Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
66
Bu səbəbdən toxucu dəzgahında karkas və doldurma əriş saplarının yüklənmə gərginliyinin düzgün
təyini həm parçanın quruluşuna təsir baxımından, həm də dəzgahın iş rejiminə təsir baxımından çox vacib
məsələdir .
Toxucu dəzgahında müxtəlif əriş sapları sisteminin gərginliyinin nəzəri tədqiqi aparılıb.
Gərginliyin dinamik xassələrini nəzərə almasaq və parçanın toxunmasının aşağı sürətlərdə
aparılmasını qəbul etsək, böyük xəta etmədən deyə bilərik ki, karkas və doldurucu sapların gərginliyi onların
yüklənmə gərginliyinə bərabər olur.
NEFT-KONDENSAT SİSTEMLƏRİNİN REOLOJİ XASSƏLƏRİNİN TƏDQİQİ
Tağıyev E.V.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycanda hasil olunan neftlərin bir qismi yüksəközlülü neftlərə aid olunur və son illərdə işlənməsi
aparılan yataqlar da belə neftlərlə səciyyələnir. Həmin neftlərin çıxarılması və nəqli özlülük dərəcəsinin və
donma temperaturunun yüksək olması və anomal reoloji xassələrə malik olması səbəbindən bir sıra
çətinliklərlə bağlıdır.
Müxtəlif reoloji xassələri olan neftlərin boru kəməri ilə ardıcıl nəqli zamanı vəziyyət daha da
çətinləşir. Sözügedən neftlərin reoloji xüsusiyyətləri, onların dinamik özlülüyünün dəyişkən olmasında
göstərir ki, bu da sürüşmə gərginliyindən və mayenin axın sürətindən asılı olur. Neftin belə axını qeyri-
Nyuton axınlara aid olunur və kolloid-kimyəvi vəziyəti (dispers fazasının və dispers mühitin quruluşu),
molekular arası qarşılıqlı təsirlərin xarakteri ilə təyin olunur. Ağır yüksəközlülü neftlər olan yataqlardan
çıxarılan məhsulun donma temperaturunun aşağı salınması və reoloji xassələrinin yaxşılaşdırılması üçün bir
sıra texnologiyalar mövcuddur.
Yüksəközlülü neftlərin nəqlinin asanlaşdırılması, özlülüyünün təsirinin azalması, boru kəmərlərinin
buraxılış qabiliyyətinin artırılması problemləri daima diqqət altında olan problemlərdir. Bu istiqamətdə çoxlu
sayda tədqiqatlar aparılıb və müxtəlif üsullar işlənmişdir. Bu üsullardan neftin qızdırılması, hidronəql,
termiki emal, neftin qazla doldurulması üsullarının, müxtəlif həlledicilərin, depressor təsirinin, turbulent
axında aşqarların, kimyəvi reagentlərin və müxtəlif fiziki təsirlərin tətbiqini göstərmək olar.
Yuxarıda göstərilən üsullarla yanaşı yüksəközlülü neftlərin nəqlini asanlaşdırmaq məqsədilə fiziki
təsir üsulları (akustik dalğalar, maqnit sahələri, lazer şüalanması və elektrik cərəyanları) da tətbiq olunur.
Bu fiziki təsir üsullarından ən geniş yayılmışı elektrik sahələri təsir üsuludur. Tədqiqatlar nəticəsində
təyin olunmuşdur ki, mayenin dipol momentinin fırlanması tezliyinə uyğun tezlikdə yaradılmış elektrik
sahəsi vasitəsilə neftin özlülüyünü dəyişmək mümkündür və nəticədə parafin çöküntülərinin miqdarını
azaltmaq olar. Neftin özlülüyünün dəyişilməsi yaradılan elektrik sahəsinin intensivliyi və istiqamətindən
asılıdır.
Eksperimental təcrübələrin nəticələri göstərmişdir ki, neft-kondensat qarışığının özlülüyünə təsir edən
əsas amillər temperatur və kondensatın həcmi konsentrasiyasıdır. Müəyyən olunmuşdur ki. Qarışıqdakı
kondensatın konsentrasiyası 30%-dən çox artıqda özlülüyün aşağı düşməsi sürəti yavaşıyır. Yüksəközlülü
neftə qatqıların əlavə olunmasından yaranan depressor effekt qarışığın temperaturu aşağı düşdükcə artır.
Böyük uzunluqlu magistral neft kəmərləri ilə nəql zamanı, aralıq nasos stansiyalarının sayının çox
olması şəraitində sürtünmədən yaranan istiliklə yanaşı magistral nasoslarda da neftin qızmasını nəzərə almaq
lazım gəlir. Bu amilə son zamanlarda layihələndirilən nasos stansiyalarda yüksək diferensial təzyiq
qiymətinin (10Mpa və daha artıq) əldə olunması şəraitində daha çox fikir verilir. Eyni zamanda nəql olunan
mayenin qızmasına təsir edən digər amillərin (diferensial basqının qiyməti, verim və adiabatik sıxılmanın)
öyrənilməsi də maraq doğurur.
Dinamik özlülüyün ölçülməsi rotasiyon viskozimetrlərdə aparılmışdır. Eksperimentlərin nəticələrinə
görə qarışıqların özlülüyünün durulaşdırıcının konsentrasiyası, kondensatların stabilləşdirmə təzyiq və
temperaturundan olan qrafik asılılıqlarının approksimasiyası aparılmışdır. Həmin asılılıqlar şəkil 1 də
verilmişdir.
Tədqiq olunan yüksəközlü neftin durulaşdırıcısız və durulaşdırıcının 20%-dən az konsentrasiyada
olduqda standart avadanlıqlar vasitəsilə nəqli mümkünsüzdür, çünki normativ sənədlərə əsasən HM tipli
nasoslar özlülüyü 3x10
-4
m
2
/san-dən çox olmayan mayelər üçün nəzərdə tutulmuşdur.
Neft-kondensat qarışıqlarının özlülüyünün temperatur və konsentrasiyadan asılılığını təsdiqləyən
analitik ifadələrin alınması məqsədilə bu istiqamətdə aparılan tədqiqatların təhlili aparılmışdır. Müxtəlif
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
67
tədqiqatçılar tərəfindən təklif olunmuş düsturlar əsasında və aparılmış eksperimental tədqiqatların
nəticələrinin müqayisəli təhlili göstərmişdir ki, temperatur parametri bilavasitə daxil olmayan düsturların
mühəndis hesablamalarına kifayət edən dəqiqlik dərəcələri yoxdur.
Yüksəközlü neftlər qaz kondensatı ilə qarışıqda nəql olunduqda, axan mayenin temperaturu qruntun
temperaturundan asılı olur. Bu səbəbdən, özlülük qiymətinin proqnozlaşdırılması üçün durulaşdırcının
konsentrasiyası və temperaturundan asılı olaraq üçparametrik məsələnin həlli tələb olunur. Həmin məsələnin
həlli məqsədi ilə toplanmış eksperimental nəticələrinin statistik emalı aparılmışdır. Nəticədə qarışığın
özlülüyü üçün temperatur amilinin təsirini nəzərə alan emprik asılılıqlar alınmışdır.
Şəkil 1. Neft və kondensat qarışığının durulaşdırıcının konsentrasiyası
və temperaturundan asılılıq qrafiki
YÜKSƏKÖZLÜLÜ MAYELƏRİN BORU KƏMƏRİNDƏ HƏRƏKƏT ÜSULLARI VƏ
NƏQLOLUNMA ÜÇÜN TƏTBİQ VASİTƏLƏRİ
Tağıyev E.V.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Hal-hazırda çıxarılan neftin müəyyən hissəsi yüksəközlü və yüksəkparafinli olub, nisbətən yuxarı
temperaturalarda donur. Belə neftlərin adi üsullarla boru kəməri ilə nəql edilməsi səmərəli deyildir, belə ki,
ətraf mühitin temperaturunda hidravliki müqavimət çox böyük alınır. Boru kəmərlərində hidravliki
müqavimətin azaldılması neftin axıcılığını azaltmaqla müxtəli üsullarla təmin olunur. -Yüksəközlü neft və
neft məhsullarının kiçiközlü neft və yaxud neft məhsulu(durulducularla) qarışdırmaqla nəqli.
Yüksəközlü mürəkkəb neftlərə karbohidrogen durulducularının əlavə edilməsi, onun reoloji
xüsusiyyətlərinin nəzərə çarpacaq dərəcədə yaxşılaşdırılmasına səbəb olur. Durulducu əlavə edildikdə neftin
tərkibindəki parafinin konsentrasiyası azalır, qarışığın donma temperaturu aşağı düşür və parafin
kristallarının meydana çıxması yox olur. Durulducunun özlülüyü və sıxlığı nə qədər kiçik olarsa, onun təsiri
bir o qədər çoxdur və qarışığın reoloji xüsusiyyətləri bir o qədər yaxşılaşır.
-Aşqarlarla yüksəközlü neftlərin nəqli.
Mürəkkəb reoloji xüsusiyyətlə neftlərin boru kəmərində mütərəqi nəqli üsulundan biri də polimer
depressor aşqarları əlavə etməklə neftin və yaxud neft məhsullarının fiziki xüsusiyyətlərinin xüsusi özlülüyü,
limit sürüşmə gərginliyini və həmçinin donma temperaturunun qiymətini aşağı salmaqdan ibarətdir.
Depressor aşqarlar durulducu deyillər, onlar neftin tərkibindəki parafinin konsentrasiyanı azaltmır,
onlar dispers fazanın ölçüsünü, formasını və onun quruluşunu dəyişir. Aşqarların təsirinin səmərəliliyi reoloji
mürəkkəb mayelərin fiziki-kimyəvi xüsusiyyətlərindən, onların təkibindəki parafin və qətran, asfaltın
miqdarından asılıdır.
-Mürəkkəb reoloji xüsusiyyətli neftlərin su ilə birlikdə nəqli.
Mürəkkəb reoloji xüsusiyyətli neftlərin nəqlolunmasını yaxşılaşdırılmasını neft axınına su əlavə
etməklə olar. Bu zaman yaranan neft-su emulsiyası neft suda quruluşuna malik olarsa, onda yeni sistemin
özülülüyünəzərə çarpacaq dərəcədə azalır. Belə emulsiyanın hərəkəti zamanı borunun daxili səthində su