Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
455
şagirdlərin fərdi maraq dairəsinin, onların bacarıqlarının və yaradıcılıq imkanlarının müəyyənləşdirilməsi
üçün münbit şərait yaranır. Yerinə yetirilən işlər mövzu, xarakter və çətinlik dərəcəsi baxımından rəngarəng
olmalıdır. Yerinə yetiriləcək işlərin bir qismini ətraflı təlimatla, digərlərini qısa şəkildə işin icrası qaydaları
ilə, bəzilərini isə yalnız tapşırıq şəklində şagirdlərə təqdim etmək lazımdır.
Dərs zamanı tədris eksperimentinin təşkili üçün onun bir çox növlərinə müraciət oluna bilər. Tədris
eksperimentinin təsnifat əlamətləri müxtəlifdir. Onlardan ən əsasları olaraq aşağıdakıları qeyd edə bilərik:
tədris eksperimentinə cəlb olunmuş subyekt;
tədris eksperimenti vasitəsilə əldə olunacaq tədqiqat predmeti;
eksperimentin keçirildiyi yer;
eksperimentin qoyuluş forması.
Subyektinə görə eksperimentlər nümayiş xarakterli – bu zman işi müəllim icra edir, yaxud laborator
təcrübəsi şəklində - yəni şagirdlər tərəfindən icra olunan olur.
Tədqiqat predmetinə görə eksperiment natural – yəni eksperimentator canlı və cansız əşyalarla
bilavasitə təmasda olur, yaxud virtual olur ki, sonuncu halda eksperimentator obyekt və proseslərin virtual
modilindən istifadə edir.
Keçirildiyi məkan baxımından eksperiment dərs prosesində və ya dərsdən kənar, məsələn fakültətiv
məşğələlərdə, ev şəraitində, istehsalat müəssisələrində təşkil oluna bilər.
Qouuluş formasından asılı olaraq eksperimentlər tədqiqat, illüstrativ, xəyali və qarışıq formalı ola
bilər.
Müəllim tərəfindən problem məsələlərin düzgün qoyuluşu ilə metodiki olaraq savadlı şəkildə təşkil
olunmuş eksperiment şagirdlərin öyrənmə motivasiyasının kifayyət qədər aktivləşməsinə səbəb olurİşin
icrasə prosesində şagirdlərin cəhdləri uğurlu və uğursuz ola bilər. Lakin yekun nəticədə onlar müəllimin
köməyilə qoyulmuş problemin doğru həllini tapırlar. Beləliklə nümayiş ekperimenti şagirdlərdə maraq və
öyrənmə həvəsinin oyanmasına səbəb olur.
Bu zaman müəllimdən eksperimental təcrübələrin ümumi məntiqi qaydalarına və didaktik prinsiplərə
riayət etmək tələb olunur. İşin təsvirində qoyulmuş problemə dair mövcud biliklərin ümumi analizi, tədqiq
olunan problemin ümumi səciyyəsi, yerinə yetirilmiş işin problemin həllindəki rolu öz əksini tapmalıdır.
Başq sözlə eksperimental fəaliyyətin başlnğıcında şagirdlər kifayyət qədər məlumatlı olmalı, həmçinin
onların təcrübəyə olan marağı daha da artmalıdır.
Yəni məqsəd şagirdlərə hazır cavablar vermək deyil, onları düşünməyə vadar etmək və müşahidə
etdikləri məslələr barədə öz müstəqil fikirlərini söyləməyə şərait yaratmaqdır. Təqdim edilmiş problem
məsələlərlə bağlı axtarışların aparılması şagirdlərin texnologiya fənni ilə fizika, kimya, biologiya fənləri
arasındakı əlaqələri üzə çıxarmalarına kömək edər. Bu cür müzakirələr zamanı şagirdlərdə əldə etdikləri
biliklələri düzgün tətbiq etmək bacarıqlarını formalaşdırmaq mühüm şərtlərdən biridir.
Misalçün, 5-ci sinifdə yumurtadan yeməklərin haırlanma texnologiyası mövzusunda qeyd olunur ki,
yumurtanın təzə olmasını yoxlamaq üçün onu duzlu suya salırlar. Təzə yumurta suyun qabın dibinə düşür, o
qədər də təzə olmayan suyun içərisində üzür, köhnələr isə suyun üzünə qalxır.Bu məsələnin timsalında sualtı
qayığın suya batması və suyun üzünə çıxması prinsipini izah etmək olar. Belə ki, qayıq suyun altına batmaq
üçün xüsusi rezervuarlara su doldurulur, çəkisi ağırlaşdıqdan sonra suya bata bilir.
Qayığın yenidən suyun üzünə çıxması üçün həmin əlavə su boşaldılır və onun çəkisi yüngülləşərək
yuxarıya hərəkət edir. Yəni yumurtanın timsalında şagirdlərin bəzi fiziki qanunlara dair təsəvürünü inkişaf
etdirmək olar.
Digər bir misal kimi 6-cı sinifdə meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanması texnologiyası
mövzusunu izahı zamnı şagirdlər texnologiya fənni ilə biologiya arasındakı əlaqələri özləri üçün aşkar
etməlidirlər.
Nəticə etibarilə qeyd edə bilərik ki, düzgün təşkil olunmuş tədris eksperimenti şagirdlərdə zəruri bilik
və bacarıqların inkişafına təkan verir. Belələrinə misal olaraq müxtəlif proseslərin müşahidəsi zamanı
buradakı əsas məqamların qeyd olunması, ümumiləşdirmə aparılması, nəticələrin çıxarılması, oxşar və fərqli
cəhətlərin aşkarlanması bacarıqlarını göstərə bilərik. Bundan başqa eksperimentin gedişatı bir sıra şəxsi
kyfiyyətlərin, o cümlədən qərar vermə qabiliyyətinin, diqqətin cəmləşdirilməsi xarakterinin, səliqəlilik və
punktuallığın, vaxtın düzgün planlaşdırılması vərdişlərinin inkişafına kömək göstərir. Texnologiya fənninin
tədrisinə bu cür yanaşma isə digər üstünlüklərlə yanaşı öz növbəsində elmi yanaşma prinsipinin
reallaşdırılmas və öyrənmə potensialının aktivləşməsinə gətirib çıxarır.
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
456
AZƏRBAYCANDA YAġAYAN ETNĠK QRUPLAR VƏ MĠLLĠ AZLIQLARIN
ĠBTĠDAĠ TƏHSĠLĠ
Kurnaz A.R.
Bakı Slavyan Universiteti
Polimədəni dəyərlərə sahib olan Azərbaycan dünyada tolerantlığın əbədi ünvanı kimi tanınır. Heydər
Əliyev deyirdi ki, Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, eyni
zamanda onun ərazisində yaşayan xalqlardır. Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi-
azərbaycanlılarla yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar da yaşayırlar. Dövlətin özünün bu və
digər milli azlıqlara qarşı münasibəti aşağıdakı prinsiplərlə ölçülür: dövlətin ərazi bütövlüyü və onun
suverenliyi prinsiplərinə qeyri-şərtsiz əməl edilməsi; milli azlıqların hüquq və azadlıqlarının qorunması; milli
azlıqların dillərinin, mədəniyyətlərinin, məişətinin qorunmasında dövlətin təminatı; ölkə Konstitusiyası,
Milli Məclisin müvafiq qanunları və prezdentin fərmanları əsasında milli azlıqların hüquqlarının qorunması.
Bu gün Təhsil Nazirliyi ölkə Konstitusiyası, ―Təhsil haqqında‖ qanunun tələbləri və Avropa
Xartiyasının prinsiplərini əldə rəhbər tutaraq, azsaylı xalqların dilləri, tarixi və mədəniyyətinin öyrənilməsi
istiqamətində mühüm işlər görür. Bakıda yəhudi uşaqlar üçün ―Xabad-Or-Avner‖ təhsil mərkəzi inşa edilib.
Balakən rayonunun Katex kəndində Beretbinə əsas məktəbi, Zaqatala rayonunun Makov, Qınır kəndlərində
məktəblər tikilmiş, Mamrux kəndində uşaq baxçası açılmışdır. Avar dilində ümumilikdə 260 sinfi olan 19
məktəb fəaliyyət göstərir. 1993-cü ildən başlayaraq Azərbaycanda ləzgi dilində dərsliklər çap edilir. Hazırda
94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Hazırda tədris proqramında talış dili öyrənilən 248
məktəb fəaliyyət göstərir.
Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II bəndində deyilir: ―Dövlət əhalinin
danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir‖. Respublikanın 1764 məktəbəqədər
təhsil müəssisələrindən 248-də rus dili, 7-də isə gürcü dili tədris edilir. Eyni zamanda 22 məktəbdə təlim
yalnız rus dilində, 6 məktəbdə isə gürcü dilində aparılır. Son illərdə yəhudi dili, tarixi və mədəniyyəti
öyrədilən özəl orta məktəb fəaliyyətə başlamışdır. Bakıda 46 nömrəli məktəbdə yəhudi dili, 114 nömrəli
məktəbdə isə fransız dili tədris olunur.
Tərkibi milli azlıqlardan ibarət olan I siniflər üçün T.Seyidovun hazırladığı "Danışmağı öyrənirik" adlı
dərslik çap edilmişdir. Ləzgi, talış, tat, udin, kürd, saxur və xınalıq dillərində (1-ci sinif) "Əlifba", "Ləzgi
dili" I , III, IV sinif, "Udin dili" III, IV sinif, "Talış dili" III, IV sinif, "Tat dili" III, IV sinif dərslikləri nəşr
edilib məktəblərə təhvil verilmişdir. Azsaylı xalqların dillərinin tədrisi ilə bağlı, həmin xalqların
məskunlaşdıqları regionların xüsusiyyətləri nəzərə almaqla, I-IV siniflər üçün Ana dili ("Doğma dil")
proqramları hazırlanmış və nəşr edilərək məktəblərə göndərilmişdir. Ölkəmizdə milli azlıqlara humanist
münasibətin nəticəsidir ki, öz dilində danışan yeganə yaşayış məntəqəsi olan Quba rayonunun Xınalıq kənd
şagirdlərinin öz dillərini öyrənmələri diqqətdən kənarda qalmamış, 7 ibtidai sinifdə 104 şagirdə xınalıq
dilində dərs keçilir.
Milli azlıqların dilləri ("Ana dili") I, II, III və IV siniflərdə həftədə 2 (iki) saat hesabı ilə tədris olunur.
Ləzgi dili isə I-IX siniflərdə həftədə 2 (iki) saat tədris olunur. 2012-ci ildə "Udi dili" III sinif (350 nüsxə),
2014-cü ildə "Udi dili" IV sinif (350 nüsxə) çap olunub.
Təlim gürcü dilində olan məktəblərin şagirdləri üşün Gürcüstan hökuməti 101 adda 5775 nüsxə I-XI
sinif dərsliklərini humanitar yardım kimi hədiyyə vermişdir.
Ümumtəhsil məktəblərinin rus bölməsində 116 adda dərslikdən istifadə olunur. Bunlardan 41 adda
orjinal dərslik 2001- 2002-ci illərdə hazırlanıb nəşr edilmişdir. "Azərbaycan dili" (I-XI), "Təbiətşünasılq"
(III-IV-V) dərslikləri də bura daxildir.
İbtidai məktəbdə uşaqların polimədəni tərbiyəsi çox böyük əhəmiyyətə malikdir. Bu dövrdə uşaqların
təəssüratı insanın bütün sonrakı təşəkkülünə, onun davranışının təşkilinə dərin təsir göstərir. Polimədəni
tərbiyə bütün tərbiyə işinə nüfuz etməlidir. Müxtəlif millətlərin uşaqlarına müxtəlif məktəblərdə təlim
verilərkən, bəzi müxtəlif millətlər arasında anlaşılmazlıq yarana bilər. Elə etmək lazımdır ki, bütün
millətlərin uşaqları bir-biriləri barəsində mümkün qədər çox bilsinlər. Uşaqların diqqətini bu və ya digər
millətin xarakterindəki müsbət cəhətlərə cəlb etmək, onların cəsurluğunu, qəhrəmanlığını və s. göstərmək
lazımdır.
Azərbaycanda bütün millətlərin və xalqların nümayəndələri vahid bir ailənin üzvləri kimi yaşayırlar.
Milli azlıqların qorunması və təhsil alması Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin ən
əsas istiqamətlərindən biridir.