Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə232/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   228   229   230   231   232   233   234   235   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

441


 

 

Təhsil  alanlar  Azərbaycan  Respublikasının  Konstitusiyası,  Azərbaycan  Respublikasının  "Təhsil 



haqqında"  Qanunu,  Birləşmiş  Millətlər  Təşkilatının  Uşaq  Hüquqları  Konvensiyası,    Azərbaycan 

Respublikasının  "Uşaq  hüquqları  haqqında"  Qanunu  və  s.  kimi  sənədləri  araşdırır,  öz  mülahizələrini 

dəqiqləşdirməklə nəticə əldə edir. 

Cəmiyyətdə  gedən  ictimai,  iqtisadi  dəyişikliklər,  dünyada  gedən  qloballaşma,  eləcə  də  elmi-texniki 

tərəqqi təhsilin ehtiyaclarını müəyyənləşdirən əsas amillərdir.  

Azərbaycan  Respublikasının  təhsil  standartları  hazırlananda  şagirdlərin,  müəllimlərin,  valideynlərin, 

təhsilin digər iştirakçılarının maraq və ehtiyacları ciddi şəkildə araşdırılmış və bunun əsasında təklif edilən 

deyil,  ehtiyac  duyulan  məsələləri  əhatə  edən  kurikulumların  hazırlanmasına  nail  olundu.  Yəni,  cəmiyyətin 

təhsilə olan ehtiyacları yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya müəyyən edildi. 

Cəmiyyətdə  ictimai  dəyişikliklər  və  yeni  təhsil  ehtiyacları  tədris  olunarkən,  totalitar  rejimdən 

demokratik  keçidin  başlanması,  bununla  bağlı  cəmiyyətin  rəyinin  həlledici  rol  oynamağa  başlaması, 

qarşılıqlı  münasibətlərin  əsasında  demokratik  prinsiplərin  durması  ilə  bağlı  müəllimin  sualları  əsasında 

mülahizələr aparılır. Aşağıdakı suallar verilir: 

- əvvəllər necə cəmiyyətdə yaşayırdıq, indi hansı cəmiyyətdə yaşayırıq? 

- totalitar rejimdə qərarlar necə qəbul edilirdi, bəs demokratik cəmiyyətdə? 

- insanlar arasında münasibətlər haqqında nə deyə bilərsiniz? 

Cavablar  əsasında  ümumiləşmə  aparılır  və  müəllim  qeyd  edir  ki,  cəmiyyətdə  baş  verən  dəyişikliklər 

iqtisadi dəyişiklikləri diktə edir: 

- planlaşma iqtisadiyyatından bazar iqtisadiyyatına keçid; 

- iqtisadiyyatın müxtəlif sektorlarının inkişafının əmək bazarına təsiri; 

- əmək bazarında rəqabət; 

- bütün vətəndaşların sosial rifahının təmin edilməsi üçün təhsilin əhəmiyyəti. 

Dünyada gedən qloballaşmanın təhsil qarşısında qoyduğu tələblər də eyni qaydada təhlil olunur. Elmi-

texniki tərəqqi və yeni təhsil ehtiyacları tədris olunanda müəllim sual verir: "Siz Cəlil Məmmədquluzadənin 

"Poçt  qutusu"  hekayəsini  oxumusunuz?  Həmin  hekayədə  Novruzəlinin  məktubu  poçtla  necə  göndərdiyi 

yadınızdadır?". Fərziyyələr dinlənilir. 

Müəllim yenə sual verir: "Bəs indi siz məktubu necə göndərirsiniz?". Gəlin müqayisə edək. Müəllim 

ümumiləşmə  aparır.  Görürsünüzmü,  elm  və  texnikanın  inkişafı  məlumatların  xassələrini,  göndərmə 

vasitələrini, həcmini, keyfiyyətini, sürətini dəyişmişdir. Bu dəyişikliklər təhsilə ciddi təsir göstərmişdir.  

Sonra slayddakı elmi-texniki tərəqqi və yeni təhsil ehtiyacları mətni təhlil edilərək təhsilin inkişafının 

əhəmiyyətini qeyd edir: 

- elmin, texnikanın sürətli inkişafı informasiya bolluğu yaratdı; 

- informasiyaların sürətlə dəyişkənliyi onların yaddaşlarda mühafizə edilməsini azaltdı; 

- insanlar artıq informasiya mühafizəçilərinə deyil, informasiya istifadəçilərinə çevrildi; 

- informasiyaların  əldə edilməsi imkanlarını genişləndirmək üçün müvafiq texnologiyalardan istifadə 

aktuallaşdı; 

- təhsilin məzmunu və təlimin təşkili əsaslı şəkildə dəyişildi. 

Təhsil  ehtiyaclarını  təmin  edən  hüquqi  sənədlərlə  bağlı  qərarlar  qəbul  edərkən  cəmiyyətin 

ehtiyaclarının  nə  qədər  əhəmiyyətli  olmasını  qeyd  edərək  müəllim  bu  ehtiyacların  hüquqi  sənədlərdə  öz 

əksini  tapdığını  qeyd  etdi.  Müəllim  bu  sənədlərin  hansılar  olduğunu  sual  verir.  Müxtəlif  hüquqi  sənədlər 

sadalanır. Auditoriyadan mülahizələr alınır. Slayddakı sənədlərlə müqayisə edilir. Slaydda  

- Azərbaycan Respublikasının Konstitusiyası; 

- Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunu; 

- Ümumdünya İnsan Haqları Bəyannaməsi; 

- BMT-nin Uşaq Hüquqları Konvensiyası var. 

Bu sənədlərdə təhsil iştirakçılarının hüquq, vəzifə və məsuliyyətləri verildiyi qeyd olunur.  

Napoleon  Bonapartın  dediyi  kimi,  onlar  biliyi  real  şəkildə  istifadə  etmək  üçün  toplayır,  praktik 

yönümlü  təhsil  alırlar.  Yeni  informasiya-kommunikasiya  texnologiyalarına  yiyələnirlər.  Təhsil  alanlar 

məktəbə  idarəçilikdən  məlumatlanmışlar  kimi  gedirlər.  Bütün  bunlar  onların  əmək  bazarında  işləmələrinə 

stimul yaradır və onların işlə təmin edilməsi üçün sifarişçilərin sayını artırır.  

 

 

 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

442


 

 

FĠZĠKĠ TƏRBĠYƏNĠN ƏHƏMĠYYƏTĠ VƏ ELMĠ-NƏZƏRĠ ƏSASLARININ  



ġAGĠRDLƏRƏ ÇATDIRILMASI 

 

Əliyeva S.M. 

Gəncə Dövlət Universiteti 

 

Vaxtilə  Aristotel fiziki hərəkətlərin insan həyatı üçün əhəmiyyətindən danışarkən göstərmişdir ki, heç 

bir şey insan bədənini uzun sürən fiziki hərəkətsizlik qədər sarsıda bilməz.  

Demək,  fiziki  hərəkətlər  elə  bir  sağlamlaşdırıcı  təsirə  malikdir  ki,  bu  qüvvəninin  vasitəsilə  insan 

orqanizmini təkmilləşdirmək, bu qüvvənin vasitəsilə insan orqanizmini təkmilləşdirmək, möhkəmləndirmək 

və beləliklə də onun uzun ömür sürməsinə və səmərəli əmək sərf edə bilməsinə şərait yaratmaq mümkündür. 

Tibb alimləri müəyyən etmişlər ki, bizim beynimiz, mədəmiz və ciyərlərimiz insanı orta hesabla 120-150 il 

yaşatmaq iqtidarına malikdir. Əksər hallarda bu hallardan məhrum edən onun ürəyi olur. 

Ürəyin  bu  qüsurunun  fiziki  hərəkətlər  vasitəsilə  aradan  qaldırilmasınin  mümkünlüyü  də  artıq  sübut 

edilmişdir. Şüurlu surətdə məşq etməklə ürək əzələlərinin fəaliyyətini qat-qat artırmaq və beləliklə, insanın 

əmək qabiliyyətini yüksəltmək, ömrünü uzatmaq mümkündür. 

Görkəmli  Çex  pedaqoqu  Y.A.Kamenski  insanların  əmək  fəaliyyətinə  hazırlanmasında  fiziki 

hərəkətlərin  rolundan  danışaraq  qeyd  edirdi  ki,  bizim  böyük  işlər  görməyimiz  üçün  həyatımızın 

çatışmamasına özümüz müqəssirik.Çox zaman onu yavaş-yavaş məhv edirik, buna görə də həyatımız öz təbii 

sonundan daha əvvəl dayanmalıdır.  

İnsan çox yaşayıb, çox işlər görə bilər. Lakin insan öz sağlamlığı qeydinə lazımınca qalmaqda, fiziki 

hərəkətlər  vasitəsilə  bədəni  möhkəmləndirmədiyi  üçün,  onun  ömrü  qısalır  və  yaradıcılıq  planlarını 

tamamlaya bilmir, əmək qabiliyyəti vaxtından əvvəl itirilir. 

Fiziki hərəkətlər uşaqların zehni inkişafına da güclü təsir göstərir. Fiziki hərəkətlərin zehni qüvvələrə 

təsirindən danışarkən, işin əsas iki başlıca cəhətlərinə fikir vermək lazımdır: 

1.  İcra edilən fiziki hərəkətlər bütövlükdə orqanizmin gümrahlığına təsir edib, sinir sistemini, beynin 

inkişafını yaxşılaşdırır ki, bu da şagirdlərdə zehni inkişafa əsas zəmin yaradır. 

2.  İcra edilən hər bir fiziki hərəkətin qaydaları və texnikikası  şagirdləri ciddi surətdə düşünməyə və 

axtarışlar aparmağa məcbur etməklə, onlarda zehni qüvvələrin inkişafını artırır. 

Məktəblilərdə əmələ gələn zehni yorğunluğun fiziki hərəkətlər vasitəsilə aradan qaldırılması da zehni 

inkişaf  üçün  əsas  vasitələrdəndir.  Şagirdləri  zehni  yorğunluqdan  azad  etmək  üçün  4-5  sərbəst  gimnastika 

hərəkətləri, əyləncəli oyunlar, az gərginlik tələb yarış xarakterli hərəkətlər, rəqs hərəkətləri və gəzintilər çox 

faydalıır.  Çüki,  bu  fiziki  hərəkətlərin  orqanizmə  göstərdiyi  emosional  təsir  nəticəsində  uşaqlarda  əhval-

ruhiyyə yaxşılaşır, orqanizmdə qan dövranı və maddələr mübadiləsi qaydaya düşür ki, bunun da nəticəsində 

beynin yorğun mərkəzləri səmərəli şəkildə istirahət etməyə imkan tapır. Bu cür hərəkətlər və onların növləri 

çoxdur.  Məsələn,  diqqəti  cəlb  edici  hərəkətlər:  Bir  sıra  qabaqcıl  sinif  müəllimləri  bu  hərəkət  növlərindən 

dərsin  əvvəlində,  şagirdlərin  diqqətini  əsas  məsələyə  yönəltmək  məqsədilə  istifadə  edirlər.  Müəllim  bir-iki 

kompleks  hərəkəti  bir  dəfə  şifahi  olaraq  izah  edir.  Məsələn,  bir  sayında  qabağa  bir  addım  atmaq,  ikidə 

ayaqları birləşdirmək, üçdə əlləri qabağa aparmaq, dörddə oturmaq, beşdə durmaq və əlləri aşağı endirmək. 

Bu  kompleks  hərəkətlərin  izahına  şagirdlər  diqqətlə  qulaq  asmalı  və  hərəkətləri  müəllimin  sayı  üzrə 

ardıcıl olaraq yerinə yetirməlidirlər. Onlar hansı sayda hansı hərəkəti yerinə yetirmək lazım olduğunu yadda 

saxlamalıdırlar.  

Ümumiyyətlə kiçikyaşlı məktəblilər icra etdikləri bir sıra fiziki hərəkətin mənası, onun əməli və tətbiqi 

əhəmiyyəti  haqqında  həmişə  düşünür,  mühakimə  yürüdür  və  bu  hərəkətləri  dərslərdə  öyrəndikləri  elmi-

nəzəri  biliklərlə  əlaqələndirməyə  çalışırlar.  Məsələn,  uşaqların  təbiətşünaslıqdan  öyrəndikləri  tənəffüs  və 

ürək  haqqında,  onun  iş  prinsipi  haqqında  biliklərini  praktikada  müşahidə  etmək  üçün  bədən  tərbiyəsi 

məşğələsində imkan yaranır. Müəllim fiziki hərəkətlərlə uyğun olaraq ürək vurğularının və tənəffüsün necə 

sürətləndiyini  müşahidə  etmək  üçün  şərait  yaradır  və  onlara  nəbzi  tutmaq,  ürək  səslərinə  qulaq  asmaq, 

tənəffüs hərəkətlərini saymaq qaydalarını öyrədir. Dərsin başlanğıcında şagirdlər ürək vurğularını müəyyən 

edirlər. Sonra onlar yeriyir, qaçır, yaxud gimnastika hərəkətlərində olurlar. Hərəkət dayandırılan kimi ürəyin 

işini  bir  daha  yoxlayırlar.  Alınmış  nəticəni  əvvəlki  nəticə  ilə  müqayisə  edirlər.  Fiziki  iş  zamanı  ürək 

vurğularının və tənəffüsün bu cür sürətlənməsinə səbəb nə olmuşdur? Bu sualın cavabını müəllim şagirdlərin 

qarşısında problem şəklində qoyur və düzgün cavab tələb edir. Şagirdlər bilirlər ki, ürək hər dəfə yığıldıqda 

damarlara  orta  hesabla  70  kub  sm  qan  vurur.  Ürəyin  bir  dəqiqədə  orta  hesabla  70  dəfə  vurduğunu  da 

şagirdlər bilirlər. Bir dəqiqədə icra edilən fiziki iş zamanı ürək vurğularının neçə dəfə və ürəkdən vurulan 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə