“magistratura məRKƏZİ”



Yüklə 358,13 Kb.
səhifə3/4
tarix10.11.2017
ölçüsü358,13 Kb.
#9256
1   2   3   4

Şəkil

d:\user\desktop\araz\ixrac_geyri_neft_uzre.jpg

Göründüyü kimi, regionlarda qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, kommunal xidmət və sosial infrastruktur təminatının həcminin, keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya siyasətinə mühüm əhəmiyyət verilməsi, iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, investorlar üçün azad rəqabət mühitinin formalaşdırılması ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, ixrac potensialının daha səmərəli reallaşdırılmasına şərait yaradacaqdır.

Ölkədə qeydiyyatda olan iqtisadi subyektlərin həmin ölkədən olmayan subyektlərlə olan ticari münasibətlərini əks etdirən statistik göstəricilərin cəmi adətən tədiyyə balansında əks olunur. Bu balans iki formada yazılmaqla, cari əməliyyatlar və kapital hesabı üzrə aparılır. Birincisi müsbət işarə ilə kredit bölməsində ikincisi isə mənfi işarəsi ilə debet bölməsində göstərilir. Beynəlxalq Valyuta Fondunun verdiyi təlimata uyğun olaraq (6-cı nəşr) balansın strukturu xalis aktivlər və xalis öhdəliklər üzrə təsnifatlaşdırılır. Malların və xidmətlərin ixracı, əldə olunmuş ilkin gəlirlər və təkrar gəlirlər kredityazılışı vasitəsi ilə balansda əks olunur.Malların və xidmətlərin idxalı, ödənilmiş ilkin gəlirlər və köçürülmüş təkrargəlirlər isə debet yazılışı vasitəsi ilə balansa daxil edilir (cbar.az).

Mərkəzi Bankın statistika departamenti, 2015-ci ilin yanvar-dekabr ayları ərzində tədiyyə balansını aşağıdakı kimi təqdim etmişdir (Cədvəl 8).



Cədvəl 8



Cədvəldən də göründüyü kimi, birbaşa investisiyalar və ödənişlər ölkədə ticarətə təsir edən, ixracın inkişafını şərtləndirən həlledici amillərdəndir.

Azərbaycan iqtisadiyyatından ixracın artırılması üçün sahibkarların da düzgün ixrac siyasəti yürütmələri gərəklidir.İxracatçının qiyməti müəyyən etməsi və qiymət təkliflərində müəyyən amillər nəzərə alması lazımdır.

İxracatçının bir xarici bazara daxil olması üçün ən ilkin şərtlərdən biri onun məhsulunun maya dəyərinin həmin bazardakı qiymətdən ucuz olmasıdır. Məlumdur ki, məhsulun maya dəyəri müəyyən müddət ərzində olan dəyişən və stabil xərclərin eyni müddət ərzində istehsal olunan məhsulların sayına bölünməsi ilə tapılır. Təklif qiymətində maya dəyəriisə, məhsulun növünü nəzərə alaraq, ədəd, ağırlıq, həcm, uzunluq kimi ölçülərə görə hesablanır. Əgər istehsalçı özü ixrac məhsulunu təklif edirsə, bu məhsulunmaya dəyəri istehsalatdan (fabrik, zavod, sex) tam hazır formada çıxışına bərabərdir.

Bəzi faktorlar var ki, ixrac edərkən xərcləri artırır. Bunlar aşağıdakılardır:


  • Satış faizləri

  • Lazımi sənədləşmə xərcləri

  • Daşıma şirkətlərinə ödənən ödəmələr

  • Daxili nəqliyyat xərcləri

  • Qablaşdırma xərcləri

  • Akreditif xərcləri

  • İşarələmə və nişanlama xərcləri

  • Sığorta xərcləri

  • Məhsulun təyinat ölkəsindəki yükboşaltma xərcləri

  • Kredit faizləri və tarixləri

  • Lazımi sənədlərin tərcümə xərcləri

  • Anbar xərcləri

Qiymət təklifləri qeyri-stabil ola bilir, amma yenə də ixracdanəzərə alınmalı olan şərtlər bunlardır:

  • Alıcı məlumatları (yazışma və rekvizitlər üçün) - adı və ünvanı açıq yazılmalıdır

  • Məhsulüzrə məlumat: xüsusiyyətləri, ətraflı təsviri və digər məlumatlar olmalıdır

  • Ödəmə şərtləri: Akkreditiv yaxud konsiqnasiya şəklində ödəmə

  • Satış şərtləri: Konkret təhvil vermə şərtləri. məsələn "Akkreditivin açılması bildirildikdənnövbəti 45 gün ərzində"

  • Qablaşdırma məlumatları: karton qutu, taxta,rulon və s.

  • Qiymət və mal təhvil şəkli: Qiymət, valyutanın forması, mal təhvilatınınyeri və şərtləri

  • Satıcıya aid məlumatlar: Qiyməti təklif edənin rekvizitləri və əlaqə məlumatları

  • Qiymətin sabitlik müddəti: Mövcud qiymət nə qədər sabit qalacaq.

Beləliklə yuxarıda sadalanan təlimatlandırıcı məlumatlar Azərbaycan ixracatçısı üçün tövsiyə olunan məlumatlardır. Təbii ki, bu şərtlər bu gün də keçərlidir və bilinməlidir. Lakin ixracın texniki tərəfləri ilə yanaşı texnoloji tərəflərini də təşviq etmək, müasir dünyada yaranan innovasiya tendensiyalarına çevik adaptasiya olduqca vacibdir. Məhz buna görə, tədqiqatdakı bu təhlillər təkcə ixracı artırmaq üçün potensialının sahələrin müəyyən edilməsi deyil, həmçinin yeni ixrac istiqamətləri və ixrac prosesinə yeni baxışın istiqamətlərini ortaya çıxarmaq məqsədi güdmüşdür.

Qeyri-neft sektorunda mövcud ixrac siyasətindən danışarkən Azərbaycan Respublikası prezidentinin 18 yanvar 2016-cı il tarixində verdiyi sərəncam diqqəti çəkir. Sərəncam bu sektordakı məhsulların ixracının stimullaşdırılması haqqındadır və 2020-ci il üçün qəbul edilmiş gələcəyə baxış strategiyası (növbəti fəsildə təhlil edilmiş strategiya) çərçivəsində olan tədbirlərdəndir. Sərəncama əsasən “Made in Azerbaijan” brendinin yaradılması və ixracın təşviqi mexanizmlərinin hazırlanması, ixrac üzrə məlumatları əks etdirən müasir elektron portalın yaradılması və s. məsələləri əhatə edir. Bu sərəncamın məntiqi davamı olan digər – 01 mart 2016-cı il tarixli sərəncamla əlavə tədbirlər də konkretləşmişdir. Belə ki, artıq 2020-ci ilə qədər faktiki ixrac olunan malların gömrük bəyannaməsində qeyd edilən dəyərinin 3 faizi miqdarında ixracatçılara ixrac təşviqinin ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, artıq Azərbaycan Respublikası Nazirlər Kabineti ixrac təşviqinin ödənilməsi prosedurlarını da təsdiqləmişdir.

Bu siyasət çərçivəsində cari ildə verilmiş digər bir fərman isə “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında 05 oktyabr 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanıdır. Fərmanının ikinci bəndi ilə həmçinin görülmüş işlərin hesabat forması da təsdiq edilmişdir. Növbəti maddələrdə artıq bu ilin büdcəsindən – prezidentin ehtiyat fondundan dəstək tədbirlərinə 3 milyon manatın ayrılması, İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Kömitəsinin üç aydan bir təsdiq edilmiş formaya uyğun hesabat vermələri və s. texniki məsələlər əks olunur.

Bütün bu səkidə verilən fərmanlar, sərəncamlar və qəbul edilən qanunlar yerli qanunvericiliyi bira da təkmilləşdirərək daxili siyasəti də formalaşdırır. Lakin beynəlxalq hüquqi aktların milli qanunvericilkdən daha üstün qüvvəyə malik olması, gələcəkdə bu sahədə beynəlxalq müqavilələr bağlanarsa hansı siyasətin tətbiq ediləcəyi sualını da yaradır. Məhz belə perspektivləri də nəzərdən qaçırmamaq üçün biləvasitə ixrac siyasətinə təsir edə biləcək beynəlxalq təşkilatlar və onlara Azərbaycanının üzv olma perspektivləri də nəzəri cəhətdən qismən təhlil edilmişdir. Bu istiqamətlər ətraflı şəkildə növbəti fəsildə təqdim olunur.



III FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA İXRACIN ARTIRILMASININ PERSPEKTİV İSTİQAMƏTLƏRİ

Politoloqların əksəriyyəti belə güman edir ki, qloballaşma müsbət və ya mənfi proses olmasından asılı olmayaraq artıq hər hansı bir dövlətin qarşı gedə bilməyəcəyi bir meyldir. Bu meyl özünü iqtisadiyyatda çoxdan biruzə verməyə başlamış, dövlətlər öz rollarını müəyyən mənada transmilli korporasiyalara verməklə beynəlxalq ticarəti sürətləndirmişdilər. Lakin iqtisadi qloballaşma özünü tək TMK-larla deyil, həm də bir neçə qütblü dünyaya doğru hərəkətdə də göstərir. Üstəlik söhbət Azərbaycanın yerləşdiyi geosiyasi və geoiqtisadi cəhətdən mürəkkəb regiondan gedirsə, burada qütblərin maraqlarının toqquşmasından da danışmaq olar. Belə olan halda, qloballaşmadan geri qalmamaq şərti ilə ölkə öz iqtisadi müstəqilliyini, iqtisadi maraqlarını necə təhlükəsiz təmin edə bilər? Bu kifayət qədər ciddi sualdır. Sevindirici haldır ki, zəngin neft ehtiyatlarına sahiblənməsi Azərbaycanda qütblərin daha kəskin ziddiyyətini və deməli təzyiqini yaratsa da, ölkə həm neft siyasətində həm də ixrac siyasətində bütün tərəflərlə əməkdaşlıq quraraq balansı qorumağa nail olmuşdur. Bu gün Azərbaycan regionda müstəqil siyasət yürüdə bilənölkə kimi tanınır. Lakin blok üzvləri arasında mövcud qarşılıqlı güzəştlər və üstünlüklər üzv olmayan dövlətə rəqabət çətinliyi yarada bildiyindən, Azərbaycan haqlı olaraq bu bloklarla əməkdaşlığı genişləndirərək iqtisadiyyatın ixrac kimi önəmli sahəsində artıma nail olmağa, müsbət ticarət saldosunu qorumağa çalışır. Nəticədə bu qurumlarla münasibətlərin perspektivdə ixraca müsbət təsirinə çalışılır. Bir sözlə, üçüncü fəsil Azərbaycanın ÜTT, Avropa İttifaqı və Gömrük İttifaqı ilə münasibətlərinin vəziyyətini təhlil edir, perspektivləri proqnozlaşdırır və qlobal ticarətdə əsas çağırışları müəyyən edərək ixrac artımı üçün zəruri addımları müəyyən edir.



3.1 Azərbaycanın ÜTT, Gİ və Aİ ittifaqı ilə münasibətlərinin perspektivi.

North-a görə dövlət - “Müəyyən bir coğrafi ərazidə sosial proseslərin tənzimlənməsini həyata keçirmək üstünlüyünə malik olan təşkilatdır”(North 1981). Tərifə əsasən dövlətin rolu iqtisadi inkişafdan çox fərqlidir. Lakin müəyyən şəraitdə dövlət iqtisadiyyatın inkişafı üçün aktiv rol oynaya bilər. Müasir Avropa dövlətlərində bunu müşahidə etmək olar. Dövlət özəl mülkiyyəti, hüquq sistemini və müxtəlif institutları inkişaf etdirməklə, iqtisadi inkişafa dəstək verə və bazar iqtisadiyyatını möhkəmləndirmək üçün müxtəlif sistemlər yarada bilər.

Bundan başqa iqitisadi inkişafın ilkin dövrlərində dövlətin bazar sistemini möhkəmləndirmə sistemi yaxşı inkişaf etməmişdi. Gerschenkron (1966) ilkin mərhələ haqqında təhlil aparmışdır. Gerschenkron 19-cu əsrdə Avropada sənayeləşmə prosesini təhlil edərək hər bir ölkədə sənayeləşmə şəraiti və istiqamətlərini araşdırmışdır. Təhlilə əsasən az inkişaf etmiş iqtisadiyyatların xarakteristikası aşağıdakı kimi verilmişdir. Emal sektorunun inkişafı sənayeləşmə prosesi ilə birlikdə baş verir. Sənayeləşmə prosesi ərzində zavodların və müəssisələrin əhatə dairəsi daha da genişləndirilir və istehsal olunan mallar istehlak olunan mallardan daha əhəmiyyətli olur. Gerschenkron həmçinin bildirir ki, hər bir dövlətin az inkişaf etmiş sahələrinin inkişafı üçün investisiya bankları kimi müxtəlif xüsusi sistemləri vardır (Almaniya və ya Rusiya). Gerschenkrona görə sənaye sahələrinə sonradan gələnlərin bu sahədə ixtisaslaşmış müəssisələrlə müqayisədə yer alması çətin olur. Bunun üçün sonradan gələnlərin mövcud şəraiti əvəz edə biləcək yeni sistemlər yaratmasına ehtiyacı var.

Gerschenkron bildirir ki, 20-ci əsrdə bir neçə Şərqi Asiya ölkələri, hökumət tərəfindən sənayeyə təşviq etmə prosesi ilə qısa zaman ərzində sənayeləşməyə cəhd göstərmişlər. Şərqi Asiya ölkələrində sənaye siyasətilə bağlı ziddiyətlərin olmasına baxmayaraq, “dövlətin fəal siyasi müdaxilələri vasitəsilə stabil makroiqtisadi mühitin yaradılması ideyası” mühüm əhəmiyyətə malikdir (Dünya Bankı 1993). Yuxarıdakılardan belə bir nəticəyə gəlmək olar ki, ölkələrin aktiv sənaye siyasəti həyata keçirməzdən əvvəl makroiqtisadi stabilliyin qoruması üçün siyasət hazırlaması vacibdir. Makroiqtisadi stabillik əldə olunduqdan sonra uğurlu sənaye siyasəti ilə onu inkişaf etdirmək olar. Məhz bu aspektdən yanaşsaq Azərbaycanının niyə indiyə qədər ÜTT kimi təşkilatlara üzv olmadığını daha əsaslı başa düşmək olar. Lakin bu üzvlük artıq uzaq perspektiv deyil.

Azərbaycan və ÜTT

Əsası 1947-ci ildə QATT (GATT – General Agreement on Trade and Tarrifs) ticarət və tariflər üzrə baş saziş kimi qoyulan Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildən institusional təşkilat kimi fəaliyyətdədir. 162 dünya ölkəsi bu gün ÜTT-yə daxildirlər. Bundan başqa 24 ölkə və müxtəlif beynəlxalq təşkilatlar ÜTT-də müşahidəçi statusunda təmsil olunublar. Beynəlxalq ticarətinin 98%-i ÜTT-yə üzv ölkələrin payına düşür. ÜTT-də çoxtərəfli ticarət sazişləri ölkələrin bir-biri ilə ticarət münasibətlərinin tənzimlənməsində əsas rolunu oynayır. Belə çoxtərəfli ticari sazişlərdən təşkilatın normativ-hüquqi bazasını təşkil edir. Sazişlər məhsul və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli kimi məsələləri tənzimləyə bilir. Lakin bütün sazişlərə qoşulmaq məcburi sayılmır.

1995 ci ilədək keçirilən danışıqlardan ilk 6 Raund tarif dərəcələrinin məhdudlaşdırılması, 7ci raund qeyri-tarif məhdudiyyətləri də daxil, 8ci – Uruqvay raundu (1986-1994) bir sıra yenilikləri nəzərdə tutdu və təşkilat olaraq ÜTT-nin yaranması ilə nəticələndi. Kobud şəkildə paralellər aparsaq, ÜTT-nin QATT-dan aşağıdakı əsas fərqləri mövcuddur:

QATT – Müvəqqəti müqavilə -ÜTT- daimi institutsional təşkilat

QATT – Müqavilə tərəfləri ---- ÜTT - daimi üzvlər

QATT – Əmtəələrlə Ticarət ---- ÜTT - əmtəələr, xidmətlər və ə.m.h.-ları iləticarət

QATT - Məhdud əhatəli -------ÜTT –geniş əhatəli

QATT- Mübahisələrin həlli ---- ÜTT – mübahisələrin effektiv həlli və s.

Hər bir təşkilatda olduğu kimi, bu təşkilatın da müəyyən məqsəd və vəzifələri vardır. Təşkilatının əsas hədəfi “dünya ticarətinin mümkün qədər liberallaşdırılmaq və onun dayanıqlı əsaslarının yaradılmaq və beləliklə də, iqtisadi inkişafı, eyni zamanda insanların həyat səviyəsinin yüksəltməkdir”. Qurum öz miqyasına görə iri təşkilat olduğunu nəzərə alaraq xüsusi idarəetmə strukturuna malikdir. Bu strukturda əmtəələr (GATT), xidmətlər (GATS) və əqli mülkiyyət hüquqları ilə ticarət (TRİPS) ayrı-ayrı tərkib şuralarda tənzimlənir.

Azərbaycan cəmiyyətini maarifləndirmək məqsədilə yaradılan www.wto.az rəsmi veb səhifəsində yerləşdirilən elektron məlumat kitabçasın ölkələrin ÜTT-yə daxil olmasının 10 müsbət səbəbi aşağıdakı kimi göstərilmişdir:

1. Sistem sülhü təşviq etməyə kömək edir.

2. Mübahisələr konstruktiv yolla həll olunur

3. Qaydalar həyatı asanlaşdırır

4. Daha azad ticarət yaşayış minimunu azaldır

5. Daha çox məhsul və daha yaxşı keyfiyyət təqdim edir

6. Ticarət gəliri artırır

7. Ticarət iqtisadi artıma gətirib çıxarır

8. Əsas prinsiplər həyatı daha rahat edir

9. Hökumətlər lobbiçilikdən müdafiə olunurlar

10. Sistem yaxşı hökumətə dəstək olur

Ölkəmiz 1997-cil ildə ilk dəfə bu təşkilata üzvlüklə bağlı müraciət etmiş, və o zamandan etibarən 20 ilə yaxın müddətdə danışıqlar prosesi gedir. (prosesin əsas mərhələləri ilə Əlavə 2-də tanış olmaq olar).

Azərbaycanın ÜTT-yə üzv olmaqda əsas aşağıdakı məqsədləri vardır:



  • Dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək;

  • ÜTT-yə üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq;

  • Dünyanın əksər ölkələri ilə ÜTT tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatları həyata keçirmək;

  • Ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar və eləcə də ölkələr tərəfindən yardımın artırılmasına nail olmaq;

  • ÜTT qaydalarını tətbiq etdikdən sonra daha çox həcmdə birbaşa xarici investisiyaları cəlb etmək;

  • ÜTT-nin mübahisələrin həlli mexanizmindən istifadə etmək imkanını əldə etmək.

İnkişaf etməkdə olan ölkə (İEOÖ) statusu 

ÜTT üzvlərinin təxminən 2/3-sini İEOÖ-lər təşkil edir ki, bu statusa malik olmaq həmin ölkələr üçün xüsusi hüquqların verilməsini nəzərdə tutur. Belə ki, ÜTT-nin əksər Sazişlərində İEOÖ-lərə dair xüsusi yanaşmanı əsaslandıran müddəalar vardır. 


GATT 1994-ün 37-ci maddəsi və 4-cü hissəsi, GATS-ın IV maddəsi, Diferensial və Daha Əlverişli Rejim haqqında ÜTT Sazişi (1979-cu il) İnkişaf etmiş ölkələr (İEÖ) tərəfindən İEOÖ-lər üçün diferensial və daha əlverişli rejimin (güzəştli tariflər və s.) təqdim olunmasını nəzərdə tutur. 

Ölkəmizin ÜTT-yə güzəştli şərtlərlə qəbul olunmasında Azərbaycana hansı statusun verilməsi müstəsna əhəmiyyət kəsb edir. ÜTT-də üzv ölkələr 3 inkişaf statusu əsasında bölünür: inkişaf etmiş, inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr. Azərbaycanı ən az inkişaf etmiş ölkələr kateqoriyasına aid etmək olmaz. Lakin ÜTT sazişlərində inkişaf etməkdə olan ölkələr üçün də kifayət qədər güzəştlər mövcuddur və elə bu səbəbdən də namizəd ölkələrin ÜTT üzvlüyünə qəbulu zamanı ÜTT üzvləri bu ölkələrə inkişaf etməkdə olan ölkə statusunun verilməsindən yayınırlar. Yeni üzv olan ölkələrin, misal üçün Qırğızıstan, Gürcüstan, Moldovanın və Ermənistanın ÜTT-yə qəbulu zamanı ÜTT üzvləri onları “keçid iqtisadiyyatlı” ölkə adlandıraraq sənədlərə bu termini daxil etmişdirlər, lakin faktiki olaraq bu ölkələrin öhdəlikləri inkişaf etmiş ölkələrin öhdəliklərinə bərabər və ya onlardan da artıqdır. Bununla bərabər qeyd etmək vacibdir ki Cənubi Koreya və ya Sinqapur kimi ölkələr inkişaf etməkdə olan ölkə kimi qəbul olaraq müvafiq güzəştlərdən istifadə etmək hüququnu əldə etmişlər. 



“İnkişaf etməkdə olan ölkə” statusunun üstünlükləri 

- ÜTT Sazişlərinin tələblərinə cavab vermək və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün İEOÖ-lərə daha uzun müddət və əlavə vaxt verilməsi (əksər ÜTT Sazişlərində);

- ÜTT çərçivəsində müəyyən qərarlar (antidempinq, ticarətdə texniki maneələr və s. üzrə) qəbul edilərkən İEOÖ-lərə xüsusi yanaşmanın həyata keçirilməsi;

- İEOÖ-lərə müxtəlif xarakterli yardım və köməklərin (heyvan və bitki sağlamlığı standartları, texniki standartlar, telekommunikasiya və s. ürzə) göstərilməsi;

- Kənd təsərrüfatının subsidiyalaşdırılması üzrə məhdudiyyət limitini müəyyən edən de minimis göstəricisinin İEOÖ-lər üçün 10% müəyyən olunması (İEÖ-lər üçün 5 %);

- GATS-ın 12-ci maddəsinə əsasən İEOÖ-lərin tədiyyə balansı ilə əlaqədər problemlərin həllində xidmətlərlə ticarətin məhdudlaşdırılmasından istifadə etmək imkanının verilməsi;

- GATT 1994-ün 13-cü maddəsinə əsasən xarici maliyyə vəziyyətini yaxşılaşdırmaq və iqtisadi inkişaf proqramlarının reallaşdırmaq məqsədilə İEOÖ-lərin idxalı məhdudlaşdırmasına yol verilməsi;

- ÜTT-nin TBT və SPS Sazişlərində müvafiq olaraq texniki qaydalar, standartlar, keyfiyyətin qiymətləndirilməsi prosedurları və sanitar və fito-sanitar tədbirlərin hazırlanması və həyata keçirilməsi zamanı İEOÖ-lərin xüsusi ehtiyaclarının nəzərə alınmasınin vacibliyinin nəzərə alınması;

- Anti-Dempinq haqqında ÜTT Sazişində anti-dempinq tədbirləri həyata keçirərkən İEÖ-lərin İEOÖ-lərdəki reallıqlara xüsusi diqqət yetirmələrinin nəzərdə tutulması;

- ÜTT-nin SPS, TBT, TRİPS və s. Sazişlərində İEOÖ-lərə texniki yardımlar göstərilməsinin nəzərdə tutulması və s.

Professor Ədalət Muradov “Azərbaycan və ÜTT. Xidmətlər ” adlı nəşrdə Azərbaycandakı xidmət sektorunu, xidmətlərlə xarici ticarəti, bu sahədəki qanunvericiliyi, GATS-ın tələblərini, liberallaşdırma zərurətlərini təhlil edərək belə bir qənaətə gəlmişdir ki, xidmət sektorunun tənzimlənməsi, mallarda olduğu kimi gömrük rüsumu ilə deyil, tənzimləyici tədbirlər ehtiva edən normativ-hüquqi sənədlər vasitəsi ilə həyata keçirilir. Ona görə də xidmətlər üzrə öhdəliklər ilk növbədə bu sahə üzrə mövcud qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılmasını tələb edir. Göstərilən uyğunlaşdırma prosesinin bütövlükdə xidmətlər sektorunun, o cümlədən onun ayrı-ayrı seqmentlərinin mövcud durumu və gələcək perspektivləri nəzərə alınmaqla həyata keçirilməsi məqsədəuyğundur. Müəllif hesab edir ki, Azərbaycanın xidmətlər bazarı kifayət qaədər liberaldır. Vacib əhəmiyyət kəsb edən azsaylı xidmət sahələrində hələ də mövcud məhdudiyyətlər isə, ölkədə həayata keçirilən iqtisadi siyasətlə bağlıdır. Buna baxmayaraq, gələcəkdə xidmətlər bazarının müvafiq seqmentləri inkişaf etdikcə, bu sahələrdəki məhdudiyyətlərin bir hissəsinin ləğv edilməsi də istisna edilmir. Bütövlükdə, Azərbaycanın milli xidmətlər bazarının liberallaşdırılması istiqamətləri stimullaşdırıcı tədbirlərlə, onun tempi isə həmin tədbirlərin real səmərə təmin etməsi üçün zəruri olan müddətlə uzlaşmalıdır.

Sonda Azərbaycan-ÜTT münasibətlərinin perspektivlərini bir cümlə ilə analiz etsək demək olar ki, Azərbaycan bu təşkilata İEOÖ statusu ilə daxil olarsa, bu ölkə iqtisadiyyatına birmənalı olaraq müsbət; kənd təsərrüfatı üzrə İEOÖ statusu ilə daxil olarsa, böyük ehtimalla mübət inkişafa gətirib çıxaracaqdır.



Azərbaycan və Avropa İttifaqı

Azərbaycan dövlətinin müəyyən etdiyi xarici siyasətin vacib istiqamətlərindən biri də Avropa İttifaqıyla səmərəli və davamlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir. Avropa İttifaqı ölkələri ölkəmizin əsas xarici ticarət tərəfdaşıdır.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirmişdir ki1, “ötən il ticarət dövriyyəmizin 44 faizi, yəni, 15,3 milyard dolları bu ölkələrin payına düşmüşdür. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşmüşdür. Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə tədbirlər planı hazırlanmışdır. Artıq respublikamız “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramına (“GSP+”) qoşulmuşdur. Ölkəmizin “GSP+” proqramına daxil edilməsi Azərbaycan üçün təqribən 7200 mal mövqeyi üzrə Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır ki, bu da respublikamızın ixrac potensialının genişləndirilməsi və ixracın strukturunun diversifikasiyası baxımından əhəmiyyətlidir”. İqtisadiyyatı naziri qeyd etmişdir ki, ölkəmizdə ixracın artırılması məqsədilə “GSP+” proqramından daha geniş istifadə olunması Avropa İttifaqının Azərbaycanla bağlı siyasətinin prioritet istiqamətlərindəndir və bu sahədə hazırda bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə tədbirlərdən biri də “GSP+” proqramı ilə bağlı sahibkarların məlumatlandırılmasıdır. Bu məqsədlə noyabr ayında İqtisadi İnkişaf Nazirliyi Avropa İttifaqı ilə birgə “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları” mövzusunda seminarlar keçirmişdir. 2004-cü ildə 10 Şərqi Avropa dövlətinin “beşinci genişlənmə” çərçirvəsində Avropa İttifaqına daxil olması ilə AB-nin sərhədləri kəskin şəkildə genişləndi. AB-i Rusiya, Ukrayna, Qərbi Balkan yarımadası dövlətləri , qeyri siyasi sabitlikdən və etnik münaqişələrdən əziyyət çəkən Cənubi Qafqaz ölkələri ilə sərhədlərə malikdir. Eyni zamanda 2005-ci ildə AB-i Konstitusiya Sazişinin ratifikasiya edilməsindən sonra dayanan AB-nə inteqrasiya müzakirələri yenidən əsas problem kimi ortaya çıxdı. Hal-hazırda AB-nin genişlənmə siyasəti əsasən Qərbi Balkan yarımadası ölkələrinin üzvlüyü, Ukrayna, Belarus, Moldova ilə əməkdaşlığın yaradılması və 3 Cənubi Qafqaz ölkəsi ilə qonşuluq siyasətinin yaradılmasına yönəlmişdir.

Avrasiya İqtisadi Birliyi (Gömrük İttifaqı)

Avrasiya İqtisadi Birliyi formalaşmaqda olan, Rusiyanın təşəbbüsü ilə 2015-ci ildən fəaliyyətə başalayan Rusiya, Belorusiya, Qazaxıstan, Ermənistan və Qirğızıstanın vahid iqtisadi məkan layihəsidir. Layihəyə Azərbaycanın cəlb olunması rəsmi və qeyri-rəsmi şəkildə təklif olunur. Bu təklif qəbul edilərsə, ixrac strukturuna təsir ötüşməyəcəyindən, layihənin qısa perspektivlərini araşdırdıq və bu yöndə bəzi araşdırmalardan faydalanmağı da məqbul bildik.

İqtisadi və Sosial İnkişaf Mərkəzi Rusiyanın Azərbaycana təklif etdiyi Gömrük İttifaqına qoşulmaq fikrinin iqtisadi və sosial təhlilini aparıb. İqtisadi və Sosial əsaslandırma ölkəmiz üçün ilk dəfə aparılıb və mövcud fikirlərdən fərqli olaraq ekonometrik modellər üsulu ilə Azərbaycanın milli maraqlarını qoruyaraq məsələnin maraqlı həll yolunu təklif etdiyindən tədqiqat bu mövqeyi də nəzərə alır.

İSİM mütəxəsissləri Gömrük İttifaqına qoşulmaq sualına 3 prizmadan yanaşıblar. Birinci prizmada maraq tərəflərinin analizi (stakeholder analysis) aparılmışdır. Məlum olmuşdur ki, qısamüddətli dövrdə Gİ-da maraqlı olan tərəflərdən beynəlxalq cəmiyyət böyük ehtimal ilə ziyan çəkəcək. Bununla belə, Azərbaycanın biznes mühiti artan rəqabətdən faydalanaraq inkişaf edə biləcək. Maraq tərəflərinə ola biləcək xeyirdən və zərərdəndən sonra İSİM qoşulmanın sektorlara təsirini öyrənib. Milli iqtisadiyyatının ayrı-ayrı sektorları təhlil edilərək, bütün sektorlarda gözlənilən dəyişikliklər haqqında məlumat verilib. Qoşulduqdan sonra İT, tikinti və bank sektorunun inkişaf etmək potensialına olsa da, kənd təsərrüfatına olan böyük təhlükə bu inkişafı heçə endirə bilər. Çünki Azərbaycanda iqtisadi fəal əhalinin 37-38 %-i kənd təsərrüfatında işlə təmin olunub. Tədqiqat belə uzunmüddətli yanaşma ilə də qısamüddətli təhlil aparılıb. Qısamüddətli təsir reqressiya tənliyi və ekonometrik modellər vasitəsilə öyrənilib. Modellərin tətbiqi zamanı bəzi reqressiya tənliklərini çıxmaq şərtilə əksəri yüksək statistik keyfiyyət göstərərək qoşulmanın iqtisadiyyatın ticarət dövriyyəsinə, büdcəsinə, inflyasiyasına və ÜDM-in artım tempinə müsbət təsir edəcəyini ortalığa qoyub. Yekun nəticəyə əsasən 2010-cu ildə Gömrük İttifaqı təsis olunan zaman Azərbaycan qoşulsaydı, iqtisadiyyat son 3 il ərzində orta hesabla əlavə 1,6 % bəndi (son 3 ildə 4,99 %) artmaq imkanına malik olacaqdı. Lakin eyni dövrün keyfiyyət təhlili göstərdi ki, Gömrük İttifaqının cari üzvlərinin ticarət dövriyyəsi heç də Gömrük İttifaqının digər üzvləri ilə olan ticarət dövriyyəsinə görə artmayıb. Avropa İttifaqı, Çinlə və digər qeyri-Gömrük İttifaqı ölkələri ilə ticarət 2010-cu ilin 1 yanvarından sonra Gömrük İttifaqı üzvləri ilə olan ticarətdən daha çox artıb.

Buradfan belə nəticəyə gəlmək olar ki, bu ittifaq özünün məqsədlərinə çatmayıb. Təşəbbüs iqtisadi deyil, siyasi xarakterli olduğundan bu təhlil onun səmərəsizliyini üzə çıxarmışdır. İSİM isə öz növbəsində iqtisadi effekti olmayacaq bir ittifaqa qoşulmağı məsləhət görə bilməz. Rusiyanın bu inteqrativ layihəsinə qoşulmaq fikri siyasi səbəblərdən aktuallaşarsa və məcburi olarsa, İSİM qoşulmanın Böyük Britaniya modelinə baxmağı təklif edir: Azərbaycan qoşulur, lakin bir çox strateji məsələlərdə özünün qərarvermə gücünü saxlayır. Belə strateji məsələlərə daxili və xarici enerji siyasəti, üçüncü dövlətlərə qarşı iqtisadi və tarif siyasəti, gələcək enerji layihələrində qərarvermə ixtiyarını aid etmək olar (İSİM, 2015).

Qeyd etməliyik ki, məsələnin bu formatda həm dünya, həm də Azərbaycan gündəminə yeni gəlməsi və məsələyə rəsmi münasibətin az olması, onun ətrafında aparılan tədqiqatların da məhduluğunun obyektiv səbəbidir. Lakin, ümumilikdə mərkəzin verdiyi təhlil və bu təhlil nəticəsində gəldiyi qənaəti almaq üçün istifadə etdiyi riyazi-iqtisadi modelləşdirmə onun apardığımız tədqiqat əsanasında istifadə üçün də kifayət qədər ciddi və etibarlı edir. Digər tərəfdən, Avrasiya İqtisadi Birliyinə qoşulan ölkələrin mövcud vəziyyətlərinə və marağlarına diqqətlə baxdıqda, fərqli maraqlara rəğmən, müxtəlif səbəblərdən də olsa ölkələrə bu ittifaq müəyyən qədər mənfəətli ola bilər. Lakin zəngin resurslara və güclü potensiala malik Azərbaycan üçün, bazarlara girişi məhdudlaşdırmadan, bir sıra iqtisadiməsələlərdə müstəqil qərar vermək hüququnu saxlamaq, gec-tez yüksək rifahı onsuzda təmin edəcəkdir.



3.2 Azərbaycanda ixracın artırılmasının prioritet istiqamətləri

Azərbaycan iqtisadiyyatının gələcək inkişaf perspektivləri “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasına əsasən Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına, mühafizə edilən, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çatacaqdır. 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr” arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir. Azərbaycan Respublikasının iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaqdır. Bu məqsədlə ölkənin əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır (3 – Azərbaycan 2020: strateji baxış və hədəflər, səh. 10). Azərbaycan ixracyönümlü iqtisadiyyat qurmaq istədiyindən gələcəkdə Avropa İttifaqı və Gömrük İttifaqı ölkələrinin bazarlarını hədəf kimi götürə bilər (Qasımlı, 2014). Azərbaycanın okeana birbaşa çıxışının olmaması ölkəni bir sıra xidmət növləri üzrə ixracı genişləndirməyə vadar edir. Bu mənada Azərbaycanın nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün geniş layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Ələt beynəlxalq dəniz limanı başda olmaqla nəqliyyat infrastrukturunun modernləşdirilməsi Azərbaycanı Avropa və Asiya qitələri arasında əlverişli bir nəqliyyat habına çevirir. Azərbaycan TRACECA xəttinin (4,577 km) üzərində yerləşir ki, bu da Avropa ilə Asiyanı birləşdirən Şimal-Cənub(6,978km), Transsib(9,200km) və Cənub dəhlizi (11,700km) ilə müqayisədə daha qısadır. Üstəlik Türkiyədə Bosfor boğazından keçən Mərmərə layihəsi imkan verəcək ki, Azərbaycan Gürcüstan-Türkiyə üzərindən yüklər və sərnişin Avropa və Asiya arasında vaxt və məsafə baxımından sərfəli şərtlərlə daşınsın. Azərbaycanın Avropa və Asiya arasındakı əlverişli coğrafi mövqeyi və bilik iqtisadiyyatının strateji hədəf olaraq seçilməsi ölkənin həm də İKT sahəsində haba çevrilməsini şərtləndirir. Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrinin əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya gedəcəkdir. BMT Baş Assambleyası Avrasiya Super İnformasiya Magistralı layihəsini dəstəkləyən bir sıra qətnamələr qəbul etmiş və TASİM-in əlaqələndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirmişdir. Azərbaycanın öndərlik etdiyi layihə geniş Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılmasında əhəmiyyət daşıyır. Azərbaycanın orbitə buraxdığı “Azerspace-1” telekommunikasiya peyki milyonlarla ABŞ dolları həcmində resurs ixrac edir. Orbitə buraxılması planlaşdırılan daha iki süni peykin vasitəsilə Azərbaycan dünyanın kosmik bazarlarında da öz yerini möhkəmləndirməyə çalışır. Tədqiqatçı Vüsal Qasımlı hesab edir ki, 2014-cü ildən başlayaraq 2017-ci ilə qədər Azərbaycanda neft hasilatı “W-şəkilli” dinamikaya malik olacaq və təxminən 40 milyon tonluq hasilat həcmi ətrafında rəqs edəcək. Bu ərzində mötəbər analitik mərkəzlər neftin hər barelinin ortalama 100 ABŞ dolları olması barədə proqnozlar verirlər.

Beləliklə, Azərbaycan ortamüddətli dönəmdə neft gəlirlərini sabitləşdirəcək, 2019-cu ildən başlayaraq “Şahdəniz 2” fazasından təbii qaz ixracını genişləndirməklə isə azalan neft gəlirlərini kompensasiya edəcəkdir. Sabit neft-qaz gəlirləri Azərbaycanda qeyri-karbohidrogen sektorunun rahat inkişafı üçün zəmin yaradır. Məsələn, 2011-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 48,8 faizdən 2017-ci ildə 72,4 faizə çatacaq. 2014-2017-ci illərdə qeyri-neft sektoru 40 faizə qədər artacaq və 8,6 faiz həddində orta illik artım tempinə malik olacaq. Qeyri-neft sektorunun sürətlə artan sahələri - tikinti, turizm, İKT, ərzaq istehsalı və bəzi qeyri-neft sənaye sahələri olacaq. 2014-2017-ci illərdə ÜDM-in orta illik artım tempi 5 faizdən çox olacaq ki, bu da ölkənin “orta gəlir tələsindən” (middle income trap) sürətlə uzaqlaşmasını təmin edəcək. Çünki “yuxarı orta gəlirli” ölkələrin orta gəlir tələsindən qurtarması üçün illik ən azı 3,5 faiz artıma nail olması tələb olunur. Azərbaycan ərazilərinin 20 %-nin Ermənistan tərəfindən işğalı təkcə bu ölkə üçün deyil, bütünlükdə region üçün problem sayılır. Azərbaycan təhlükəsizliyini təmin etmək və məcburi köçkün və qaçqınların rifahının yaxşılaşdırmaq üçün ağır bir maliyyə yükünün altındadır.

Əgər Azərbaycan əraziləri işğaldan azad olunsa, rəsmi Bakı qənaət etdiyi vəsaiti təkcə işğaldan azad olan ərazilərinin deyil, bütünlükdə regionun inkişafına sərf edə bilər. Azərbaycanın regional və qlobal müstəvidə faktora çevrilməsi siyasi, iqtisadi və humanitar istiqamətlərdə fəallığının artması ilə səciyyələnir. Müstəqil dövlət kimi yaşadığı iki onillik ərzində BMT Təhlükəsizlik Şurasının üzvü olmuş və dünyanın 40 ən güclü iqtisadiyyatından birini qurmuş Azərbaycan gələcək 10 il ərzində Avrasiya materikinin mərkəzində mühüm hab və Avropanın enerji təhlükəsizliyində əsas rol oynayacaq inkişaf etmiş bir dövlətə çevrilməyi hədəfləyir.Azərbaycanın xarici iqtisadi siyasəti 2003-2012-ci illərdə Azərbaycanda xarici ticarət dövriyyəsini 6,4 dəfə, ixracı 9,2 dəfə və idxalı 3,7 dəfə artırmışdır. Xarici ticarət balansının saldosu isə bu illər ərzində mənfi 35,8 milyon ABŞ dollarından 14,3 milyard ABŞ dollarına qədər yüksəlmişdir. İxracın həcmi 2008-ci ildə pik həddə - 47,8 milyard ABŞ dollarına çatmışdır ki, bu da həmin ilin neftin qiymətlərinin hər barel üçün 148 ABŞ dollarına qədər bahalaşması hesabına baş vermişdir. Hətta 2008-ci ildə Azərbaycan neftini dünya bazarına çatdıran Bakı-Ceyhan neft kəmərində müvəqqəti dayanma da ixrac gəlirinin tarixi rekord həddinə çatmasına mane ola bilməmişdir.

Yuxarıdakı məlumatlardan da belə aydın olur ki, həm 2020-ci il üçün olan Strategiyada, həm müxtəlif proqramlarda, həm də analitikların proqnozlarında ixracın diversifikasiyası nəzərdə tutulur. Ümumilikdə məsələyə 3 klassik sualın – Biz hardayıq?; Biz hara getmək istəyirik?; Biz ora necə gedə bilərik? – prizmasından baxsaq, yəqin ki ilk iki suala tədqiqat müəyyən qədər də olsa cavabları artıq təqdim etmişdir. Bəs hamının başa düşdüyü və müəyyən etdiyi həmin yolu necə daha asan, daha düzgün və daha sürətlə getmək olar? Məhz bu – 3cü klassik sual tədqiqatın əsas elmi yeniliyini təşkil etməli və məntiqi nəticəsi olmalıdır. Belə ki, bir planı həyata keçirməyin müxtəlif yolları ola bilər ki onların bəziləri effektiv, bəziləri isə ən səmərəli ola bilər. Daha səmərəli hesab etdiyimiz ixrac diversifikasiyası yolları əsas iki istiqamətdə olmaqlıa növbəti paraqrafda təqdim olunur.



3.3 İxrac diversifikasiyasını şərtləndirən təkmilləşdirmə yolları

İqtisadçılar arasında bugün xüsusilə dəbdə olan ifadələrdən biri də iqtisadiyyatın, ixracın diversifikasiyalaşdırılmasıdır. Aydın məsələdir ki, ixracı bir və ya bir qrup məhsula bağlamaq bu günkü dünyada çox təhlükəli siyasət olardı. Məsələn, Braziliyanın Manaus şəhəri bir vaxtlar iri həcmdə kauçuk ixracı hesabına öz sürətli inkişafı ilə hamını heyrətləndirir, investisiyaları cəlb edirdi. Lakin bir müddətdən sonra bu məhsulun cənub-şərqi Asiyada istehsalı onun həm qiymətinə həm də həcminə elə təsir etdi ki, Manaus kasıblayıb çətin dolanan şəhərlər arasına qayıtdı. Odur ki şaxələndirmə məntiqlidir. Buna görə ixracı diversifikasiyalaşdıra bilmək üçün zəruri olan nəzəri, standart tədbirlər və gələcək çağırışlara hesablanmış innovativ tədbirlər olmaqla iki istiqamətdə təkmilləşdirmə yollarını təqdim edirik. Birinci istiqamət, standart ixracın dəstəklənməsi tədbirləri çərçivəsində fəaliyyətdir (Cədvəl 9).



Cədvəl : İxracın dəstəklənməsi tədbirləri

Cədvəldən də göründüyü kimi, başlıca dəstək maliyyə, siyasət və s. tədbirlər çərçivəsində kiçik və orta biznesi, yerli şirkətləri ixraca təşviq etmək, xaricə çıxışlarını asanlaşdırmaq kimi yardımlar etməkdir. Tədqiqatın əsas mövzusu qeyri-neft sektorunda Azərbaycanın ixracını artırmaq olduğundan, mövcud təhlilləri əsas tutaraq bəzi konkret addımların atılmasını məqsəduyğun sayırıq.

İlk öncə unutmayaq ki Azərbaycan həm də aqrar ölkədir və aqrar ölkə olaraq da müəyyən qədər tanınır. Kənd təsərrüfatı sektorunun planlı iqtisadiyyat dövründə verdiyi göstəriciləri bərpa etmək, sektoru dirçəltmək üçün təcili və təxirəsalınmaz tədbirlər görülməlidir.

Aqrar sektorda əsas məqsəd KT sahəsində istehsalın stimullaşdırılması, strateji məhsulların daxili istehsal hesabına təminatı, emal olunmuş məhsulların xarici bazarlara çıxarılması. Sektorda ixrac göstəriciləri ümumilikdə müsbət olsa da (bax Fəsil 2.1.) tərəddüdlər mövcuddur. Bununla belə ölkəmizdə bu sahənin potensialı çox genişdir və bu üzdən sahənin tam gücü ilə işləməsinin qarşısını alan problemlər müəyyənləşərək aradan qaldırılmalıdır. Hazırda aqrar sektorda çalışa biləcək bir qism fermer aşağıdakı əsas problemlərlə üzləşirlər:



  • KT texnikasının olmaması, alış və icarəsinin baha olması;

  • İstehsal olunan məhsulun bazara çıxarıla bilməməsi

  • Məhsul istehsalının iqlim, f/h və s. risklərdən sığortalana bilməməsi

  • İxrac zamanı tez-tez yaranan gömrük çətinlikləri

  • İstehsal olunan məhsulun yerli bazarlarda böyük həcmi, aşağı qiyməti

  • Monopoliyaistehsal və ya idxalda

  • İdxal olunan analoji məhsulların aşağı qiyməti

  • Su problemi, suvarma kanallarının mövsümdə quruması

  • Sosial təminat problemləri

  • kooperativləşmə idxal monopoliyası, ölkədən valyuta axını

Sadalanan siyahı sözsüz ki sektorun vəziyyəti deyil, onun ayrı-ayrı sahələrdə tam həcmdə işləməsinə imkan verməyən problemlərin ümumi siyahısıdır. Bu problemlərin ən optimal həllinin tapılması bizim vəzifəmizdir. Məsələn qoyunçuluqla məşqul olan fermer qoyunların alınmamasından şikayət edir. O qoyunların daha ucuz qiymətə Gürcüstandan idxalını bəhanə edən sahibkarlara, belə olan halda niyə bazarda daha baha satılır sualını verir. Əgər ucuz idxal olunursa niyə baha satılır, əgər baha satılırsa niyə yerli fermerdən alınmır? Bu sual müasir menecment tələbləri ilə idarə olunan sektorda mövcud ola bilməz. Buna görə KT sahəsində təklif olunan təkmilləşdirmə planı belədir:

1) Kooperativləşdirmə - müəyyənməhsulun hazırlanmasında iştirak edən və bu zaman özünün təsərrüfat müstəqilliyini saxlayan müxtəlif müəssisələr arasında istehsal əlaqələrinin mövcudluğu deməkdir. Kooperativləşdirmənin köməyi ilə ərazi üzrə və ya məhsul üzrə bir qrup sahibkarın, fermerin ümumi problemlərinin həll edilməsi asanlaşır. Yerlərdə anbarların, kiçik labarotariyaların tikintisi də bu istiqamətdə zəruri addımlardandır. Bu formada birgə fəaliyyət, müəyyən keyfiyyət standartlarının tətbiqini də asanlaşdıra, nəzarəti gücləndirə bilər. Ümumilikdə düzgün qurularsa bu münasibətlərin bütün tərəflərə əlverişli şəkildə inkişafının xeyli perspektivləri vardır. Nəticədə sistemli şəbəkənin özü-özünü idarəedən forması da yarana bilər.

2) Elektronlaşdırılma –Fermertəsərrüfatında istehsal olunan məhsul, onun istehsal şəraiti, qiyməti və s. göstəriciləri elektron formaya köçürülərsə, bütün maraq tərəfləri bunu dərhal müşahidə edə bilər, şəffaflıq artar.Digər tərəfdən, elektron cihazları heyvandarlıq da tətbiq etmək olar. Bu cihazlar vasitəsilə heyvanların sağlamlığının mütəmadi yoxlanılması ilə, kütləvi tələf olma hallarının azaltmaq, və vaxta xeyli qənaət etmək mümkündür. Ümumiyyətlə həm baytarlıq – epidemioloji işləri, həm ticarət məslələrini elektron formada nizamlamaq daha optimal ola bilər.

3) Marketinq - Azərbaycandaistehsal olunan kənd təsərrüfatı məhsullarının klassik marketinq üsulları ilə bazara çıxarılmasına ehtiyac vardır. Məhsulun qablaşdırma, dizayn xüsusiyyətləri ilə yanaşı onun keyfiyyətlərinin onun brendinə çevrilməsi peşəkar marketoloqlar tərəfindən həyata keçirilməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, inkişaf etmiş qərb ölkələrində istehlakçıların “green”, “bio”, “organic”, yazısı ilə olan yaşıl etiketli meyvə, tərəvəz və s. məhsullarına daha artıq ödəməklə can atmaları bu məhsulların genetik modifikasiya olunmamış, təbii yetişdirilmiş olduğunun etiketlə təsdiq edildiyinə görədir. Bir halda ki Azərbaycan bütövlükdə “bio” ölkə sayıla bilər və buradakı iqlim çoxlu çeşiddə müxtəlif belə məhsulların təbii istehsalını mümkün edir bunun təbliğatı zəruridir. Ehtiyac yaranarsa Azərbaycan öz məhsullarına beynəlxalq keyfiyyət sertifikasiyalarını da almalıdır. Ən təmiz, ekoloji, sağlam, faydalı kimi anlayışlar Azərbaycan meyvəsi, Azərbaycan tərəvəzi anlayışı ilə assosiasiya olunmalıdır ki bu da marketinqin vəzifəsidir.

Ümumilikdə kənd təsərrüfatına ayrılan torpaq sahələrinin tamamilə işlədilərək məhsuldarlığın intensiv, lakin təbii yolla artırılması vacibdir.

Xidmətlərin ixracı.

Azərbaycan hazırda qeyri-neft sektorunda ən çox İKT və Turizm xidmətlərinin ixracını artırmağa çalışır. İKT sahəsində Azərbaycan kifayət qədər inamlı addımlar atmış, 2 süni peyk buraxaraq dünyanın 20 kosmik dövlətindən birinə çevrilmişdir. Sözsüz ki ondan istifadə İKT xidmətinin ixracıdır və Azərbaycanın təksə strateji deyil həm də, gəlir götürmək üçün sahəyə qoyduğu investisiya hesab oluna bilər. Azərbaycan müasir İKT-nın tələblərinə cavab verən ölkə olması üçün son illər bütün müvafiq sahələrdə maddi-texniki təminatı xeyli gücləndirmiş, fiberoptik interneti geniş tətbiq etmişdir. Elektron hökumətə keçid yolunda xeyli addım atılmışdır ki, bütün bunlar iqtisadiyyata da təsirsiz ötüşmür. Nəqliyyat sahəsində icra olunan iri layihələr Şərq-qərb və Şimal-Cənub istiqamətində dəmiryolu və avtomagistral tikintisi ölkəmizi əlverişli tranzit mövqedə yerləşən nəqliyyat habına çevirəcək ki bu da, tranzit xidmətinin ixracı hesab oluna bilər. Lakin, digər önəmli sahə olan Turizmdə xidmət ixracı zəif temlə artmaqdadır. Belə ki, ötən il ölkəyə gələn əcnəbi turistlərin sayı 2,2 milyon nəfər təşkil etmişdir. (AzStat, 2015). Vizaların elektron verilməsi bağlı qərar bu prosesə öz müsbət töhfəsini vermiş, və elektron xidmətin ixrac artımına təsirini bir daha göstərmişdir. Bu istiqamətdə də ixrac artırmaq üçün Azərbaycanın xeyli potensial turizm məhsulu mövcuddur. Hazırda ölkənin infrastruktur səviyyəsi, bir sıra Şərqi Avropa ölkələrindən üstündür. Lakin bu xidmətin ixracı ləngidən həll olunmalı məsələlər aşağıdakılardır:


  • Azərbaycanının turizm destinasiyası kimi marketinq konseptinin yaradılması, əsas dəyərlərinin, imicinin, məhsullarının və hədəf bazarlarının müəyyən edilməsi;

  • Təklifə köklənmiş konseptdən 0 tələbə köklənmiş konseptə keçid;

  • Birincili turizm məhsullarının (səfər etməyə vadar edən əsas məhsullar)vahid konseptdə marketoloji dizaynı;

  • İkincili turizm məhsullarının (otel, hostel, nəqliyyat və s.) hədəf ölkələrinin tələbatına uyğun optimallaşdırılması;\

  • Əlavə turizm məhsullarının (yeni əyləncələr, təcrübələr, suvenirlər, əsas abidələrin yan xidmətləri və s.) sayının bir neçə dəfə artırılması;

  • Bir sıra unikal məkanların turizm attraksiyonuna çevrilməsi

  • Ən koloritli milli bayramların turizm məhsulu kimi təbliği

  • Dayanıqlı İnkişaf Prinsipləri ilə turizm xidmətlərinin artırılması

Yuxarıda sadalanan bütün bu addımların ölkəyə turist axının artırılmasına təsiri artıq sübut olunub.Azərbaycan bu addımları nə qədər sürətlə atarsa, turizm xidmətinin ixracı da o qədər sürətlə arta bilər. Ümumilikdə ölkənin iki əsas – Ticarət və Turizm brendi olmalıdır və bu brend bütün tərkib elementlərə sirayət etməklə hərtərəfli təbliğ olunmalıdır. Resurs qənaət etmək üçün təbliğatı dayandıranlar, vaxta qənaət etmək üçün saata dayandıranlarla eyni düşünür (Henri Ford).

Paraqrafın əvvəlində də qeyd edildiyi kimi, ixrac potensialını artırmaq üçün təklif olunan yuxarıdakı istiqamətlər, standart praktiki addımları əhatə edir. Bununla yanaşı, heç də daha az vacib olmayan yanaşma (approach) ikinci istiqamət – İnsan Kapitalı və Transformasiya istiqamətidir. İnsan kapitalı nəzəriyyəsi Teodor Şults (1964) və Qari Bekker (1971) tərəfindən işlənərək nobel mükafatına layiq görülmüşdür. Belə ki, XX əsrdə dünya qəbul etdi ki, daha geniş ərazisi, hərbi gücü, təbii resurslar, hətta güclü iqtisadiyyatı olan dövlət yox, güclü insanı olan dövlət daha dayanıqlı dövlətdir. Bu nəzəriyyəyə görə insanın gücü onun məhsuldarlığı ilə ölçülür, və hər insana daha məhsuldar olmağa kömək etməyə çalışmaq lazımdır. İnsan kapitalının inkişafı son 10 ildə Azərbaycanın da müxtəlif dövlət proqramlarında, inkişaf strategiyalarında mühüm amil və hədəflərdən biri kimi qeyd olunur, qəbul edilir. Lakin bu nəzəriyyənin tətbiqinin daha praktiki addımları düşünürük ki iqtisadiyyatda həm mövcud sahələrdən ixracı artıra həm də yeni istiqamətlərdə ixracın əsasını qoya bilər ki bü tendensiya hazırda bütün inkişaf etmiş dünya ölkələrində müşahidə olunur. Belə ki inkişafın öz sürəti də, artıq insanların adaptasiya sürətini üstələyərək tarixdə heç vaxt olmadığı qədər artmışdır. Bəs bu proses necə baş verir? Baş qərargahı Kembric, Massaçusetsdə yerəşən dünyanın nüfuzlu “Forrester” araşdırma və konsultasiya şirkəti bildirir ki zamandan irəli gedə bilən şirkətlər, biri digərinin ardınca iri oyunçuları dünya bazarından vurub çıxara bilir. Rəqəmsal şirkətlər uzun tarixə bağlı qoca oyunçuları müflis edə bilir. Şirkətin sözləri ilə desək, “rəqəmsal dağıtma daha yaxşı, daha güclü, daha sürətlidir”. Şirkət 2011-ci ildə nəşr etdirdiyi hesabatlarından birində belə bəyan etmişdir : Dəyişikliyin sürəti, 10 qat daha innovativ, 10 dəfə daha az xərclə, 100 dəfə daha təsirli. Bizim də Azərbaycan ixracı üçün bu istiqaməti xüsusi vurğulamağımız səbəbi də elə budur (Şəkil 6)d:\user\desktop\araz\digital_product_disruption.png



Şəkil 6: Dəyişikliyin sürəti

“Digital Disruption” kitabının müəllifləri qeyd edir ki, dəyişiklik və evalusiya normaldır, bu hər şeydə baş verir, hər zaman baş verib və bu proses həmişə gedəcək. Bəs niyə rəqəmsal dəyişmə bu qədər idarəolunmaz hala gəldi sualına cavab olaraq bildirilir ki, insan təbiəti məhdud sayda dəyişikliyə adaptasiyaya nəzarət etməyə qadirdir. Bugünədək dəyişikliklər onlara uyğulaşmağa kifayət edəcək qədər ləng gedirdi. Rəqəmsal dünya bizim uyğunlaşmalı olduğumuz dəyişikliklərin sayını artırdı və sürətləndirdi. Azadlığın (qurtuluşun) 4 dalğası konsepsiyasının vizual izahatını şəkil 7-dən görmək olar.



the speed of change

Şəkil 7: Emansipasiyaya doğru 4 dalğa konsepsiyası

Analoq dünya zamanında fərqliliyi təqdim etmək çətin idi. Hər hansı məhsul istehsalçısı onu satmaq üçün bazara çıxmalı, dükan açmalı, inventar almalı idi ki bu da çox xərc tələb edirdi. Xidmət sektorunda da, televiziya ya qəzet açmaq üçün də yeni bazar oyunçusu kimi çoxlu xərc çəkmək, fiziki dünya ilə təmas etmək gərək idi. Emansipasiyanın ilkin dalğasında rəqəmsal dünya yarandı və məhsul və xidmət istehsalı xeyli asanlaşdı. İkinci emansipasiya dalğasında (İnternetin yaranmağı) fiziki sərhədlər və saat qurşağları aradan qalxdı və hər hansı bir tapıntı qlobal uğur olmağa başladı. Lakin uğurlu məhsul hələ də dünya tərəfindən sezilməyə və kapital bitdiyi təqdirdə istehsalı dayandırıla bilərdi. Üçüncü dalğa baxışı kökündən dəyişdi və biz hamımız birdən-birə marağlı məlumatların və fikirlərin qapıçısına çevrilərək nələri yaymağı özümüz seçməyə başladıq. Saysız hesabsız startaplar dünya tərəfindən tanındı və maliyyələşmə taparaq yeni nəsil iri şirkətlərə çevrildi. Dördüncü dalğa (mobil telefon) aksellerasiyanı biraz da sürətləndirdi, artıq impuls və ona cavab reaksiyası arasında vaxtı xeyli qısaldı. Hazırda yaxşı və ya pis nəsə baş verirsə o dərhal bütün dünyaya yayılır. Bütün bu kombinasiya dünyanı dəyişdi. Biz məhdud sayda istehsalçının, qiymətləri süni şişirdərək yüksək tutduğu vəziyyətdən azad seçim vəziyyətinə gəldik. Artıq istənilən məhsul üzrə coğrafi sərhəd tanımadan xeyli marağlı təkliflərə baxmaq olur. Odur ki Azərbaycan məhsulları birinci istiqamət üzrə inkişaf etdirdikdən sonra ixracı bu istiqamətə aparmağı qarşısına məqsəd qoymalıdır, çünkü inkişaf etmiş ölkələr artıq qeyri-maddi məhsul istehsalının xüsusi çəkisini də artıraraq İEOÖ-lər ilə aralarında uçurumu bu innovasiya sayəsində artırırlar.

Rəqəmsal transformasiya inqilabı iqtisadiyyatda baş verdi! Bunun fərqinə nə qədər tez varsaq, o qədər tez adaptasiya etmək imkanı qazanacaq, ixrac artımına fərqli spektrdən də baxa biləcəyik. Misal olaraq aşağıdakı 9 dünya nəhəngini göstərmək olar:


  1. Uber - Dünyanın ən böyük taksi şirkətinin- bir dənə də nəqliyyat vasitəsinə sahib deyil!

  2. Facebook – dünyanın ən böyük media təminatçısı – heç bir məzmun yaratmır!

  3. Airbnb – dünyanın ən böyük qonaqlama yerləri təklif edən şirkəti – heç bir əmlakın sahibi deyil!

  4. Spotify – Dünyada ən popular musiqi xidməti – heç bir musiqi hüquqlarına malik deyil!

  5. Alibaba –dünyanın ən iri pərakəndə satış şirkəti, heç bir inventarı yoxdur

  6. SocietyBank - Ən sürətlə artan bank olsa da – heç bir real pula sahib deyil!

  7. Nettflix ən çox kino satan şirkətin bircə dənə də kinoteatrı yoxdur!

  8. Apple və Google – dünyanın ən böyük proqram təminatı təchizatçıları – proqram təminatı hazırlamırlar!

Beləliklə bu gün güclü iqtisadiyyat – ölkəni rəqəmsal transformasiya edə biləcək iqtisadiyyat sayılır. Buna görə ölkədən beyin ixraci- beyin məhsullarinin ixracı proseslərinə nəzarəti artırmaq zəruridir. Bunun əsas səbəbi olan məhdud daxili bazar oimkanlarını - genis bazar imitasiyasi- oz hesabli futuroloji biznes mərkəzlərinin yaradılması hesabına həll edərək, innovativ startapları da dəstəkləmək və Azərbaycana milyonlar gətirə biləcək müasir xidmətlər istehsalını və ixracını qurmaq. İnsan kapitalı nəzəriyyəsini daha uğurla tətbiq etmək üçün, bu kapitalın baxış və dəyərlərinin də kökündən dəyişməsi zəruridir ki bunu da yeni ixrac konsepsiyası nəzərə almalıdır. Ona görə təşkilati dəyərlər və brend dəyərləri düzgün oturuşmamış ciddi uğur insanlara inandırıcı görünməz və onlar öyrəşdiklıəri menecmentdən çıxmazlar.

Aparılmış tədqiqat nəticəsində iqtisadçı mütəxəssislərə yaxşı tanış olan problemlərin bir daha sadalanmasına və klassik çıxış yollarının göstərilməsinə lüzum görmmədiyimizdən, müvafiq problemlərin tədqiqinin elmi yeniliyi olaraq müasir menecmentin tələblərinə uyğun strategiyanın təklif edilməsini məqsədəuyğun hesab etdik.



Azərbaycanın İxrac Potensialının Artırılması Strategiyası

Missiya

Biz Azərbaycanın ixrac potensialını real xaricə satışa çevirmək üçün milli sahibkarlığı dirçəltmək, innovativliyi təşviq etmək, xidmət sektorunun və intellektual mülkiyyətin xüsusi çəkisini artırmaqla açıq və dayanıqlı iqtisadiyyata töhfə vermək niyyətindəyik.

Gələcəyə Baxış

Azərbaycanı trend izləyən və ağrılı adaptasiya proseslərinə məruz ölkədən trend yaradanlar arasında olan, yüksək texnoloji gücə malik haba çevirmək və dünyada keyfiyyət brendi olaraq qəbul etdirmək.

Dəyərlər

İnnovativlik

Müasir geosiyasət sübut edir ki qloballaşmaya və qlobal meyllərə qarşı getmək qeyri-mümkündür və bu təbii ki iqtisadiyyatda da özünü doğruldur. Bugün İEÖ-lər və İEOÖ-lər arasında uçurum genişlənir və İEÖ-lər daha çox xidmət, texnoloji tutumlu məhsul və əqli mülkiyyəti satırlar. Bütün mümkün sahələrdə yaranmış innovativliyi nəinki tətbiq etmək, həm də yaratmağa da meylləri stimullaşdırmaq zəruridir. İstehsal və ixrac ilə məşqul olan hər subyekt, innovativliyi sağ qalmaq şərti kimi başa düşüb bunu əsas dəyər kimi qəbul etməlidir.



Millilik

Azərbaycan dünyaya nə qədər fərqli məhsul və xidmətlər ixrac etsə də, onların reallaşdığı hər bazarda ölkə brendinin nüfuzu təsiredici amil olub və qalacaq. Millilik bir tərəfdən keyfiyyətliliyin sinonimi kimi təsdiq olunmalı, digər tərəfdən hər məhsulda müəyyən qədər olmaqla ümumi brendin təşviqinə xidmət etməli və başqa bir tərəfdən bütün məhsullarda olan ortaq bir element kimi hər hansı bir formada təzahür etməlidir. Güclü “Azərbaycan” brendi iqtisadi olduğu kimi siyasi dividentlər də gətirə bilər.



Dayanıqlılıq

Dayanıqlı inkişaf, (ing. Sustainable Development; rus. Устойчиое Развитие) termini artıq xeyli vaxtdır ki, sadəcə gözəl söz olmaqdan çıxmış və artıq konkret məna kəsb edən bir prinsip nəzəri yanaşması halına keçmişdir. Məhz bu yanaşmanın hər üç xətli prinsipi (tripple-bottom line) – İqtisadi dayanıqlılıq, Sosial-Mədəni dayanıqlılıq və Ekoloji dayanıqlılıq özündə birləşdirir. Başqa sözlə, bizə gəlirlərimizin, iqtisadi mənfəətin davamlı olaraq artımı, milli-mənəvi, habelə əhəmiyyət kəsb edən ənənəvi sahələrdəki fəaliyyətlərin (məs. əl sənətləri irsi) qorunub saxlanması, yerli sakinlərin məşqulluğunun davamlı təmini və istehsalın təbiətə ziyan verməməsi vacibdir və biz bu 3 prinsipə, onları nəzərdə tutan dayanıqlılığa dəyər kimi yanaşmalıyıq.



Şəffaflıq

Azərbaycan qanunvericiliyini və beynəlxalq hüququ rəhbər tutaraq istisnasız olaraq qanuni fəaliyyət göstərmək, hər kəs üçün bərabər şərait yaratmaq və cəmiyyətə və maraqlı tərəflərə şəffaf hesabatlar vermək, bütün fəaliyyət imkanlarını cəmiyyətə açmaq. Ümumi menecment konsepsiyasının hər kəs üçün optimallığını rəhbər tutmaq.



Səmərəlilik və Rahatlıq

İqtisadi fəaliyyətlərdə qoyulan məqsədlərə, məsələn məhsul ixracına nail olmaq prosesin effektivliyindən xəbər verir. Lakin məhsulun ən optimal şərtlərlə ixracına və maksimum mənfəətə nail olmaq, prosesin nəinki effektivliyindən, həm də səmərəliliyindən xəbər verir. Azərbaycanın xüsusi ehtiyac duyduğu bu dəyər, minimum sərfiyyat (vaxt, resurs, kapital,), maksimum nəticə (keyfiyyət, ixrac nöqtələri, kəmiyyət, müavilə müddəti və s.) prinsipini nəzərdə tutur. Məhz bu yanaşmanın geniş tətbiqi üçün səmərəliliyin bir Dəyər olması vacibdir. Bu dəyəri alıcılar üçün də nəzərə aldıqda, onlar ixrac olunan malları daha az resursla sərf etməklə əldə edəndə həm də biz onlara “Rahatlıq” satmış oluruq ki bu çox ciddi marketoloji dəyərdir.



Əməkdaşlıq və Etibarlılıq (İnklüzivlik)

Hər bir vətəndaşımızın bu dəyər yaratmaq prosesdə iştirak arzusunu yerinə yetirməyə çalışmaq, daha çox əlaqələr qurmaq, xarici investorların ölkəyə birbaşa investisiyalar qoyması üçün əlverişli mühit yaratmaqla yüksək partnyorluq mədəniyyətini Azərbaycan iqtisadiyyatında aşılamaq. Daha ədəbi dildə desək, partnyorsuz ya partnyor hesabına mənfəət düşüncəsindən, hər kəs bir yerdə daha böyük mənfəət naminə düşüncəsinə keçid. Hər iqtisadi subyekt makrosəviyyədə düşünməyə bacarmalı və kiminləsə işləməklə multiplayer effekti ilə mənfəətinin gec-tez artacağını başa düşməlidir. Təbii ki, bu ona riskli görünməməsi üçün Etibarlılıq Azərbaycan biznesində dövlətin də zəmanət verdiyi dəyər kimi təşəkkül tapmalıdır.



Mükəmməllik və Peşəkarlıq

Peşəkarlıq məhsul və ya xidmətin istehsalı, marketinqi və ixracı prosesində ortaya çıxan bütün fəaliyyətlərdə olan dəqiqlik, təşkilati bütöv həllər, yüksək keyfiyyət ilə özünü göstərməlidir. Azərbaycan məhsulu bazarda heç bir rəqib məhsulundan zəif təqdimatı qəbul etməməli, davamlı olaraq peşəkarlığın milli iqtisadiyyatda bir dəyər olmasını göstərməlidir.



Strateji Təhlil

Missiyanı yerinə yetirmək, gələcək baxışı reallaşdırmaq üçün ilk növbədə bizə sürətlə inkişaf etməyə mane olan səbəblər müəyyənləşməli, inkişaf üçün əlavə perspektivlər də araşdırılmalıdır ki bu da strateji təhlil nəticəsində aydın olur. Strateji təhlil geniş şəkildə 2-ci fəsildə verilmişdir və araşdırma nəticəsində daxili və xarici maneələri aradan götürmək, yeni imkanlardan istifadə etmək üçün aşağıdakı addımları atmaq məqsəd olaraq qoyulmuşdur.



Nəticə və Təkliflər

Aparılmış araşdırmalar əsasında demək olar ki, tədqiqat öz məqsədinə çatmış, Azərbaycanın ixrac potensialını artırmaq üçün yeni istiqamətlər müəyyənləşdirmişdir. Bütün bunların nəticəsində, dövlətin mövcudproqram və konsepsiyalarında da adı hallanan addımların daha praktiki tətbiqi və yeni innovativ addımların da əlavəsi ilə strateji plan təklif edilmişdir. Planın missiyası, gələcəyə baxışı və təşkilati, brend dəyərləri olan əsas hissəsi 3-cü fəslin sonunda təqdim edildiyindən ona müvafiq konkret addımları təklif etmək məqsədəuyğun bildik.



Əsas hədəflər və məqsədlər - Fəaliyyət Planı:

1)Maraq tərəflərinin dəqiq təhlili (stakeholder analysis)



  • İxrac yönümlü istehsalda istisnasız bütün maraq tərəflərini öyrənmək

2) Maraq tərəfləri ilə iş

  • Dövlət, fermerlər, sahibkarlar, banklar, QHT-lər, media, universitetlər, elm adamları, müstəqil mütəxəssislərdən və s. mümkün tərəflərdən ibarət Maraq Tərəflərinin İşçi Qrupunu yaratmaq və şəbəkələşmiş fəaliyyət qurmaq.

  • Elmi sistem prinsipini işlətmək – problemləriaraşdırmaq üçün müvafiq kafedralara yönəltmək, qrandlar və təqaüdlər elan edərək fərdi araşdırmalarsifariş vermək.

  • Biznes və KT Kreditləşməsinin şərtlərini asanlaşdırmaq

  • Qanunvericiliyin uyğunlaşdırılması

  • İstehsal sahələri üzrə yüksək texnologiyaların tətbiqi statistikasını aparmaq və tədricən bütün müəssisələrin üst texnologiyaya keçid planını hazırlamaq, rəqəmsal era üçün bütün müəsissələri ssenari ilə təmin etmək

  • TBL prinsipinə söykənən Dayanıqlı İnkişaf Sertifikasiyasını təsis etmək və müvafiq ixracatçıları sertifikatlaşdırmaq.

  • İxracın təkcə məhsul üzrə deyil, həm də forma, növ və ayrı-ayrı sahələr üzrə əsas bazarlarının diversifikasiyasına nail olmaq

3) İslahatların aparılması

  • K/t kooperativləşdirməni başlatmaq

  • Regional anbarlar və laboratoriyalar yaratmaq

  • Ticarətin elektronlaşdırılması (Topdan və pərakəndə)

  • Dövlət təminatlı Aqrar Sığorta Şirkəti yaradaraq fermerlərin risklərini azaltmaq.

  • KT məhsullarının ixrac destinasiyalarının diversifikasiyalaşdırmaq, Rusiya Federasiyasının əsas bazar kimi xüsusi çəkisini azaltmaq

  • Şəffaf hesabatlılıq sistemi qurmaq

  • Açıq qiymət siyasəti aparmaq

4) Marketinqə büdcə ayırmaq

  • Marketinq agentliyi yaradaraq ölkədə ən güclü marketoloqları yerli məhsulların brendləşdirilməsinə cəlb etmək

  • Bütün brendlərin işlək elektron profillərinin (veb səhifə, sosial şəbəkələrdə səhifələrinin) yaradılması üçün İT və dizayn mütəxəssisləri ilə dəstəkləmək

  • Brendlərin oflayn və SMM təbliğatını davamlı aparmaq

  • Ticarət brendi ilə yanaşı Turizm brendini (tək loqo yox) yaratmaq

  • Keyfiyyət dəyəri üzrəində Azərbaycan brendinqini aparmaq

5) Xidmət İxracı

  • Məhsul istehsal edən ölkədən – emal olunmuş məhsul və yüksək xidmət istehsal edən və ixracda xidmətin xüsusi çəkisi daha böyük olan ölkəyə çevrilmək.

  • Xidmət ixracı üzrə təşviqat kampaniyaları apararaq özəl sektoru xidmət ixracını artırmağa stimullaşdırmaq

  • Startap müsabiqələri elan etmək və beynəlxalq bazara çıxarıla biləcək yeni mobil tətbiqlərin, elektron xidmət layihələrinin yaradılmasını hərtərəfli stimullaşdırmaq

  • İqtisadi profilli bütün ATM-lərdə tələbələrə dünyanın innovativ xidmət iqtisadiyyatı modullarının keyfiyyətli tədrisini təmin etmək

  • Ölkənin bütün turizm məhsullarının vahid redizayn konsepsiyasını tətbiq etmək, sosial şəbəkələrdə destinasiyanı təbliğ etmək

6) Dayanıqlı inkişaf edən ölkə

  • qeyri-formal tədris yolu ilə kütləvi maarifləndirmə aparmaq, təlim modullarını qabaqcıl təlimçilərlə işləmək

  • Regionlar üçün vebinarlar təşkil etmək

  • İnsan Kapitalı nəzəriyyəsinin prinsiplərini tətbiq etmək

  • İqtisadi Liberallaşdırma tədbirlərini xüsən ixrac yönümlü müəsissələr üçün sürətləndirmək

  • Rəqəmsal ölkəolmaq üçün iri rəqəmsal məhsulların istehsalını qurmaq

  • Geniş bazar imitasiyasına əsaslanan futuroloji biznes mərkəzlərinin yaradılması.

7) Davamlı Monitorinq aparmaq

  • Bençmarkinq

  • Optimizasiya

Son söz əvəzi...

Təəsüf ki, bir qism cəmiyyət üzvü kapitalın ən əsas mənbəyi kimi hələ də nefti, qazı, meyvə-tərəvəz məhsullarını, filizi, mineralları, nəqliyyat və turizm xidmətlərini görür. Dini kitablarda təxminən belə bir fikir var, “Əvvəlcə yalnız Söz varıydı ...” - hansını analoji olaraq iqtisadi təfəkkürlə düşünsək, deyə bilərik ki əvvəlcə yalnız İnsan varıydı və o bütün iqtisadiyyatı yaratdı ! Qoca Şults haqlı idi, necə ki ona Nobel verənlər də haqlı idi. İnsan kapitalı dünyada ölkələrin gücünün əsas indikatorudur. Həm də insanların iqtisadi dəyəri, onların məhsuldarlıq dərəcəsi ilə də müəyyən olunur. Amma bu günkü rəqəmsal transformasiya keçən iqtisadiyyatda artıq köhnədən qalan məhsuldarlıq anlayışı yeni iqtisadi çalarda mənaları da kəsb edir. Bu gün artıq ideyalar da əmtəədir və əqli mülkiyyətlə ticarət də ticarət 3 əsas qolundan biri kimi daha inkişaf etmiş ölkələrdə vüsət alır. İnnovativ ideyalar yarada bilən, ideyalarını və ya onların tətbiqi ilə istehsal olunan məhsul və ya xidmətləri ixrac edə biləcəyimiz potensialda İnsanları yetişdirmək, ixraca da uzunmuddətli spektrdə qoyulan ən uğurlu investisiyadır. Qısamüddətli spektrdə isə, problemin ən rentabelli həlli İnsan kapitalı nəzəriyyəsinə uyğun olaraq, prosesdə iştirak edən hər insana öz işində daha məhsuldar olmağa kömək etməkdir. Və Azərbaycan iqtisadiyyatının ixrac potensialı, Azərbaycan iqtisadi subyektinin, insanın inkişaf potensialına; rentabelli ixrac səviyyəsi – insanların inkişaf səviyyəsinə bərabər olacaq!



REFERAT

Yüklə 358,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə