Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə244/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   240   241   242   243   244   245   246   247   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

465


 

 

tapmaq və gözlənilən nəticələri qiymətləndirərək bu başlanğıc nöqtələrə mütənasib olan dəyişikləklər barədə 



mühakimə yürütmək (qiymətləndirmək) zəruridir. 

Həmçinin,  nəticələrin  təhlili  və  qiymətləndirilməsi  təhsil  sistemi  fəaliyyətinin  inkişafını  nəinki  

izləməyə    imkan  yaradır,  eyni  zamanda,  onun  fəaliyyətinin  keyfiyyətinə  fəal  təsir  edir,  pedaqoji  prosesin 

iştirakçılarının hər birinin özünütəkmilləşdirmə məsuliyyətini artırır, pedaqoji yaradıcılığını stimullaşdırır. 

 

          



TƏLĠM PROSESĠNDƏ ĠNTERAKTĠV TƏLĠM METODLARINDAN ĠSTĠFADƏ ĠMKANLARI 

 

Məmmədova N.E. 

Gəncə Dövlət Universiteti 

 

Təlim  prosesində  müasirləşmə  dövrün  vacib  tələblərindən  biri  hesab  olunur.Müvəffəqiyyət  qazanan 



müəllim  interaktiv  təlim  üsullarından  bacarıqla  istifadə  etməlidir  ki,  təlimdə  keyfiyyətə  nail  olsun.Tətbiq 

olunan sənəd – yəni Kurikulum inteqrativliyi ön plana cəkir və dərsin xarakterik xüsusiyyətlərindən biri kimi 

səciyyələndirir.  

Kurikulum  islahatı  həyat,  məktəb,  müəllim  və  şagirdlər  qarşısında  yeni  tələblər  qoymuşdur.O 

səbəbdəndə    müasir  dövrdə    dərs  elmi-texniki  tərəqqinin  tələblərini  təmin  etməli,  inkişaf  etməkdə  olan 

müstəqil dövlətimizdə cəmiyyətin məqsədlərinə cavab verməli, və şagird  nailiyyətlərini –nəticəyönümlülük, 

obyektivlilik,  millilik,  ümumbəşəri  dəyərin  nəzərə  alınması  qiymətləndirilməsi  və  stimullaşdırılmasının 

nəzərə almalıdır. 

Kurrikulumun  mənası  xüsusi  ənənəvi  dərslərdən  uzaqlaşmaqla,  fəal  metodlardan  istifadə  etməklə 

müasir  dərslərin  qurulmasına  üstünlük  verməkdir.  Belə  ki,  öyrədən  və  öyrənən arasında  əməkdaşlıq təmin 

edilməli,  meyil  və  maraqları  nəzərə  alınmaqla  bütün  şagirdlərə  əlverişli  təlim  şəraiti  yaradılmalıdır. 

İnteraktiv termini isə "dialoq , qarşılıqlı fəliyyət göstərmək" kimi izah olunur. Fəal interaktiv təlim metodları 

və üsullarının (qruplar, cütlər, rollar,  əqli hücum, nəticə və s.) tətbiqi tədris prosesini xeyli intensivləşdirir, 

onu  hər  bir  şagird  üçün  əhəmiyyətli  və  maraqlı  edir,  dərsdə  fəallığın  maksimum  artmasına  zəmin  yaradır, 

bununla  da  təlimin  inkişafetdirici  aspektini  xeyli  dərəcədə  gücləndirir.  Təlim-tərbiyə  prosesində  interaktiv 

təlim  metodlarının  tətbiqi  şagirdlərdə  müstəqil  düşünmək,  sərbəst  fikir  və  rəy  söyləmək,  qərar  qəbul 

etmək,qabiliyyətlərini  tənqidi  təfəkkürün  formalaşmasına,  müstəqilliyin  inkişaf  etməsinə  şərait  yaradır. 

Sürətlə dəyişən, inkişaf edən müasir dövrdə yaşamaq, fəaliyyət göstərmək, əməkdaşlıq etmək, qərar qəbul 

etmək və s. bacarıqları əks etdirən kompetensiyaların formalaşması orta təhsilin məqsəd və vəzifələrinə yeni 

münasibəti  əks  etdirir.  Hazırda  həm  metodik,  həm  də  elmi-pedaqoji,  psixoloji  cəhətdən  təkmil  olan 

müəllimlərimiz yeniliyin və müasirliyin nədən  ibarət olmasını dərk edir, öz dərslərində tətbiq edərək müasir 

dərs  və  onun  təşkilinə  verilən  tələblərdən  geniş  istifadə  edirlər.  Milli  Kurikulum  bilavasitə  aşağıdakı 

funksiyaların  reallaşdırılmasına  xidmət  edir:  ümumi  təhsilin  pillələri,    bu  pillələrdə    tədris  olunan  fənlər 

arasında əlaqələrin və  ardıcıllığın təmin edilməsi fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim 

təkmilləşdirilməsi və  yeniləşdirilməsi;  

-təlim texnologiyalarının çevikliyi və  interaktivliyinin təmin olunması; 

-nəticəyönümlü  fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması; 

-təlim  mühitinin,    təhsil  fəaliyyətinin  səmərəliliyinin,    təlimin  inkişafetdirici  və    qabaqlayıcı  

xarakterinin,    bilik,    bacarıq  və    vərdişlərin  təhsil  pillələri  üzrə    konsentrik  prinsip  əsasında 

müəyyənləşdirilməsinin təmin olunması; 

-şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və  stimullaşdırılmasının təmin edilməsi. 

Milli Kurikulum aşağıdakı ümumi prinsiplərə  istinad olunmaqla hazırlanmışdır: 

-milli və ümumbəşəri dəyərlərin nəzərə  alınması; 

-ümumi  inkişafı,    meyil  və    maraqları    nəzərə    alınmaqla  bütün  şagirdlərə  əlverişli  təlim  şəraitinin 

yaradılması; tələbyönümlülük; nəticəyönümlülük; şagirdyönümlülük.; inteqrativlik 

 Hesab edirik ki, təlim prosesində interaktiv təlim metodlarının tətbiqi şagirdlərdə müstəqil düşünmək, 

sərbəst  fikir  və  rəy  söyləmək,  qərar  qəbul  etmək,qabiliyyətlərini  tənqidi  təfəkkürün  formalaşmasına, 

müstəqilliyin inkişaf etməsinə şərait yaradır. Sürətlə dəyişən, inkişaf edən müasir dövrdə yaşamaq, fəaliyyət 

göstərmək,  əməkdaşlıq  etmək,  qərar  qəbul  etmək  və  s.  bacarıqları  əks  etdirən  kompetensiyaların 

formalaşması  orta  təhsilin  məqsəd  və  vəzifələrinə  yeni  münasibəti  əks  etdirir.  Şəxsiyyətyönümlülük, 

şagirdyönümlülük,  nəticəyönümlülük  və  s  kimi  məsələlər  formalaşmış  olur.Hazırda  həm  metodik,  həm  də 



Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

466


 

 

elmi-pedaqoji, psixoloji cəhətdən təkmil olan müəllimlərimiz yeniliyin və müasirliyin nədən  ibarət olmasını 



dərk edir, öz dərslərində tətbiq edərək müasir dərs və onun təşkilinə verilən tələblərdən geniş istifadə edirlər.  

Fəal  interaktiv  təlim  təlim  prosesinin  elə  təşkil  olunmasıdır  ki,  bu  təlimdə  biliklər  hazır  formada 

şagirdlərə  təqdim  olunmur.  Şagirdlər  biliyi  tədqiqat  yolu  ilə  əldə  edirlər.  Müəllim  biliyi  ötürən  rolundan 

imtina edir və bələdçi vəzifəsini (fasilitator) daşıyır. İnteraktiv sözünün mənasında da kiminlə, nə ilə dialoqa, 

qarşılıqlı əməkdaşlığa girmək dayanır. Fəal təlim anlayışı isə sinifin, auditoriyanın passiv, seyrçi olmamasına 

işarədir.  Bu  təlim  prosesində  sinif(auditoriya)  qrup  və  cütlər  formasında  problemin  həlli  yollarına  dair 

axtarışa çıxarılır, qruplar əldə olunmuş nəticələri işçi vərəqlərində qeyd edir, sonra onun təqdimatını həyata 

keçirirlər.  Təqdimatlar  bitdikdən  sonra  bu  tədqiqat  nəticələri  arasında  rabitə  yaradılır,  məlumatlar 

sistemləşdirilir və ümumi bir şəkildə təsinif olunur. Bundan sonra həmin yekunlarla tədqitatın başlanğıcında 

şagirdlərin  (auditoriyanın)  irəli  sürdüyü  ilikin  fəpziyyələrlə  müqayisələr  aparılır.  Şagirdlər  (öyrənənlər) 

hansıların  üst-üstə  düşdüyünü,  nələrin  isə  yeni  olduğunu  müşahidə  edir  və  ümumi  nəticəyə  gəlirlər. 

Göründüyü  kimi,  belə  dərslərdə  əvvəlcə  öyrəniləcək  mövzuya  çıxaracaq  problenm  qoyularaq  motivasiya 

yaradlılır.  Motivasiya  təhrik  etmə  deməkdir.  Yəni  şagirdlərin  (auditoriyanın)  təlim-dərketmə  marağını 

problemin  həllinə  doğru  fəal,  canlı  şəkildə  istiqamətləndirir.  Onun  digər  vəzifəsi  isə  tədqiqat  sualını  oraya 

qoymağa  şərait  yaratmaqdır.  Məhz  həmin  tədqiqat  sualı  ilkin  fərziyyələr  irəli  sürməyə  və  tədqiqat  işlərini 

təşkil etməyə imkan  yaratmış olur. Tədqqiqat sualı tədqiqat işinin həyata keçirilməsini tələb edir. Tədqiqat 

işlərinin  nəticələri  işçi  vərəqlərində  qeyd  olunur  və  təqdimatlar  həyata  keçirilir.  Sonra  təqdim  olunan 

məlumatlar təşkil və təsnif olunur.Alınan qənaətlər ilkin fərziyyələrlə müqayisə olunaraq nəticələr çıxarılır. 

Sonra isə alınmış nəticələrin tətbiqi barədə işlər yerinə yetirilir. 

Təlim prosesində interaktiv təlim metodlarından səmərəli istifadə  zərurəti  məhz uğurlu nəticənin əldə 

olunması  ücün  mühüm  şərtdir.Ənənəvi  təlim  sisteminin  ən  mürəkkəb  problemlərindən  biri  istifadə  olunan 

pedaqoji  texnologiyaların  konservatizmi,  qeyri-çevik  olmasıdır.  Müasir  informasiya–  kommunikasiya 

dövründə  elmin  müxtəlif  sahələrində  toplanmış  bilik  kütləsi  elə  sürətlə  artır  ki,  təlimin  ənənəvi  sxem  və 

prinsiplərinə əsaslanaraq onları həm öyrənənə çatdırmaq, həm də  mənimsətmək, əslində qeyri-mümkün işə 

çevrilir.  Əgər  əvvəllər  bilikləri  əldə  etmək  üçün  şagirdi  iki  əsas  bilik  mənbəyi  (müəllim  və  dərslik)  qane 

edirdisə, bu gün həmin  mənbələr çoxsaylı məlumat mənbələri ilə müqayisədə uduzur. Bu səbəbdən müasir 

təlimin  başlıca  vəzifələrindən  biri  öyrənməyi  oyrətməkdir,  yəni  şagirdləri  bilikləri  müstəqil  əldə  etməyə 

yiyələndirməkdir.  Yalnız  təlim  metodlarının  keyfiyyətcə  dəyişdirilməsi,  onların  şəxsiyyətə,  onun 

tələbatlarına yönəldilməsi, bilikləri mənimsəmə zamanı yaradıcı təfəkkürdən fəal istifadə edilməsi şəraitində 

təlim  böyük  səmərə  verə  bilər.  Eyni  zamanda,  şəxsiyyətyönümlü  belə  tədris  prosesi  inkişaf  proseslərinin 

keyfiyyətinə  də  təsir  edəcək:  idraki  və  sosial  fəallığı  artırmaqla  ,  şəxsiyyətin  dəyərlərini  və  vərdişlərini 

formalaşdıracaq. Bu tələblərin nəzərə alınması məhz məhsuldar, yaradıcı təfəkkürü və yeni biliklərə müstəqil 

yiyələnmə  üsullarını  özündə  birləşdirən  fəal(interaktiv)  təlim  texnologiyalarına  üstünlük  verməyi  tamamilə 

zəruri edir. Dünya təcrübəsi göstərir ki, fəal(interaktiv) təlim metodu dərsin keyfiyyətini artırmaq məqsədi ilə 

güclü vasitə ola bilər. Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal(interaktiv) təlim həm 

məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha 

da  fəallaşdırır.  Azərbaycanda  müasir  təlim  metodlarının  tətbiqi  layihəsi  artıq  7  ildən  çoxdur  ki,  həyata 

keçirilir.  Azərbaycan  Respublikasının  ümumtəhsil  məktəblərində  fəal(interaktiv)  təlimin  tətbiq  edilməsi 

təhsil  islahatının  əsas  məqsədlərindən  biridir.  Fəal(interaktiv)  təlim  metodunun  tədris  prosesinə  daxil 

edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, lazım olan təffəkkür xüsusiyyətlərinin, yaradıcılığın 

formalaşdırılması  və  təlim  keyfiyyətinin  yüksəldilməsinə  şərait  yaradaraq  Azərbaycan  Respublikasının 

Təhsil  İslahatı  Proqramında  göstərilən  demokratikləşdirmə,  humanistləşdirmə,  diferensiallaşdırma, 

fərdiləşdirmə,  inteqrasiya  və  humanitarlaşdırma  prinsiplərini  həyata  keçirməyə  imkan  verir.  Son  illərdə 

respublikamızda  çox  müəllim  fəal  (interaktiv)  təlim  üsulu  ilə  tanış  olmuşdur,  müəllimlərdə  fəal  dərslərin 

hazırlanması,  planlaşdırılması  və  onların  həyata  keçirilməsi  üçün  vacib  olan  ilkin  təcrübə  toplanmış,  əsas 

bilik,  bacarıq  və  vərdişlər  formalaşmışdır.  Keçirilən  monitorinqlər  göstərdi  ki,  fəal  (interaktiv)  təlim 

metodlarını  həyata  keçirərkən  müəllimlər  aşağıdakı  problemlərlə  rastlaşırlar:  Yenilikləri  həyata  keçirərkən 

təcrübənin  yayılmasına  və  mübadiləsinə  böyük  ehtiyac  duyürlar  ,  Müəllimlərin  yenilikləri  həyata 

keçirilməsində təcrübələri artdıqca və bu işə daha çox müəllim cəlb olunduğca, yeni metodiki tövsiyyələrə, 

tədris  materiallarına  və  digər  metodiki  məlumat  mənbələrinə  ehtiyacları  artır.  Fəal  (interaktiv)  təlim  üzrə 

müəllimlər  üçün  məlumatın  və  müasir  tədris  təcrübənin  yayılması  tətbiqi  problemlərin aradan  qaldırılması 

üçün  ən  səmərəli  və  məqsədəuyğun  yollarından  biridir.  Təqdim  olunacaq  web-saytın  vasitəsilə  qısa 

müddətdə  gələcək  üçün  fəal  (interaktiv)  təlim  üzrə  resursların  toplanması  və  təkmilləşdirilməsi  mümkün 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə