“magistratura məRKƏZİ”



Yüklə 358,13 Kb.
səhifə4/4
tarix10.11.2017
ölçüsü358,13 Kb.
#9256
1   2   3   4

Azərbaycan iqtisadiyyatının davamlı inkişafını şərtləndirən mühüm amillərdən biri də onun öz potensialından düzgün istifadə etməklə ixracının artırılmasıdır. Günümüzdə ən aktual məsələdə neftin qiymətinin son dövrlərdəki dramatik düşüşüdür ki, bu bir sıra ölkələrdə devalvasiyanı qaçılmaz etdi. Son 20 ildə aparılan möhkəm milli iqtisadiyyatın qurulması prosesinin bu gün də davam etməsi, son 10 ildə neftdən gələn iri maliyyə gəlirlərinin qeyri-neft sektoruna investisiyası strategiyasının aktual olması, son 2 ildə neftin dünya bazarlarında kəskin ucuzlaşması, Azərbaycanın ixrac potensialının artırılması mövzusunu daha da aktual edir.


Tədqiqatın obyekti Azərbaycanın istehsal etdiyi məhsulların, strateji məhsulların, əsasən qeyri-neft sektoru məhsullarının ixracıdır. Tədqiqatın predmeti isə potensial ixrac istiqamətlərinin və onların reallaşdırılması imkanlarıdır. Burada müxtəlif inkişaf meylləri, perspektivlər, alternativlər də nəzərdən keçirilir.

Tədqiqatın əsas məqsədi, yaxın gələcəkdə Azərbaycanın ixracı artırması üçün əsəs istiqamətləri müəyyənləşdirməkdir.

Bu vacib məqsədə çatmaq üçün tədqiqatın qarşısında bir neçə mühüm vəzifə dayanır: Azərbaycanın təbii resurslarının, istehsal amillərinin, inkişaf xüsusiyyətlərinin dərindən təhlil edilməsi; Azərbaycanın ixracının artırılmasına şərait yaradacaq beynəlxalq əlaqələrin, münasibətlərin və üzvlüklərin perspektivinin, risklərinin və səmərəliliyinin üzgün dəyərləndirilməsi; İqtisadiyyatın və ixracın diversifikasiyalaşdırılması imkanlarının dəyərləndirilməsi; Əsas problemlərin müəyyən edilməsi və tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi; Səmərəli və effektiv ixrac strategiyasının müəyyən olunması

Təqdqiqatın informasiya bazasını birinci onun düzgün istiqamətdə aparılmasını təmin edən nəzəri-metodoloji konsepsiyalar, ikinci qanunvericilik toplusu(AR qüvvədə olan müvafiq qanunvericiliyi - məcəllələr, qanunlar, sərəncamlar və s., habelə qoşulduğu müvafiq beynəlxalq konvensiyalar və götürdüyü hüquqi öhdəliklər), üçüncü statistik məlumatlar(əsasən Dövlət Statistika Komitəsinin, İqtisadiyyat Nazirliyinin, DGK-nin, XİN-nin, Dövlət Neft Şirkətinin, Mərkəzi Bankın statistik məcmuələri, BVF, UNCTAD və s. beynəlxalq təşkilatların illik hesabatları) formalaşdırır.

Tədqiqatın neftin qiymətinin kəskin düşdüyü və post-devalvasiya şəraitində ixracın diversifikasiya imkanlarının cari təhlilinə söykənməsi, tədqiqatı xeyli orijinal etmiş və müasir geoiqtisadi reallıqlarla ona yeni nəticələr çıxarmağa və konstruktiv təkliflər verməyə zəmin yaratmış, onun praktiki əhəmiyyətini artırmışdır.

Tədqiqat işi giriş, 3 fəsildən, 9 paraqrafdan, nəticə və təkliflər bölməsindən ibarətdir. İşin sonunda tədqiqatda istifadə olunmuş ədəbiyyatın siyahısı da təqdim olunmuşdur.

Dissertasiyanın birinci fəsli BİM sistemində xarici ticarət əlaqələrinin və ixracın konseptual əsaslarına həsr olunmuşdur. Burada daha çox nəzəri-metodoloji əsaslar, təsdiqini tapmış yanaşmalar göstərilir, ixracın əhəmiyyəti və iqtisadi inkişafda rolu vurğulanır. Belə ki, iqtisadi nəzəriyyələrdə ixracın mahiyyətinin önəmi (1.1), dünyada artan beynəlxalq ticarət dövriyyəsi, müsbət tendensiyalar və onların səbəbləri (1.2) və Azərbaycan iqtisadiyyatında ixrac konsepsiyasının təsviri (1.3) verilmişdir.

Tədqiqatın ikinci fəslində ölkə iqtisadiyyatında ixracın dərin təhlili yer alır. Strateji məhsulların əsas statistik göstəricilərlə təhlilindən sonra (2.1), İxracda yaranmış tendensiyalar da təhlil edilir (2.2) və nəhayət daha perspektivli görünən qeyri-neft sektorunda ixracın mövcud vəziyyətinin dərin analizinə keçilir(1.3).

Təhlil ixracın artırılmasının perspektiv istiqamətlərini daha aydın müəyyən etməyə imkan verir ki, bu da üçüncü fəsildə öz əksini tapır. Azərbaycanın ÜTT ilə bu təşkilata üzvlük ilə bağlı 18 il ərzində apardığı danışıqlar, Gömrük İttifaqının Azərbaycanla münasibətləri və Avropa İttifaqı ilə yaxınlaşma perspektivləri, ixraca təsir edə biləcək mühüm faktorlar olduğundan bu əlaqələrə perspektiv baxış fəslə daxil edilmişdir (3.1). Digər tərəfdən mövcud potensialın reallaşdırılması və ixracı diversifikasiyalaşdıra bilmək üçün gərəkli təkmilləşdirmə addımları da verilmişdir. (3.2) Analizlərə əsaslanaraq, perspektiv münasibətləri və zəruri təkmilləşdirmə addımlarını hesabladıqdan sonra Azərbaycanın ixrac potensialını artırmaq üçün əsas istiqamətləri müəyyənləşdirilmişdir. (3.3.) Aparılan təhlillərin və təklif olunan təkmilləşdirmə yollarının nəticəsi olaraq “Nəticə və Təkliflər” hissəsində addımlar şəklində qısa strateji plan təqdim olunub.

RESUME

Current situation on the global market is very sensitive and response to the fluctuation of the oil prices very quickly. The economy of the Azerbaijan Republic has entered to dynamic course of development in modern conditions and that ühy this topic is become even more actual now. The total percentage of the reveneue from the products produced in the non-oil sector of the economy still remains much lower than oil income. This research is aimed firstly, to review classical economic theories in order to determine its views on export potential’s role for development of a country. Having defined that to increase the export is definetelely beneficial for such country like Azerbaijan, research continues in the second paragraph with the carefull analyses on real indicators of Azerbaijanian main export fields for last years. It also reviews the policy implemented in Azerbaijan for this field. In the third paragraph, the status of relationsips with several international organizations lik WTO and EU was researched and differen ways for improvement is presented. However, the dependence of economy from oil and its export like raw material still remains. Deep scientific research, theoretical and methodological cases for the identification of export potential of the country’s economy, diversification of foreign trade turnover, enlargement of export-oriented industries and companies, goods and products, the improvement of the legislation base and export promotion are among the rational directions of development of export in Azerbaijan are studied considering the influence of globalization. The country traditionally had a competitive and export-oriented industrial field like agriculture, and has a good geographical location to be transferred into the international transport hub. The industry has the potential to increase exports and expand its range. Therefore, as result of research a brief strategy on export expansion is presented in a step by step plan form.



РЕЗЮМЕ

Одним из самых основных факторов развития экономики является объем экспорта страны. Ни для кого не секрет что, основную часть прибыльа от Азербайджанкого экспорта приносит нефтегазовые продукты. Азербайджан уже несколько лет ведет политику инвестирование нефтяного капитала в не-нефтяной сектор страны и таким образым стремится увеличить долю экспорта от не-нефтяного сектора. В совремнных условиях, когда цены на нефть на мировых рынках резко упали почти в 3 раза, говорить о путях диверсификации экспортного потенциала стало ешё актуальнее.

Целью этого исследования было, проанализировать сложившуюся ситуацию используянаучно-исследовательские работы, теоретические и методические проблемы, статистические данные местных и международных структур, выявить тенденции Азербайджанского экспорта в ненефтяном секторе и найти решения для существенного увеличение объема экспорта предлогая более конкретные пути расширение.

Концептуально, исследование пришло к выводу что, для развития экономики необходимо не только осуществить диверсификацию экспортных продуктов, но и постепенно наладить и увеличить экспорт сервисов, не материальных продуктов, а также, диверсифицировать рынки реализации основных ненефтяных продуктов, особенно для таких сфер как сельское хозяство. Более того, учитовая растущий разрыв между развитых и развивающихся стран, нужно также как можно скорее усовершенствовать структуры и принципы производительственных организаций, подгоняя их менеджмент и стандарты под принятые ЕС.



Bрезультате исследования были выявлены пути расширения экспорта и предложена соответствующая стратегия с кратким планом в виде необходимых шагов.

1Azərbaycan qəzeti, “Azərbaycanın xarici iqtisadi əlaqələrində yeni mərhələ”, Şahin Mustafayev, 16 iyul 2014.

Yüklə 358,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə