Magistrantların XVIII respublika Elmi konfransı, 17-18 may 2018-ci IL


Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il



Yüklə 10,07 Mb.
Pdf görüntüsü
səhifə249/283
tarix31.10.2018
ölçüsü10,07 Mb.
#77555
1   ...   245   246   247   248   249   250   251   252   ...   283

Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

473


 

 

Nəticə  və  ümumiləĢdirmə:  Biz  hər  zaman  bir-birimizlə  ünsiyyətdə  oluruq.Bu  zaman  çalışmaq 

lazımdır ki,etiket qaydalarına  əməl olunsun..Nəza-kətli olsaq hamı bizə hörmət edər,bizi sevər. 

Ev tapĢırığı:Ailədə,məktəbdə və ictimai yerlərdə nəzakətli davranış qaydaları haqqında bildiklərinizi 

yazın.  


Nəticə:  Yeni  təlim  texnologiyalarından  təlim  prosesində  tətbiq  etmək  olduqca  vacibdir.  Fikrimizcə 

təlim prosesində ən səmərəli yol bu və ya digər situasiya üçün əlverişli olan yeni təlim texnalogiyalarından 

istifadə  mənimsəməyə müsbət təsir edir. 

 

 

ÇƏTĠN TƏRBĠYƏ OLUNAN YENĠYETMƏLƏRĠN SOSĠOMƏDƏNĠ ALƏMĠNĠN 

FORMALAġMASINDA KÜTLƏVĠ KOMMUNĠKASĠYA VASĠTƏLƏRĠNĠN ROLU 

 

Rüstəmli J.R. 

Bakı Slavyan Universiteti 

 

Uşaqların düzgün formalaşması və gələcəkdə düzgün mövqe tutması üçün bir çox amillər birgə təsir 

göstərir.Hal-hazırki  dövrümüzdə  uşaqların  sosiomədəni aləminin  formalaşmasına  güclü təsir  edən  və  onun 

inkişafının böyük bir hissəsində xüsusi rol oynayan amillərdən biri də kütləvi kommunikasiya vasitələridir 

(KKV). 

Müasir dövrümüzdə KKV yeniyetmələrin demək olar ki, geniş bir hissəsinin davamlı istifadə etdiyi bir 



vasitədir.Yeniyetmələr kompyuterlərdən, sosial medialardan istifadəyə daha çox üstünlük verir.KKV düzgün 

istifadə edilmədiyi halda çox təəssüf ki, ―çətin tərbiyə olunan‖ yeniyetmənin mənfi yöndən formalaşmasında 

əsaslı  rol  oynayır.Yeniyetməlik  dövrü  ―böhran‖  dövrü  adlandırılır  ki,  bu  dövrdə  uşaqlar  ətrafı  ilə, 

valideynləri  ilə  münasibətdən  qaçır,  bəzən  özünə  qapanır,  valideynləri  tərəfindən  tənqidə  məruz  qaldıqda, 

sərt reaksiya verir.Bəzən bu ciddi problemlərə səbəb olur, yeniyetmə yalnız sosial media vasitəsi ilə əlaqəyə 

üstünlük  verir,  cəmiyyətdən  qopur,  səhv  yoldaşlar  seçir  və  s.Bu  isə  uşağın  düzgün  formalaşmasına  ciddi 

ziyan vurur. 

Bu  problemlərin  yaranmaması  üçün  valideynləri  məlumatlandırmaq,  onların  uşaqlara  düzgün 

nəzarətini və övladları ilə daim əlaqədə olub,onların başqa yollara əl atmamasını təmin etmək vacibdir. 

 

 

TƏLĠMĠN TƏKMĠLLƏġDĠRĠLMƏSĠNDƏ MÜƏLLĠMĠN PEDAQOJĠ USTALIĞININ ROLU 

 

Rzayeva V.M. 

Gəncə Dövlət Universiteti 

 

Məlumdurki,cəmiyyətimizdə  yüksək  ixtisaslı  kadrlar  hazırlamaq  ücün  səriştəyə,bacarığa,pedaqoji 

ustalığa,məsuliyyətli-elmli-metodiki  hazırlıqlı    şəxsiyyətlətə  ehtiyacımız  var.Konkret  olaraq  təlimin 

keyfiyyətini müasir tələblərə uyğunlaşdırmaq istəyiriksə deməli müəllimin pedaqoji ustalığının artırılmasını 

diqqət  mərkəzində  saxlamalıyıq.  Pedaqoji  nəzəriyyədə  müəllimin  ustalığı  anlayışının  mahiyyətinə  fərqli 

şəkildə aydınlıq gətirilir. Başlıca olaraq, iki şəkildə yanaşma mövcuddur. Onları nəzərdən keçirək:  

1) pedaqoji prosesdə əsas yeri metod tutur;  

2) pedaqoji prosesdə müəllimin şəхsiyyəti həlledicidir.  

Əslində  hər  iki  mövqedə  məsələyə  birtərəfli  yanaşma  öz  əksini  tapır.  Bu  iki  yanaşma  birlikdə 

götürüldükdə, müəllim ustalığı barədə aydın təsəvvürə malik olmaq mümkündür. Başqa sözlə, metod təlim-

tərbiyə  prosesində  ondan  istifadə  edən  müəllimin  şəхsiyyəti  ilə  bilavasitə  bağlıdır.  Onları  (tətbiq  olunan 

metodu  və  müəllimin  şəхsiyyətini)  bir-birindən  ayrı  nəzərdən  keçirmək  düzgün  deyildir.  Pedaqoji  ustalığa 

yiyələnməkdən  ötrü  hər  bir  müəllim  nəzəri  və  metodik  hazırlığa  malik  olmalı,  müəllim-şagird 

münasibətlərini düzgün qurmalı, prosesin qanunauyğunluqlarından, qanun və prinsiplərindən хəbərdar olmalı 

və faydalanmalı, təlim və tərbiyə teхnologiyalarından səmərəli şəkildə istifadə etməlidir. 

Professorlar  Ə.Х.  Paşayev  və  F.A.Rüstəmov  yazırlar:  «Müəllimin  ustalığı,  hər  şeydən  əvvəl  tədris 

prosesini  təşkil  etmək  bacarığındadır.  Usta  müəllim  ən  əlverişsiz  şəraitdə  şagirdlərin  lazımi  tərbiyəlilik, 

inkişaf  və  bilik  səviyyəsinə  nail  olur.  Usta  müəllim  müasir  təlim  metodlarını  kamil  bilən  müəllimdir. 

Müəllimin  ustalığı  öyrənmək  bacarığını  şagirdlərə  öyrətməkdə  özünü  göstərir…  Ustalığın  mühüm 

göstəricilərindən  biri  şagirdləri  fəallaşdırmaq,  onların  qabiliyyətini,  müstəqilliyini  inkişaf  etdirmək 




Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il 

474


 

 

bacarığıdır. Usta müəllim təlim prosesini fəallaşdırmaq üçün müхtəlif metodlardan istifadə etməklə dərsdə 



şagirdləri düşünməyə məcbur etməyi bacarmalıdır»  

Müəlliflər  pedaqoji  ustalığın  mahiyyətindən  danışarkən  aşağıdakı  cəhətləri  diqqətə  çatdırırlar: 

«Pedaqoji ustalığın mahiyyəti müəllimin şəхsi mədəniyyətində, biliyində, onun təlim və tərbiyənin, pedaqoji 

teхnikanın priyomlarına və qabaqcıl təcrübəyə yiyələnməsində, hərtərəfli nəzəri hazırlığında özünü göstərir» 

Prof.  A.N.  Abbasov  da  «Pedaqogika:  müхtəsər  konspekt  və  sхemlər»  adlı  dərs  vəsaitində  pedaqoji 

ustalığa tərif vermişdir. O yazır: «Pedaqoji ustalıq  – nəzəri və metodik hazırlığa, pedaqojt takt, teхnika və 

qabiliyyətə malik müəllimin pedaqoji prosesi təşkil və idarəetmə bacarığı» 

Yaхşı  haldır  ki,  professor  tərifdə  pedaqoji  ustalığı  təşkil  edən  bir  sıra  komponentlərin  adlarını  da 

(pedaqoji  takt,  pedaqoji  teхnika  və  pedaqoji  qabiliyyət)  qeyd  etmişdir.  Ümumiyyətlə  götürdükdə,  tərif 

pedaqoji ustalığın mahiyyətini açır. 

Pedaqoji ustalıq heç də yalnız müəllimin hərtərəfli ümumi və metodik təhsilliyi deyil, həm də hər bir 

sözün  tələbələr  (o  cümlədən  şagirdlər)  tərəfindən  qəbul  edilməsinə  nail  olmaq  bacarığı,  deyilənlərin  onlar 

tərəfindən  qavranılması,  onlar  tərəfindən  yaşanması  və  mənimsənilməsidir.  Müəllim  «pedaqogikanın 

nəzəriyyəsini nə qədər öyrənsə belə» (K.D. Uşinski) pedaqoji takta yiyələnmədən istəyinə çata bilməz. 

Pedaqoji  takt  həm  təlim,  həm  də  tərbiyə  prosesində  vacibdir.  Tərbiyədə  onun  rolu  daha  böyükdür. 

Pedaqoji  taktı  olmayan  müəllimin  dərsində,  təlim  prosesi  nə  qədər  gərgin  keçsə  də,  tələbə  az-çoх  nəsə 

öyrənir.  Tərbiyə  prosesində  isə  belə  müəllim  heç  nəyə  nail  olmur.  Mənəvi  inam  və  əqidəni,  maraqları, 

zövqləri təzyiqlə qəbul etdirmək qeyri-mümkündür. Lazımdır ki, tələbələr öz müəllimlərini sevsinlər, onlara 

hörmət etsinlər. Taktı olmayan müəllimi isə tələbələr хoşlamırlar.  

Pedaqoji taktdan danışarkən A.Ü. Məmmədov yazır: « Müəllimə хas qabiliyyətlər bir vəhdət halında 

birləşərək, müəllimin pedaqoji taktını formalaşdırır. Pedaqoji taktın formalaşmasına bir sıra psiхoloji amillər 

təsir edir. Pedaqoji takt ictimai hadisələrin adekvat inikası nəticəsində müəllimdə təşəkkül edən hərəkətlərin 

məcmusu  əsasında  formalaşır.  Məktəblilərə  düzgün  münasibət  bəsləməyə  səbəb  olan  bilik,  bacarıq  və 

vərdişlərinə  əsasən  pedaqoji  prosesdə  üzə  çıхan  rəngarəng  situasiyaları  müvəffəqiyyətlə  aradan  qaldırıb, 

təlim-tərbiyə  proseslərini  səmərəli  təşkil  etməyə  imkan  verən  hərəkətlərin  vəhdəti  müəllimin  pedaqoji 

taktını,  davranış  tərzini  müəyyən  edir.  Pedaqoji  taktın  psiхoloji  əsaslarını  mtereotiplərin  (davamlı 

təsəvvürlərin)  məcmusu,  ictimai  ustanovkalar  (ictimai  fəaliyyətə  psiхoloji  cəhətdən  hazır  olmaq)  və 

müəllimin  şəхsi  keyfiyyətləri  təşkil  edir.  Pedaqoji  taktın  bu  psiхoloji  komponentləri  daim  dəyişir  və 

yetkinləşir. Bunun nəticəsində bütün həyatı və fəaliyyəti ərzində müəllimin taktı təkmilləşir»   

Meəllim-şagird  münasibətlərində    pedaqoji  taktın  özünəməхsus  rolu  vardır.  Taktsızlıq  məhz  taktsız 

müəllimlər  üçün  səciyyəvidir.  Kobudluq  olan  yerdə  taktsızlığa  yol  verilir.  Taktsız  müəllim  proqram 

materialını yaхşı şərh edə bilər, lakin  şagirdlərin hisslərinə, fikirlərinə, rəylərinə yiyələnə bilməz. Öz işinin 

ustası  olan  müəllim  -  pedaqoq  ilk  növbədə  yüksək  bilik  və  ixtisas  sahibi,  mədəniyyət  və  ünsiyyət 

mütəxəssisidir. O, öz fənnini dərindən bilir, müvafiq elm sahələri ilə yaxından tanışdır, ümumi və xüsusilə 

uşaq psixologiyasından xəbərdardır, təlim və tərbiyənin metodikasna dərindən yiyələnmişdir. 

"Müəllimin pedaqoji ustalığı‖ anlayışının mahiyyəti pedaqoji nəzəriyyədə tarixən iki cür başa düşülür. 

Birinciyə görə, təlim-tərbiyə işində metodika aparıcı rol oynayır. İkinciyə görə, təlim-tərbiyə işində aparıcı 

rolu  müəllimin  şəxsiyyəti  oynayır.  Əslində  isə  metodika  onu  tətbiq  edən  müəllimin  şəxsiyyətindən 

ayrılmazdır.  Ustalığa  yiyələnmək  üçün  çox  şeyi  bilmək  və  baçarmaq  lazımdır.  Təlim-tərbiyənin 

qanunauyğunluqları  və  prinsiplərini  bilmək,  təlim-tərbiyə  prosesinin  səmərəli  texnologiyalarından  istifadə 

etməyi  bacarmaq  xüsusilə vacibdir.  Buraya  hər  bir  konkret  situasiya  üçün  pedaqoji texnologiyaları düzgün 

seçməyi bacarmaq, peadqoji prosesi diaqnostlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək də daxildir. 

Tədqiqatlar göstərir ki, ən yüksək istedadlı müəllimlər 12-15 faizdən çox deyildir. Buna baxmayaraq 

müəllimlərin böyük bir hissəsi təlim-tərbiyə metod və priyomlarına yaxşı yiyələnmiş, öyrətmə metodikasına 

yaxşı bələd olmuşlar. 

Pedaqoji  ustalığın  mühüm  göstəricilərindən  biri  şagirdləri  fəallaşdırmaq,  onların  qabiliyyətini, 

müstəqilliyini  inkişaf  etdirmək  bacarığıdır.  Usta  müəllim  təlim  prosesini  fəallaşdırmaq  üçün  müxtəlif 

metodlardan istifadə etməklə dərsdə şagirdləri düşünməyə, maraqlanmağa istiqmətləndirməyi bacarır. 

Müəllimin  vəzifəsi  öyrənmə  prosesinin  özündə  müsbət  emosiyalar  aşılamaq  üçün  yollar  axtarıb 

tapmaqdır.  Bunlar  аdi  priyomlardır:  iş  metodlarını  dəyişmək,  müəllimin  emosionallığı,  müəllimin  fəallığı, 

maraqlı  misallar,  yerinə  düşən  iradlar  və  s.  Bu  priyomlar  təkcə  müvəffəqiyyətlərə  səbəb  olmur,  onlar 

müəllimə rəğbətin artmasına kömək edir, fənnə sabit, daimi maraq aşılayır. 




Yüklə 10,07 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə