Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

 

 

39 



Büdcədən kənar fondlar 

9,3 






Sair 

14,7 


2,1 

1,0 


4,6 

0.1 



0.9 

(Mənbə: Azərbaycanın sənayesi. Statistik məcmuə Bakı, 2014, s. 92)

 

 

Qeyd  etmək  lazımdır  ki,  kompüter  istehsalına  qoyulan  8,6  milyon  manatlıq 



investisiya tamamilə dövlət büdcəsinin vəsaiti hesabına reallaşdırılmışdır. 

2005-2011-ci illərdə emal  sənayesində  texnoloji  innovasiyalarla  əlaqədar  maşın 

və  avadanlığın  alınmasına  yönəldilən  investisiyalar  yalnız  2007-ci  ildə,  maliyyə 

böhranından  əvvəlki  ildə  sıçrayışla  artmış  və  49  milyon  manat  səviyyəsində 

olmuşdur. 

Dövlətin investisiya siyasəti 2 hissədən ibarətdir: tənzimləmə və stimullaşdırma. 

Tənzimlənmə  sistemi  hər  qoyulan  kapitalın  pul  vahidinə  (manata)  görə  maksimim 

gəlirin  əldə  edilməsini  nəzərdə  tutur.  Stimullaşdırıcı  element  isə  maksimum 

investisiya cəlb olunmasını tələb edir. 

İnvestisiya siyasətinin əsas prinsipləri: 

 



iqtisadiyyatın  real  sektoruna  yönələn  investisiyaların  səmərəliyini  təmin 

edən faiz dərəcəsinin müəyyən edilməsi

 

vergi sisteminin sadələşdirilməsi; 



 

amortizasiya siyasətinin təkmilləşdirilməsi



 

investisiya  cəlbediciliyi  baxımından  müəssisələrin  yenidən qurulması üçün 



şəraitin yaratması; 

 



əhalinin  yığımlarını  stimullaşdırmaq  məqsədi  ilə  investisiya  risklərinin 

azaldılması üçün şəraitin təkmilləşdirilməsi; 

 

büdcənin  resurs  vəsaitlərinin  səmərəliyini  artırmaq  üçün  onların  müsabiqə 



əsasında yerləşdirilməsi

 



prioritet  investisiya  layihələrinin  qarışıq,  yanı  dövlətkommersiya  əsasında 

maliyyələşdirilməsi; 




 

 

40 



 

xüsusi investisiya qoyuluşlarına dövlət zəmanəti



 

büdcə vəsaitinin məqsədli istifadəsinə nəzarətin gücləndirilməsi. 



İqtisadiyyatın  səmərəli  inkişafı  üçün  ənənəvi  inkişaf  modelindən  innovasiyalı 

modelə  keçidi  təmin  etmək  vacibdir.  Yalnız  innovasiyalı  inkişaf  modeli  xammalın 

ixracında  ixtisaslaşdırılmış  iqtisadiyyatdan  postindustrial  iqtisadiyyata,  elm  tutumlu 

sahələrin  inkişafına  keçidi  təmin  edə  bilər  və  ölkə  qloballaşan  dünyada  özünə  daha 

layiqli yer tuta bilər. Müasir dövrdə yalnız innovasiya tipli inkişafa nail olan ölkələr 

iqtisadi  və hərbi-siyasi təhlükəsizliyini təmin  edə  bilər,  əhalisinin həyat  səviyyəsinin 

müasir sivilizasiya uyğun olmasına şərait yaradar. Xarici bazarda sərt rəqabətə davam 

gətirmək  üçün  innovasiyalı  inkişaf  ölkənin  beynəlxalq  münasibətlər  subyekti  kimi 

fəaliyyətinin əsas şərtlərindən biridir. 

İnnovasiyaların  işlənib  hazırlanması  və  tətbiqinin  əsas  məqsədi  rəqabət 

strategiyasında  üstünlüyün  əldə  olunmasıdır.  İnnovasiyalı  fəaliyyət  nəticəsində 

innovasiya  potensialı  yaradılır.  İnnovasiya  potensialına  aşağıda  adı  çəkilənlər 

daxildir: 

 



yeni  məhsulun  yaradılması,  yəni  onun  istehsalı  və  ya  təkmilləşdirilməsi. 

Bunun  üçün  maliyyə,  texnoloji,  elmi-texniki  imkanları,  texnoloji  prosesin 

müxtəlif mərhələlərində olması və mütəxəssislərin vacibdir; 

 



yeni,  rəqiblərin  məhsulundan  keyfiyyətcə  üstün,  istehlakçıların  dəyişən 

tələblərinə  cavab  verən  məhsulların  işlənib  hazırlanmasını,  istehsalını  və 

satışının təşkil etmək imkanı olmalıdır. 

Dünya  təcrübəsi  göstərir  ki,  investisiyaların  innovasiyaya  yönəlməsi 

iqtisadiyyatın sürətli inkişafına, həyat səviyyəsinin artırılmasına gətirir. Eyni zamanda 

innovasiyalı  sahələrin  inkişafı  bəzi  hallarda  itkilərlə  müşahidə  olunur.  Məsələn, 

fundamental  elmə  qoyulan  vəsait  geri  qaytarılmaya  da  bilər.  Hazırda 

nanotexnologiyalara  qoyulan  vəsait  gözlənilən  səmərə  verməyib.  Bu  səbəbdən 

innovasiya yönümlü investisiyaların səmərəliyi mütləq nəzərə alınmalıdır. 



 

 

41 



Hazırkı  bazar  iqtisadiyyatı  şəraitində  innovasiyaların  və  innovativ  proseslərin 

kommersiyalaş-  dırılması  məsələsi  xüsusi  aktuallıq  kəsb  edir.  Belə  ki,  işlənilmiş 

innovasiya  layihələrinin  kommersiyalaşdırılması  üçün  investorların  axtarışı  əsasən 

çox zəhmət tələb edən, bəzən isə yerinə yetirilə bilməyən iş sayılır. Buna baxmayaraq, 

iqtisadiyyatın  innovativ  inkişaf  istiqamətlərinə  yönləndirilməsi  sahəsində  yüksək 

aktivliyi  olan  dövlətin  indiyə  qədər  lazımı  səviyyədə  elmin,  istehsalın  və  bazarın 

hüquqi, təşkilati və iqtisadi qarşılıqlı əlaqə mexanizmləri yaxşı işlənilməmişdir. 

 

2.2  İnnovativ inkişaf strategiyası və onun işlənib hazırlanmasında dövlətin rolu 

 

İqtisadçı  alimləri  üçüncü  minilliyə  qədəm  qoyarkən  cəmiyyətin  inkişafında  ən 

böyük  amil  kimi  kosmosun  tətbiqi,  informasiya  texnologiyaları,  genetika,  nüvə 

energetikası deyil ümumiləşdirici xarakter daşıyan innovasiya proseslərinin olduğunu 

qəbul  etmiş  və  buna  uyğun  olaraq  hər  bir  dövlətin  iqtisadi  qüdrətinin  artması, 

təhlükəsizliyinin  təmin  edilməsi  üçün  məhz  milli  innovasiya  sisteminin  yaradılması 

hesab edilmisdir. 

Son  illərdə  iqtisadiyyatın  elmi  əsaslarla  innovativ  inkişafı  yeni  texnologiyalar, 

yeni  xidmət  növləri  və  idarəetmənin  təşkili  sahəsindəki  yeniliklərdən  daha  çox  və 

səmərəli  istifadə  edilməsinə  əsaslanır.  İstənilən  ölkənin  iqtisadiyyatı  elmin  və 

texnologiyanın inkişafı, eləcə də onların tətbiqi ilə birbaşa qarşılıqlı surətdə əlaqəlidir. 

Qabaqcıl  ölkələrdə  iqtisadiyyatın  inkişafında  innovasiya  siyasətinin  formalaşması 

əsas məsələlərdən biri hesab olunur. 

İqtisadiyyat  və  innovasiya  proseslərinin  dövlət  tənzimlənməsi  və  dəstək  bazar 

münasibətlərinə  iqtisadiyyatının  transferi  əsas  şərtlərdən  biridir.  Dövlət  böhranı 

aradan  qaldırmaq  üçün  bir  proqram  yaratmaq  üçün,  ölkənin  elmi,  texnoloji  və 

innovasiya potensialının inkişafına dövlət dəstəyi lazımdır. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə