Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə251/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   247   248   249   250   251   252   253   254   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

477


 

 

özünüqiymətləndirmə səviyyəsi aşağı düşür. Bu baxımdan qeyd edə bilərik ki, inklüziv təhsilə cəlb olunan 



uşaqları təlim fəaliyyətinə adaptasiya etmək üçün həmin müəssisənin tərbiyəçi, müəllim və psixoloqlarının 

üzərinə  böyük  iş  düşür.  Bunda  isə  məqsəd  məktəbəqədər  təhsil  müəssisəsində,  məktəbdə  çalışan 

tərbiyəçilərin, uşaqlarda kollektivçilik, davranış və başqa keyfiyyətləri formalaşdırmaqdır.  

İnklüziv  təhsilə  cəlb  olunan  uşaqların  təlim  məşğələsinə  adaptasiyası  üçün  bir  sıra  psixopedaqoji 

şərtlər var.  Həmin şərtlər aşağıdakılardır: (4) 

• uşaqlara psixoloji və pedaqoji cəhətdən düzgün təsir etmək; 

• tərbiyəçinin şəxsi fikir və tövsiyələrinin dərk edilməsi üçün uşaqlara geniş imkanlar yaratmaq

•  təlim  prosesində  məlumatların  tam  və  aydın  tərzdə  qavranılması  üçün  uşaqlarda  xüsusi  bacarıqlar 

inkişaf etdirmək, uşağa xəstə kimi baxıldığını hiss etdirməmək; 

•  uşaqların  yaş  və  fərdi  xüsusiyyətləri  nəzərə  alınmaqla,  həmçinin,  böyüklər  və  həmyaşıdları  ilə 

ünsiyyət qurmaq bacarıqlarını formalaşdırmaq; 

• yeni şəraitə psixoloji adaptasiyasının davamlı inkişafını təmin etmək. 

Sosial-psixoloji adaptasiya prosesində vacib olan məqamlardan biri sosial rollara daxil olmaq və onları 

dəyişmək qabiliyyətidir. Adaptasiyanın effektivliyi isə  sadəcə istifadə olunan rolların sayından yox, həm də 

onların  seçiminin  effektivliyindən  asılıdır.  Sağlamlıq  imkanları  məhdud  uşaqlarda  psixoloji  adaptasiya 

peşəkar  sosial  və  şəxsiyyətlərarası  münasibətlər  sistemində  şəxsiyyətin  funksionallaşma  balansını 

qiymətləndirməyə imkan verən vacib sosial kriteriya hesab olunur. (3, 325 s)  

Düzgün  aparılmış  psixopedaqoji  işlər  nəticəsində  inklüziv  təhsil  alan  uşaqlarda  təlim  prosesinə  və 

cəmiyyətə  adaptasiya  da  formalaşa  bilər.  Keçirilən  məşğələlər  isə    uşağın  psixi  vəziyyətində  mənfi 

dəyişikliklərin  aradan  qaldırılmasına,  fəaliyyətlərində  səmərəliliyin  artırılmasına,  inkişafına  köməklik 

göstərəcəkdir. Bu isə həmin uşaqların  təlim prosesinə, mühitə  düzgün adaptasiyasına gətirib çıxaracaq. 

 

 



KĠÇĠK YAġLI MƏKTƏBLĠLƏRĠN ĠġTĠRAKI ĠLƏ KEÇĠRĠLƏN DƏRSDƏNKƏNAR 

TƏDBĠRLƏRĠNDƏ PSĠXOLOJĠ MƏSƏLƏLƏR 

 

Süleymanova A.E. 

Bakı Slavyan Universiteti 

 

Kiçikyaşlı  məktəblilər  özünəməxsus,  fərdi  fizioloji,  psixoloji  cəhətləri  ilə  digər  yaş  qrupunun 



məktəblilərindən seçilir. Qeyd olunan cəhətlərdən asılı olaraq kiçik yaşlıların xüsusiyyətləri formalaşır. Həm 

dərs prosesində, həm digər təlim-tərbiyə prosesləri burada aktiv rol oynayır. Ona görə də tərbiyənin ayrı-ayrı 

sahələrində,  təlimin  formalarında  iş  aparılarkən  həm  pedaqoji,  həm  psixoloji  məqamlara  toxunmaq,  onları 

diqqətdə  saxlamaq  lazımdır.  Dərsdənkənar  təlim-tərbiyə  prosesi  zamanı  psixoloji  məsələlər  ayrı-ayrı 

bölmələr üzrə qismən işlənilmişdir. Məsələn, dərsdənkənar işlər zamanı əxlaqın əməyə təsiri, eyni zamanda 

dərsdənkənar  təlim  tərbiyə  iş  prosesinin  xüsusiyyətləri  də  tam  olaraq  öyrənilməmişdir.  Tədqiqat  işlərinin 

yarım fəsillərində qeyd olunan məsələlərə toxunulmuşdur. Rus tədqiqatları bu baxımdan daha zəngin hesab 

oluna  bilər.  D.İ.Feldşteyinin  tədqiqatları  əməyin  tərbiyəyə  təsirinin  ümumi  psixoloji  problemlərinə  həsr 

olunmuşdur.  Xüsusi  şəraitdə  -  internat  məktəblərində  ictimai-faydalı  əməyin  əxlaqa  təsirinin  psixoloji 

məsələlərini araşdırmış, bu gün də öz əhəmiyyətini saxlamaqdadır.  

İbtidai sinif şagirdləri üçün, xüsusilə təlimin ilk illərində şəxsi maraq daha böyük əhəmiyyətə malikdir 

və  onu  nəzərə  almadan  uşaqlarda  ictimai  maraq  anlayışı  yaratmaq  mümkün  deyil.  Bir  qədər  də 

dəqiqləşdirsək,  şagirdləri  başqaları  üçün  fəaliyyətə  cəlb  etmək  şəxsi  maraqlardan,  yaxın  ətrafın  (sinif 

kollektivinin,  məktəb  kollektivinin  və  s.)  marağına,  burdan  isə  cəmiyyətin  marağına  doğru 

istiqamətləndirməkdən keçir.  Göstərilən cəhətlərin hər hansı birinə üstünlük vermək, digərinə isə biganəlik 

göstərmək olduqca yanlışdır. Bütünn yaş dövrlərində, xüsusilə ibtidai siniflərdə şagird marağına əhəmiyyət 

verməmək mənfi münasibətin yaranmasına səbəb olur.  

Şagirdlər  müxtəlif  dərsdənkənar  işlərin  tədbirlərində  həvəssiz  iştirak  edirlər,  nəzərdə  tutulan  işlər 

şagirdlərin  daxili  tələbatlarına  çevrilmir.  Həmçinin  dərsdənkənar  işlərin  hazırlıq  mərhələsində  mütləq 

şagirdlərə görüləcək işlərin əhəmiyyəti izah olunmalıdır. Əks halda uşaqların işə münasibəti soyuq olacaq, 

istəyərəkdən deyil, məcburiyyətdən iştirak etmiş olacaqlar.  

Dərdənkənar  işlərin  təşkili  zamanı  yuxarıda  qeyd  olunan  məqam  unudulduqda  şagirdlər  verilən 

tapşırıqları  necə  gəldi  yerinə  yetirir,  yoldaşlarına  kömək  etmir,  evə  getməyə  tələsirlər.  İşin  faydasından 

danışmadıqda  şagirdlər  uydurma  bəhanələrlə  də  tədbirlərdən  yayına  bilər.  Doğrudur,  dərsdənkənar  işlərdə 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

478


 

 

könüllülük əsas şərtlərdəndir, lakin işin faydası şagirdlərə izah olunsa, şagirdlərdə maraq doğursa şagirdlər 



özləri  də  bu  tədbirlərdə  iştirak  etməyə  can  atacaqlar.  Keçiriləcək  hər  hansı  bir  tədbirin  əhəmiyyətindən 

tədbirdə iştirak edəcək şagirdlərə izah olunması işin tərbiyəvi təsirini yüksək səviyyədə artırır.  

Tədbirin əhəmiyyətininin şagirdlərə izahı, hər şeydən əvvəl, uşaqlara psixoloji cəhətdən səmərəli təsir 

edir:  maraq  şagirdləri  fəaliyyətə  istiqamətləndirir.  Şagirdin  marağı  stimullaşdırıcı  amillərdən  biri  hesab 

olunur.  Fəaliyyət  prosesində  qabiliyyətlərin  formalaşdırılmasına  biganə  münasibət  marağın  tədricən 

azalmasına  gətirib  çıxarır.  Bu  nəticə  dərsdənkənar  tədbirə  mənfi  təsir  göstərir.  Psixoloji  ədəbiyyatda  bu 

məsələ tədqiq olunmuşdur. 

Maraq və qabiliyyətlər arasındakı nisbətin gözlənilməsi, tarazlığın nəzərə alınması davamlı maraqların 

yaranmasına  və  formalaşmasına  istiqamət  verir.  Qabiliyyəti  inkişaf etdirən  mühüm  amillərdən  biri  insanın 

xüsusi  maraqlarıdır.  Xüsusi  maraqlar  insan  fəaliyyətinin  müəyyən  sahəsinin  məzmununa  aid  olan,  bu 

fəaliyyət  növü  ilə  əsaslı  məşğul  olmaq  meylinə  çevrilən  maraqlardır.  Bu    və  ya  digər  əmək,  yaxud  təlim 

fəaliyyətinə marağın əmələ gəlməsi, həmin fəaliyyətə olan qabiliyyətlərin oyanması ilə sıx surətdə bağlıdır. 

Bu maraq qabiliyyətinin inkişafına müsbət yöndə təsir edir. 

Dərsdənkənar  tədbirlərinin  psixoloji  problemlərindən  bəhs  edərkən  şagird  marağının  onun  iş 

prosesində  baş  verənlərin  dərk  etməsinə  yardım  göstərdiyini  yaddan  çıxarmaq  olmaz.  Maraqlar  müxtəlif 

sahələrdə  fəaliyyətə  şagirdlərdə  daxili  bir  həvəs  oyadır.  Maraq  fəaliyyətin  keyfiyyətinə,  icra  sürətinə  ciddi 

təsir edir. İşin həm keyfiyyətli, həm də sürətli icrası şagird üzərinə diqqətin cəmlənməsi ilə nəticələnir.  

Deməli, dərsdənkənar tədbirlərdə şagirdlərin şəxsi maraqlarının nəzərə alınması olduqca vacibdir.  

 

 

XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ AZƏRBAYCANDA ĠCTĠMAĠ-PEDAQOJĠ HƏRƏKAT 



 

Şərifova M.Ə. 

Bakı Slavyan Universiteti 

 

XX əsrin əvvəllərin də siyasi qüvvə və hərəkatlar, əsası hələ XIX əsrin ikinci yarısında qoyulmuş dörd 

istiqamətdə  cəmləşmişdi. Onlardan biri  «maarifçi  demokratlar»  hərəkatı  idi.  Bu  hərəkatın  formalaşmasında 

«Əkinçi»  (1875-1877),  «Ziya»  (1879-1881)  və  «Qafqazın  ziyası»(  1881-1894)  qəzetlərinin  və  «Kəşkül» 

(1887-1894)  jurnalının  mühüm  rolu  olmuşdu.  Bu  hərəkatın  görkəmli  nümayəndələri  M.F.Axundov, 

H.B.Zərdabi, N.Nərimanov, S.Ə.Şirvani, R.Əfəndiyev, S.M. Qənizadə və b. idi. 

İkinci  ictimai  hərəkat  inqilabçı  demokratlar  idi.  Bu  hərəkatın  formalaşmasında  «Molla  Nəsrəddin», 

«Dəbistan»  jurnallarının,  M.Ə.Sabir  poeziyasının  müstəsna  əhəmiyyəti  olmuşdu, Azərbaycanda  milli-

demokratik  hərəkatın  formalaşması  da  bu  dövrə  aiddir.  Milli-demokratik  fikrin  əsasları  hələ  XDC  əsrin 

ikinci yarısında verilmişdi. Bu cəhətdən M.F.Axundovun fəlsəfi və dram əsərləri, H.B.Zərdabinin «Əkinçi» 

qəzeti və s. müstəsna əhəmiyyətə malik idilər. Ümumən milli demokratik fikrin formalaşdırılmasında Əli bəy 

Hüseynzadə, Əhməd bəy Ağayev, Üzeyir bəy Hacıbəyov,  və b. böyük xidmət göstərmişdilər. Bu ideyaların 

təbliğində «Həyat», «Füyuzat», «İrşad», «Təzə həyat»,  və b. mətbu orqanların müstəsna rolu olmuşdur. XX 

əsrin əvvəllərində Azərbaycanda, xüsusən Bakıda geniş yayılan ictimai-siyasi hərəkatlardan biri də sosialist-

demokratiya hərəkatı idi. O, fəhlə ideologiyasını təmsil edirdi.  

Bu hərəkatın başında əsasən qeyri-azərbaycanlılar dururdular. Onlardan P.Toçiyskini, A.Yenukidzeni, 

S.Avetisyanı,  İ.Krasini,  A.Begzadyanı,  B.Knunyantsi,  İ.Sturuanı,  V.Ketsxovelini  və  b.  göstərmək  olar.  Bu 

hərəkata azərbaycanlılardan da qoşulanlar var idi. Ə.Axundov, N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfəndiyev, 

M.Məmmədyarov,  M.B.Qasımov  və  b.  bu  qəbildən  idilər.  Əvvəllər  M.H.Hacınski,  M.Ə.Rəsulzadə  də  bu 

hərəkatda iştirak etmişdilər. Lakin sonralar onlar bu hərəkatdan uzaqlaşmışdılar.  

Əslində  bu  hərəkat  Azərbaycanda  Ümumrusiya  sosialist  və  sosial-demokratiya  hərəkatının  tərkib 

hissəsi, onun filialları kimi fəaliyyət göstərirdi. 

Sözügedən  ictimai  hərəkatların  hərəsinin  özünəməxsus  qayəsi  var  idi.  Birincilər  Azərbaycanın 

səadətini  maariflənmədə,  mədəniyyətin  inkişafında,  ikincilər  cəmiyyətin  nöqsanlarını,  yaramazlıqlarını 

kəskin tənqid etməkdə, üçüncülər milli azadlıq, heç olmasa, demokratik Rusiya tərkibində milli muxtariyyət 

əldə  etməkdə  və  nəhayət,  dördüncülər  mövcud  cəmiyyəti  radikal  yolla  dəyişdirməkdə  görürdülər. 

Dördüncülər, xüsusən inqilabi sosial-demokratiya (bolşeviklər) milli parçalanma, vətəndaş müharibəsi yolu 

ilə cəmiyyəti dəyişdirməyə üstünlük verirdilər. 

 



Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə