“magistratura məRKƏZİ”


İxrac prosesinin əsas mərhələləri



Yüklə 358,13 Kb.
səhifə2/4
tarix10.11.2017
ölçüsü358,13 Kb.
#9256
1   2   3   4

İxrac prosesinin əsas mərhələləri


İxrac prosesi 3 əsas mərhələdə həyata keçirilir. Bu əsas təhlil mərhələsi, xarici bazara girişin planlaşdırılması mərhələsi və ixracın həyata keçirilməsidir. İlkin mərhələdə daxili imkanlar və istehsal üçün potensial təhlil edilməli, xarici ticarət üzrə ixtisaslıekspertlərlə əlaqələr qurulmalı, hədəf kimi seçilmiş bazarlarda iqtisadi-sosial, demoqrafik, siyasi komponenlər öyrənilməli və sonda əsas hədəf bazar müəyyən edilməlidir. Xarici bazara girmək üçün məhsulun sahəsinə görə bazar araşdırması aparmaq, bazara girmək strategiyasını müəyyənləşdirmək, hədəf bazarındakı icazələr, lisenziyalar, standartlar və sertifikasiya tələblərinə uyğungələk, patent, ticarət markası və müəllif hüquqları haqqında ətraflı məlumat yığmaq, vergiləri, xərcləri, idxal məhdudiyyətlərini müəyyən etmək, "price-list" hazırlamaq, maliyyəçi tutmaq kimi məsələlər həll olunmalıdır. Tətbiqetmə mərhələsində isə distribütor kanallarının müəyyənləşdirilməsi, marketinq planını həyata keçirmək, təmsilçilik yaxud satış üsullarını müəyyənləşdirib seçmək, satış üzrə müqaviləni müzakirə etmək, istehsalı tamamlamaq, sığortalar, zəruri sənədləri doldurmaq, məhsulu qablaşdırmaq, etiketləmək və məhsul yüklənməsiişləri yerinə yetirilir.

Sahibkar daxili bazardakı nailiyyətləri, ixraca başlamaq qərarı, rəqabət mühiti və düşündüyü hədəf bazarlarındakı vəziyyətdən başqa, məhsul marketinqi, qiymətqoyma və ticarət şərtlərinəaid bir neçə sualaöncədən cavab verə bilməsi vacibdir:



  • Məhsul (xidmət) reklamı hansı formada olacaq?

  • Oxşar məhsulları hansı şirkətlər və distribütorlar alırlar?

  • Bu bazardakı satış kim tərəfindən idarə ediləcək? (Şirkət yaxud ordakı tərəfdaş)

  • Hansı coğrafi region seçilməlidir?

  • Potensial müştəri məhsul və ya xidmətin nümunəsinəbaxa biləcəkmi?

  • Məhsulrəqabətə davamlılıq qabiliyyətixarici ölkədəki sərgilərə qatılmağaimkan verirmi?

  • Məhsul ( xidmət) xarici bazarda da eyni adımı daşıyacaq?

  • Qiymət hesablanması qaydası nədir?

  • Xidmətin şərtləri?

  • Ödəmə/kredit şərtləri necədir?

  • Məhsulunzəmanət müddəti nə qədərdir?

  • Endirim və ya güzəşt şərtləri?

İxracın Riskləri


Xarici bazarlara ixrac zamanı yaranan problemlər daxili bazardakılarlatəxminən eynidir. Məsələn, satışlar gözlənilən səviyyədən aşağı ola, rəqabət mühiti gözləniləndən daha gərgin ola bilər.Yaxud müştərilər ödəmə vaxtı bir az daha gecikə, bəzən heç ödəmə etməyə bilərlər. Bunlarla yanaşı sadəcə ixraca aid olan əsas risklər aşağıdakılardır:

  • Hədəf ölkə ixracdan gələn gəlirlərinin geri alınmasına məhdudiyyət qoya və ya qadağanetmiş ola bilər

  • Valyuta məzənnələrindəki dəyişikliklər gəliri azalda bilər, yox səviyyəsinə sala, hətta ziyan da verə bilər

  • Ödənişi etməkdən imtina zamanı yaxud müqavilə ilə əlaqədar arbitraja müraciətdə problemlə qarşılaşmaq olar 

  • Müharibə, daxili müharibə yaxudhəmin ölkə tərəfindən milliləşdirilmə, hədəf bazarındakı qeyri-stabillik, itkilərə yol aça bilər

İxracatçı xarici bazarlara hansı yollarla çıxa bilər vəbu zaman hansı satış kanalları istifadə oluna bilər sualını təhlil edərkən görə bilərik ki, ixrac birbaşa, vasitəli, lisenziyalı müqavilə, birgə müəssisə, ixrac alyansları və offşor yollarla həyata keçirilə bilər. Birbaşa ixrac aralıq vasitəçilərə ayrılan xərcləri qənaət, istehlakçılarla birbaşa əlaqə yaratmaq və ixrac prosesinin idarə edilməsinə nəzarət etmək üstünlükləri versə də, ixracatçıüçün bütün risk və öhdəliklərə üzrə məsuliyyət daşımaq və uğurlu olmaq üçün daha artıqzaman və resursdan yararlanmaq vəzifəsi də yaradır. Vasitəli üsulla ixracda isə ixracatçı texniki yaxud hüquqi prosedurlar yerinə istehsal prosesinə güc verir və sektorda fəaliyyət göstərən vasitəçilərin təcrübələrindən yararlanır. Bununla belə, ixrac üzərində nəzarəti məhdudlaşır və vasitəçinin onun ticarət nişanına və bazardakı imicinə ciddi zərər vurmaq ehtimalı yaranır.

Məhsulun istehsalçıdan - istehlakçıya çatması üçün olan kanallar satış kanalları adlanır. Satış kanallarını seçərkən onların axır illərdəki fəaliyyəti, nüfuzu, təcrübəsi, ticarət tərəfdaşları və sairə suallar vacibdir. Agentliklər, topdansatış kanalları və distributorlar satış kanallarına aiddir. Agentliklərin fəaliyyəti satış üzrə faiz əsasında qurulur. Pərakəndə fəaliyyət göstərən satıcılar isə istehsalçıdan məhsulu alırlar və satışı özləri təşkil edirlər. Distribütorlaragəldikdə,onlar müəyyən bir ərazidəkonkret bir məhsulun öncədən razılaşdırılmış bir müqavilə üzrə ixracatçısının maraqlarını güdür və yerli fiziki yaxud hüquqi şəxs ola bilir. Distribütor artıq qalan malları özü idarə edir, satışdan sonra da xidməti özü göstərir. Aparılan araşdırmalar göstərir ki ixracatçı, daha çox aşağıdakı səhvlərə yol verir:



  • Xarici bazar strategiyasını lazımi qədər inkişaf etdirmədən, marketinq planı yaratmadan,zəruri hüquqi sənədləri hazırlamadan və ixrac ekspertləri ilə məsləhətləşmədən ixraca başlamaq

  • İxracdakı problemlərinin həllini tapmaqdamüəsissə sahiblərinin qeyri-müəyyənlikləri

  • Hədəf bazarda təmsilçilik ya da ticari əməkdaş seçimində laqeydlik

  • Məhdud sayda coğrafi bölgə üzərində dayanmaqəvəzinə bütün dünyada tələb axtarmaq

  • Daxili bazarda satışların yüksək olduğu üçün ixraca gücverməmək

  • Yerli bazardakı diler və istehlakçılar ilə qurulan münasibətləri xarici bazarda qurmamaq

  • Bir məhsulun bir bazara uyğun olmasındab bütün bazarlar üçün adekvatsaymaq

  • Məhsulu xarici ölkələrin mədəniyyət və ənənələrinəmüvafiq olaraq dəyişiklik etməmək

  • Zəruri sənədlərini (xidmət, satışlar və zəmanət) xarici dilə tərcümə etməmək

  • İxrac üzrə şirkətin öz şöbəsi olmadığına görə digər ixrac konsultasiyası təşkilatlarından yardım istəməmək

  • Şirkətin idxal məhdudiyyətləri, resurs mənbələrinin azlığı və ya geniş məhsul sahəsinə sahib olmaması kimi səbəblərə görə xarici bazara tək başına girmək istəmədiyindən lisenziya yaxud birgə müəssisə razılaşmalarını etməmək.

  • Məhsul satışından sonra da xidmətin göstərilməsində uğursuzluğa uğramaq.

Tədqiqat əsnasında araşdırlması mümkün olan ən son statistik məlumatda Azərbaycanın 2015-ci ilin ilk 11 ayı üzrə ticarət göstəriciləri əks olunmuşdur. Bu göstəricilərdən aydın olur ki, ölkədə ixracın həcmi idxalı az qala iki dəfə üstələyir və müsbət ticarət saldosu yaranır (Cədvəl 2).

Cədvəl : 2015-ci ildə Azərbaycan Respublikasının xarici ticarət göstəriciləri (milyon ABŞ dolları)

Yuxarıda göstərilmiş cədvəl faktiki vəziyyəti göstərsə də, hələ ixrac haqqında birmənalı fikir yürütmək üçün kifayət etmir. Belə ki, ilk öncə bu göstəriciləri əmələ gətirən əsas məhsullar, onların istehsal və qiymət dinamikası, ixrac həcmi kimi faktorlar təhlil edilməlidir. Bundan əlavə, qeyri-neft sektorunun daha dərin təhlilinə ehtiyac vardır. Belə ki, hazırki mərhələdə Azərbaycan artıq özünün iqtisadiyyatının inkişafını, qeyri-neft sektorunun iqtisadiyyatının artımı və bu sektorda istehsal olunan məhsul ixracının artımı ilə ölçür ki, bunun da obyektiv səbəbləri növbəti fəsillərdə izah olunmuşdur.



II FƏSİL. AZƏRBAYCANDA İXRACIN MÖVCUD VƏZİYYƏTİNİN VƏ İXRAC POTENSİALININ TƏHLİLİ

Dünya iqtisadiyyatında beynəlxalq ticarətə aid nəzəriyyələri və bu sahədəki faktiki vəziyyəti təhlil etdikdən və Azərbaycanda ixrac əməliyyatları üçün mövcud prosedurları nəzərdən keçirdikdən sonra mövzunu daha dərindən araşdırmaq üçün əsas istiqamətlər müəyyənləşmişdir. Odur ki, ikinci fəsildə artıq Azərbaycan iqtisadiyyatında ixracın real vəziyyəti və əsas göstəriciləri, yaranan tendensiyalar və qeyri-neft sektorunun perspektivləri araşdırılmışdır. Başqa sözlə II fəsil tamamilə Azərbaycanın ixracının təhlilindən ibarətdir.

2.1 Azərbaycanda məhsulların ixracının əsas göstəriciləri

2015-ci ilin 11 ayı ərzində Azərbaycan Respublikasında qeydiyyatda olan hüquqi və fiziki şəxslər 162 ölkə üzrəticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları aparmış, 109 ölkəyə məhsul ixrac edilmiş, 145 ölkədən idxal olunmuşdur. Ticarət dövriyyəsinin 9,6%-i MDB üzvü olan dövlətlər ilə, 48,5%-i Avropa İttifaqı ölkələri, 41,9 faizi isə digər dünya ölkələrinin payına düşmüşdür. 

Yanvar-noyabr ayları ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik göstəricilərə əsasən 23 mlrd 575,6 milyon ABŞ dolları olmuşdur ki,burada ixracın həcmi 15 mlrd 379,4 milyon dollar, idxalın həcmi isə 8 mlrd 196,2 milyon dollar təşkil etmişdir.Beləlikləmüsbət xarici ticarət saldosu 7mlrd 183,2 milyon dollarlıq həcmində yaranmışdır.

İxrac olunmuş məhsulların arasında xüsusi çəkinineft məhsulları,xam neft, təbii qaz, şəkər, meyvə-tərəvəz, bitki yağları, kimya sənayesi məhsulları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan düzəldilən məmulatlar, alüminium və ondan düzəldilən məmulatlarə təşkil edir.İdxal olunmuş məhsullarda xüsusi çəkiyə isə maşın, avadanlıqlar, mexanizm, elektrik aparatları, qara metallar və onlardan düzəldilən məmulatlar, nəqliyyat vasitələri, onların hissələri, tütün və tütün məmulatları, ərzaq məhsulları, əczaçılıq məhsullarının malikdir. 

2015-ci ilin on bir ayında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,6% artaraq 1461,7 mln dollar təşkil etmişdir. 

Dövlət və özəl sektorun birgə təşəbbüsü ilə 2003-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)təsis edilmişdir. Qurumun yaradılmasında başlıca məqsəd qeyri-neft sektoruna birbaşa xarici investisiyaların yatırılmasının təşviqi və ixracyönlü sektorların inkişafı yolu ilə iqtisadi artımı təmin etməkdir. Qeyd etmək lazımdır ki, bu tip təşəbbüslərin reallaşdırılması həqiqətən də ixrac potensialının artırılması istiqamətində atılmış önəmli addımlardandır. Lakin burada, qurumun effektiv və səmərəli fəaliyyət mexanizmi, daima müasir meyllərə uyğunlaşma qabiliyyəti həlledici rol oynayır. Çox böyük əhəmiyyət kəsb edən məsələlərdən bir də, qurumun öz fəaliyyətləri sırasına Azərbaycan məhsullarının marketinqi və Azərbaycan istehsalı (“Made in Azerbaijan”)brendinin xaricdə təşviqi kimi fəaliyyətlərin yer almasıdır ki buna ölkəmizin böyük ehtiyacı vardır.

Fondun digər bir fəaliyyəti də ixrac məsələlərində sahibkarlar üçün faydalı məlumatların hazırlanması ilə onları yönləndirməyə yardım etməkdir. Azərbaycanda ixrac potensiallı məhsulları Fondda 6 qrupda sıralamış və əsas göstəricilərini təqdim etmişdir. Bitki mənşəli məhsullar qrupuna kartof, pomidor, xiyar, üzüm, alma, armud, heyva, albalı və gilas, şaftalı, xurma, gavalı, fındıq, çay və tütün daxil edilmişdir. Müsbət haldır ki, həcmi dəyişməyən çay və azalan tütündən başqa bütün adıçəkilən məhsulların istehsalı artmışdır. Lakin bu qrup məhsulların bir qisminin ixrac həcmi və müvafiq olaraq ixracdan gələn gəlirin həcmində azalmalar da mövcuddur.Bu da ixrac dinamikasının tam stabilləşmədiyinin əlamətlərindəndir (Cədvəl 3).

Cədvəl : Bitki mənşəli mallar

http://azpromo.az/uploads/rsz_bitkiboyuk_2015-03-02_at_33508_pm.jpg

Ərzaq və içkilər adlanan ikinci qrupa şəkər, şokolad, meyvə və tərəvəz şirələri, qazlı və qazsız sular, şərab, cem, meyvə jelesi, marmeladlar, meyvə və qoz püresi pastası, və konservləşdirilmiş meyvə-tərəvəz, qoz-fındıq və digər bitkilər, o cümlədən onların hissələri aiddir. Bu qrup ixrac potensiallı məhsulların göstəricilərinə nəzər salanda görürük ki, şokolad və axırıncı kateqoriya məhsullar üzrə istehsal azalmış, qalan kateqoriyalarda artmışdır. Lakin ixrac bütün kateqoriyalar üzrə artmışdır (Cədvəl 4).

Cədvəl : Ərzaq məhsulları və içkilər

http://azpromo.az/uploads/rsz_erzaqboyukseker1screen_shot_2015-03-02_at_31229_pm.jpg

Üçüncü qrup ixrac potensiallı məhsullar kimya sənayesi məhsullarıdır ki, buraya sulfat turşusu, oleum; asiklik karbohidrogenlər; asiklik spirtlər və onların halogenləşdirilmiş, sulfatlaşdırılmış və nitrolaşdırılmış və ya nitrozolaşdırılmış törəmələri; flüor, xlor, brom yod daxildir. Göstəricilər fərqli olsa da, ümumilikdə kimya səanyesi məhsullarının ixracından gələn gəlir artmışdır(Cədvəl 5).



Cədvəl : Kimya Sənayesi məhsulları

http://azpromo.az/uploads/rsz_kimyaboyukscreen_shot_2015-03-02_at_30839_pm.jpg

Dördüncü qrupda 4 növ toxuculuq məhsulları cəmləşmişdir ki, onlardandan kardo və daraqla daranmış pampıq lifi istisna olmaqla qalan 3 növ üzrə ixrac həcmi artmışdır. Qiymət dəyişkənliyi nəticəsində qablaşdırma və kisə paketlərin ixrac həcmi 44 ton artsa da, ixracdan gələn gəlir 124 min ABŞ dolları cıvarında azalmışdır (Cədvəl 6).

Cədvəl : Toxuculuq məhsulları

http://azpromo.az/uploads/rsz_toxuculuqboyukscreen_shot_2015-03-02_at_31456_pm.jpg

Beşinci qrupa 3 növ qara metallurgiya məhsulları daxildir. Burada da dəmirdən və asqarlanmış poladdan yarımfabrikatların ixracında 24 min ton, 16 milyon ABŞ dollarına yaxın azalma qeydə alınmışdır. Lakin, 2ci növ məhsullar – külçə və digər formalarda korroziyaya davamlı polad və poladdan yarımfabrikatların istehsalı, ixracı və ixracdan gələn gəlirində iki dəfəyə yaxın artım vardır. Üçüncü növ məhsulların göstəriciləri cüzi azalma ilə demək olar ki dəyişməmişdir (Cədvəl 7).



Cədvəl : Qara metallurgiya məhsulları

http://azpromo.az/uploads/rsz-qaraboyukdemir_pm.jpg

Altıncı qrupda isə 3 növ əlvan metallurgiya məhsulu göstərilmişdir. Onlar saflaşdırılmış mis və emal olunmamış mis, alüminum və qurğuşundur. Burada bütün növlər üzrə ixracdan gəlir azalmışdır, baxmayaraq ki qurğuşunun digər iki növdən fərqli olaraq ixrac həcmində artım qeydə alınmışdır (Cədvəl 7).



Cədvəl : Əlvan metallurgiya məhsulları

http://azpromo.az/uploads/rsz_elvanmisboyuk1screen_shot_2015-03-02_at_32231_pm.jpg

2.2 Azərbaycanda əsas ixrac tendensiyaları

Azərbaycan Respublikasında cari ixrac tendensiyalarını müəyyənləşdirib təhlil etmək üçün statistik göstəricilər heç də yeganə vasitə deyil. Belə ki, son dövrlərdə dünyada və ölkədə baş verən prosesləri təhlil etsək, bu proseslərin qaçılmaz olaraq ticarətə və ixraca təsir edəcəyini aydınlaşdırmaq olar. Belə ki, 2015-ci il ərzində Azərbaycanda rəsmi valyuta olan manat iki dəfə devalvasiyaya uğramışdır. 2015-ci ilə qədər aktual olan 1USD≈0.78AZN məzənnəsi 2016-cı ilə qədər iki dəfə dəyişərək 1USD≈1.55AZN məzənnəsi ilə əvəz olundu. Mərkəzi Bankın üzən məzənnə rejiminə keçidi isə valyuta məzənnəsində olan dinamikanı sərbəstləşdirdi və milli valyuta ilə ixrac arasında əlaqəni biraz daha artırdı. 2016-cı ildə isə dollar tədricən daha 10-12 faiz bahalaşmaya doğru getdi. Bəs bu iki proses arasında əlaqə nədən ibarətdir?

İlk növbədə ixracın mahiyyətini düşünək. İxrac olunan məhsullar əsasən yerli istehsal olunan məhsullardır. Onların əmələ gəlməsinə sərf olunan istehsal xərcləri onların maya dəyərini formalaşdırır. Təbii ki, beynəlxalq bazarlara çıxarılan məhsul beynəlxalq valyuta ilə satıldığından, bu maya dəyəri də beynəlxalq valyuta ekvivalentinə çevrilərək üstünə mənfəət hissəsi də gəlir. Belə olan halda A məhsulunun bir vahidinin istehsalı 2015-ci ilə qədər 10 ABŞ dollarına başa gəlirdisə, bu gün artıq 6 ABŞ dollarına başa gəlir. Əgər α bazarına dünənə qədər A məhsulu çıxaran rəqiblərin bir qisminə bu məhsulun bir vahidi 6-10 dollara başa gəlirdisə, onlar 2015-ci ilə qədər azərbaycanlı rəqibləri ilə müqayisədə rəqabət üstünlüyünə malik idilər. Lakin yaranmış indiki vəziyyətdə Azərbaycanda bu məhsulun istehsalı artıq daha ucuz başa gəldiyindən Azərbaycan istehsalçısı rəqabət üstünlüyünə sahiblənmiş oldu. Bəs hansı hallarda biz bu üstünlüyü əldə edirik? Bütün məhsulların maya dəyəri azalacaqmı? İxrac həcmi nə qədər arta bilər?

- Bu suallar sadə görünsə də iqtisadçıların fərqli cavab verdiyi suallardır. İstehsalı tam olaraq daxili resurslar hesabına başa gələn məhsulların istehsal dəyəri birmənalı olaraq ucuzlaşmışdır. Bu məhsulların beynəlxalq bazara çıxarılması biraz da rentabelli olmuşdur. Artıq satışı nizamlanmış məhsulların rəqabət qabiliyyəti artmış, ümumiyyətlə xarici bazara çıxarılmayan bəzi məhsullar üçünsə xarici bazarlarda reallaşdırılmaq fürsəti yaranmışdır. Maliyyə bazarında baş verən proseslər ümumiyyətlə ixrac məhsullarının strukturunda da bir sıra dəyişiklikləri labüd etmişdir. Belə ki, istehsalı daha çox xarici xammaldan asılı olan bir sıra məhsulların da artıq yerli bazarda reallaşdırılması bəzi hallarda rentabelli deyildir. İdxaldan danışsaq əgər, təxmin edə bilərik ki bir qrup məhsulların devalvasiyaya qədərki dövrdə idxalı daha ucuz başa gəldiyindən onların istehsalı ilə məşqul olmaq səmərəli deyildi. Lakin post-devalvasiya dövründə onların idxalı 2 dəfədən də artıq bahalaşdığından yerli istehsal perspektivləri qaçılmaz olaraq həm dövlət, həm də özəl sektor tərəfindən nəzərdən keçirilir.

Ümumiləşdirərək demək olar ki, istənilən milli valyutanın devalvasiyası həmin iqtisadiyyatın idxal potensialını məhdudlaşdırır, ixrac potensialının isə artımına təkan verə bilər. Bunun üçün səriştəli iqtisadi siyasət, müvafiq islahatlar ləngimədən yerinə tetirilməlidir. Yerli xammala əsaslanan məhsulların ixracı daha da sərfəli ola bilər. Digər tərəfdən, bir sıra xarici şirkətlər devalvasiya şəraitli bazara tab gətirmir və onu tərk edirlər. Məsələn, öz məhsullarını Azərbaycana gətirən xarici şirkət onu bir qiymətə satırdısa, indi həmin məhsulu manatla iki dəfədən də artıq baha qiymətə satmaq məcburiyyətində qalır. Gəliri əsasən manatla əldə edən yerli əhalisi çox az məhsula 2 dəfədən artıq qiymət ödəməyə hazırdır ki onun da obyektiv səbəbləri az deyil. Təkcə onu qeyd etmək kifayət edər ki, əhalinin gəlirlərinin eyni nisbətdə artması mümkün deyildir. Bu fazada əmək haqqlarının orta səviyyəsinin də 2 dəfədən artıq artımı iqtisadi fantastikadır. Belə olan halda əcnəbi təchizatçılar müştərilərinin əhəmiyyətli qismini itirir, bəzən bazarı tərk edir və yerli rəqiblərinə üstünlük şəraiti yaratmış olurlar.

Uzunmüddətli perpektivdə yerli istehsalın inkişaf etdirilməsi, yeni sənayelərin yaradılması məcmu istehsal həcminə təsir göstərir. Məcmu istehsal həcminin artımı da öz növbəsində milli valyutanın dayanıqlılığını, hətta zamanla onun dəyərini də tədricən artıra bilər. Bu məqamda iqtisadiyyatın Əlifba kitablarından biri sayıla biləcək Qreqori Mənkyunun Ekonomiks kitabındakı fikirləri xatırmaq yerinə düşər: “ İnflasiyanın faizi, ümumi daxili məhsul, ümumimilli gəlir və s. quru statistik rəqəmlərdir və onlar iqtisadiyyatın gücünü dürüst təsvir edə bilməz. Məhsuldarlıq - budur bir iqtisadiyyat üçün gerçək güc ölçüsü”. Həqiqətən də, bir ölkənin iqtisadiyyatı ümumi olaraq nə qədər məhsuldardısa, onun ixrac potensialı bir o qədər arta bilir. Deməli ixracdakı ilkin tendensiyaları təxmin etmək üçün maliyyə bazarlarındakı vəziyyətə, milli valyutanının, əsas strateji məhsulun (Azərbaycanın halında neft və qaz) qiymətinin dünya bazarındakı dinamikasına baxmaq olar. Hazırkı tendensiya Azərbaycanda yerli mənşəli məhsul və xidmətlərin ixrac potensialının artdığını göstərir, bir şərtlə ki məcmu milli məhsuldarlıq da artsın. Bu özlüyündə müsbət tendensiyadır və ümumi istehsalın diversifikasiyalaşdırılması üçün gözəl fürsətdir. Bunlar nəzəri olaraq cərəyan edən proseslərə görə yaranmış olmalı tendensiyalardır. Praktiki olaraq isə ixracdakı tendensiyaları bir neçə yol ilə müəyyənləşdirməyə çalışacayıq. İlk öncə, qeyd etdiyimiz kimi hər iki devalvasiya 2015-ci ildə baş verdiyindən, devalvasiyadan öncə (2014), devalvasiyalar dövründə (2015) və üzən məzənnə rejiminə keçdiyimiz post-devalvasiya dövründə (2016) Azərbaycan ixracında xüsusi çəkisi ən çox olan dövlətlərin strukturunu təhlil edib bu strukturdakı dəyişiklikləri nəzərədən keçirək :



Şəkil 2014-cü ildə ölkələr üzrə ixrac (mln ABŞ dolları)



Şəkil 2015-ci ilin yanvar-dekabr aylarında ixracda xüsusi çəkisi çox olan dövlətlər (milyon ABŞ dolları ilə)



Şəkil : 2016-cı ilin yanvar - sentyabr aylarında ixracda xüsusi çəkisi çox olan dövlətlər

Şəkil 4, 5, 6 müvafiq olaraq 2014-cü, 2015-ci və 2016-cı (ilk 9 ayı üçün) illərdə Azərbaycan ixracında xüsusi çəkisinə görə ölkələrin düzülüşünü nümayiş etdirir. Qrafiklərdən də göründüyü kimi, İtaliya son illər liderliyi əldən verməyərək əsas ixrac ölkəsi kimi qalmaqdadır. İkinci əsas ixrac ölkəsi ilə isə vəziyyət tamamilə fərqlidir. Belə ki, İndoneziya 2014-cü ildə, Almaniya 2015-də, Türkiyə isə bu il ikinci ixrac ölkəsi olmuşdur. Lakin Almaniyanın ilk beşlikdə qərarlaşmasına rəğmən, Türkiyə üçün bu böyük sıçrayışdır, çünki o 2015-ci ildə 13-cü yerdən 2016-cı ildə ikinci yerə yüksəlib. Fransa, ABŞ, Rusiya, İsrail kimi ölkələr mövqelərini ildən ilə dəyişsələr də həmişə əsas ixrac ölkələri arasında qərarlaşır.

Digər cari tendensiya isə ixracdan gələn gəlirlərin 2 dəfəyə yaxın azalmasıdır ki bunun da obyektiv səbəbləri vardır. Qlobal iqtisadi proseslər fonunda iqtisadiyyatları neft sənayesi əsasında qurulmuş ölkələrin demək olar ki hamısının gəlirlərində azalma müşahidə olunur. Azərbaycan da bu baxımdan istisna deyil. Belə ki, bu dövrdə məhz neft qiymətlərinin dünya bazarlarında drammatik düşüşü və bu günə qədər də əhəmiyyətli dərəcədə qalxmamağı ixrac gəlirlərinin həcminin də azalmasının birbaşa səbəbidir. Milli iqtisadiyyatın neft-qaz sektorundan böyük asılılığına görədir ki, bu məhsulların ucuzlaşması milli valyutanının ucuzlaşmasını qaçılmaz etdi. Bu fakt özlüyündə milli istehsalın və ixracın diversifikasiyalaşdırılmasının vacibliyini bir daha göstərir.

Digər bir tendensiya ölkəmizin ticarət tərəfdaşlarının sayının durmadan artmasıdır. Əgər 1999-cu ildə tərədaş ölkələrin sayı 121 idisə, 2015-ci ildə bu rəqəm 162-yə çatdı. Regional baxımdan olan əsas dəyişiklik isə MDB regionun yerini getdikcə Avropa Birliyi ölkələrinə verməsidir. Doğrudur burada əsas rol oynayan amil neft və qaz kəmərləridir. Kənd təsərrüfatı sahəsində Rusiyanın liderliyi hələ ki birmənalıdır. Lakin ümumilikdə qeyri-neft məhsulları ixracında da MDB-yə ixracın faiz nisbətində azalma tendensiyası mövcuddur.

Ümumi ixrac tendensiyalarını nəzərdən keçirib təhlil etdikdən sonra, tədqiqat üçün daha əhəmiyyətli olan qeyri-neft məhsullarının ixracında mövcud tendensiyaları, vəziyyəti təhlil etmək gərəklidir.

2.3 Qeyri-neft sektorunda mövcud ixrac siyasəti

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 2014-2016-cı illər üçün Strateji Planının ilk bölməsi – 1-Missiya belə təsvir olunmuşdur; “Əsas missiyamız davamlı inkişaf məqsədilə rəqabətqabiliyyətli qeyri-neft sektorunun və qeyri-neft məhsullarının ixracın dəstəklənməsidir”. Bu o deməkdir ki, artıq dövlətimiz bu müddət üçün qeyri-neft məhsullarının ixracı məsələsini özünün iqtisadi siyasətinin əsas strateji missiyası elan edir.

Ümumiyyətlə son illərə baxdıqda, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2013-cü ildə ən çox ixrac olunan mallar neft, qaz və neft məhsulları ilə yanaşı kimya məhsulları, pambıq lifi, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, meyvə-tərəvəz, çay, bitki və heyvan yağları, şəkər, alkoqollu və alkoqolsuz içkilər olmuşdur. 2012-ci ildə qeyri-neft ixracının 10 faiz artmasında paytaxt şəhəri Bakı ilə yanaşı, regionların da payı əhəmiyyətli olmuşdur. Özünün “İqtisadi Modernizasiya” kitabında, tədqiqatçı Vüsal Qasımlı faktı şərh edərək bildirir ki, bu onu göstərir ki, Azərbaycanda iqtisadi diversifikasiya həm də bölgələr üzrə olmaqla coğrafi xarakter də daşıyır. Azərbaycanda regionların payı qeyri-neft ÜDM-da təxminən 35 %-ə çatır. Qeyri-neft ixracında (pambıq lifi, meyvə-tərəvəz, bitki və heyvan yağları, alkoqollu və alkoqolsuz içkilər) regionların payı da təxminən eyni həddədir. Əgər müstəqillik illərində Bakı ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynadısa, regionlar da ərzaq təhlükəsizliyini təmin etdilər. Regionların hesabına 2003-2012-ci illər ərzində ərzaq təhlükəsizliyinin gücləndirilməsində xeyli uğurlar əldə edilmişdir. 2012-ci ildə 2003-cü ilə nisbətən taxıl istehsalı 36,2 %, o cümlədən buğda istehsalı 19,4 %, kartof 25,9 %, tərəvəz 16,2 %, bostan məhsulları 20,0 %, meyvə 41,6 %, üzüm 2,3 dəfə, ət (kəsilmiş çəkidə) 53,8 %, süd 47,2 %, yumurta 79,9 %, yun 36,3 % artmışdır. Tədqiqatçının fikrincə, regionlarda ərzaq istehsalının tam bir dəyər zənciri yaradılıb ki, bu da təkcə daxili tələbatı deyil, həm də ixracın artırılmasına öz töhfəsini verir. Məsələn, Qafqazın ən böyük şəkər emalı zavodunun - İmişli şəkər zavodunun fəaliyyəti nəticəsində 2013-cü ildə ilk dəfə olaraq şəkər Azərbaycanın ən çox ixrac olunan məhsulları sırasına daxil olub. 2013-cü ilin ilk 6 ayı ərzində şəkər Azərbaycanın ən çox ixrac olunan qeyri-neft məhsulu olub. Şəkərin ixrac həcmi 123 milyon ABŞ dolları təşkil edib. 2003-2012-ci illərdə Azərbaycanın qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2013-cü ildə ən çox idxal olunan məhsullar bunlar olmuşdur: yeyinti məhsulları,tütün və tütün məmulatları, sement,maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri,qara metallar və onlardan hazırlanan məmulatlar,oduncaq və ondan hazırlanan məmulatlar,mebel və onun hissələri və əçzacılıq məhsulları. İdxalın tərkibində investisiya məhsullarının (maşın, mexanizm, avadanlıqlar və s.) üstünlük təşkil etməsi ölkədə aparılan tikinti-quruculuq işləri ilə bağlıdır.

Ölkəmizdə reallaşdırılan sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye və texnologiyalar parklarının yaradılmasına başlanılmışdır. Belə ki, ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Sumqayıt Kimya Sənaye Parkı (295,5 ha), Balaxanı Sənaye Parkı (7 ha), Mingəçevir Sənaye Parkı (14,8 ha), Qaradağ Sənaye Parkı (72 ha), Pirallahı Yüksək Texnologiyaları Parkı (50 ha) və Mingəçevir Yüksək Texnologiyaları Parkı (1,3 ha) yaradılmışdır. Eyni zamanda sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən “Sənaye Parkları haqqında” Nümunəvi Əsasnamə 2013-cü il 24 aprel tarixdə təsdiq edilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilərək 2013-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Bununla da Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə yaradılmış sənaye və texnologiya parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirlərinin 7 il müddətinə gəlir vergisindən azad edilmişdir. Həmçinin parkların idarəedici təşkilatının və operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsinin müddət qoyulmadan, sənaye və texnologiya parklarının rezidenti olan hüquqi şəxslərin fəaliyyətindən əldə etdikləri gəlirlərin 7 il müddətinə mənfəət vergisindən, sənaye və texnologiya parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi məqsədilə idxal edilən texnikaların, texnoloji avadanlıq və qurğuların ƏDV-dən, parkların idarəedici təşkilatı və operatoru, parkların rezidenti olan hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərindən azad edilməsini nəzərdə tutan maddələr qanuna daxil edilmişdir. Hazırda sənaye parklarında fəaliyyət göstərəcək investorların cəlb olunması istiqamətində ardıcıl tədbirlər görülməkdədir.



Yüklə 358,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə