Magistratura məRKƏZİ” Əlyazması hüququnda Qafarov Elçin Rafiq oğlu



Yüklə 377,17 Kb.
səhifə2/5
tarix02.04.2018
ölçüsü377,17 Kb.
#35772
1   2   3   4   5

Xərctutumunun səviyyəsi iaşə xərcləri məbləğinin mal dövriyyəsinə nisbəti kimi hesablanır. Xərc tutumu və ümumən iaşə xərclərinin səviyyəsi göstəricilərinin hər ikisi mühüm keyfiyyət göstəricisi kimi çıxış edirlər.

Xərcverimi səviyyəsi. Bu göstərici və ümumən iaşə xərclərinin və xərc tutumunun əks mənası kimi mal dövriyyəsi həcminin hər vahidinə düşən məbləğini xarakterizə edir və aşağıdakı kimi hesablanır:
Xv =
burada Xv - xərcverimidir.

İaşə xərclərinin rentabellik səviyyəsi xərclərin rentabelliyi mənfəət məbləğinin iaşə xərclərinin həcminə olan nisbəti kimi xarakterizə edilir:

Xr =

burada Xr – iaşə xərclərinin rentabelliyi; M – mənfəətin həcmidir.

Cari xərclərə qənaət edilməsi kriteri xərctutumunun səviyyəsinin minimum səviyyəyə endirilməsidir. Xərctutumunun, ümumiyyətlə iaşə xərcləri səviyyəsinin aşağı salınması ticarət müəssisələrinə (firmaya) imkan verir ki, bazarda özünün qiymət siyasətini asanlıqla həyata keçirsin və digər şərtlər eyni olduqda, daha yüksək mənfəət götürə bilsin. Fəqət iaşə xərclərinin aşağı salınması heç də ticarət və əhaliyə xidmət mədəniyyəti səviyyəsinin aşağı salınması, pisləşməsi hesabına olmamalıdır.

İaşə xərclərinin səviyyəsi, yuxarıda deyildiyi kimi, ticarətin keyfiyyət göstəricisidir. Bu səviyyə, bütövlükdə iaşə xərcləri, ayrılıqda həmin xərclərin hər bir maddəsi və hər bir maddənin ünsürləri üzrə planlaşdırılır.

Mal dövriyyəsi, nəzərə alınmadan iaşə xərclərini mütləq məbləğinin dəyişilməsi, onların nə dərəcədə artıb-azalması haqqında mühakimə yürütmək qeyri-mümkündür.

Ticarətin ayrı-ayrı sahələrində və vəsilələrində iaşə xərclərinin səviyyəsi müxtəlif olur. Bu, həmin sahələrdə ticarət funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olaraq sərf edilən əmək məsrəflərinin həcmi ilə müəyyən edilir. Məsələn, topdansatış ticarətində əsas əməliyyatlar malların yüklənib-daşınmasından, saxlanmasından, qablaşdırılmasından, topdansatış qaydası ilə satılmasından ibarətdir. Bununla əlaqədar olaraq burada iaşə xərclərinin səviyyəsi digər ticarət sahələrinə nisbətən xeyli aşağıdır.

Pərakəndəsatış ticarətdə minlərlə müəssisəsi olan geniş ticarət müəssiəsi vardır. Külli miqdarda müasir texniki avadanlığı olan bu şəbəkədə malların pərakəndə satış qaydası ilə əhaliyə satışı təşkil edilir. Ticarət şəbəkəsinə çoxlu mal gətirilir, yüzminlərlə işçiyə əmək haqqı verilir. Bütün bunlar xeyli maddi və pul məsrəfləri tələb edir. Bununla əlaqədar olaraq burada iaşə xərclərinin səviyyəsi xeyli yüksəkdir. Kütləvi iaşədə isə əmək məsrəfləri daha çoxdur. Burada həm istehsal, həm ticarət, həm də istehlakın təşkili funksiyaları yerinə yetirildiyinə görə ticarətin bu sahəsində iaşə və istehsal xərclərinin səviyyəsi daha yüksək olur. Buna görə də kütləvi iaşədə iaşə və istehsal xərclərinin səviyyəsi daha yüksək olur.

Şəhər ticarətində iaşə xərclərinin səviyyəsi kənd ticarətinə nisbətən aşağıdır. Kənd ticarətində müəssisələr şəhərə nisbətən kiçik, mal dövriyyəsi az, mal ehtiyatları şəhər mal ehtiyatlarının normativlərinə nisbətən xeyli çox, müəssisələrin yerləşməsi coğrafiyası xeyli genişdir (rayon istehlak cəmiyyətinin fəaliyyətinin fəaliyyət dairəsinin radiusu orta hesabla 25-50 kilometrdir).

İaşə xərclərinin səviyyəsi mal qrupları üzrə də müxtəlifdir, çünki bəzi mal qrupları üzrə satışın həcmi daha digər mal qrupları üzrə isə az ola bilər.

İaşə xərcləri struktur etibarilə də ticarətin fəaliyyət sahələri və vəsilələri üzrə fərqlənir. İaşə xərclərinin strukturu dedikdə, yuxarıda qeyd edildiyi kimi, onların ümumi məbləğində ayrı-ayrı məsrəf növlərinin xüsusi çəkisi başa düşülür. İaşə xərcləri strukturunun sahələr üzrə fərqlənməsi pərakəndə satış ticarətində kütləvi iaşədə, topdansatış ticarətində və kənd təsərrüfatı məhsullarının tədarük və satışında məsrəflərinin tutumu, habelə eyni növ əməliyyat üzrə əmək tutumunun ayrı-ayrı sahələrdə müxtəlif olması ilə şərtlənir. Məsələn, kütləvi iaşə sistemində demək olar ki, dəmiryolu, su, hava nəqliyyatı xərcləri olmur, pərakəndəsatış ticarətində bu xərclərin xüsusi çəkisi az, topdansatış ticarətində isə çox olur. Kütləvi iaşə sistemində yanacaq, buxar və elektrik enerjisi (istehsal məqsədləri üçün) xərcləri olduğu halda, pərakəndə satış ticarətində belə xərclər tamamilə yoxdur.

İaşə xərclərinin səviyyəsi yuxarıda deyildiyi kimi, ticarət müəssisələrinin effektivliyinin mühüm göstəricilərindən biridir. Belə ki, iaşə xərcləri səviyyəsinin aşağı salıması mənfəətin artmasına səbəb olur. Çünki, bu iki göstərici müəssisənin ümumi gəlirinin iki tərkib hissələridir və bir-birinə tərs mütənasib olaraq dəyişir. Məsələn, müəssisədə (təşkilatda) iaşə xərclərinin səviyyəsi 0,1 % aşağı salındıqda, mənfəətin səviyyəsi də yəni rentabellik də (digər şərtlər eyni olduqda) bir o qədər artır. Tədqiqatlar göstərmişdir ki, iaşə xərclərinin 0,1 %-i mənfəət məbləğinin pərakəndə satış ticarətində 4,5 %-nə, kütləvi iaçədə isə 3,2-4,1 %-nə bərabərdir.

Məlumdur ki, ticarətdə iqtisadi funksiyalarla yanaşı sosial funksiyalar da yerinə yetirilir. Bunlardan ən başlıcası ictimai istehsala əlavə əmək resurslarının cəlb edilməsi, vaxta qənaət, istehlak xərclərinin azaldılması və s.-dir. Bu baxımdan ticarət xərclərindən söhbət getdikdə istehsal xərclərinə də diqqət yetirilməlidir. Bu xərclər iaşə xərclərinin bəzi maddələrinin tərkibində öz əksini tapır.
II FƏSİL. İCTİMAİ İAŞƏ XƏRCLƏRİNİN UÇOTUNUN TƏŞKİLİ PROBLEMLƏRİ
2.1. Məsrəflərin uçotu sistemləri
İstehsalın növlərindən, təşkili və texnologiyasından, başvermə yerlərindən, məsuliyyət mərkəzlərindən, istehsal olunan məhsulun (işin, xidmətin) xarakterindən, kalkulyasiya obyekt­ləri üzrə qruplaşdırılmasmdan və sair amillərdən asılı olaraq məsrəflərin uçotunu aparmaq üçün Hesablar planında aşağıda­kı: 202 "İstehsalat məsrəfləri" hesabı, 202/10 "Köməkçi istehsalatlar", 202/11 "Ümumistehsalat xərcləri" subhesabları, 721 "Ümumtəsərrüfat (inzibati xərclər) xərcləri", 202/12 "İstehsa­latda zay" subhesabları, 242 "Gələcək hesabat dövrünün xərcləri", 335/3 "Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar" mühasibat uçotu hesabları nəzərdə tutulmuşdur

Əsas istehsalatda iqtisadi elementlər və kalkulyasiya maddələri üzrə istehsal xərclərinin uçotunu aparmaq, məhsul (iş, xidmət) növlərinin maya dəyərini müəyyən etmək üçün 202 saylı hesabdan istifadə edilir. Həmin hesab aktiv, kalkulya- siyaedici hesabdır. Onun debetində ay ərzində baş verən müstəqim xərclər (məhsulun hazırlanması texnologiyası ilə bağlı olan materialların, texnoloji məqsədlər üçün istifadə edilən yanacağın və enerjinin dəyəri, istehsal fəhlələrinin əmək haqqı, həmin əmək haqqına görə ayırmalar) toplanır. İlkin sənədlərdə həmin xərclərin başvermə yerləri, buraxılan məh­sulun, görülən iş və xidmətlərin növləri və müvafiq xərc mad­dələri göstərilir. Onların əsasında göstərilən xərclərin bölüş­dürülməsi istiqamətləri üzrə cədvəllər, maşinoqramlar tərtib edilir.

202 "İstehsalat məsrəfləri" hesabının debetinə müstəqim məs­rəflər 201 "Material ehtiyatları", 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar", 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" və s. hesabların krediti ilə müxbirləşməklə yazılır.

Köməkçi istehsalatlarda hazırlanan məmulatların, ləvazi­matların, göstərilən xidmətlərin maya dəyərini müəyyən etmək üçün bütün xərclər 202/10 №-li hesabda qruplaşdırılır. Həmin hesab da aktiv, kalkulyasiyaedici hesabdır. Ay ərzində bu hesabın debetində toplanan xərclər ayın sonunda 202, 202/11, 721 və s. hesab və subhesablara silinir.

İstehsalatın idarə olunması və ona xidmət göstərilməsi üzrə xərclər qeyri-müstəqim xərclər olduğundan konkret məhsulun (işin, xidmətin) maya dəyərinə birbaşa aid edilmir. Bu xərclər əvvəlcə 202/12 "Ümumistehsalat xərcləri" və 721 "Ümumtəsərrüfat (inzibati) xərcləri" adlı yığıb-bölüşdürücü subhesab və hesablarda uçota alınır. Hər bir sex, sex daxilində isə xərc maddələri üzrə baş vermiş ümümistehsalat xərcləri 202/11 №-li subhesabda, bütöv­lükdə müəssisənin idarə edilməsi və ona xidmət göstərilməsi ilə əlaqədar xərclər isə 721 №-li hesabda müəyyən olunmuş nümu­nəvi xərc maddələri üzrə uçota almır. Göstərilən hesablarda uçota alman xərclər ayın sonunda 202 "İstehsalat məsrəfləri" hesa­bına silinir. Onlar analitik uçotda müəssisənin istehsal bölmə­ləri, bitməmiş istehsal və hazır məhsullar (işlər, xidmətlər) üzrə uçota alınaraq bölüşdürülür1.

Cari ayda baş vermiş, lakin həmin dövrün məhsulunun maya dəyərinə daxil edilməsi nəzərdə tutulmayan xərclərin uçotu 242 "Gələcək hesabat dövrü üçün xərcləri" hesabında aparılır. Bu hesab da aktiv, büdcə-bölüşdürücü hesabdır. Hesabda yeni məhsul növlərinin mənimsənilməsi üzrə xərclər, əvvəlcədən ödənilmiş telefon haqları, icarə haqqı və s. xərclər uçota alınır.

Qarşıdakı dövrlərdə çəkiləcək xərclərin və ödənişlərin həyata keçirilməsi üçün müəssisədə yaradılan ehtiyatların uço­tu 335/3 "Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar" adlı passiv hesabda aparılır. Belə xərclərə işçilərə ödəniləcək məzu­niyyət haqqı üzrə ehtiyat, əsas vəsaitlərin təmiri üzrə qarşıdakı xərclər üçün yaradılan ehtiyat və s. daxildir.

İstehsalatda yaranmış zaym düzəldilməsinə çəkilən xərc­lər, habelə düzəldilməsi mümkün olmayan zaya sərf edilmiş xərclər 202/12 "İstehsalatda zay" aktiv, kalkulyasiyaedici hesabda uçota alınır.

Ayın sonunda 202 № -li hesabın debetində məhsul (iş, xid­mət) istehsalı ilə əlaqədar olan bütün müstəqim məsrəflər (iqtisadi elementlər üzrə) və qeyri-müstəqim məsrəflər (komp­leks xərc maddələri üzrə) toplanır. Hesabın kreditində isə tullantı və qənaət şəklində, istifadə olunmayaraq istehsalatdan qaytarılan materialların dəyəri, düzəldilməsi mümkün olma­yan zaym dəyəri və məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilmiş xərclər əks etdirilir.

202 №-li hesabın debet qalığı bitməmiş istehsala aid edilən məsrəfləri əks etdirir.

İstehsalatdan buraxılmış məhsulun (yerinə yetirilmiş işlərin və göstərilən xidmətlərin) maya dəyəri, aym əvvəlinə bitməmiş istehsalın məbləğinə ay ərzində baş vermiş bütün xərcləri əlavə edib alınmış ümumi məbləğdən istifadə edil- məyən materialların, tullantıların, düzəldilməsi mümkün ol­mayan zaym və aym sonuna bitməmiş istehsalın dəyərini çıx­maqla müəyyən edilir.

İstehsalatdan anbara təhvil verilən hazır məhsul həqiqi maya dəyəri, yaxud plan maya dəyəri ilə 202 "İstehsalat məsrəfləri" hesabının kreditində, 204 "Hazır məhsul" hesabının debetində yazılmaqla uçotda əks etdirilir. Buraxılmış məhsulun həqiqi maya dəyəri onun plan maya dəyərindən aşağı (xərclərə qənaət) olduqda əmələ gələn fərq 204 №-li hesabın debetində, 202 №-li hesabın kreditində "qırmızı storno" yazılışı, həqiqi maya dəyəri plan maya dəyərindən yüksək (artıq xərclər) olduqda isə fərq məbləği 204 №-li hesabın debetində, 202 №-li hesabın kreditində əlavə yazılış qaydasında əks etdirilir.

Hesablar planı və onun tətbiqinə dair təlimatda gös­tərildiyi kimi müəssisələr məhsul buraxılışının uçotunu 204/1 "Buraxılmış (yüklənmiş) məhsul, iş və xidmətlər" hesabında da apara bilərlər. Bu hesab hesabat dövründə buraxılmış məhsul, sifarişçiyə təhvil verilmiş işlər və göstərilmiş xidmətlər üzrə məlumatları ümumiləşdirmək, habelə həmin iş və xidmətlərin həqiqi istehsal maya dəyəri ilə normativ (plan) maya dəyəri ara­sındakı kənarlaşmaları müəyyən etmək üçün nəzərdə tutul­muşdur. Göstərilən hesab zəruri hallarda, yəni məhsulun (iş və xidmətin) uçotu normativ (plan) maya dəyəri ilə aparıldığı hallarda tətbiq edilir.

Ayın sonunda buraxılmış məhsullar, təhvil verilmiş iş və xidmətlər həqiqi istehsal maya dəyəri ilə 202 və 202/10 №-li hesab­ların kreditlərindən 204/1 №-li hesabın debetinə silinir. 204/1 №-li hesabın kreditində (204 "Hazır məhsul", 601 "Məhsul (iş, xid­mətlər) satışı" hesablarının debeti ilə müxabirləşməklə) isə is­tehsaldan buraxılmış məhsulun, təhvil verilmiş işlərin və gös­tərilmiş xidmətlərin normativ plan maya dəyəri əks etdirilir.

Beləliklə, 204/1 №-li hesabda istehsalatdan buraxılmış məh­sullar, təhvil verilmiş işlər və göstərilmiş xidmətlər iki qiymətlə: debet tərəfındə-həqiqi istehsal maya dəyəri, kredit tərəfində isə normativ (plan) maya dəyəri ilə əks etdirilir. Hesabat ayı­nın sonuna debet və kredit dövriyyələri müqayisə olunaraq həqiqi istehsal maya dəyərinin normativ plan maya dəyərindən kənarlaşması müəyyən edilir. Həqiqi istehsal maya dəyəri normativ (plan) maya dəyərindən aşağı (qənaət) olduqda "qırmızı storno" üsulu ilə 601 №-li hesabın debetinə 204/1 №-li hesabın kreditinə, əksinə olduqda isə əlavə yazılış üsulu ilə yenə 601 №-li hesabın debetinə 204/1 №-li hesabın kreditinə mühasibat yazılışı tərtib edilir. 204/1 №-li hesab hər ay bağlanır və onun qalığı olmur.

İstehsala məsrəflərin uçotunun qeyd olunan qaydasını aşağıdakı misalla nəzərdən keçirək. Bu misalda yalnız bir növ məhsul istehsalı nəzərdə tutulmuş, məhsulun maya dəyərinə daxil edilən xərclər ixtisarla verilmiş və xərclərin uçotunun yarımfabrikatsız variantda aparıldığı qəbul edilmişdir. Tutaq ki, cari ayda aşağıdakı təsərrüfat əməliyyatları baş vermişdir:



1. Müxtəlif ehtiyaclara xammal və materiallar sərf edilmişdir (uçot qiymətlərilə):

a) məhsulun istehsalı üçün əsas istehsalata - 2.894.500

b) köməkçi istehsalatlara - 428.000

v) ümumistehsalat ehtiyaclarına - 156.200

2. Materialların dəyərində olan kənarlaşmalar silinmişdir:

a) əsas istehsalata - 202.615

b) köməkçi istehsalatlara - 29.960

v) ümumistehsalat xərclərinə - 10.934

q) ümumtəsərrüfat xərclərinə - 10.010

e) zay məhsulun düzəldilməsi xərclərinə - 6.860

cəmi silinmişdir: - 260.379

3. Əsas vəsaitlərə köhnəlmə hesablanmışdır:

a) istehsal təyinatlı əsas vəsaitlərə - 141.600

b) köməkçi istehsal sexləri üzrə əsas vəsaitlərə - 62.000

v) ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə - 53.400

cəmi hesablanmışdır: - 257.100


4. İstismara verilən azqiymətli və tezköhnələn əşyalara

köhnəlmə hesablanmışdır:

a) ümumistehsalat ehtiyaclarına verilən - 86.200

b) köməkçi istehsalatlara verilən - 35.400

v) ümumtəsərrüfat ehtiyaclarına verilən - 31.000

cəmi hesablanmışdır: - 152.600 5. Əmək haqqı hesablanmışdır:

a) əsas istehsalat fəhlələrinə - 641.000

b) köməkçi istehsalat fəhlələrinə - 206.400

v) sex heyətinə - 180.000

q) zavod idarə heyətinə - 252.600


cəmi hesablanmışdır: - 1.280.000


6. Hesablanmış əmək haqqına görə sosial ehti­yaclara ayırmalar (sosial müdafiə

fonduna, pensiya fonduna və s.) edilmişdir:

a) əsas istehsal fəhlələrinin - 237.170

b) köməkçi istehsal fəhlələrinin - 76.368

v) sex heyətinin - 66.600

q) zavod idarə heyətinin - 93.462

cəmi hesablanmışdır: - 473.600



7. Əsas vəsaitlərin təmiri üçün təmir fonduna

ayırmalar edilmişdir:

a) istehsal təyinatlı əsas vəsaitlər üçün - 65.000

b) köməkçi sexlərin əsas vəsaitləri üçün - 34.000

v) ümumtəsərrüfat təyinatlı əsas vəsaitlər üçün - 28.000

cəmi ayırmalar edilmişdir: - 127.000


8. Ümumistehsalat və ümumtəsərrüfat ehtiyac-

larına pul vəsaitləri sərf edilmişdir:

a) ümumistehsalat ehtiyaclarına - 120.000

b) köməkçi istehsalat ehtiyaclarına - 85.000

v) ümumtəsərrüfat ehtiyaclarına - 182.000



cəmi sərf edilmişdir: - 387.000





9. Köməkçi istehsalat üzrə xərclər bölüşdürülmüş




və silinmişdir:




a) əsas istehsalat hesabına - 326.430




b) ümumistehsalat xərcləri hesabına - 378.200




v) ümumtəsərrüfat xərcləri hesabına - 104.098




10. Ümumistehsalat xərcləri bölüşdürülmüş və si linmişdir: - 1.084.738




11. Ümumtəsərrüfat xərcləri bölüşdürülmüş və silinmişdir: - 715.570

12. Zayın düzəldilməsinə çəkilən xərclər məhsulun maya

dəyərinə silinmişdir: - 104.860




13. İstehsalatdan buraxılmış məhsul plan maya

dəyəri ilə mədaxil edilmişdir: - 6.580.000

14. Məhsulun faktiki maya dəyərinin onun plan maya dəyərindən kənarlaşması müəyyən olunmuş və silinmişdir: - 305.830

Qeyd edilənləri sxematik olaraq aşağıdakı kimi göstərmək olar (Sxem 1).

Sxem 1.


İstehsala məsrəflərin uçotu

201 “Material ehtiyatları” 208/1 “Materialların dəyərində olan kənarlaşmalar”

Dt Kt Dt Kt

Qalıq... 1.a) 2894500 2.a) 202615

1.b) 428000 2.b) 29960

1.v) 156200 2.v)10934

1.q) 143000 2.q) 10010

1.e) 98000 2.e) 6860

Dövr: 3719700 Dövr: 260379

202 “İstehsalatda zay” 112 “Əsas vəsaitlərin köhnəlməsi”

Dt Kt Dt Kt


1.e) 98000 12) 104860 3.a) 141600

2.e) 6860 3.b) 62100

Dövr: 104860 3.v) 53400

Dövr: 257100
202 “Azqiymətli və tezköhnələn 202 “İstehsalat məsrəfləri”

əşyaların köhnəlməsi” Dt Kt



Dt Kt

Qalıq = 0 Qalıq – 260000 13) 6580000

4.a) 86200 1.a) 2894500 14) 305830

4.b) 35400 2.a) 202615

4.v) 31000 5.a) 641000

Dövr: 152600 6.a) 237170

9.a) 326430

10) 1084734

11) 715570

12) 104860

Dövr: 6206879

Qalıq- 192709 Dövr: 6274170
533 “Əməyin ödənişi üzrə işçi 202/10 “Köməkçi istehsalatlar”

heyətinə olan borclar ”

Dt Kt Qalıq – 0 9.a) 326430

Qalıq = 0 1.b) 428000 10.b) 378200

5.a) 64100 2.b) 29960 9.v) 104098

5.b) 206400 3.b) 62100

5.v) 180000 4.b) 35400

5.q) 252600 5.b) 206400

Dövr: 1280000 6) 76368

7) 34000

8) 85000


Dövr: 872228 Dövr: 808728

Qalıq- 63500

522 “Sosial sığorta və təminat 202/11 “Ümumistehsalat xərcləri”

üzrə öhdəliklər ” Dt Kt

Dt Kt 1.v) 156200 10. 1084734

Qalıq = 0 2.v) 10934

6.a) 237170 3.a) 141600

6.b) 76368 4.a) 86200

6.v) 66600 5.v) 180000

6.q) 93462 6.v) 66600

Dövr: 473600 7.v) 65000

8.a) 120000

9.b) 378200

Dövr: 1084734

204 “Hazır məhsul ” 223 “Hesablaşma hesabı”

Dt Kt Dt Kt

Qalıq ... Qalıq ... 8. a) 120000

13.6580000 8. b) 85000

14.305830 8. v) 182000

Dövr: 6206879 Dövr: 387000

721 “Ümumtəsərrüfat xərcləri” 335/3 “Qarşıdakı xərclər və ödəmələr



Dt Kt üçün ehtiyatlar”

1. q) 143000 11. 715570 Dt Kt



2. q) 10010 Qalıq = 0

3. v) 53400 7. a) 65000

4. b) 31000 7. b) 34000

5. q) 252600 7. v) 28000

6. q) 93462 Dövr: 127000

7.v) 28000

8. v) 182000

9. v) 104098

Dövr: 715570


Yüklə 377,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə