Magistratura məRKƏZİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix02.01.2018
ölçüsü0,58 Mb.
#19110
1   ...   16   17   18   19   20   21   22   23   24

 

 

64 



göstərir  ki,  insan  kapitalı,  hər  bir  ölkənin  uğuru,  digərlərinin  isə  uğursuzluğunu 

müəyyənləşdirən  əsas  inkişaf  amillərindən  biridir.  Elm  və  təhsil  sahəsi  innovasiyalı 

iqtisadiyyatın və ictimai cəmiyyətin davamlı inkişafınını təmin edən əsas sahələrdən 

biridir.  Hər  bir  dövlətin  innovasiyalı  iqtisadiyyatın  inkişaf  etdirilmə  planının 

mərkəzində  yenilik  üçün  yüksək  potansiala  malik  olan  təhsil  müəssisələrinin 

yaradılmasıdır. Ali təhsil müəssisələrinin inkişafı və bu inkişafın insan kapitalına olan 

təsiri nəticəsində innovasiyalı iqtisadiyyatın formalaşmasındakı dövlətin rolunun əsas 

vasitələrindən biridir. Ali təhsil strukturunun optimallaşdırılması, ali təhsil sisteminin 

müasirləşdirilməsi  prosesinin  dinamikası  innovasiyalı  iqtisadiyyatın  sürətli  inkişafı 

üçün  əlavə  təkan  verəcəkdir.  Belə  ki,  universitetlər  bazar  iqtisadiyyatının 

subyektlərinə çevriləcəkdir. 

Müasir  elmi-texniki  sahələrin  inkişafı,  informasiya  texnologiyalarının  geniş 

vüsəti,  ənənəvi  texnologiyalar  sahəsindəki  innovasiyalar,  yeni  ticari  münasibətlər, 

ictimai  və  korporativ  məşğulluq  sahəsində  sürətlə  dəyişən  tələblər  və  yeni  siyasi 

proseslərin  miqyası  inkişaf  etməkdə  olan  ölkələri  insan  potensialının  inkişafının 

əsaslarını yenidən düşünməyə vadar edir. 

İntellektual  sərvətin  qorunması  və  inkişafı  birbaşa  elmi  tədqiqatlara  bağlıdır. 

Odur ki, bütün sahələrdə elmi nailiyyətlərin əldə edilməsi məsələsi diqqət mərkəzində 

saxlanılmalıdır. 

Birləşmiş  Millətlər  Təşkilatı  XXI  əsri  ―təhsil  əsri‖  elan  etmişdir.  Yüksək 

intellektə  malik  insan  kapitalının  formalaşmasında,  davamlı  inkişafa  zəmin  yaradan 

güclü  iqtisadiyyatın  qurulmasında  xüsusilə  ali  təhsilin  rolu  böyük  əhəmiyyət  kəsb 

edir. Müasir dövrdə hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə 

müəyyən  olunur.  Dünya  təcrübəsi  göstərir  ki,  təbii  sərvətlərin  bolluğu  dövlətin 

inkişafının  əsas  göstəricisi  deyil,  başlıcası,  bu  sərvətlərin  cəmiyyətin  hərəkətverici 

qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, hal-hazırkı mərhələdə 

təhsil  sisteminin  ən  zəruri  vəzifəsidir.  Yaponiya,  ABŞ,  Cənubi  Koreya  və  digər 



 

 

65 



inkişaf  etmiş  ölkələr  malik  olduqları  maddi  resurslardan  daha  çox  təhsil  sisteminin 

yetişdirdiyi  insan  kapitalından  böyük  gəlirlər  əldə  etmişlər.  Həmin  bu  ölkələrdə 

inkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi əhəmiyyətli dərəcədə yüksək 

olub təxminən 70 faiz təşkil edir. 

İnformasiya cəmiyyətinin formalaşmasında əsas kapital bilik, informasiya və bu 

informasiyanın  daşıyıcısı  olan  insan  kapitalıdır.  Buda  öz  növbəsində  innovasiyanın 

inkişafı üçün insanlardan peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsini tələb edir. 

 

İqtisadiyyatda  insan  kapitalı  insana  yönələn  investisiyanın  həcmi  ilə  ölçülür. 



Dünya  Bankının  məlumatına  əsasən  iqtisadi  artımın  16  faizi  fiziki  kapital,  20  faizi 

təbii  ehtiyatlar,  64  faizi  isə  insan  kapitalı  hesabına  əldə  olunub.  İnsan  kapitalına 

yönələn  xərclərin  artması  nəticədə  həmin  ölkənin  gələcəkdə  daha  da  inkişaf 

etməsinə  səbəb olur. 

İnnovativ  iqtisadiyyatda  güclü  maliyyələşdirməyə  imkan  verən  iqtisadi 

resursların  olması  ilə  bərabər,  bu  sistemi  idarə  edən  intellektual  və  texnoloji 

potensiala da böyük ehtiyac var. İnnovasiya şəbəkəsinin iştirakçılarının sayının daim 

artması, bura yeni sosial qrupların cəlb edilməsi, innovasiya inkişafına istiqamətlənən 

institusional sistemin yaradılması bu sahədə əsas  faktorlardandır. 

Qlobal  dünyada  ən  yeni  texnologiyaları  mənimsəyən,  insanın  hərtərəfli 

inkişafına  sərmayə  qoyan  millətlər  rəqabətə  daha  davamlı  olacaqlar.  Millətin 

modernləşməsi,  onun  rəqabət  potensialının  artırılması  zamanın  qarşısı  alınmaz 

tələbidir. 

Müasir  dövrdə  inkişaf  etmiş  və  etməkdə  olan  ölkələrin  davamlı  iqtisadi 

yüksəlişinin təmin edilməsi ilk növbədə həmin ölkədə elmin müasir tələblərə uyğun 

inkişaf  etdirilməsini  tələb  edir.  Bu  ona  əsaslanır  ki,  iqtisadi  sferada  innovasiyalara 

əsaslanan inkişaf istiqamətlərinin müəyyən edilməsi, insan kapitalının formalaşması, 

intellektual  potensialdan  səmərəli  istifadə  edilməsi,  elmi-tədqiqat  işlərinin  nəticələri, 

rəqabətə davamlı məhsul istehsalı, həyat səviyyəsinin yüksəldilməsi və s. bu kimi bir 



 

 

66 



sıra  aktual  problemlərin  həlli  məhz  elmin  və  elmi  biliklərin  inkişaf  səviyyəsindən 

asılıdır.  İnkişaf  etmiş  ölkələrdə  milli  sərvətin  əsas  hissəsini  insan  kapitalının  təşkil 

etməsi  də  elmin  inkişafının,  başqa  sözlə  informasiya  və  biliklər  iqtisadiyyatının 

təzahürüdür. 

―Bilik iqtisadiyyatı‖ olaraq qəbul edilən XXI əsrdə inkişaf etmiş ölkələrdə milli 

sərvətin  əsas  hissəsini  insan  kapitalı  edir.  Elmin  inkişafı  bilik  iqtisadiyyatının 

təzahürüdür.  Ölkəmizdə  də  reallaşan  «qara  qızılı  insan  kapitalına  çevirmək»  siyasəti 

dünyanın  müasir  inkişafı  meyllərinə  uyğundur,  çünki,  bu  gün  hər  hansı  ölkənin 

zənginliyi onun insanlarının təhsil səvviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevində qeyd etdiyi kimi:  ―İnsan kapitalı inkişaf etmiş ölkələrin 

indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, 

intellektual  potensiala,  yeni  texnologiyaların  icad  olması,  tətbiqinə  görə  inkişaf 

edirlər. Biz də bu yolu seçməliyik‖. 

İnsan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və insan ən zəngin kapital kimi 

dünya  innovasiya  inkişafının  əsas  fundamentini  təşkil  edir.  Yüksək  ixtisaslı 

personalın  çevikliyinin  artması,  biliyin paylaşması  prosesi  hazırda  genişmiqyaslı  bir 

dünya planı kimi sürətli temp alıb. 

Keyfiyyətli insan kapitalı uğrunda aparılan rəqabət dünya innovasiya inkişafının 

əsas  xüsusiyyətidir  və  yüksəkixtisaslı  personalın  çevikliyinin  artması,  biliyin 

paylaşması prosesini təmin edir. Prezidenti İlham Əliyevin də dəfələrlə bəyan etdiyi 

kimi,  cəmiyyət  həyatındakı  fundamental  dəyişikliklər  milli  təhsil  konsepsiyasının 

müasirləşdirilməsini,  inkişaf  etmiş  dövlətlərin  mütərəqqi  maarifçilik  ənənələrinin, 

müasir 

informasiya 



və 

innovasiya 

texnologiyalarının 

mənimsənilməsini, 

mənəviintellektual yüksəlişə xidmət edən siyasətin həyata keçirilməsini aktual məsələ 

kimi gündəmdə tutaraq həyata keçirilməsi üçün ciddi addımların atılması vacibdir. 

İnsan kapitalı – innovasiya iqtisadiyyatının qərarlaşmasının və inkişafının başlıca 

amili,  onun  inkişafının  sonrakı  mərhələsi  kimi  biliklərin  iqtisadiyyatıdır.  İnsan 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə