərqli sosial vıziyyətindən, milli, dini, irqi mənsubiyyətindən,  

cinsindən asılı olmayaraq, bərabər təhsil imkanlarının hüquqi təminatı. 

Təlim-tədris  prosesində  belə  araşdırmalar  müəllim-şagird  münasibətlərinin,  eləcə  də  təlim  mühitinin 

hüquqi  baxımdan  düzgün  təşkili  üçün  zəruri  hesab  edilir.  Təhsil  alanlar  cəmiyyətin  (ölkənin,  bölgənin, 

şəhərin,  kəndin)  təhsil  ehtiyaclarını  öyrənir,  araşdırır,  nəticələr  əldə  edir  və  təlim  prosesində  tətbiq  edir. 

Onlar  həmçinin  cəmiyyətin  ehtiyaclarının  hüquqi  sənədlərdə  necə  təsbit  edildiyini  tətbiq  etməklə 

müəyyənləşdirir və bunu təlim prosesində əlaqəli şəkildə təhlil edərək nəticə əldə edir. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə