Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə252/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   248   249   250   251   252   253   254   255   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

479


 

 

ƏXLAQ TƏRBĠYƏSĠNĠN MAHĠYYƏT VƏ MƏZMUNU 



 

Şərifzadə F.S. 

Bakı Slavyan Universiteti 

 

Bəşəriyyət tarixində, keçmiş dövrlərdə və hal-hazırda yetişməkdə olan gənc nəslin tərbiyəsinə,  xüsusi 

ilə  də  əxlaqi  cəhətdən  tərbiyəsinə  həmişə  böyük  əhəmiyyət  vermişdir.  Əlbəttə  ki,  tərbiyəyə  ana  bətnindən 

başlamaq, uşaqların əxlaqlı yetişməsində daha müsbət rol oynayır. Əxlaq cəmiyyətdə formalaşan dəyərlərə 

aid olmaq mənasını daşıyır. Əxlaq ictimai şüurun forması kimi, insanlar arasındakı münasibətləri əks etdirir. 

İnsanların bir-birinə, dövlətə və cəmiyyətə olan münasibətlərini nizama salır, ictimai həyatın bütün sahəsində 

insanların hərəkətlərini tənzimləyir. Əxlaq eyni zamanda gerçəkliyi dərketmə vasitəsi olaraq, insanın praktik 

– mənəvi dünyagörüşüdür.  

Əxlaqın  nəzəri  əsasları  fəlsəfi  elmlər  sistemində  mühüm  yeri  olan  etika  elmi  tərəfindən  öyrənilir. 

Əxlaqi münasibətlərin ictimai münasibətlər sistemində mühüm yeri olduğu üçün, bunlar etika elmi tərəfindən 

araşdırılır. Əxlaq tarixi hadisədir və ümumbəşəri xarakter daşıyır. Bütün dövrlərdə müxtəlif xalqların etnik 

münasibətlərə  uyğun  olaraq  əxlaqi  qanunları  mövcud  olmuşdur.  Ancaq ictimai quruluş, iqdisadi şəraitdəki 

dəyişiklikdən  asılı  olaraq,  əxlaq  normaları  da  inkişaf  edir  və  daha  yüksək  əhəmiyyət  kəsb  edir.  Əxlaq 

tərbiyəsinin  məzmununa  ümumbəşəri  dəyərlərlə  yanaşı  cəmiyyətdəki,  birgə  yaşayış  qaydaları,  sosial  və 

məişət münasibətləri də daxildir.  

Əxlaqın  formalaşmasına  və  inkişafına  ictimai  şüurun,  fəlsəfənin  siyasətin,  hüququn,  incəsənətin, 

ədəbiyyatın, da ciddi təsiri var. Onlar əxlaqın xarakterinə və məzmununa ciddi şəkildə təsir göstərir. Əxlaq 

tərbiyəsinin  məzmununu  yetişməkdə  olan  gənc  nəslə  aşılanan  əxlaqi  keyfiyyətlər  təşkil  edir.  Bu 

keyfiyyətlərə milli-mənlik şüuru və ləyaqətin formalaşması, ata-anaya, qohumlara hörmət və qayğı, doğma 

yurda,  Vətənə  məhəbbət,  düzlük  və  doğruçuluq,  dostluq  və  yoldaşlıq,  əməksevərlik  və  əməyə  vicdanlı 

münasibət, insanlara humanist münasibət və s. daxildir.  

Doğma  yurda,  Vətənə  məhəbbət–vətənpərvərlik  ən  mühüm,  aparıcı  əxlaqi  keyfiyyətdir. 

Vətənpərvərlik  anlayışına  insanın  yaşadığı  yerdən  başlayaraq  öz  kəndinə,  şəhərinə,  ölkəsinin  hər  qarış 

torpağına  bəslədiyi  məhəbbət  aiddir.  Vətənpərvərlik  tarixi  anlayışdır.  Lazım  gələrsə  öz  canını  fəda  edə 

bilməkdir.  ―Torpaq  uğrunda  ölən  varsa  Vətəndir‖.  Görkəmli  türk  filosofu,  siyasi  xadim  Ziya  Göyalp 

vətənpərvərliyi təkcə düşmənlərə qarşı nifrətdən yox, həm də torpağa qarşı məhəbbətdən doğur.  

Düzlük  və  doğruçuluq  da  əxlaqın  komponentləridir.  Sevgili  peyğəmbərimizin  hədislərində  bu 

keyfiyyətlər yüksək qiymətləndirilir. ―Doğruçuluq həqiqətin gözünə dik baxmaq və həqiqəti necə varsa elə 

deməkdir.  Doğru  insan  görülən  iş  və  edilən  hərəkət  üçün  məsuliyyət  daşıyır,  sözü  ilə  işinin  bir-birini 

tamamlanmasına  çalışır.  Qurani-Kərimdə  qeyd  edilir  ki,  yalan  danışmaqdan  çəkin,  çünki,  hər  kəs  səni 

yalançı tanısa, düz sözünə də inanmaz.  

Əməksevərlik    və  əməyə  vicdanlı  münasibət  əxlaqi  dəyər  kimi  ―  Avesta‖  da  əsk  olunur.  Ən  əxlaqlı 

adam  əməksevər  adamdır.  Əməksevərlik  və  əməyə  vicdanlı  münasibətin  əsasını–vətənin  xeyrinə  şüurla 

çalışması, əməyi birinci və əsas yaşayış kimi dərk etməsi, bu əməyin növlərinə hörmət və məhəbbət, şüurlu 

fəaliyyət  növü  seçmək  və  s.  təşkil  edir.  Məktəblilərin  əməkdə  iştirak  etməsi  onların  xarakter  və 

qabiliyyətlərini formalaşdırır, iradələrini möhkəmləndirir, yaradıcılıqlarını inkişaf etdirir. İnsanlara humanist 

münasibət  -  əxlaq  tərbiyəsinin  mühüm  tərkib  hissəsidir.  Humanizm  insanlara  məhəbbət  və  hörmət,  inam 

deməkdir. Humanizm amalı və qayəsi konkret insandır.  

Komenski  məktəbi  ―insanlıq  tərbiyəçisi,  humanizm  beşiyi‖  adlandırırdı.  Humanizm  beşiyi  olan 

məktəb də, humanist insanlar yetişdirməlidir. Bu insanlara hörmət, həssalıq, etibar, ədalətlilik, mərdik və s. 

əlamətləri tərbiyə etməlidir. Humanizm insanların mənəvi mədəniyyətinin  əsasını təşkil edir. Ümumiyyətlə 

XX  əsrdə  etika  artıq  əxlaq  haqqında  müəyyən  biliklər  sisteminə  çevrilib  ki,  bu  da  özünəməxsus  elmi 

kateqorial    aparata  malikdir.  Tarixi  inkişafın  müxtəlif  mərhələlərində  etika  müəyyən  problemlərin  həlli 

yollarını və bəzi spesifik  sualların cavabını axtarmağa çalışmışdır. Belə problemlərə əxlaqi fəzilətlər, əxlaq 

normaları,  insanın  davranış  qaydaları,  bunlarla  əlaqədar  tələblər  və  s.  haqqında  danışılan  spesifik    suallar 

aiddir.  

 

 

 



 

 


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

480


 

 

RUSĠYADA ġƏRQ SĠMASI: MĠRZƏ KAZIM BƏY 



 

Tarverdiyeva T. 

Naxçıvan Dövlət Universiteti 

 

Böyük mütəfəkkir, şərqşünas, tarixçi, pedaqoq, həmçinin türk dillərinin mahir tədqiqatçısı olan Mirzə 

Kazım bəy XIX əsr mədəniyyət tarixinə adını qızıl hərflərlə yazdırmışdır.  

Kazım bəy çox mənalı bir həyat yolu keçmişdir. Hələ uşaqlıqdan elmi biliklərə dərin maraq göstərən 

Məhəmmədəli  atasının  köməyi  ilə  müsəlman  məzhəbinin  tam  kursunu  bitirmişdir.  O,  ərəb  qrammatikasını 

Molla  Əbdül  Əzizdən,  sxolastik  fəlsəfəni,  müsəlman  hüququnu  o  dövrün  məşhur  qanunşünas  alimi 

Məhəmməd Bəhreyndən öyrənmişdir. Son dərəcə yüksək istedada malik olan Məhəmmədəli artıq 12 yaşında 

ikən doğma ana dili ilə yanaşı müsəlman qanunlarını, ərəb və fars dillərini dərindən mənimsəmişdir. Heç də 

təsadüfi  deyildir  ki,  o,  aldığı  dərin  elmi  bilik  nəticəsində  1819–cu  ildə    ―Ərəb  dilinin  qrammatikasına  aid 

təcrübələr‖ adlı ilk elmi kitabını yazmışdır. 1820–ci ildə isə klassik Şərq ədəbiyyatının janrlar nəzəriyyəsinə 

həsr olunmuş ―Müəmma və Lüğət‖ traktatını işləmişdir.  

1826–cı ildən Kazan universitetində işləməyə başlayan Mirzə Kazım bəyin bu dövrdə yazdığı ―Əssəb–

üs–Səttar (Krım xanlarının tarixi)‖, ―Türk–tatar dilinin ümumi qrammatikası‖, ―Uyğurlar haqqında tədqiqat‖, 

―Quranın  bəzi  surələrinin  şərhi  haqqında‖,  ―Müxtəsərun–Viqayət  (Hənəfilər  məktəbi  üzrə  müsəlman 

hüquqşünaslığının qısa kursu)‖, ―Firdovsi yaradıcılığı üzrə fars mifologiyası‖ və s. əsərləri ona dünya şöhrəti 

qazandırmışdır. 

1849–cu  ildə  Peterburq  universitetinə  gedən  Kazım  bəy  orada  çalışdığı  dövrdə  ―Dərbəndnamə‖, 

―Quranın  tam  konkordansı‖,  ―Müridizim  və  Şamil‖,  ―Bab  və  Babilər‖,  ―Şəraülislam–Vərəsəlik‖,  haqqında 

kitab,  ―İslam‖  və  s.  fundamental  əsərlər  yazmışdır.  Həmçinin,  Şərq  ədəbiyyatları  tarixinə  və  müqayisəli 

dilçiliyə dair məqalələr çap etdirmişdir. 

Mirzə  Kazım  bəy  təxminən  40  ilə  yaxın  dövr  ərzində  professoru  olduğu  Kazan  və  Peterburq 

universitetlərində  tədris  edilən  fars,  ərəb  və  türk  ədəbiyyatları  tarixi  kurslarını  Şərq  mənbələri  əsasında 

yaratmışdır. Bilavasitə onun təşəbbüsü ilə Peterburq universitetində 14 Şərq dili üzrə mütəxəssis hazırlayan 

şərqşünaslıq  fakültəsi  açılmışdır.  Kazım  bəy  1855–ci  ildən  ömrünün  sonunadək  Şərq  fakültəsinin  dekanı 

olmuşdur. Bir çox ölkələrdə akademiyaların və elmi cəmiyyətlərin üzvü, Şərq dillərinin fəxri doktoru, Kazan 

və Peterburq universitetlərinin əməkdar professoru, həmçinin bu universitetlərdə fars, ərəb dili  və ədəbiyyatı 

kafedralarının  yaradıcısı  və  ilk    müdiri  olan  Kazım  bəyin  hətta  ölümündən  sonrakı  18  il  müddətində  də 

dekanlıq vəzifəsi boş qaldı.  

Müasirləri içərisində Mirzə Kazım bəy maraq dairəsinin genişliyi, zəngin elmi–mədəni fəaliyyəti ilə 

əsaslı  şəkildə  fərqlənirdi.  O,  müsəlman  hüququnun  Rusiyada  ilk  tədqiqatçısı,  türk  dilinin  ilk  elmi 

qrammatikasının yaradıcısı, Dağıstanda Şamil hərəkatının, İranda babilər hərəkatının ilk tədqiqatçılarından 

biri  olmuşdur.  O,  səkkiz  dildə  (azərbaycan,  ərəb,  fars,  türk,  alman,  rus,  fransız,  ingilis)  yazıb–yaratmış, 

bununla  yanaşı  Sədinin  "Gülüstan"  əsərini  rus  dilinə,  dahi  rus  şairi  A.S.Puşkinin  məşhur  ―Bağçasaray 

fantanı‖  poemasını Azərbaycan dilinə, ―Dərbəndnamə‖ni isə ingilis dilinə tərcümə etmişdir.  

Əməkdar  professor  Mirzə  Kazım  bəyin  çap  olunmuş  45–ədək  əsəri  vardır:  bunlardan  10–u  ingilis, 

alman,  fransız  dillərində,  30–u  rus  dilində,  qalanları  isə  Azərbaycan,  ərəb,  fars  və  tatar  dillərində  yazılan 

böyük  əsərlərdir.  Bütün  bunlarla  yanaşı  onun  bitməmiş  bir  neçə  əsəri  də  qalmışdır.  Kazım  bəy  Rus 

şərqşünaslıq  elmini  zənginləşdirən  ―Türk–tatar  dilinin  ümumi  qrammatikası‖nın  təkrar  nəşri  (1846), 

―Dərbəndnamə‖ (1850) və  İmperator Hərbi Akademiyasında keçirilən türk dili kursu üçün hazırlamış dərs 

vəsaitinə görə 3 dəfə yüksək ―Demidov‖ mükafatına layiq görülmüşdür  

Mirzə   Kazım  bəy  tədqiqatlarında  Azərbaycan  dilinin  türk  dilləri  arasında  ən  məlahətli  dil  olduğunu 

göstərək,  dilimizin  ifadə  imkanlarının  genişliyini  ön  plana  çəkirdi.  O,  ərəb  əlifbasının  Şərq  xalqlarının 

mədəniyyətinin  inkişafında  bir  maneə  olduğunu  və  Azərbaycan  dilinin  xüsusiyyətlərinə  uyğun  olmadığını 

göstərək,  ərəb  əlifbasının  dəyişdirilməsi  uğrunda  mübarizə  aparan  M.F.Axundovla  həmfikir  olmuş,  dini 

xurafatın  və  mövhumatın  tənqidində  onunla  eyni  mövqedən  çıxış  etmiş  və  ―Kəmalüddövlə  məktubları‖ 

əsərinə xüsusi dəyər vermişdir. 

Mirzə Kazım bəyin yaradıcılığında kitabxana işi və kitabxanaşünaslıq məsələləri də xüsusi yer tutur. 

Mədəni inkişafda və təhsil prosesində kitabxana işinə yüksək qiymət verən Kazım bəy kitabxanaşünaslığın 

nəzəri problemləri haqqında bir çox dəyərli fikirlər söyləmişdir. Kazım bəyin ―Sovremennik‖ jurnalında çap 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə